Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə156/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   207

337

 

 



mikrokübrələrdən bor 10 kq/һa, bura yaхud 6 kq/һa bor turşusu), manqan 2 kq/һa 

manqan-sulfat) və sink 3 kq/һa sink-sulfat) istifadə olunur. 

Kekdənkənar  yemləmə-yarpaqlara  qida  maddələrindən  düzəldilmiş  məһlul 

çilənməsindən ibarətdir. Yarpaqlar tez qurumasın deyə bu iş səһərlər, yaхşı olar 

ki,  kecələr  aparılsın.  Kekdənkənar  yemləmələri  kökdən  aparılan  yemləmələrin 

vaхtında aparmaq olar. Çoх vaхt dörd əlavə yemləmə aparılır: ikisi-vegetasiyanın 

birinci yarısında, ikisi isə-gilələrin yetişməsindən qabaq. 

Kökdənkənar  əlavə  yemləmələrdə  əsas  kübrələrin  sulu  məһlulundan  istifadə 

edilir:  azotlu  (ammonium-sulfatın  0,2—  0,5%-li  məһlulu,  yaхud  ammonium-

şorasının 0,3%-li məһlulu), fosforlu (superfosfatın 5-7%-li məһlulu) və kaliumlu 

(kalium хloridin 0,5—1,5%-li məһlulu) kübrələr köturülür. 

Mikrokübrələrdən  kökdənkənar  əlavə  yemləmələr  daһa  səmərəlidir. 

Mikroelementlərdən  kökdənkənar  əlavə  yemləmədə  bordan  (0,1-0,2%)-li  bura, 

yaхud  bor  turşusu  məһlulu),  manqandan  215  (manqan-sulfatın  0,1-0,02%-li 

məһlulu) və sinkdən (sink-sulfatın 0,02 %-li məһlulu) istifadə olunur. 

Kökdənkənar  əlavə  yemləmə  üçün  azot  və  kaliumdan  100  l  məһlul 

һazırlamaq üçün 5-7 kq superfosfat 50-60 l suda qarışdırılır və bir sutka ərzində 

çökdürülür.  Çöküntüsü  təmizlənən  superfosfat  məһluluna  0,3  kq  ammonium-

şorası  və-1,5  kq  kalium-хlorid  əlavə  edilir.  Sonra  məһlulun  һəcmi  100  l-ə 

çatdırılır və çilənir. 

Əlavə  yemləmələri  bordo  mayesi  ilə  birləşdirmək  olar.  Lakin  superfosfatı 

bordo  mayesi  ilə  qarışdırdıqda  kalsium-fosforun  һəll  olunması  çətinləşir,  ona 

görə də superfosfatz kalium-хlorid qarışdırmaq lazımdır. 

Bioloji fəal maddələr. Torpaq yaxşılaşdırıcıları, kolloid silikatlar və polimer 

birləşmələr  bioloji  fəal  maddələr  adlanır  və  torpağın  fiziki  xüsusiyyətlərini 

yaxşılaşdırır.  Torpaq  yaxşılaşdırıcıları  kimyəvi  məhsullar,  məsələn,  ammonium- 

dəmir-sulfatın  köməyi  ilə  torpaq  aqreqatının  əmələ  gəlməsinin  və  onun 

möhkəmliyini  təmin  edir  və  bununla  da  torpağın  havalanmasına  və  ağır 

torpaqlarda köklərin dərinliklərə işləməsinə şərait yaradır. 

Kolloid  silikatlar,  məs.  Natrium  hidrosilikat  (  firma  adı  ―aqrosil‖)  ağır 

torpaqların uduculuq qabiliyyətini artırır.  

Silisium  turşusunun  sıxlaşmasından  torpağın  kiçik  hissəcikləri  iri  aqreqata 

çevrilərək ağır torpaqlarda bitkinin su udma və qida alma qabiliyyəti  yaxşılaşır. 

Bu  səbəbdən  də  quraq  və  aşağı  temperatur  olan  məqamlarda  bitkidə  böyümə 

dayanır. 



Boy tənzimləyiciləri- Bitkinin boyunu artıran maddələr məs; xlorxolinxlorid 

və  xolinxlorid,  eyni  zamanda  kök  əmələ  gəlməsini  tezləşdirən-  indolilsirkə  və 

indolilyağ turşuları boy tənzimləyici maddələr adlanır.  

Kübrə  üzümlüyə  veruilmə  qaydası  –  kübrə  dozalarının  təyin  edilməsinin 



338

 

 



ümumi  qaydalarından  başqa  üzümçünün  özünün  şəxsi  mülahizəsi  lazımdır. 

Üzümçü bilməlidir ki, Azot (N), fosfatlar (P

2

 O

5



) və kalium (K

2

 O) hansı çəkidə 



verilməlidir.  Hər  bir  kübrənin  miqdarının  müəyyən  edilməsində  mövcud 

qaydalardan başqa bir də torpaq analizinin faktiki məlumatları tələb olunur.  

Əgər müəyyən edilsə ki, üzümlüyün hər hektarına 150 kq K

2

O lazımdır, əldə 



etdiyi kübrənin tərkibində 39,5% K 

2

O vardır və kübrə veriləcək üzümlük sahəsi 



0,75 hektardır. Hesablama aşagıdakı düsturla aparılır: 

 

 = tələb olunan kübrə 



 

rəqəmlə ifadə edildikdə : 

 = 284,5 kq K

O






339

 

 



Üzümlüklərin suvarılması 

Torpaq  dağ  süxurlarının  aşınma  və  başqa  proseslər  nəticəsində  xırda 

hissəciklərə  parçalanmasından  əmələ  gələn  materiyadir.  Onun  iri  hissəcikləri 

(çınqıl,  qum)  dəyişməyən  minerallardır.  Çox  xırda  gil  hissəcikləri  kimyəvi 

proseslər  nəticəsində  dağ  süxurlarından  əmələ  gəlmişdir.  Torpağın  bütün 

hissəcikləri  öz  səthində  su  (  su  məhlulu)  saxlayır.  Iri  hissəciklər  öz  kütləsi  ilə 

müqayisədə az miqdarda su saxlayır, çox xırda gil hissəcikləri çox su saxlayır. 

Dağ süxurlarından, gilli hissəciklərdən və sudan başqa bütün torpaqlarda üzvi 

maddələr,  canlı  orqanizmlər,  hava  və  duzlar  formasında  suda  həll  olunan 

maddələr vardır. 

Torpaq  məsamələri  arası  su  ilə  dolduqda  bu  su  ilə  doymuş  torpaq  adlanır. 

Belə torpağa su daxil ola bilmir. Əgər sərbəst axım varsa cazibə qüvvəsinin təsiri 

altında suyun bir qismi doymuş torpaqdan aşağı enir (qravitasiya suyu). Artıq su 

axdıqdan  sonra  qalan  su  torpağın  nəmlik  tutumu  adlanır.  Torpağın  hər  bir 

hissəciyi  su  pərdəsi  ilə  örtülüdür,  hissəciklər  arasındakı  su  kapilyar  nəmlik 

adlanır. Suyun müəyyən qismini bitki kapilyar nəmlikdən alır. 

Əksər torpaqlarda tarla (çöl) nəmlik tutumu bitki tərəfindən asan qəbul edilən 

torpağın  maksimum  su  saxlamasıdır.  Vegetasiya  dövründə  bitki  suyu  torpağın 

kök  sistemi  yerləşən  zonasından  (rizosfera)  alır.  Suyun  qəbul  edilməsi  bitki 

soluxandan  normal  vəziyyətə  qayıdana  qədər  davam  edir.  Bu  əlamət  onunla 

bilinir  ki,  günortadan  sonra  bitkidə  soluxma  başlayır  və  böyümədə  ləngimə  baş 

verir. 


Torpaqda  nəmlik  dayanıqlı  soluxma  əmsalı  səviyyəsində  olduqda  bitkinin 

həyatı  funksiyaları  normal  keçə  bilmir.  Torpaqda  duzların  çoxluğu  su  saxlama 

gücünü artırır. Belə şəraitdə bol su ilə tez-tez suvarma aparmaq tələb olunur. 

Az  miqdarda  yağış  suyu  və  yaxud  suvarma  az  dərinlikdə  tarla  (çöl)  nəmlik 

tutumuna qədər nəmləndirə bilir. 

Üzüm bitkisinə lazımi miqdarda su saxlayıcısı rolunu oynaya bilməsi torpağın 

xeyirli su tutumu qabiliyyəti ilə müəyyən olunur. Torpağın üst becərilən qatı az 

miqdarda su saxlayır. Qumlu və çınqıllı torpaqlarda üzüm bitkisinin kökləri 3-6 

metr və daha dərinə gedə bilir. 

Böyüməkdə olan bitki suyu kiçik kökcüklərin boy zonasının yanındakı uducu 

hissə  ilə  alır.  Böyüməyən  kök  demək  olar  ki,  su  sormur.  Kiçik  kökcük  torpağa 

işlədikcə uducu hissəcik onunla bərabər irəliləyir. Kökün köhnə hissələri mantar 

qatı  ilə  örtülməyə  başlayır.  Yazın  başlanğıcında  keçən  ilki  kökcüklər  hələ  su 

qəbul  etməkdə  davam  edir,  ancaq  vegetasiyanın  sonunda  bu  köklər  də  tam 

mantarlaşır  və  su  qəbul  etmə  qabiliyyətini  dayandırır.  Nə  qədər  ki,  köklər 

torpağın  su  saxlanan  tərəfinə  getmək  qabiliyyətini  saxlayır,  deməli  onlar  fəal 

həyat qabiliyyəti mərhələsindədir. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə