Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə162/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   207

350

 

 



Üzüm bitkisi yüksək konsentrasiyalı duzlara həssas bitkilər sırasına daxildir. 

Sitrus  bitkilərinə  və  yarpağını  tökən  bir  çox  meyvə  bitkilərinə  nisbətən  duzlara 

davamlıdır.  Müxtəlif  duzlar  kompleksi  hər  hansı  bir  birləşməyə,  məs:  bor  və 

yaxud duz turşularına nisbətən daha zərərli olur. Bundan başqa tərkibində çoxlu 

natrium və kalium olan su tərkibində kalsium və maqnezium olan suya nisbətən 

duzları  çox  çökdürür.  Bu  halda  torpaq  çox  bərkiyir  və  bunun  nəticəsində 

gələcəkdə torpağın becərilməsi və suvarılması çətinləşir, bitkinin böyüməsi üçün 

şərait pisləşir. 

Qurumuş torpağın səthində çökmüş duzlar ―ağ qələvi‖adlanan ağ örtük əmələ 

gətirir.çökmüş  karbonat  turşusu  kalsium  və  maqnezium  çatışmadıqda  ―qara 

qələvi‖ adlanır.  

Respublikamızın  ərazisindən  axan  əksər  dağ  çaylarının  suyu  kimyəvi  tərkib 

etibarilə  üzümlüyün  suvarılması  üçün  olduqca  əlverişlidir.  Ancaq  Ermənistanın 

Gorus və Qafan ərazisindən axan xırda çayların suyu bir çox zərərli maddələrlə 

(xüsusilə  molibden)  zəngin  olduğundan  uzun  müddət  üzümlüklərin 

suvarılmasında istifadə edilə bilməz.  

Bir  çox  rayonlarda  suvarmada  artezian  və  subartezian  sularından  istifadə 

edilir. Bu suların bir qismi duzlarla zəngindir və uzun müddət istifadə edildikdə 

torpaqda  şoranlaşma  əmələ  gətirir.  Suvarmada  işlədilən  artezian  və  subartezian 

suları vaxtaşırı yoxlanmalıdır.  

Suvarılan  üzümlüyün  özünəməxsus  xüsusiyyətləri  vardır.  Su,  istilik  və  qida 

rejimini  yaxşılaşdıraraq  bitkinin  böyüməsini,  inkişafını  və  məhsuldarlığını 

yaxşılaşdırır.  Bu  baxımdan  suvarılan  üzümlüklərdə  elə  becərmə  sistemi  tətbiq 

edilməlidir  ki,  suvarılan  şəraitin  yaratdığı  böyük  imkanlardan  səmərəli  istifadə 

edilə bilsin.  

Yuxarıda  qeyd  edildi  ki,  suvarma  suyunun  tərkibində  natrium  və  kaliumun 

miqdarı çox olduqda və həmin sularla uzun müddət suvarma aparıldıqda torpağın 

əkin qatında bərkimə getdiyindən 3-4 ildən bir həmin qatda 50-55sm dərinliyində 

yumşaltma  aparılmalıdır.  Belə  torpaqlarda  mineral  kübrələrin  balansı 

gözlənilməlidir.  



Suvarmada torpaq relyefinin, mailliyinin və 

su keçirilməsinin nəzərə alınması 

 

Üzümlüklərin keyfiyyətli suvarılması suvarılan sahənin  relyefinin, torpaq və 

başqa  xüsusiyyətlərinin  nə  dərəcədə  nəzərə  alınması  ilə  əlaqədardır.  Bu 

xüsusiyyətlərdən bəziləri aşağıda səciyyələndirilir.  

Maillik aşağıdakı kimi qəbul edilir: 

Az-  0,002  və  az;  orta-  0,002-dən  0,005  -ə  qədər;  çox-  0,005-dən  0,015-ə 

qədər; ən çox- 0,015-dən 0,3-ə qədər. 



351

 

 



Mailliyi 0,03-dən çox olan sahələrdə səthi suvarma çətin olur.  

Suvarılan üzümlüyün relyefi ola bilər:  

Yaxşı-  sahənin  səthi  bir  istiqamətli  mailidir;  tək-tək  təpəlik  və  çökəkliklər 

vardır; hündürlüyü və dərinliyi 5 sm; kafi- suvarılan sahənin səthi azca dalğalıdır, 

mailliklər  dəyişkəndir,  lakin  tərsinə  və  qarşı-qarşıya  istiqamətli  deyildir;  tərsinə 

və qarşı-qarşıya olan mailliklər vardır, təpə və çökəkliklər 20 sm-dən çoxdur.  

Çox  pis-  sahənin  səthi  kəskin  dalğalıdır;  təpəlik  və  çökəkliklər  tez  nəzərə 

çarpır, mailliklər kəskin dəyişkəndir. 

Torpağın  su  keçirmə  qabiliyyəti  suvarma  şırımlarının  uzunluğunun  və 

dərinliyinin, eləsə də şırımlara buraxılan suyun miqdarının müəyyən edilməsində 

böyük əhəmiyyətə malikdir. 

Su keçirməsinə görə torpaqları üç qrupa bölmək olar: 



Yaxşı  su  keçirən  torpaqlar-  su  buraxılandan  birinci  saatda  torpağın  15  sm 

dərinliyi suyu hopdurur, bu şərtlə ki, torpağın səthində 5 sm qalınlığında su olsun.  



Orta  dərəcədə  su  keçirən  torpaqlar-  suvarma  zamanı  bir  saatda  5-15  sm 

torpaq təbəqəsinə su hopur; 



Zəif su keçirən torpaqlar- su buraxılandan bir saatda 5 sm-dən az təbəqə su 

hopdurur. 

Uzunluğu 100 m olan suvarma şırımlarına buraxılan suyun miqdarı (l/san) 

Cədvəl 


torpaqlar 

Şırımların mailliyi 

az- 0,002 

və az 


Orta-0,002-

0,005 


Çox-005-

0,015 


Ağır 

Suyu tədricən 

hopduran 

1.0-0.7 


0.7-0.4 

0.5-0.2 


Orta 

Suyu orta sürətlə 

hopduran 

2.0-1.0 


1.0-0.7 

0.7-0.4 


Yüngül 

Suyu tez hopduran 

3.0-2.0 

2.0-1.0 


1.5-0.7 

 

Torpağın su keçirmə qrupları onun mexaniki xüsusiyyəti ilə də müəyən edilir. 



Belə ki, yüngül və çınqıllı torpaqların su keçirmə qabiliyyəti yaxşıdır. 

Suvarma  norması  üzrə  sahəyə  buraxılan  suyun  hamısının  axma  müddətini 

bilmək  lazımdır.  Bu  belə  bir  misalla  izah  edilə  bilər.  Tutaq  ki,  hər  hektara 

suvarma norması 800m

3

-dir. Torpaq mexaniki tərkib  etibarilə orta gillicəlidir və 



su keçirməsi ortadır, şırımın uzunluğu 100m, şırımarası məsafə 0,8 m, şırımların 

mailliyi 0,005, mikrorelyefi yaxşıdır. 




352

 

 



Bu rəqəmləri **saylı cədvəl üzrə müəyyən etmək olar ki, hər şırıma buraxılan 

suyun miqdarı 7 l/san-dir. Bu şırım 80m

3

  sahəni suvarır. Hər hektara 800 m



2

  su 


norması götürüldükdə hər 1m

2

 sahəyə 80 l su verilməlidir ( 800000: 100000= 80 



l)  bu  hesabla  hər  suvarma  şırımına  6400  l  su  buraxılmalıdır.  Şırıma  buraxılan 

suyun axma müddəti belə tapılır: 

6400:0,7=9150  san.,  yaxud  2saat  33  dəqiqə.  Deməli,  hər  100m-lik  şırımla 

2,33 dəq. Su axıdılmalıdır.  

Suçu  suvarmanı  belə  apardıqda  suvarma  kanalına  10-15  l/san-dən  artıq  su 

vermək  düzgün  deyil.  Hər  şırımdan  10  saatda  360-540  m

3

  su  buraxılır.  Belə 



norma ilə  ancaq 0,5 ha  sahə suvarıla bilər.  Bu isə suvarmanın  məhsuldarlığının 

aşağı  səviyyədə olmasını göstərir. Ona  görə də  mütərəqqi  suvarma üsullarından 

istifadə edilməlidir. 

Hal-hazırda  bir  çox  elmi-tədqiqat  müəssisələri,  istehsalat  qabaqcılları 

tərəfindən suvarma işində əl əməyini yüngülləşdirən qurğulardan istifadə edilir. 

 

 



 

  

 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə