Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə179/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   207

388

 

 



 Zoğları  sıx  tükcüklə  örtülü  sortların  yeni  böyüməkdə  olan  yarpaqlarında 

özünəməxsus cəhrayı rəng mövcuddur.  

 Birillik  zoğlarda  buğumaralarının  müxtəlif  rəngləri,  eləcə  də  zoğların 

böyümə xüsusiyyətləri sortu xarakterizə edən əlamətlərdəndir. 

 Yarpağın botaniki təsviri 

Üzüm  bitkisi  üçün  yarpaq  başlıca  orqandır  ki,əsasən  onu  morfoloji 

xüxusiyyətlərinə görə təyin etmək olar. Yarpaq aşağıdakı morfoloji nişanələrinə 

görə təhlil edilir:iriliyinə, formasına görə, yarpağın kənarlarının qatlanmasına və 

yarpaq  səthinə,kəsimliliyinə,yan  kəsiklərinə  və  saplaq  oyuğuna,  yarpağın 

tüklülüyünə və payız rənginə görə. 



Yarpağın  iriliyi.Yarpağın  uzunu  mərkəzi  pəncəsinin  son  dişiciyindən,  aşağı 

pəncənin  ən uzun dişiciyinə qədər olan məsafə ilə ölçülür. Yarpağın  eni  yarpaq 

səthinin ən enli hissəsindən götürülən ölçü ilə hesablanır.Yarpaqlar iriliyinə görə 

müxtəlif olur:xırda-uzunluğu 10 cm-ə,orta uzunluğu 17 cm-dən çox olan . 



Yarpağın forması. Yarpaq ayasının forması beş əsas damarla müəyyən edilir. 

Bunlardan orta damar elə bil ki,  yarpaq saplağının davamıdır və  yarpaq ayasını, 

adətən simmetrik olmayan iki yerə bölür, qalan dörd damar cüt-cüt sağa və sola 

ayrilir və yan damarlar adlanır. 

Yarpaq  formasına  görə  dəyirmi,  yumurtavari,  ürəkşəkilli  və  pazşəkilli  ola 

bilər.  


Yarpaq  səthinin  qatlanması.  Yarpaq  səthi  düz,  kənarları  yuxarı  və  aşağı 

qatlanmış, dalğalı, qıfşəkilli, novdan şəkilli və s. ola bilər. 



Yarpaq  ayası.  Yarpaq  ayası  sığallı,  torvari,  qırışlı,  xırda  və  iri  qabarcıqlı, 

qatlanmış  səth,  yarpaq  səthinin  kənarları  yuxarı  və  aşağı  qatlanmış  ola  bilər. 

Yarpaq ayası parlaq və tutqun olur. 

Yarpağın kəsimliliyi. Yan kəsiklərinin sayına görə yarpaq bütün, üç pəncəli və 

beş pəncəli, nadir halda yeddi pəncəli ola bilər. 



Yan  kəsiyin  dərinliyi.  Bu,  yarpaq  pəncəsinin  yarpağın  səthinə  qatlanması  ilə 

təyin edilir. 

Yarpağın pəncəsi kəsiyin dərinliyi qədər qatlanarsa və pəncə ancaq yarpağın 

səthində qalarsa, onda kəsik xırda olur. Əgər yarpağın qatlanan pəncəsi saplağın 

yarpağa birləşən yerinə çatıb və geri qatlanarsa, kəsik dərindir. 

Yan  kəsiklər.  Bunlar  formasına  görə  açıq  və  qapalı  olur.  Açıq  kəsiklərdə 

yarpaq pəncələri bir-birinin üzərinə düşmür. Formalarına görə onlar az görünən, 

künclü,  yarıqlı,  lirəşəkilli,  ensiz,  itikünclü,  dəyirmi,  düz,  yumru  bərabərtərəfli, 

təkdişli və s. olur. 

 Qapalı 

kəsiklər. 

Burada 


yarpaq 

pəncələri 

bir-birinin 

üzərinə 


düşür.Formalarına  görə  ensiz,  ellipsvari,  iti  və  yumru  künclü,  üçbucaqşəkilli  və 

s.olur. 



389

 

 



 Saplaq  oyuğu  quruluşuna  görə  bağlı  və  açıq  olur.  Bağlı  saplaq  oyuqları 

formalarına görə ellipsvarı, yumru, yumurtavarı, dəyirmi, və itikünclü və s. olur. 

Açıq  saplaq  oyuqları  formalarına  görə  lirəşəkilli,  taclı,ensiz,  müxtəliftərəfli, 

bərabərtərəfli, enli itikünclü və s. formadadır.  

 Yarpaq  ayası.  Onun  pəncələrinin  kənarları  ensiz,  üçbucaq  şəkilli,  pəncəsi 

yumru-günbəzşəkilli, enli-künbəzvarı və s. ola bilər. 

 Yarpaq ayası çılpaq və tüklü ola bilər. Vegetasiyanın sonuna yaxın gilələrin 

rənginə uyğun olaraq yarpaqlar xararakterik payız rəngi alır. Gilənin rəngi ağ və 

çəhrayı olan sortlarda yarpaqlar sarı, yaxud qızılı-sarı, tünd rənglərdə isə qırmızı, 

yaxud tünd-qırmızı olur. 

 

Çiçəyin, salxımın, gilənin və toxumun botaniki təsviri 

Çiçəyin botaniki təsvirində onları tiplərinə görə təsvir etmək lazımdır. 

Tənəyin  çiçəkləri  üç  tipdə  olur:  birevli  ikicinsli,(öz-özünü  tozlayan) 

funksional dişi, funksional erkək. 

İkicinsli  çiçəklər  yaxşı  inkişaf  etmiş  dişiciyə  və  fertıl  tozcuğu  olan 

erkəkciklərə  malikdir.  Əksər  üzüm  sortlarının  çiçəyi  ikicinsli  tipə  aiddir. 

Funksional  dişi  tipli  çiçəklərdə  dişicik  normal  inkişaf  etdiyi  halda,  erkəkciklər 

dişicikdən  qısa  olub,  aşağı  əyilmiş  haldadır.  Bundan  başqa,onlar  sterildir.  Buna 

görə  də  onlar  mayalamaq  qabiliyyətinə  malik  deyuldir.Bu  tip  çiçəklərə  yabanı 

tənəklərdə və bəzi üzüm sortlarında rast gəlinir. 

Funksional erkək tipli çiçəklər, düzduran erkəkciklərdən və zəif inkişaf etmiş 

sütuncuqsuz  və  ağızcıqsız  dişicikdən  ibarətdir.  Bu  tip  çiçəklərin  tozcuqları 

(fertildir) mayalandırma qabiliyyətinə malikdir. 

Müxtəlif  üzüm  sortlarında  erkəkciklərin  uzunluğu  müxtəlif  olur.  Bunu 

dişiciyin uzunluğuna görə gözlə daha dəqiq təyin etmək mümkündür. Erkəkciyin 

uzunluğunun  dişiciyin  uzunluğuna  olan  nisbəti  vahid  olduqda  qısa,  1,5  olduqda 

orta, 2 olduqda uzun, 2-dən artıq isə çox uzun hesab edilir. Dişiciklər formalarına 

görə  müxtəlif  olur.  Konusvari,  silindirvarı,  kürəvari  və  enli  konusvarı  və  s. 

dişiciyin sütuncuğu müxtəlif sortlarda müxtəlifdir: qısa, orta və uzun. 

 Salxım  çiçək  topasından  əmələ  gəlir.  Sortun  təsvirində  salxım  və  gilənin 

morfoloji  əlamətlərinin  böyük  əhəmiyyəti  vardır.  Salxımın  iriliyi,  onun  aşağı 

hissəsindən  yuxarı  hissəsinə  qədər  olan  məsafə  ilə  ölçülür.  Əgər  salxımın 

uzunluğu (saplaqsız) 10 sm  olarsa xırda, 18 sm-ə qədər olduqda orta, 26  sm-də 

iri, 26 sm-dən artıq çox iri adlanır. 

Salxımın  forması  onun  xarici  görünüşü  ilə  müəyyən  edilir.  Formasına  görə 

salxımlar  silindrvarı,  konusvarı,  silindrik-konusvarı,  qanadlı  və  budaqlı  olur. 

Sıxlığına  görə  salxımlar  sıx,  çox  sıx,  seyrək,  çox  seyrək  olur.  Sıx  salxımlarda 

gilələr  bir-birinə  çox  yaxın  yerləşir,  ancaq  gilə  formasını  dəyişmir.  Məsələn, 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə