Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə157/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   207

340

 

 



Böyük yarpaq səthi olan üzüm kolları xırda kollara nisbətən daha çox su israf 

edir.  Kol  suyu  ən  çox  yarpaqları  vasitəsilə  buxarlandırır.  Məhsulu  vasitəsilə 

buxarlandırılan  su  yarpağın  buxarlandırdığı  su  ilə  müqayisədə  azlıq  təşkil  edir. 

Böyüməkdə  olan  gilələr  yarpaqlarda  əmələ  gələn  qidanın  mənimsənilməsində 

böyüməkdə  olan  zoğ  və  köklərlə  rəqabətə  girir.  Yükü  çox  olan  kolların  kökləri 

yükü az olan kolların köklərindən az qida maddələri alır. Su axtarmaqda onların 

fəallığı da azdır. Torpağın eyni nəmliyində məhsulu çox olan kol suya daha çox 

tələbat  göstərir.  Torpağın  əlverişli  nəmliyində,  normal  qidalanmada,  normal 

temperatur  və  qulluq  şəraitində,  vegetasiya  müddətində  məhsul  verən  kollar 

yazda güclü böyümələri, gilələr böyüdükcə böyümənin zəifləməsi ilə xarakterizə 

olunur.  Torpağın  çoxlu  miqdarda  kök  yerləşən  zonasında  (  rizosferanın  çox 

hissəsində)  su  ehtiyatı  tez  tükənir.  Bu  halda  köklər  az  olan  hissədəki  sudan 

istifadə  edir.  Torpaqda  suyun  kəskin  çatışmazlığı  kolun  yarpaq  və  zoğlarının 

soluxmasına  səbəb  olur.  Vegetasiya  dibçəklərində  aparılan  təcrübələr 

göstərmişdir  ki,  bu  vəziyyət  torpaqda  nəmlik  dayanıqlı  soluxma  əmsalına 

çatdıqda  baş  verir.  Tarla  şəraitində  zoğ  və  yarpaqların  soluxması  isti  havalarda 

qumlu və iri skeletli torpaqlarda baş verir.  

Rizosferanın 

ayrı-ayrı 

hissələrində 

asan 

mənimsənilən 



nəmliyin 

çatışmazlığının simptomlarını təcrübəli üzümçü tez müşahidə edir. Vegetasiyanın 

başlanğıcında zoğun intensiv böyüyən vaxtı onun uc hissəsində açıq sarımtıl yaşıl 

rəng  olur.  Bu  əlamət  böyümənin  sonuna  qədər  davam  edir,  sarımtıl-yaşıl  ucluq 

tədricən  qısalır,  sonralar  tünd  bozumtul-yaşıl  rəngə  çevrilir.  Kolun  xarici 

görkəmində  baş  verən  bu  cür  dəyişkənlik  onun  ümumi  zəifliyi,  bəzən  isə 

bığcıqların  və  zoğ  tacının  quruması  ilə  nəticələnir.  Bu  vəziyyət  bir  qədər  də 

davam etdikdə yarpaqlar qıvrılır, köhnə yarpaqlar tökülməyə başlayır.  

Gilələrin  sürətlə  böyüyən  vaxtı  su  çatışmazlığından  onların  böyüməsi 

məhdudlaşır.  Sonralar  verilən  su  bu  vəziyyəti  düzəldə  bilmir.  Ancaq  bəzi 

üzümçülər  bu  vəziyyəti  bilərəkdən  yaradırlar  ki,  şərab  sortlarının  bir  qismində 

salxımın  sıxlığı  azalsın.  Gilənin  yetişmə  fazasında  asan  mənimsənilən  suyun 

miqdarı  kəskin  azaldıqda  yetişmə  prosesi  ləngiyir,  yetişmiş  gilənin  rəngində 

tutqunluq,  sonralar  isə  qarsalanma  əmələ  gəlir.  Torpaqda  nəmliyin  cüzi  azlığı 

yetişmə  vaxtı  gilənin  yetişməsini  sürətləndirir,  bu  nəmlikdə  zoğun  və  gilənin 

böyüməsi az da olsa zəiflədiyindən gilədə şirənin qatılığı artır.  

Gilə  yetişdikdən,  xüsusilə  məhsul  yığımından  sonra  bitki  suyun  bir  qədər 

azlığına demək olar ki, bir növ uyğunlaşır.  

Torpaq  uzun  müddət  isti  havada  nəmlik  şəraitində  qaldıqda  hava 

çatışmazlığından köklər məhv ola bilər. Köklərin müəyyən qismi məhv olduqda 

yerüstü  hissədə  eynilə  su  çatışmazlığından  əmələ  gələn  əlamətlər  baş  verir. 

Görünür torpaqda suyun çox olmasına baxmayaraq salamat qalmış köklər lazımi 




341

 

 



miqdarda su ala bilmir.  

C.Uinklerin  yazdığına  görə  böyüməsini  erkən  ləngitməklə,  məhsulunu 

azaltmaqla,  yayın  axırında  yarpağını  tez  tökməklə  nisbətən  quraqlığa 

davamlılığını  artıqmaq  qabiliyyəti  vardır.  Söz  yox  ki,  bu  şəraitdə  üzüm  bitkisi 

məhsuldarlığını artırmağa meylli olmalıdır.  

Suvarılmayan  üzümlüklərə  nisbətən  suvarılan  üzümlüklərdə  məhsuldarlıq 

artıq  olur.  Suvarmanın  əhəmiyyətindən  danışarkən  onu  demək  kifayətdir  ki, 

rekord məhsul ancaq suvarılan üzümlüklərdən alınmışdır.  

Illik  atmosfer  çöküntülərinin  miqdarı  600-700mm  olan  rayonlarda  suvarma 

ilə  üzümlüklərdən  yüksək  və  keyfiyyətli  məhsul  almaq  olur.  Illik  atmosfer 

çöküntülərinin  miqdarı  300  mm  olan  rayonlarda  üzümlükləri  suvarmadan 

becərmək mümkün deyildir.  

Isti iqlimli rayonlarda 100 kq üzüm məhsulunun əmələ gəlməsinə 27-60m

3

 su 



lazımdır. Orta Asiya respublikalarında, Azərbaycanın aşağı Şirvan, Mil-Qarabağ 

düzündə  isə  bu  rəqəm  daha  çoxdur.  Özbəkistan,  Türkmənistan  və  Tacikistanda 

üzümlüklərin 90%-i suvarılandır. Bu respublikaların ayrı-ayrı üzümlüklərində hər 

hektardan 500-800 sentner məhsul alınır.  

Suvarılmayan  üzümlüklərə  nisbətən  suvarılan  üzümlüklərdə  salxımın  orta 

çəkisi  30-50%  artır.  Vegetasiya  dövründə  üzümlüyün  nə  dərəcədə  su  ilə  təmin 

olunacağı  barədə  üzümçünün  qabaqcadan  məlumatı  olmalıdır  ki,  kolda  yük 

saxlayarkən  bu  vəziyyəti  nəzərə  ala  bilsin.  Yəni  suya  ehtiyacın  tam  ödənilməsi 

real  olduqda  kolda  yükü  bir  qədər  artırmaq  mümkündür.  Vegetasiya  dövrünün 

ayrı-ayrı fazalarında üzüm bitkisi müxtəlif miqdarda su tələb edir. Bu baxımdan 

suvarma  vaxtında  aparılmalıdır  ki,  vegetasiya  müddətində  torpağın  rütubəti 

tənəyin suya olan ehtiyacını təmin edə bilsin.  

Gözcüklərin açılmasından çiçəkləməyə qədər, eləcə də gilələrin formalaşdığı 

fazada kolun suya tələbatı daha da artır. Çiçəkləmə fazasında suya tələbkarlıq bir 

qədər azalır. Dördüncü fazada- gilələrin əmələ gəlməsi və formalaşması fazasında 

suya  tələbkarlıq  yenidən  artmağa  başlayır  və  bu  artma  gilələr  yetişməyə 

başladıqda maksimuma çatır.  

 Suvarma  məhsul  verən  üzümlüklərdə  məhsulun  keyfiyyətini  heç  vaxt 

pisləşdirmir,  çox  hallarda  yaxşılaşdırır.  Suvarılan  üzümlüyün  məhsulu  həmişə 

şirəli  olur,  şirə  çox  hallarda  79%-dən  artıq  olur.  Sıxıntından  alınan  şirə  tez 

çöküntü  verir,  cavan  çərab  yaxşı  şəffaflaşır,  torpaq  şəraitinin  təsiri  və  sorta 

məxsusluq  özünü  biruzə  verir.  Suvarma  düzgün  təşkil  edildikdə  şampan  şərab 

materialı, çərəz və bərk  şərablar keyfiyyətinə  görə suvarılmayan üzümlüklərdən 

geri qalmır. 

Suvarılan  şəraitdə  süfrə  üzümlərinin  dadında  təzəlik  və  təravətlilik  həmişə 

hiss  edilir.  Salxımlar  iri  və  gilələr  sorta  məxsus  rəng  aldığına  görə  cəlbedicilik 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə