Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə159/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   207

344

 

 



3.

 

Torpaqda nəmlik müəyyən həddə çatdıqda transpirasiyanın intensivliyi və 



fotosintez yüksəlir; 

4.

 



Vegetasiya suvarmaları çoxlu miqdarda çiçək qruplarının əmələ gəlməsini 

və onların həcminin böyüməsini təmin edir. 

Süfrə üzümlərinin suvarılmasına xüsusi diqqət yetirilməlidir. Süfrə üzümləri 

gilələr  yumşalmağa  başladıqdan  sonra  suvarılmalıdır.  Çünki  bu  vaxt  gilə 

ətrafında nəmlik mühiti yaranır ki, bu da boz çürümənin inkişafına səbəb olur. 

Uzun müddətli quru havada ağır torpaqlarda üzümlükdə sahə vahidinə çox su 

norması, yağmurlu havalarda yüngül torpaqlarda az su norması tələb olunur.  

Hər  dəfə  üzümlüyün  hər  hektarına  sərf  olunan  suyun  miqdarı  su  norması 

adlanır. Suvarma norması torpağın mexaniki tərkibindən, tənəyin kök sisteminin 

və  yeraltı  suların  terləşdiyi  dərinlikdən  asılıdır.  Bundan  başqa  suvarma  aparılan 

vaxtdan, ərazinin maillik dərəcəsindən asılıdır. 

Payız-qış  suvarmalarında  torpağın  1,5  m-ə  qərəd  olan  dərinliyini  suvarmaq 

üçün  hər  hektara  sərf  olunan  suvarma  norması  500-1500  m

3

  olmalıdır.  əlbəttə, 



göstərilən bu norma torpağın  tipindən,  yağan  yağıntıların miqdarından və tətbiq 

edilən aqrotexnikadan asılıdır. 

Quraq  illərdə  qışda  aparılan  su  çiçəkləməyə  qədər  çata  bilər,  bu  şərtlə  ki, 

həmin su torpaqda qorunub saxlanmış olsun. 

Vegetasiya  dövründə  aparılan  suvarmaların  miqdarı  və  vaxtı  bir  sıra 

səbəblərdən asılıdır. Tez yetişən sortlar iyunun sonunda, orta gec yetişən sortlar 

iyulun  axırı,  avqustda  suvarıla  bilər.  Gec  yetişən  və  yüksək  məhsuldar  sortlar 

sentyabrın əvvəlində və ortalarında suvarıla bilər.  

Vegetasiyanın  birinci  yarısında  12-15mm  yağış  düşərsə,  onda  yay 

suvarmalarını 5-7 gün ləngitmək olar, 40-60 mm yağış düşərsə ( xüsusilə bunun 

çoxu yayın ikinci yarısında olduqda) üzümlükləri suvarmağa ehtiyac qalmır. 

Vegetasiya suvarmalarında torpağın 75-100 sm dərinliyi islanmalıdır. Məhsul 

verən  üzümlüklərdə  vegetasiya  suvarmaları  suvarmanın  əsasını  təşkil  edir. 

Suvarmaların  hesabına  müəyyən  miqdar  əlavə  məhsul  alınır  və  məhsulun 

keyfiyyətinin  kondisiyalılığı  nizamlanır.  Müəyyən  səbəbdən  payız-qış 

suvarmaları aparılmadıqda vegetasiya suvarmalarına erkən başlamaq lazımdır.  

Şirə hərəkətinin başlanğıcından çiçəkləməyə qədər Azərbaycan şəraitində iki 

aydan  çox  vaxt  keçir.  Bu  müddətdə  isti  havalar  və  quru  küləklər  çox  olur.  Bu 

baxımdan suvarmalardan biri- xüsusilə şirə hərəkətindən dərhal sonrakı su mütləq 

suvarma  adlanır.  Məlumdur  ki,  şirə  hərəkəti  ilə  tənəkdən  xeyli  su  axır  və  su 

balansı pozulur. Ona görə də şirə hərəkəti qurtaran kimi üzümlük suvarılmalıdır. 

Respublikamızın  bir  çox  üzümçülük  rayonlarında  birinci  mütləq  suvarmadan 

çiçəkləməyə qədər torpağın tipindən, relyefindən və s.-dən asılı olaraq əlavə bir 

və ya bir neçə suvarma tələb olunur.  




345

 

 



Üzümlükdə  ikinci  mütləq  suvarma  çiçəkləmədən  sonra  aparılan  suvarmadır. 

Bu  su  yeni  mayalanmış  yumurtalıqların  tezliklə  böyüyüb  giləyə  çevrilməsinə, 

onların tez formalaşmasına və az tökülməsinə səbəb olur. 

Suvarılan torpaqlarda yüksək və keyfiyyətli məhsul yetişdirilməsində sonrakı 

vegetasiya fazalarında aparılan suvarmaların həlledici əhəmiyyəti vardır. Zoğların 

sonrakı  böyüməsi,  gilələrin  suvarılması  və  onların  normal  yetişməsi  bu 

suvarmalarla çox əlaqədardır. Suvarmanın vaxtı sortdan, torpağın suyu tələb etmə 

dinamikasından və nəmliyindən asılıdır. 

Vegetasiya  suvarmalarının  erkən  dayandırılması  gilələrin  çəkisinin  azalması 

və  tənəffüs  hesabına  hər  hektardan  15-20  sentner  məhsul  itkisinə  səbəb  olur. 

Suvarmaların  gec  dayandırılması  isə  gilə  şirəsinin  konstruksiyasını  azaldır  və 

şərabçılıq məhsullarının keyfiyyətini aşağı salır.  

Etibarlı ədəbiyyat mənbələri yazır ki, üzümlükdə yay suvarmalarının miqdarı 

torpaq şəraitindən və sortdan asılı olaraq birdən ona qədər ola bilər. 

C.  Uinkler  göstərir  ki,  tez  yetişən  süfrə  üzümləri  isti  aylarda  yüngül 

torpaqlarda  məhsul  yığımının  orta  çoxillik  təqvim  müddətindən  əvvəl  yığılır. 

Qurutmaq  üçün  nəzərdə  tutulan  sortlar  və  texniki  sortlara  nisbətən  süfrə 

üzümlərində  suvarmalar  arası  müddət  az  olur.  Bir  çox  süfrə  üzüm  sortları  kök 

sistemi  yerləşən  zəif  torpaq  qatında  becərilən  süfrə  üzümləri  daha  keyfiyyətli 

olur. 


Süfrə  üzümlərini  gilələr  yetişməyə  başlayana  qədər  suvarmaq  lazımdır  ki, 

torpağın çox hissəsində nəmlik tam soluxma əmsalına çatmasın. 

Süfrə  üzümlərinin  seçmə  yığılması  müddəti  bəzən  uzandığından  bəzi 

torpaqlarda onların suvarılması  lazım gəlir. Yadda saxlamaq lazımdır ki, köklər 

yerləşən  torpaq  qatının  nəmliyi  artdığca  gilələr  daha  çox  partlamağa  başlayır. 

Rizosferanın  ayrı-ayrı  hissələrində  su  çatışmazlığının  ayrı-ayrı  əlamətləri  kolda 

azca  hiss  edildikdə  suvarma  aparılmalıdır.  Məhsul  yığımına  1-2  həftə  qalmış 

suvarma dayandırılmalıdır. 

Hər tip torpaq üçün ayrıca su norması müəyyən edilir. Daha düzgün olardı ki, 

hər suvarmadan sonra suyun hansı dərinliyə getməsi yoxlanmalıdır. Bu məqsədlə 

zond və yaxud burğudan istifadə edilir.  

Suvarma  norması  bəzən  təqribi  təyin  edilir,  yağıntının  miqdarından  asılı 

olaraq  1m

2

  torpaq  sahəsinə  50-80  l  su  verilir.  Üzümlüklərin  suvarılmasında  ən 



geniş yayılmış üsul şırımlarla suvarmadır. Üzümlüklərin suvarılmasında ən geniş 

yayılmış üsul şırımlarla suvarmadır. Cərgə arasında şırımlar cərgədən 50 sm, bir-

birindən isə 30-40 sm məsafədə açılır.  

Mexaniki tərkibcə yüngül torpaqlarda suvarma şırımlarının uzunluğu 100 m, 

orta  mexaniki  tərkibli  torpaqlarda  bir  qədər  qrtıq  ola  bilər.  Şırımların  uzunluğu 

torpağın tipindən və sahənin maillik dərəcəsindən asılıdır. 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə