Prof. ġərifov Famil Həsən



Yüklə 4.4 Mb.

səhifə161/207
tarix30.04.2018
ölçüsü4.4 Mb.
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   207
: book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi

348

 

 



aparılır.  Hər  tənəyin  dibinə  yaxın  yerdə  fistula  qoyulur.  Polietilen  boru  ilə 

suvarma  suyu  buraxdıqda  fistulalarla  tənəyin  dibinə  su  damcı-damcı  verilir.  Su 

damcılarla verildiyi üçün torpağa hopur və tənəyin kök sisteminin yayıldığı yerdə 

kifayət qədər rütubət yaradır.  

Damcıvarı  suvarmadan  sonra  torpaq  səthində  qaysaq  əmələ  gəlmədiyi  üçün 

və cərgələrdə alaq otları az olduğundan bitkilərin göbələk xəstəliklərinə tutulma 

halları aradan qalxır. ədəbiyyat məlumatının bu fikri heç də tamamilə razılaşmaq 

olmur.  Əvvəla,  damcı  ilə  suvarmada  əksər  vaxtlarda  torpağın  səthi  nəm 

olduğundan tənəyin göbələk xəstəkillərinə tutulma halları tez-tez baş verir. 2- si 

isə  damcı  ilə  suvarmanın  texnologiyası  düzgün  tətbiq  edilmədikdə  tənəyi  səthi 

kökləri o qədər güclü inkişaf edir ki, aşağıdakı köklər inkişafdan qalır.  

2004-cü  ildə  Göygöl  rayonunda  fəaliyyət  göstərən  ―Aqro-Azərinvest‖  ASC- 

nin  üzümlüyündə  qurulan  damcı  ilə  suvarma  sistemi  düzgün  texnologiya  ilə 

istifadə  edilmədiyindən  lazımi  faydanı  verməmişdir.  Damcı  ilə  gələn  suyun 

torpağın  hansı  dərinliyə  hopması  və  yaradılan  nəmliyin  necə  müddətdə  optimal 

qalması  mütəxəssis  tərəfindən  izlənib  təhlil  edilmədiyindən  bu  sistemin 

səmərəliliyi  lazımınca  qiymətləndirilmədi.  Bir  çox  qabaqcıl  üzümçülük 

ölkələrində  suvarmanın  daha  mütərəqqi  üsullarından  istifadə  olunur.  Bu 

üsullardan 1- nin texnologiyası aşağıdakı kimidir.: 

Yeni  üzümlük  üçün  sahə  hamarlandıqdan  sonra  bizdəki  kimi  mıxçalarla 

nişanlanma  (razbivka)  işləri  aparılmır.  Traktora  qoşulan  aqreqatda  həm  kiçik 

diametrli (0,7-0,8mm) şlanq dolanan makara və mulça pərdəsi dolanan makaralar 

vardır.  Aqreqat  irəliyə  doğru  hərəkət  etdikcə  əvvəlcə  şlanq,  sonra  isə  mulça 

pərdəsi  cərgə  boyu  torpağın  səthinə  sərilir.  Mulça  pərdəsi  makaradan  açılan 

məqamda  da  eyni  məsafədə  (tənəklər  arası  məsafədə)  diametri  3,5-4  mm  olan 

yuva  açılır.  Cərgə  başa  çatdıqdan  sonra  hidroburla  həmin  yuvalara  ting  əkilir. 

Cərgələrlə  gedən  su  şlanqları  ümumi  mərkəzdən  gələn  şlanqla  birləşdirilir. 

Şlanqda hər bir tənəyin yanında su axmaq üçün deşik olur. Suyun şlanqa gəlməsi 

və yaxud kəsilməsi avtomat olaraq idarə olunur. 

Bu suvarma sistemində birinci növbədə suvarma suyuna qənaət olunur, artıq 

su buxarlanmasına yol verilmir, ən başlıcası isə alaq otları tamamilə məhv edilir ( 

cərgədə bitki aralarında). 

Belə  çıxmasın  ki,  bu  sistemin  hər  il  yenidən  quraşdırılması  lazım  gəlir.  Bu 

sistemin  istismar müddəti  25-30 il və daha çoxdur. Belə suvarma sistemi  bütün 

mövcud suvarma sistemlərinin hamısından perspektivli və faydalıdır. 

Azərbaycan  respublikasının  suvarılan  torpaqları  alaq  otları  ilə  zəngindir. 

Qeyd  etdiyimiz  suvarma  sistemi  qlobal  nəticə-  ümumən  respublika  ərazisində 

alaq otlarının xeyli azalması nəticəsini verə bilər. 

Bir çox ölkələrin isti regionlarında son vaxtlar üzümlükdə az miqdarda su ilə 



349

 

 



suvarmanın  aerozol  üsulu  tətbiq  edilir.  Bu  üsul  da  suvarma  suyuna  xeyli  qənaət 

edir. Suvarmalar arası interval 1 saat olmaqla hektara 500-600 litr su sərf olunur. 

Belə  suvarma  bitkidə  fizioloji  prosesləri  sürətləndirir.  Bitkinin  depressiv 

vəziyyətini  yüngülləşdirir,  yarpağın  assimilyasiya  fəaliyyətini  artırır.  Aerozol 

suvarma  aerozol  maşını  və  OP-450  çiləyicisi  ilə  aparılır  və  suvarma  normasını 

kəskin azaldır (mövsüm ərzində 1 hektara 100-180 m

3

 su sərf olunur). Ancaq bu 



məsələ  üzrə  eksperiment  aparılmasa  da  nəzəri  cəhətdən  demək  olar  ki,  bizim 

şəraitdə  üzümlükdə  havada  nəmliyin  artıqlığından  göbələk  xəstəlikləri  ilə 

mübarizə çətinləşə bilər. 

Atmosfer  çöküntüləri  az  olan  və  az  qarlı  yerlərdə  qışda  üzümlükdə  kolların 

dibinə  qar  yığılır.  Yığılan  qar  ehtiyat  halında  torpaqda  rütubət  yaradır.  Bu 

məqsədlə cərgə aralarında hakim küləyə perpendikulyar olaraq hər 30 metrdən bir 

60  ədəd  2  metrlik  və  75  ədəd  yarım  metrlik  sipər  quraşdırılır.  Sel  sularının  və 

qarın saxlanması məqsədi ilə yamacın eninə torpaqdan tirələr düzəldilir. 

Məhsul  verən  üzümlükdə  kolların  normal  böyüməsi,  inkişafı,  yüksək  və 

keyfiyyətli  məhsulu  üçün  torpağın  nəmliyi  75-80%-  dən  aşağı  olmamalıdır. 

Torpağın  faktiki  nəmliyi  ilə  vegetasiyanın  hazırkı  dövrü  üçün  olan  nəmliyi 

arasındakı  fərq  suvarma  normasının  müəyyən  edilməsinə  imkan  verir.  Suvarma 

norması aşağıdakı düsturla təyin edilir:  

N= N- VH ( P-B) x 100 

Burada: N- su norması; 

V- torpağın həcm kütləsi, q/sm

3



H- kök sistemi yayılan torpaq qatının dərinliyi,m; 



P- müvafiq qat üçün ən az su tutumu, mütləq quru torpağın kütləsinin faizi

B- suvarmadan qabaq torpağın nəmliyi, mütləq quru torpaq kütləsinin faizi. 

100- 1 hektara çevirmək üçün əmsal.  

Düsturdan  alınmış  suvarma  norması  (  su  itkisi,  buxarlanma  və  sızdırma 

nəzərə alınmaqla) 10-15 % artıq götürülür. 

Bir və iki illik üzümlüklər üçün suvarma norması məhsul verən üzümlüklərlə 

müqayisədə xeyli azdır. Üçillik üzümlüklər tam su normasını almalıdır.  

Suvarma suyunun tərkibində çoxlu miqdarda duzlar vardır və onların tərkibi 

müxtəlifdir. Suvarma suyunun duzlarının çox hissəsi torpaqda qalır. əgər torpağın 

əkin  qatından  duzlar  yuyulmursa  və  onlar  torpaq  məhlulunda  toplanıb  qalırsa 

qatılıq  bitki  üçün  zərərli  həddə  çatır.  Digər  bərabər  şərtlərdə  suvarma  suyunda 

duzlar nə qədər  çox olsa onların  qatılığı  bir o qədər tezliklə bitki  üçün zəhərlər 

toksik həddə çatar. Ancaq torpaqda duzların toplanmasına bir çox amillər və bir 

halda  bitki  üçün  təhlükəli  hesab  edilən,  digər  halda  zərərsiz  ötüşən  suyun  özü 

təsir göstərir. Belə amillərə torpağın strukturu və mexaniki tərkibi, yeraltı drenaj, 

yağıntıların miqdarı, suvarma normaları və bitkinin becərilməsi xarakteri daxildir. 





Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   207


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə