Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə164/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   207

355

 

 



gecələr yeyir. 

3.

 



Tinglikdə və cavan üzümliükdə qışlayan gözcüklər şişənə qədər və şişən 

vaxtı,  eləcə  də  onların  açılmaqda  olanları  sovkalar  (Euxoa  exclamationis) 

tərəfindən zədələnir. Bu sovka yeni əmələ gələn zoğları da yeyir. 

 

YaĢıl zoğlar 



 

1.

 



Zoğların  buğumaraları  xeyli  uzun  (15  sm-dən  çox)  və  rəngi  açıq-yaşıl 

olur.  Bu,  vegetasiya  dövründə  işığın  az  və  uzun  müddət  dumanlı  çiskinli 

havaların olması ilə izah edilir. 

2.

 



Buğumaralarının qısa, yarpaqlarının kiçik və qıvrım olması virus xəstəliyi 

və hörümçək gənəciyinin (Epitetranus Sp.) zədəsi nəticəsində əmələ gəlir. 

3.

 

Kiçik,  açıq-qonur  ləkələr  getdikcə  sahəsini  böyüdür  və  oduncağı  özəyə 



qədər  zədələyir.  Bu,  antraknoz  xəstəliyinin  (Clolsporium  ampelophagum) 

zədəsidir. 

4.

 

Bozumtul-ağ,  küləçalan,  tez  silinən,  azca  duzlu  balıq  iyi  verən  ləkələr 



olur.  Bu  ləkələr  dəqiq  cizgili  olmadığından,  gözlə  baxanda  göz  axır  (axıcıdır). 

Bu, oidium (Uneinula necator) xəstəliyinin əlamətidir. 

5.

 

Kənarları  girintili-çıxıntılı,  düzgün  olmayan  formada  və  nöktə  kimi 



təpəciklər  şəklində,  bozumtul-qonur  ləkələr  olur,  bu  mildiumdur  (Peasmopora 

viticola Berl.et demoni). 

6.

 

Əvvəlcə boz, çox kiçik və nöqtə kimi təpəciklər yaranır, bunlar getdikcə 



qaralır. Bu, ağ çürümədir (Conrothurium diplodiella). 

7.

 



Qara  nöqtəli  boz-sarı  ləkələrin  olması.  Bu,  qara  çürümədir  (Gugnardia 

Bidvellii). 

 

Yarpaqlar 

1.

 



Yarpağın  intensiv  rənginin  sarı  rəngə  qədər  dəyişməsi.  Bu  torpaqda 

əhəngin artıqlığından əmələ gələn xloroz xəstəliyidir. 

2.

 

Qara  giləli  üzüm  sortlarında  yarpaqların  qızarması-  bu  Krasnuxa 



xəstəliyidir (Pseudoperira trachliphila). 

3.

 



Yarpaqların  dəyirmi,  qırmızı-qonur  rəngli  ləkələrin  təsirindən  quruması. 

Bu, günəş şüasının təsirindən qarsalanmadır. 

4.

 

Yarpağın üst tərəfində yağlı, iri, sarı ləkələrin olması (ləkənin diametri 1-



4 sm olur). 

5.

 



Yarpağın  hər  iki  tərəfində  boz  yağlı  girdə  ləkələrin  olması.  Yaşlı 

yarpaqlarda isə bu rəng çirkli qonur olur və əllə toxunduqda silinir. Bu, oidium 

xəstəliyinin əlamətidir. 

6.

 



Yarpağın alt tərəfindən əlif yağı rəngli, sıx məxməri təbəqə olur, onun əks 


356

 

 



tərəfində,  yəni  yarpağın  üst  tərəfində  sarı  zolaqlı  qonur  ləkələr  olur.  Bu, 

serkosporioz göbələk xəstəliyidir (Cercospora vitis). 

7.

 

Qurumuş  yarpaqlarda  səpələnmiş  halda  girdə  və  künclü  ləkələr  yaranır. 



Bu, qara çürümədir. 

8.

 



Diametri  2-3  mm  olan  kiçik  tünd  zolaqlı  ləkəciklər  olur.  Getdikcə  bu 

ləkələr deşilir. Bunlar ötürücü hissələrdə daha çoxdur. Bu, antraknozdur. 

9.

 

Müxtəlif irilikdə və formada tünd zolaqlı bozumtul ləkələr olur. Sonralar 



ləkələr olan yerlərdə deşik əmələ gəlir. Bu, melanoz xəstəliyidir. 

10.


 

Yarpağın üst tərəfində kiçik təpəciklər (həmin təpəciyin alt tərəfi bir qədər 

dərin  olur)  ağ  və  ya  qəhvəyi  rəngli  sıx  tükcüklə  örtülüdür.  Bunu  mikroskopik 

gənəciklər əmələ gətirir. 

11.

 

Yarpağın altında saqqalabənzər tüklü şişlər olur və yarpağın üst tərəfində 



şişlərin  ağzı  var.  Belə  şişlərə  əsasən  amerkan  növlü  tənəklərdə  və  onların 

hibridlərində rast gəlinir. Bu, fillokseranın yarpaq formasıdır.  

12.

 

Yarpaqlar  hörümçək  toru  ilə  koma  şəklində  bükülmüşdür.  Bu, 



üzümyarpaqbükəninin zədəsidir. 

13.


 

Yarpağın kənarları əyilmiş və hörümçək toru ilə hörülmüşdür. Bu, üzüm 

salxımyarpaqbükənidir. 

 

 



 

Çiçək topası və çiçəklər. 

1.

 



Qönçələrdə sıx və ağ örtük olur. Bu, mildiumdur. 

2.

 



Qönçələr,  çiçək  və  yumurtalıqlar  kiçik  tırtıllar  tərəfindən  yeyilir  və 

hörümçək toru ilə dolanmış olur. Bu, üzüm salxımyarpaqbükənidir. 

3.

 

Çiçəklərin ortasını böcəklər zədələyir. Bu, maralcıq və vız-vız böcəyidir. 



 

 

Salxım və gilələr. 



1.

 

Tam  yetişməmiş  gilələr  günəş  Günəş  şüasının  təsirindən  əmələ  gələn 



qarsalanmadan və torpaqdakı nəmliyin azlığından tökülə bilər. 

2.

 



Yaşıl  giləlrdə  ağ  örtük  fonunda  boz-bənövşəyi  ləkələr  əmələ  gəlir  və 

onlar böyüməkdən qalır, çürüyür, yumşalır, qırışır və quruyur. Yetişmiş gilələrdə 

isə tünd-qəhvəyi rəngli, gilə saplağı ətrafında isə göyümsov ləkələr  yaranır. Bu, 

mildiumun əlamətidir. 

3.

 

Gilədə boz kül rəngli örtük olur. Zədələnmiş gilələr zəif inkişaf edir və 



quruyur.  Yaşıl  və  yetişmiş  gilələr  çatlayır,  qabıqda  və  lətdə  əmələ  gəlmiş  dərin 

çatlardan toxum görünür. Bu, oidiumun əlamətidir. 

4.

 

Girdə,  çirkli-ağ,  yaxud  bozumtul  ləkələrin  eninə  qara,  yaxud 




357

 

 



qırmızımtıl-qonur haşiyəlri olur. Bu, qara çürümədir. 

5.

 



Göyəçalan  qonur  ləkələr  tədricən  kiçik  qara  təpəciklə  örtülür  və 

sonralar qırışlara çevrilır. Bu, qara çürümədir. 

6.

 

Gilənin  saplaöında  qonu-boz  ləkələr  yayılmış  vəziyyətdə  olur.  Qabıq 



isə kiçik boz təpəciklərlə örtülür. Gilələr qırışır və quruyur. Bu, ağ çürümədir. 

7.

 



Zeytun,  yaxud  tünd-göy  rəngli  ləkələr  salxım  saplağından  başlayır  və 

zədələnmiş gilələr bərkiyir. Bu, serkosporioz xəstəliyinin əlamətidir. 

8.

 

Yetişmış gilələr yağışdan sonra çatlayır, sonralar sıx boz kiflə örtülür və 



qırışır. Bu, nəcib göbələkdir (Botryutis cunerea).  

9.

 



Gilələrdə  drşik  açılmış  və  ləti  yeyilmiş  olur.  Belə  gilələr  quru  havada 

büzüşür və yağışlı havada quruyur. Bu, salxım yarpaqbükənidir.  




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə