Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə145/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   207

312

 

 



 Üzümçülükdə  herbisidlərin  tətbiqi  üzrə  xarici  ölkələrdə  aparılan  tədqiqat 

işləri  nəticəsində  müəyyən  olunmuşdur  ki,  onlar  normal  dozada  üç  il  dalbadal 

tətbiq  edildikdə  torpağı  alaq  otlarından  təmizləyir.  Lakin  simazinlə  aparılan 

çoxillik  təcrübələrdə  aşkar  olunmuşdur  ki,  kollarda  xroniki  zədələnmə  gedir  və 

bunun  da  nəticəsində  xırda  yarpaqlılıq  əmələ  gəlir,  yarpaqlar  xloroza  tutulur, 

salxımlar xırda olur və məhsul azalır. 

 Üzümlüklərdə ən çox monuron və diuron herbisidlərindən istifadə olunur. Bu 

herbisidlər birillik alaq otlarını məhv edir. Onların ən  yaxşı tətbiq olunma vaxtı 

aprelin əvvəlləridir. Herbisidlər həmin vaxtdan tez tətbiq edildikdə alaq otlarının 

yalnız 10-30%-i məhv edir. 

 Birillik  ikiləpəli  alaq  otlarına  qarşı  mübarizədə  moniron  və  diuron 

herbisidlərindən üç kq tətbiq etmək daha faydalıdır. Herbisidlər birillik ikiləpəli 

alaq otlarından ən çox aptek şahtərəsini, quşəppəyini, tatar sirkənini, qaragilə və 

qara pencəri məhv edir. 

 Herbisidlərin  göstərilən  norması  cərgənin  40-50  sm  eninə  çilənməlidir. 

Üzümlüklərin alaq otlarına qarşı simazin və atrazin herbisidlərinin tətbiq edilməsi 

də  yaxşı  nəticə  verir.  Bu  herbisidlərin  sulu  suspenziyası  aprelin  əvvəllərində 

çilənir. Simazin və atrazin herbisidlərinin tətbiq edilməsi də yaxşı nəticə verir. Bu 

herbisidlərin sulu suspenziyası aprelin əvvəllərində çilənir. Simazin herbisidindən 

isə  hər  hektara  6  kq  çiləndikdə  alaq  otlarının  80-90%-i  məhv  olur.  Göstərilən 

normal herbisidlər üzüm məhsuluna məmfi təsir etmir.  

 Bir  çox  respublikalarda,  eləcə  də  xarici  ölkələrdə  bu  sahədə  aparılan 

təcrübələr  göstərmişdir  ki,  dalopon  yanvar  ayında  şum  aparıldıqdan  sonra  hər 

hektara 20-30 kq çiləndikdə hələb kalış və barmaqvari çayır 49-58 % məhv olur. 

Bununla belə, dalapon üzüm məhsuluna məhfi təsir edir. 

Dalapon  vegetasiya  suvarmasından  sonra  hər  hektara  7,5  kq  hesabı  ilə 

cərgənin  40-50  sm  eninə  bir  dəfə  çiləndikdə  hələb  kalışı,  barmaqvarı  çayır, 

sürünən ayrıq, göyümtül qıllıca və taxıllar fəsiləsinə aid olan başqa alaq otlarının 

növləri 55-78%, iki dəfə çiləndikdə isə 88-94 %məhv olur. 

Herbisidlərin səmərəli təsiri onların istifadə texnikasından, istifadə olunduğu 

dövrdə  və  sonralar  temperatur  şəraitindən  asılıdır.Havanın  temperayuru  8-10



olduqda  bəzi  preparatların  təsiri  zəifləyir,  odur  ki,  alaqlar  gec  və  tədricən  tələf 

olur. 


Çiləmədən sonra yağış yağarsa herbisidin təsiri azalır. Belə ki, məhlul bitkiyə 

daxil olmamış yağış herbisidi yarpağın üzərindən yuyur. 

Herbisidlər  xüsusi  qablarda  satışa  buraxılır  və  sertifikatında  preparatın  neçə 

faiz təsiredici maddəyə malik olduğu göstərilir. 

İşçi  məhlulu  iş  yerində  çiləndiyi  gün  hazırlanmalıdır.  Məhlulun  metal 

qablarda  hazırlanması  məsləhətdir.  Əvvəlcə  məhlul  hazırlanacaq  qabın  həcmi 




313

 

 



müəyyən edilir və o su ilə doldurulur. Sonra müvafiq çəkidə herbisid  tökülərək 

tam  həll  olunana  qədər  qarışdırılır.  Bəzi  herbisidlərin  təsirini  artırmaq  üçün 

məhlula onun həcmini 0,1-i qədər O..-7 və O..-10 isladıcısı əlavə edilir. Məhlul 

hazırlanan  qabda  həll  olunmamış  çöküntü  qala  bilər.  Ona  görə  də  məhlulu 

çiləyicinin  çəminə  dəmir  torlu  ələkdən  və  ya  ikiqat  tənxifdən  süzüb  doldurmaq 

lazımdır.  

Herbisidlərin  bir  qismi  alaq  otlarının  cücərtiləri  çıxana  qədər  əvvəlcədən 

hazırlanmış torpağa çilənir. Belə istifadə üçün gezatop, arezin, afalon, karaqard, 

prefiks,  kazeron  və  kupkaz  kimi  təmiz  torpaq  herbisidlər  götürülür.Bunlar  mart 

ayında istifadə edilir. 

Alaq otlarının cücərtiləri çıxmazdan öncə bu preparatlar çiçəkləndikdə onlar 

cücərtilər mərhələsində məhv olur. Bundan sonra torpağın səthində heç bir alaq 

otu olmur, nəticədə torpağın səthi tezliklə quruyur və strukturu pozulur.  

Herbisidlərin bir qismi də alaq otlarının cücərtiləri çıxdıqdan sonra, yəni onlar 

15-20  sm  hündürlüyə  çatdıqda  çilənir.  Cücərtilər  çıxdıqdan  sonra  torpağın 

səthində  bitki  örtüyü  əmələ  gəlir  və  bu  örtük  torpağın  yetişməsini  təmin  edir. 

Herbisidlərdən sonra məhv olmuş bitki örtüyü də torpağın yetişməsini təmin edir. 

Alaqların  yerüstü hissəsi öldükdə onların kökü də məhv olur və ölmüş köklərin 

yerində  məsafələr  qaır  (məsamələr)  Bu  məsamələrin  yeri  hava  ilə  dolur  və 

bitkinin  xloroza  tutulma  ehtimalı  azalır.  Bundan  başqa,  əvvəlcə  canlı,  sonra  isə 

ölmüş ot kütləsi torpağın yuyulmasının qarşısını alır.  

Əgər  bitki  arası  məsafə,  yəni  kolların  altında  becərmə  aparılmasa,  yalnız 

herbisidlərdən istifadə edilsə (cücərtidən sonra), bir vaxtdan sonra kolların altında 

–cərgədə bitki arası məsafədə mulça qatı əmələ gəlir ki, bu qat eroziyanı dəf edir, 

çürüntü əmələ gətirir və yeni toxumların cücərməsinin qarşısını alır. 

Üzümlüyün hər yerındə herbisidlərin tətbiqi məsələsi də meydana çıxa bilər. 

Əksər  hallarda  cərgənin  arasında  eni  30-40  sm  lan  bir  zolaqda  preparat  çilənir. 

Ancaq  çətin  iş  görülən  yerlərdə  (dik  yamaclarda,  ferraslarda)  herbisidi  zolaq 

şəklində işlətmək olmur. Bu halda herbisidi bütün üzümlüyə vermək lazım gəlir. 

Cücərtidən  qabaq  verilən  və  uzunmüddətli  təsir  gücünə  malik  sidik  cövhəri 

mənşəli  herbisidlərə  aşağıdakılar  aiddir:  afazon  (linuron),  arezin  (monolinuron) 

və eptanur ( buturon), eləcə də triazin mənşəli hezatop (simazın).  

Dənəvər  preparatlardan  prefiks  və  kupkar  (xlortiamid)  və  kazeronun 

(dixlobenil)  tətbiqində  istilik  və  rütubətin  rolu  böyükdür.  Bunların  təsiri 

buxarlanmaya  əsaslanır.  Quraq  və  yüksək  temperaturda  buxarlanmanın  intensiv 

getdiyindən  həm  preparat  tezliklə  qurtarır,  həm  də  tənəyin  özü  zədələnir.  Ona 

görə  də  bu  preparatları  erkən  yazda  (fevral-mart  aylarında  )  işlətmək  lazımdır. 

Preparatları  payızda  və  yaxud  qışın  başlanğıcında  da  tətbiq  etmək  olar.  Bu 

preparatlardan hektara 60 kq verdikdə ancaq kökləri dərinə getməyən alaq otlarını 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə