Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə178/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   207

385

 

 



hansı rayonda, hansı istiqamət üçün perpektiv olması göstərilir. 

 

Üzüm sortlarının təsvir və təyin olunmasının 



ümumi sxemi və metodikası 

Mədəni  üzümün  morfoloji  əlamətləri  böyük  müxtəlifliyə  malikdir.  Çoxlu 

miqdarda üzüm  sortlarını  öyrənərkən hər bir  morfoloji  əlamətin əsasında aralıq, 

yaxud keçid əlamətlər vardır. 

Mədəni  üzümün  polimorfizmi,  onun  botaniki  öyrənilməsini  və  təsvirini 

çətinləşdirir.  Əgər  öyrəniləsi  üzüm  sortu  azdırsa,  onda  onları  əsas  fərqləndirici 

əlamətlərlə  təsvir  etmək  olar.  Ona  görədə  hər  bir  ampeloqraf  qəbul  edilməmiş 

metodika  və  qeyri-müəyyən  terminologiya  tətbiq  etməklə  ampeloqrafiya  işini 

korlaya bilər. 

Üzüm  sortlarının  təsvir  olunması  metodikasının  təkmilləşdirilməsi  işində 

fransız  ampeloqrafı  Ravazın  işlərinin  böyük  əhəmiyyəti  vardır.  Ravaz  sortların 

təsviri metodikasında növ və cinslərə aid əlamətləri kənara atmışdır. Bu əlamətlər 

sortların təsvirində dolaşıqlıq yaradırdı. O, sort əlamətlərini iki qrupa bölmüşdür: 

1)  ekoloji  şəraitin  təsvirindən  az  dəyişən  ―keyfiyyət‖  əlamətləri;  2)  becərilmə 

şəraitinin təsirindən tez dəyişən ―miqdar‖ əlamətləri. 

Əlamətlərin  daha  obyektiv  qiymətləndirilməsi  üçün  Ravaz  yarpaq  ayasının 

ölçülməsi,  yuxarı  və  aşağı  kəsiklərin  dərinliyi,  dişciklərin  hündürlüyü  və  s. 

əlamətlərin ölçü göstəricilərinin işlənib hazırlaması. 

Botaniki  təsvirin  proqramı  bir  neçə  yüz  il  ərzində  tədricən  genişlənmiş  və 

tənəyin yeni morfoloji əlamətlərini işləyib hazırlamışdır. 

Üzüm sortları aşağıdakı proqram üzrə təsvir olunmalıdır: 

YaĢıl zoğ 

1) Yaşıl yarpaqların rəngi və tüklülük dərəcəsi

2) Yaşıl zoğun rəngi; 

Birillik zoğ 

1)

 



Yetişmiş zoğun rəngi; 

2)

 



Bığcıqların xüsusiyyəti

Yarpaq 

1)

 



Ayanın ümumi cizgiləri; 

2)

 



Yarpaq səthinin xarakteri və lövhənin qatlanması; 

3)

 



Yuxarı və aşağı kəsiklər; 

4)

 



Saplaq oyuğu; 

5)

 



Dişciklər (pəncələrin ucunda və kənarlarında) 

6)

 



Yarpağın tüklülük dərəcəsi

7)

 



Saplaq və damarların rəngi; 

8)

 



Yarpaqların payız rəngi; 


386

 

 



Çiçək 

1)

 



Çiçəyin tipləri; 

2)

 



Erkəkciklərin miqdarı və erkəkcik saplağının yerləşmə xarakteri; 

3)

 



Yumurtalıqların forması, sütuncuq və ağızcıq; 

Salxım və gilə 

1)

 



Salxımın ölçüsü; 

2)

 



Salxım saplağının xüsusiyyətləri, darağın budaqlanması və gilə saplağı; 

3)

 



Gilənin iriliyi, forması və rəngi

4)

 



Qabıq və lətin xüsusiyyətləri mum təbəqəsinin sıxlığı və şirənin rəngi; 

5)

 



Gilənin dad və ətri

6)

 



Gilədə toxumun orta miqdarı; 

Toxum 

1)

 



Toxumun iriliyi; 

2)

 



Toxumun morfoloji əlamətləri; 

Sortun təyin olunmasında istifadə 

olunan əlamətlər. 

Yabanı  üzüm  uzun  müddət  mədəni  halda  becərildikdən  sonra  onun  ilkin 

əlamətləri  dəyişmişdir.  Sonralar  onlar  arasında  aparılan  çarpaz  tozlamalar  və 

fasiləsiz  seçmələr  tənəkdə  dəyişkənliklərin  sərhəddini  genişləndirmişdir. 

Məsələn: yabanı üzümlərin hamısının giləsinə xas olan qara rənglilik (tünd göy) 

uzun  müddət  mədəni  halda  becərilib  seçmə  apararkən  müxtəlif  rəngliliyi  əmələ 

gəlmişdir.  Belə  ki,  vaxt  keçdikcə  ekoloji  amillərin,  torpaq  şəraitinin  və 

becərmənin  təsiri  altında  üzüm  bitkisinin  orqanlarında,  məhsulun  keyfiyyət  və 

kəmiyyətində müxtəliflik yaranmışdır.  

Sərbəst dəyiĢən əlamətlərin qiymətləndirilməsi üsulları 

Sortların təyin edilməsində ampeloqrafik təsvirlərin dəqiqliyinin və onlardan 

istifadənin  olduqca  böyük  əhəmiyyəti  vardır.Belə  ki,  üzüm  sortlarında  əksər 

hallarda bəzi əlamətlər bu və ya digər göstəricinin miqdarca artması və azalması 

ilə  bir-birindən  fərqlənir.  Çox  sort  olan  kolleksiyada  bir-birinə  tədricən  keçən, 

sərbəst  dəyişən  –sıçrayışsız əlamətlər çoxdur. Buna aid  yarpağın  kənar dişlərini 

ğöstərmək  olar.  Bu  cür  xarakterli  dəyişkənliklər  digər  əlamətlərdə  də  özünü 

göstərir.Gilələrdə  forma  girdədən  oval  və  barmaq  şəklinə  qədər  dəyişir, 

yarpaqların alt tərəfində tək-tək tükcükdən keçə kimi sıx tükcüyü olanlara qədər 

rast gəlinir.  

Sortların  təyin  edilməsində  yuxarıda  göstərilən  əlamətlərin  riyazi  ifadə  ilə 

verilməsi daha dəqiq olardı, lakin bu çox vaxt aparır. 

Tarla şəraitində sortların təyin olunmasında sahə üsulu hesab edilən gözəyarı 

üsuldan  geniş  istifadə  edilir.Bu  üsulu  yarpağın  tüklülük  əlaməti  misalında  izah 

edək.Yarpagın  alt  tərəfində  yüklülük  dərəcəsi  müxtəlifdir.Seyrək  tüklü,  orta 



387

 

 



dərəcədə  tüklü  və  sıx  tüklü.  Bunların  arasında  keçid  formaları  vardır.  Seyrək 

tüklü ilə orta dərəcədə tüklü arasında riyazi hesablama aparılsa, tükün miqdarına 

görə onlarca keçid formaları yaranar.Gözəyarı üsulda isə bu hesaba alınmır.Bunu 

başqa əlamətlərin də timsalında izah etmək olar. 

Bütün  deyilənlərdən  aydın  olur  ki,  sortların  hər  hansı  ―ştampovkalı‖ 

əlamətləri  yoxdur.Aqrotexnikadan  və  becərilmə  şəraitindən  asılı  olaraq 

əlamətlərin çox və az dərəcədə dəyişkənliyi müşahidə edilir. 

Üzüm sortlarının botaniki təsviri yarpaq və salxımların fotoşəklinin çəkilməsi 

ilə tamamlanır. 

YaĢıl və birillik zoğun botaniki təsviri 

Yazda  tənəyin  qışlayan  gözcüyündığən  zoğ  çıxır.Onlar  yeni  böyüyən 

vaxtı(10-20cm  olarkən)ekoloji-coğrafi  qruplara,  eləcə  də  sortlara  məxsus  rəng 

əmələ  gəlir.  Belə  ki,  proles  orientalis  neqr  sortlarının  yeni  əmələ  gəlmiş 

yarpaqları çılpaq, çox zərif və açıq yaşıl, bəzən isə limonu sarı rəngli olur. Proles 

Pontika  neqr  sortlarının  yaşıl  yarpaqları  hörümçək  toruna  bənzər  tüklüdür.  Bu 

qrupun ayrı-ayrı sortlarında tüklülük o dərəcədə qalındır ki, zoğun uc yarpaqları 

ağ rəngə çalır. 

Yaşıl  zoğun  təsvirinə  böyümə  nöqtəsindən  başlamaq  lazımdır.  Böyümə 

nöqtəsi  yaşıl  zoğun  uc  hissəsi  adlanır.  Yaşıl  zoğun  tüklülük  dərəcəsinə  görə 

mədəni üzümlərin bütün sortları iki qrupa bölünür: 

1.Böyümə nöqtəsinin tacı və cavan yarpaqları çılpaq və parlaq olanlar. 

2.Böyümə  nöqtəsi  və  yaşıl  yarpaqları  yapıxmış,  ağ  tükcüklərlə  örtülürlər. 

Belə  tüklülük  dərəcəsindən  asılı  olaraq  yeni  əmələ  gəlmiş  yaşıl  zoğ  küləçalan, 

yaxud  ağ  rəngli  olur.  Ağ  tüklülük  Qara  dəniz  hövzəsi  ətrafı  ekoloji  –coğrafi 

qrupu üzümlərinə məxsusdur. Qərbi Avropa üzümlərində tüklülük zəifdir. 

 Yeni əmələ gəlmiş  yaşıl zoğların uc hissəsində tük sıx,əsasına doğru seyrək 

olur.Yarpağın üst hissəsi aşağı hissəsinə nisbətən az tüklüdür. Yaşıl zoğlarda uc 

yarpaqların  tüklülük  dərəcəsinin  aşağıya  doğru  dəyişməsi  sorta  məxsus  vacib 

əlamətlərdən biridir.  

 Yeni əmələ gəlmiş  yaşıl zoğlar aşağdakı rənglərdə ola bilər. Zoğu tamamilə 

çılpaq,  zərif,  parlaq,  yarpaqları  açıq  yaşıl,  yaxud  limonu-  sarı;  eynitonlu  boz-

yaşıl; ağ; qırmızı-sarı, narıncı rəngli, açıq-bürüncü, çaxırı-qırmızı. 

 Müxtəlif  üzüm  sortlarında  yarpaqların  müxtəlif  rənglərlə  qarışıq  olan  yaşıl 

rəngini  fərqləndirmək  çətindir.  Sarımtıl-yaşıl,  yaxud  limonu-sarı  rənglər  tez  və 

asanlıqla aşkar edilir. 

 Bir neçə qrup üçün müəyyən sortlar var ki, onlar da əsas yaşıl rəngə, qırmızı-

sarı,  yaxud  çaxırı-qırmızı  rəng  əlavə  olunur.  Ümumi  tonda  əlavə  rəngin 

kəsafətindən  asılı  olaraq  yarpağın  rəngi  sarımtıl-narıncı,  açıq-bürüncü,  yaxud 

tünd- bürüncü ola bilər. 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə