Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə182/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   207

396

 

 



şirə, daraq, qabıq və toxum. Üzümün mexaniki təhlilinin sxemi aşağıdakı kimidir: 

A.

 

Salxımın quruluşu: 

çəki,  gilələrin  miqdarı,  gilənin  çəkisi,  darağın  çəkisi,  gilənin  faizi  (salxımın 

çəkisinə  görə),  darağın  faizi,  quruluş  göstəricisi  (gilənin  çəkisinin  salxımda 

darağın çəkisinə nisbəti), gilə göstəricisi (100q salxımda) 



B.

 

Gilənin quruluşu (çəki ilə): 

salxımda  qabığın  çəkisi,  salxımda  toxumun  çəkisi,  salxımda  lətin  çəkisi, 

salxımda gilənin sayı, 100 gilənin çəkisi, 100 toxumun çəkisi, 100 gilədə qabığın 

orta çəkisi, 100 gilədə toxumun orta çəkisi, 100 gilədə lətin orta çəkisi, 100 gilədə 

toxumun orta miqdarı, quruluş göstəricisi (lətin qabığa nisbəti) 

V. Salxımın tərkib hissələri (salxımların çəkisinə görə %-lə): 

daraq,  qabıq,  toxum,  lət,  skelet  (daraq  və  qabıq  birlikdə),  bərk  qalıq 

(qabıq,daraq və toxumun miqdarı), quruluş göstəricisi (lətin skeletə nisbəti ). 

Mexaniki  tərkib  geniş  mənada  salxım  və  gilənin  mexaniki  və  plastik 

elementlərinin  nisbəti  kimi  başa  düşülür.  Bu  nisbətlər  qanunauyğundur,  sortun 

təbiəti və ekoloji şəraitin təsiri ilə müəyyən olunur. 

Bilavasitə  çəki  və  hesablama  yolu  ilə  ancaq  altı  maddə  öyrənilir:  salxımın 

çəkisi,  gilənin  miqdarı  və  çəkisi,  qabığın  çəkisi,  salxımda  toxumun  çəkisi  və 

miqdarı. Digər maddələr hesablanır. 

Süfrə  sortlarında  salxımın  strukturu  (salxımın  çəkisinə  nisbətən  darağın, 

qabığın, toxumun, lətin faizlə miqdarı) çox, texniki sortlarda az olmalıdır. 

Təhlil  üçün  salxım  əsasından  kəsilir.  Hər  salxım  ayrılıqda  texniki  tərəzidə 

çəkilir,  sonra  bütün  gilələr  qayçı  ilə  yastıqcıqdan  ayrılır.  Xarab  olmuş  gilələr 

ayrıca sayılır və bir normal gilənin çəkisi müəyyən edilir. 

Gilənin  tərkibini  düzgün  müəyyən  etmək  üçün  pinset  vasitəsilə  normal 

gilələrin  qabığı  soyulur.  Qabığın  ümumi  çəkisinə  çıxdaş  edilmiş  ğilələrin 

qabığının çəkisi əlavə edilir. 

Gilədən  çıxarılmış  toxumlar  süzgəc  kağızı  üzərinə  yığılır,  qurudulur,  sayılır 

və çəkilir. Ləti bərk olan gilələrdə lətin bərk hissəsi və şirə ayrılıqda hesablanır. 

Mexaniki tərkib sortdan, üzümün yetişmə dərəcəsindən və ekoloji şəraitindən 

asılı olaraq dəyişir. Belə ki, salxımda darağın miqdarı orta hesabla 3,5%, gilələr 

isə 96,5% təşkil edir. 

Mexaniki tərkibi aşağıdakı kimi dəyişir: qabıq 0,9-38,6 % (orta hesabla 8%), 

toxum 0,9-10,8% (orta hesabla 3,6%), lət 71,1-95,5% (orta hesabla 88,4 %). 

Mexaniki tərkib sortun təsərrüfat istiqamətini müəyyən edir. 

Mexaniki  tərkib  nəinki  müxtəlif  sortlarda,  həm  də  eyni  sortda  müxtəlif 

şəraitdə dəyişir. 

Süfrə üzüm sortlarında mexaniki xüsusiyyət öyrənilir. Mexaniki xüsusiyyətə 

gilənin  təzyiqə  davamlılığı,  yaxud  əzilmə  qüvvəsi  və  gilənin  saplaqdan  qopma 




397

 

 



qüvvəsi daxildir. Hər iki göstərici nə qədər çox olsa, bir o qədər onlar saxlanmağa 

və nəqliyyata davamlı hesab edilir. Məsələn, Qaraburnu sortunda gilənin əzilmə 

qüvvəsi  1561  qram,  Haçabaş  sortunda  gilənin  saplaqdan  qopma  qüvvəsi  289 

qrama qədərdir. 




398

 

 



Üzüm bitkisinin seleksiyası 

 

Mövcud  sortların  yaxşılaşdırılması,  süni  seçmə  və  çarpaz  tozlanma  yolu  ilə 



yeni sortların alınması seleksiya adlanır. Üzümün seleksiyası- üzüm məhsulunun 

keyfiyyət  və  kəmiyyətinin  artırılmasının  həlledici  amilidir.  ―Təkamül 

prinsiplərinə  əməl  olunduqda  seleksiya  işində  inamla  müvəffəqiyyətə  doğru 

getmək mümkündür.  ―Təkamülün əsasını ―mutasiya‖ və ―rekombinasiya‖, eləcə 

də ―seleksiya‖- yəni irsi dəyişkənlik və seçmə təşkil edir. 

Kənd  təsərrüfatı  istehsalının,  o  cümlədən  üzümçülüyün  intensivləş  -

dirilməsində  sortlara  aparıcı  yer  verilir.  Dünya  statistikasının  məlumatına  görə 

son  30-35  ildə  yeni  sortların  tətbiqi  hesabına  bitkiçilik  məhsulları  istehsalı  30% 

artmışdır.Bu artım ən çox dənli bitkilərə aiddir. Son illərdə bu artımı üzümçülüyə 

də aid etmək olar.  

Sort  üzüm  məhsulunun  isifadə  istiqamətini  təyin  edir  və  onun  keyfiyyətinin 

yaxşılaşdırılmasında  əsas  rol  oynayır.  Sort  fərqinin  bütün  növ  üzüm 

məhsullarının keyfiyyətinə təsiri taxıl və texniki bitkilərə nisbətən üzümdə daha 

güclüdür. 

Yeni  üzüm  sortlarının  mütləq  göstəricisi  onların  məhsuldarlığıdır.  Əgər 

sortun  yüksək  və  stabil  məhsuldarlığının  genetik  qabiliyyəti  yoxdursa, 

aqrotexniki tədbirlər və ekoloji təsirlərlə bu qabiliyyəti artırmaq çətindir. 

Üzümçülükdə seleksiyanın məqsədi yüksək məhsuldar və yüksək keyfiyyətli, 

xəstəliklərə,  şaxtaya,  quraqlığa  və  fillokseraya  davamlı  sortlar  yaratmaqdır. 

Bunlardan  başqa,  seleksiyaçılar  yaxşı  əmtəə  görkəminə  malik,  nəqliyyata  və 

saxlanmağa davamlı süfrə üzümü sortları yaradılması uğrunda muskat ətirli, tünd 

rəngli  texniki  sortlar  azlıq  təşkil  edir.  Müxtəlif  torpaq-  iqlim  şəraitində  bitən 

keyfiyyətli və yüksək məhsul verə bilən, yuxarıda göstərilən keyfiyyətləri özündə 

cəmləşdirən üzüm sortlarının yaradılması üzümçü seleksionerlərin həmişə ümdə 

vəzifəsi olmuşdur. 

İnsanlar  tərəfindən  uzun  illər  ərzində  yaradılan  çoxlu  miqdarda  üzüm 

sortlarının  olması  heç  də  o  demək  deyildir  ki,  yeni  üzüm  sortlarına  ehtiyac 

yoxdur. Əlbəttə insanların və şirə istehsalı sənayesinin gündən-günə artan tələbatı 

yeni keyfiyyət kəsb edən sortların yaradılmasını tələb edir. 

Çoxillik təqdiqatlarla müəyyən olunmuşdur kı, başlanğıc valideyn sortlarının 

birinci nəql toxmacarlarının əlamət və xüsusiyyətləri (sıxlıq, salxımın forması və 

ölçüsü,  gilənin  rəngi,  forması  və  ölçüsü  ,qabığın  möhkəmliyi  qalınlığı,  lətin 

konsistensiyası, rəngi, şirənin şəkər və turşuluğu, yarpağın iriliyi, forması, rəngi 

tüklülüyü,  çiçək  tipləri,  əlverişsiz  mühit  şəraitinə  davamlılığı  və  s.)  hədsiz 

dərəcədə müxtəlifdir. 

Yüksək  keyfiyyətli  sortların  çarpazlaşdırılmasından  alınan  birinci  nəslin 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə