Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə183/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   207

399

 

 



toxmacarlarının  əlamət  və  xüsusiyyətlərinin  dəyişkənliyi  sortların  əmələ  gəlmə 

tarıxı nə qədər qədimdirsə zəifliyin bir o qədər də açıq şəkildə biruzə verir. 

Birinci  hibrid  nəslin  irsiyyətinin  əlamətləri  öyrənilərkən  toxmacarda 

valideynlərdə olmayan əlamətlər müşahaidə edilir.Məs:qara giləli sortların(Senso 

x  amur  üzümü,  sereksiya  x  amur  üzümü,  Alikant  buşe  x  Kaberne-  Sovinyon, 

Kopçak x Saperavi, Sereksiya x 3309 və s.) çarpazlaşdırılmasından ağ giləli tox 

macarlar  alınmışdır  .  Ağ  giləli  sortların  (Qaraburnu  x  Jemçuk  Sabo,  Təbrizi  x 

Muskat Ottonel qara giləli toxmacarlar rast gəlinir. Qədim texniki sortlardan olan 

Rkasiteli  və  Yunan  çəhrayısının  çarpazlaşdırılmasından  süfrə  üzümü  toxmacarı 

alınmışdır. 

Bəzi  hallarda  mədəni  sortların  çarpazlaşdırılmasından  alınmış  hibrid 

toxmacarlarda  yabanı  fillokseraya  davamlı  calaqaltı  valideynlərin  əlamət 

xüsusiyyətləri  müşahidə  edilir.  Bu  1-60-2  saylı  formada  müşahidə  edilmişdir. 

Morfoloji  əlamətlərinə  görə  yarpaqlar  ana  sort  seleksiyaya  oxşayır,  gilənin 

iriliyinə  və  formasına  görə  Alikant  Buşeni  xatırladır.  Müqayisəli  orqanoleptiki 

qiymətləndirmədə isə calaqaltı sort Ripariya x Rupestris 101-14-ü xatırlatmışdır. 

Məşhur üzümçü – alim prof. A.M.Neqrul yazır ki, daimi olaraq seleksiya ilə 

məşğul olduqlarına pis sortları yaxşıları ilə əvəz etdikləri və hal –hazırda istifadə 

etdiyimiz  təkmilləşmələri  yaratddıqlarına  görə  biz  əcdadlarımıza  borcluyuq. 

Müəyyən  ekoloji-coğrafi  rayohda  üzüm  sortlarının  fondu  həmişə  dəyişir, 

yaxşılaşır və çoxalır. 

Üzüm bitkisində seleksiyanın metodikası onun təkamülünə əsaslanır: 

1)

 

təbii xüsusiyyətlərdən istifadə edilməsi



2)

 

rast gəlinən irsi dəyişkənliklərin axtarılması; 



3)

 

yeni irsi dəyişkənliklərin alınması yolu; 



a)

 

müxtəlif genlərin sərbəst kombinasiyası; 



b)

 

kimyəvi və fiziki vasitələrlə süni mutasiya proseslərinin aparılması; 



4)

 

selksiya məqsədinə uyğun gələn bitkilərin seçilməsi və çoxaldılması. 



Üzüm  bitkisi  agac  bitkiləri  kimi  qələmlə,  basma  ilə  və  calaqla  çoxaldılır. 

Hazırda  calaqla  çoxaltmadan  daha  çox  istifadə  olunur.Vegetativ  çoxaltmanın 

üstünlüyü  sort  təmizliyini  asanlıqla  saxlamasındadır.  İstər  qələmlə,  istərsə  də 

calaqla  artırılan  bitki  ilə  eyni  xüsusiyyətlərə  malik  olur.  Yaxşı  və  pis  əlamətlər 

onlarda istər xarici görkəminə, istərsə də məhsuldarlığına ğörə yaxşı saxlanır.  

Uzun müddətli vegetativ çoxalmada bitki kəskin irsi dəyişkənliyə uğrayır. Bu 

baxımdan bizim mədəni  bitki  ilə çox heteroziqotludur və bu xüsusiyyət  onlarda 

seçmə  aparmaq  imkanını  artırır.  Seçmə  yolu  ilə  ən  çox  hallarda  sortun 

yaxşilaşdırılması imkanı əldə edilir, çox az hallarda isə həqiqətən yeni sort almaq 

mümkün olur. Süni mayalandırılmlş toxumların toxmacarlarında bu deyilənlərin 

reallığına daha çox imkanlar vardır. Süni  mayalanmadan alınan hər toxmacarda 



400

 

 



valideyn sortların xüsusiyyətləri başqa uyğunlaşmada və görkəmdə təzahür edir. 

Bir  çox  xüsusiyyətlərin  kombinasiyası  nəticəsində  yüksək  məhsuldar,  mühit 

şəraitinə  və  zərərvericilərə  davamlılığı  ilə  fərqlənən  yeni  sortlar  və  formalar 

meydana gəlir ki, gələcəkdə geniş miqyaslı seçmələr aparılması mümkün olur. 

Seleksiyanın  başlanğıcı  insanların  oturaq  həyat  tərzinə  keçmə  tarixi  ilə 

bağlıdır. 

İnsan  səhrada  yaşıllıq  və  su  olan  yerdə(oazis),  çay  vadilərində  və  yaşayış 

üçün az əlverişli yerlərdə başqa bitkilər kimi üzüm də becərmişlər. Bu müxtəlif 

ekoloji  şəraitdə iri salxımlı və xırda salxımlı, iri giləli və xırda  giləli ,  müxtəlif 

dad keyfiyyətlı, müəyyən hallarda isə toxumsuzluq kimi keyfiyyət göstəricilərinə 

malik  üzümlər  meydana  çıxmışdır.  Yabanı  halda  özbaşına  əmələ  gələn 

üzümlərdən  insanlar  tərəfindən  yaxşıları  saxlanmış,  pisləri  məhv  edilmişdir. 

Minilliklər  ərzində  seçmə  nəticəsində  üzümçülük  yüksək  məhsuldar  və 

keyfiyyətli üzüm sortıarının müasir səviyyəsinə gəlib çıxmışdır.  

 

Üzüm bitkisinin xüsusiyyətlərinin dəyiĢməsi. 

 

1.  Modifikasiya.  Bitkidə  xüsusiyyətlərin  əmələ  gəlməsi  DNK  strukturunun 

molekulundakı  irsi  informasiya  (genlər)  vasitəsilə  davam  etdirilir.  Xarici  mühit 

şəraitinin  təsiri  altında  güclənmiş  və  yaxud  zəifləmiş  xüsusiyyətin  özü  yox, 

irsiyyətin əsasları dəyişir. Bu qanunauyğunluğu belə bir misalla izah edək:daimi 

olaraq 30-dən aşağı temperaturda becərilən prummulamn (çoxillik bəzək bitkisi) 

çiçəkləri  həmişə  çəhrayı  rəngli,  30-dən  yuxarı  temperaturda  becərildikdə  onun 

çiçəkləri  ağ  rəngli  olur.  30  c  temperaturdan  aşağı  temperaturda  becərilən  bu 

bitkinin  toxumları  çəhrayı,  30  c  dən  yuxarı  temperaturda  becərilən  bitkinin  isə 

çiçəkləri  ağ  rəngli  olmuşdur.Çiçəyin  rəngini  müəyyən  edən  gen  yüksək 

temperaturda qırmızı piqment əmələ gətirmir. 

Hava, torpaq, qida maddələri ilə təmin olunma, xəstəlik, kəsmə qulluq üzüm 

bitkisinin xarici görkəminə dəyişdirici (modifikasiya) təsir göstərir. 

Belə  ki,  V.Viniferanın  sortları  Almaniyanın  üzümçülük  rayonlarının 

filloksera olan üzümlüklərində yarpaqda qall (kiçik şişlər) əmələ gətirmir, ancaq 

istixananın  isti  rütubətli  şəraitində  yarpaqlarda  həmin  şişlər  meydana  çıxır. 

Üzümlükdə kolların qeyri bərabər böyüməyə başlaması ( şaxta ilə zədələnmədə) 

zoğların ucundakı rəngi dəyişdirir. Ayrı ayrı kolların zoğlarında yaşıl ilə qırmızı 

arasında  müxtəlif  rəng  çalarları  olur  və  yaxud  yarpaqların  səthində  tutqun  rəng 

əvəzinə  sığallılıq  əmələ  gəlir.  Bu  cür  şəkildəyişmələr  sort  və  klonların  həqiqi 

xarakterini vermir. 

Cərgələrin kənarlarında olan kollar geniş qida sahəsi və yaxşı işıqlandığından 

cərgənin  ortalarında  yerləşən  kollara  nisbətən  güclü  böyüyən  və  yüksək 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə