Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə177/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   207

383

 

 



öz əsərlərində çoxlu miqdarda üzüm sortlarını qeyd etmişlər. 

Müasir  ampeloqrafiyanın  elmi  əsaslarını  1806-cı  ildə  Simon  de  Roxas 

Klimente  ―Əndəluzda  becərilən  üzüm  sortlarının  öyrənilməsi  təcrübəsi‖  adlı 

əsərində qoymuşdur. 

Məşhur fransız üzümçüsü Pyul Pyulo 1874-cü ildə yazdığı ―1000 üzüm sortu‖ 

adlı  əsərində  yazırdı  ki,  üzüm  sortlarının  hər  tərəfli  öyrənilməsi  üçün  onların 

təkcə kolleksiyada öyrənilməsi kifayət deyildir, hər bir üzümçülük ölkəsində hər 

bir  sort  konkret  yerli  şəraitdə  öyrənilməli  və  məlumatlar  ampeloqrafiyada 

verilməlidir. 

Bu prinsipə əməl edən fransız alimləri Viala və Vermorel 1901-191-cu illərdə 

özlərinin məşhur 7 cildlik ―Universal ampeloqrafiya‖ kitabını yazmışlar. Onların 

―Universal ampeloqrafiya‖ sının 1-ci cildi sortların təsvirindən bəhs edir. Axırıncı 

7-ci cild isə sorğu kitabıdır. 

1846-cı ildə Rusiyada ilk dəfə olaraq Kolenatinin mədəni üzümün mənşəyi və 

təsnifatına aid işləri ampeloqrafik tədqiqatlara aiddir. 

1904-cü  ildə  akademik  Korjinskinin  ―Krımın  ampeloqrafiyası‖  çapdan 

çıxmışdır.  Əsər  Rusiyada  ampeloqrafiya  sahəsində  ən  böyük  irəliləyiş  kimi 

qiymətləndirilmişdir. Kitabda 112 üzüm sortunun təsviri vardır. Bu əsərdə üzüm 

sortları yalnız botaniki cəhətdən təsvir olunmasına baxmayaraq, Rusiyada ilk dəfə 

olaraq üzüm sortlarının öyrənilməsini elmi-tədqiqat səviyyəsinə qaldıra bilmişdir. 

XX əsrin əvvəllərinə qədər Rusiyada ampeloqrafik tədqiqatlar rüşeym halında 

idi.  Ölkənin  qədim  üzümçülük  rayonlarının:  Zaqafqaziyanın,  Orta  Asiya  və 

Dağıstanın sort ehtiyatı öyrənilməmiş qalırdı. 

Zaqafqaziyada  üzüm  sortlarının  öyrənilməsinə  professor  Sosnovski  və  Prins 

başlamışlar.  A.N.Neqrulun  1946-cı  məlumatına  görə  o  vaxtlar  Qarabağın, 

DQMV- nın və Naxçıvanın üzüm sortları fondu öyrənilməmiş qalırdı. 

SSRİ  Yeyinti  Sənaye  Nazirliyi  1936-cı  ildə  Ümumittifaq  Elmi-Tədqiqat 

Şərabçılıq Sənayesi Stansiyasına ( İndiki Ümumittifaq Elmi-Tədqiqat Şərabçılıq 

və Üzümçülük İnstitutu (―Maqarac‖) ―SSRİ ampeloqrafiya‖sının tərtibi haqqında 

göstəriş vermişdir. 

Bütün  əməliyyat  və  redaksiya  işləri  ―SSRİ  ampeloqrafiya―-sının  tərtibinə 

yönəlmişdir. 

Hal-hazırda  Yaltada,  Odessada,  Kişinyovda,  Novoçerkassda,  Tbilisidə  və 

Səmərqənddə  üzüm  sortlarının  dünya  kolleksiyaları  fəaliyyət  göstərir.  Bu 

kolleksiyalardakı  ən  yaxşı  üzüm  sortları  təsərrüfatlarda  geniş  miqyasda 

becərilmək üçün tövsiyə edilir. 



Ampeloqrafiyanın  tədqiqat  metodikası.  Üzüm  sortları  barədə  sonrakı 

tədqiqatlar  və  onların  təsviri  metodikası  akademik  Korjinskinin  ―Krımın 

ampeloqrafiyası‖  na  əsaslanmışdır.  Lakin  bu  metodika  müasir  tələblərə  cavab 



384

 

 



vermir. 

Sortların  təsvir  olunmasının  Korjinskiyə  məxsus  sxemində  çiçək  tipləri 

göstərilmir.  Çiçək  tiplərinə  məxsus  əlamətlər  sortların  təyin  olunmasının  bəzən 

həlledici diaqnozu hesab edilir. Yarpaqlar təsvir olunarkən Korjinskiyə görə orta 

tip yarpaqlar götürülür, yəni zoğların orta hissəsindəki yarpaqlar götürülür, yəni 

həlledici diaqnozu hesab edilir. Məlumdur ki, sortun təyin olunmasında təkcə bu 

yarpaqlardan istifadə etmək olmaz, çünki zoğun aşağı, orta və yuxarı hissələrinin 

yarpaqları arasında fərq vardır. 

Sortların  təsvirindəki  bu  çatışmazlıq  Ümumittifaq  Bitkiçilik  İnstitutu, 

Ümumittifaq  Şərabçılıq  və  Üzümçülük  İnstitutu‖  Mağarac‖  və  ayrı-ayrı 

tədqiqatçılar tərəfindən aradan qaldırılmışdır. 

Ampeloqrafik  tədqiqatların  metodikası  1936-cı  ildə  M.A.Lazarevski 

tərəfindən  daha  da  təkmilləşdirilmişdir.  Onun  metodikasının  əsasını  sortların 

əlamətlərinin obyektiv qiymətləndirilməsi, daha doğrusu, əlamətlərin dəyişkənliyi 

nəzərə almaq cəhdi olmuşdur. O, hər zaman əlamət üçün xüsusi tipik cədvəl tərtib 

etmişdir. 



Üzüm  sortlarının  ampeloqrafik  təsvirinin  sxemi.  Üzüm  sortlarının təsviri 

vahid plan əsasında aparılmalıdır və bu plan aşağıdakı sxem kimidir: 



1.

 

Rayonda əsas sortun adı, onun yayılması və sinonimləri. 



2.

 

Sortun  əmələ  gəlməsi,  əmələgəlmə  yeri,  sortun  müəllifi,  başlanğıc 

material, növ, ekoloji-coğrafi qrup. 

3.

 

Ölkədə sortun yaranması və yayılması tarixi. 



4.

 

Ölkədə sortun müasir arealı. 



5.

 

Sortun  botaniki  təsviri.  Burada  təbii  şəraitin  xarakterizəsi,  sahə, 

ekspozisiya,  torpaq,  üzümlüklərin  yaş  tərkibi,  becərmə  sistemi,  calaqaltı  sortu, 

suvarma  sistemi  və  s.haqqında  əldə  məlumat  olmalıdır.  Tənəyin  orqanlarının 

botaniki  təsviri  isə  aşağıda  ardıcıllıq  üzrə  aparılmalıdır:  a)yaşıl  zoğ;  b)  yarpaq; 

c)birillik zoğ; d)çiçək; e)salxım; v)gilə; q)toxum; 



6.

 

Sortun  aqrobioloji  xüsusiyyətləri:  a)  vegetasiya  müddəti  ;  b)zoğların 

yetişmə  dərəcəsi;  v)  kolun  böyüməsi;  q)məhsuldarlıq;  d)  çiçəklərin  tökülmə 

dərəcəsi  və  gilələrin  noxudvari  olması;  y)funksional  dişi  tipli  çiçəkləri  olan 

sortların ən yaxşı tozlayıcıları; t)zərərverici və göbələk xəstəliklərinə davamlılığı; 

z)  sortların  bioloji xüsusiyyətlərinə  uyğun  tətbiq  edilən  aqrotexnika;  i)  ən  yaxşı 

calaqaltılar; k)sortun istifadəsi. 

7.

 

Sortun  təsərrüfat-texnoloji  xüsusiyyətləri:  a)  mexaniki  tərkibi;  b)  şirə 

çıxımı;  c)gilənin  mexaniki  xüsusiyyətləri;  q)  şirənin  kimyəvi  tərkibi  və  onun 

yetişmə prosessində dəyişməsi; d) sortun istifadəsi. 



8.

 

 Sortun variasiya və klonları. Ayrılmış klonların təsviri. 



9.

 

Sorta  ümumi  qiymət  verilməsi.  Sort  haqqında  ümumi  nəticə  çıxarılır  və 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə