Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə160/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   207

346

 

 



Sızdırma  ilə  suvarma  düzən  relyef  tələb  edir,  burada  maillik  0,002-0,008

0

 



olmalıdır.  Ancaq  ən  yaxşı  maillik  0,003-0,004

-dir.  Maillik  0,002-  dən  az 



olduqda cu çətinliklə irəliyə axır, 0,008-dən çox olduqda isə torpaq yuyula bilər. 

Suvarma şırımları PRVN-2,5, PRVN-19, PRVN-53 aqreqatları ilə açılır. Şırımın 

su  onun  dərinliyinin  2/3  qədər  buraxılır.  Suyun  hərəkət  sürəti  02-1  l/san 

olmalıdır.  Isti  yerlərdə hər suvarmadan sonra şırımlar azca quruyan kimi  həmin 

aqreqatlarla  da  doldurulmalıdır.  Belə  olduqda  suyun  torpaqda  qalma  və 

suvarmalar arası müddət çoxalır.  

Suvarmaya sərf olunan su suölçənlə ölçülməlidir. Torpağın bərabər miqdarda 

nəmlənməsi üçün su şırımlarla dəyişən sürətlə (0,8-0,2 l/san) axmalıdır. Əvvəlcə 

su 0,8 l/san, sonra isə bu miqdar 0,2 l/san- yə endirilir. Su şırımın axırına çatdıqda 

azaldılır. Şırımların uzunluğu nə qədər çox olarsa suçu şırıma bir o qədər çox su 

buraxa  bilər.  Bu  suvarma  üsulu  respublikamızın  bir  çox  düzən  rayonlarında  və 

təsərrüfatlarda tətbiq edilir.  

Ağır  gilli  və  gillicəli  torpaqlarda  cərgə  aralarında  şırım  açılır.  Bunun  adi 

şırımdan fərqi ondadır ki, şırım açan aqreqatlarda kəsici orqanlar elə düzəldilir ki, 

şırımın dibində 3-5 mm enində yarıq açılır. Şırımın yarıqla birlikdə dərinliyi 35-

40  sm  olur.  Bunların  arasındakı  məsafə  adi  şırımlarda  olduğundan  çoxdur  (0,8-

1,2m). 

Suvarma şırımlarına su müvəqqəti suvarma arxlarından verilir. Mailliyi az və 



orta  olan  yerlərdə  (  0,0005-0,0006)  müvəqqəti  suvarma  arxları  500-1500m 

uzunluğunda və mailliyin istiqamətində çəkilir.  

Mailliyi  çox  olan  yerlərdə  (0,004-0,002

0

)müvəqqəti  suvarma  arxları  əsas 



mailliyin eninə, başqa sözlə desək, əsas mailliyə perpendikulyar olaraq düzəldilir. 

Bu halda müvəqqəti suvarma arxları qurşağın eni qədər (500-600m) götürülür.  

Şırımlara  su  boru,  yaxud  sifonla  paylanır.  Su  buxarlanmazdan  əvvəl  bunlar 

şırıma  qoyulur.  Su  boruları  və  sifonları  sahəyə  traktora  qoşulan  arabacıqla 

daşınır. 

Çox mailli, daşlı və şiferli torpaqlarda su boruları, yaxud sifonlar torpağın altı 

ilə  aparılır,  suyun  torpağa  verilməsi  üçün  onlarda  deşiklər  olur  (cənubi  Krımın 

―Qurzuf‖ təsərrüfatı və ―Maqarac‖ institutunun eksperimental bazası). 

Bəzi  yerlərdə  üzümlüklər  süni  yağış  yağdırmaqla  suvarılır.  Bu  suvarmanın 

mexanikləşdirilmiş  üsuludur.  Təzyiq  altında  havaya  vurulan  su  damcılara 

bölünüb  suvarılacaq  sahəyə  tökülür.  Bu  üsulda  aparılan  suvarmanın  üstünlüyü 

ondadır  ki,  burada  su  qənaətlə  işlənir,  suvarmanın  mexanikləşdirilməsi  və 

avtomatlaşdırılması  imkanı  çoxalır,  torpaq  səthi  bərabər  miqdarda  su  alır.  Bu 

üsulun bir nöqsanı ondan ibarətdir ki, üst təbəqədə torpağın quruluşu pozulur və 

hər suvarmadan sonra mildiu xəstəliyinə qarşı mübarizə aparılması lazım gəlir. 

Şırımların yan tərəflərinin su sızdırması torpaqdan asılıdır, bu eyni zamanda 




347

 

 



şırımlar  arasında  suyun  hopmasıdır.  Şırımlar  arasında  suyun  hopması  ən  az 

qumlu  torpaqlarda  müşahidə  edilir.  Kök  sistemi  yerləşən  torpaq  sahəsinin 

islanması torpağın strukturundan asılıdır.  

Bərk qatı olmayan eyni cinsli qumlu və qumsal torpaqlarda şırımları mümkün 

qədər su ilə tez doldurmalı və tezliklə də suyu kəsmək lazımdır. Şırımla su yavaş 

gedirsə  və  tezliklə  də  kəsilirsə,  deməli  şırımın  yuxarı  hissəsi  aşağıya  nisbətən 

suyu çox almışdır. Deməli şırımın yuxarı hissəsində torpaq yuyulmuş, aşağı hissə 

lazımi qədər su almamışdır. 

Torpağın  səthində  duzların  yığılıb  qalmaması  üçün  şırımlar  enli  olmalıdır. 

əgər maillik soxdursa onda qapalı şırımlar açılmalıdır, yəni uzununa olan şırımlar 

eninə  şırımlarla  birləşdirilir.  Eninə  çəkilən  şırımlar  uzununa  şırımlarla  gedən 

suyun  sürətini  azaldır.  Bu  cür  təkmilləşdirilmiş  su  şəbəkəsi  həmcins  olmayan 

yamaclar  üçün  əlverişli  hesab  edilir.  Şırımları  birləşdirici  qollar  əsas  şırımda 

suyun sürətini azaltdığı kimi torpağın da yüksək nəmliyini təmin edir. 

Iri  dənəvər  torpaqda  su  o  dərəcədə  tez  hopur  ki,  şırımın  yan  tərəfləri 

lazımınca islanmır. 

Hazırda süni  yağış  yağdıran bir sıra maşın, qurğu və aqreqatlar mövcuddur. 

Bunlar  T-74  və  DT-75  traktorlarına  aqreqatlaşdırılan  DDH-70  və  DDH-45 

aparatlarıdır.DDA-100M  yağış  yağdıranı  daha  güclüdür.  Hazırda  yüksək 

məhsuldar  və  daha  çevik  hesab  edilən  Kuban-1  yağış  yağdıran  maşını 

üzümlüklərdə geniş miqyasda işlədilir.  

Süni yağış yağdırma ilə suvarmada su məsarifi ağır gillicə və qara torpaqda 5-

10  mm/saat,  orta  gillicəli  və  qumsal  torpaqlarda  15  mm/saat,  qumlu-çinqıllı  və 

daşlı  torpaqlarda  30-40  mm/saatdır.  Su  damcılarının  iriliyi  1,5  mm-dən  çox 

olmamalıdır.  

Üzümlüklərdə torpaqaltı suvarmadan da istifadə olunur. Bu üsulda su birbaşa 

torpağın kök sistemi yerləşən qatına verilir. Torpağın üst qatı torpaq kapillyarları 

ilə qalxan su ilə islanır. Bu üsulda az su məsarifi ilə məhsuldarlığı xeyli artırmaq 

olur.  Krasnodar  diyarının  ―Abram-dyurso‖  təsərrüfatında  torpaqaltı  suvarma 

tətbiq etməklə Kaberne-sovinyon, Şardone və Pino-blan sırtlarında hər hektardan 

əlavə olaraq 23-24 sentner məhsul alınmışdır.  

Torpaqaltı  suvarma  ilə  torpağı  üzüm  bitkisi  üçün  optimal  nəmlik  rejimində 

saxlamaq  olar.  Bu  prosesdə  suvarma  tamamilə  mexanikləşdirilmişdir. 

Suvarmaları tez-tez və az su norması ilə (200-300 m

3

) aparmaq olar. Torpaqaltı 



suvarmada  alaq otları xeyli  azalır və  yaxud heç  olmur. Damcılarla suvarma hər 

tənəyi  fərdi  olaraq  su  ilə  təmin  edir.  Bu  üsul  ilə  torpağın  səthi  nahamar  olan 

sahələr  və  yamaclarda  olan  üzümlüklər  suvarılır.  Damcı  ilə  suvarmaya  çəkilən 

xərclər yeraltı suvarma şəbəkəsi qurmadan 3-4 dəfə ucuz başa gəlir. Damcılarla 

suvarma  cərgə  boyu  tənəyin  yaxınlığından  çəkilən  xüsusi  polietilen  borularla 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə