Prof. ġərifov Famil Həsən



Yüklə 4.4 Mb.

səhifə184/207
tarix30.04.2018
ölçüsü4.4 Mb.
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   207

401

 

 



məhsuldar olur.Ancaq bunu seleksiya dəyişkənliyi kimi adlandırmaq olmaz. 

Bir  qayda  olaraq  üzümlükdə  ayrı  ayrı  kollar  ümumi  üzümlükdəki  kollarla 

müqayisədə daha güclü böyüyən və məhsuldar olur. Belə təzahürlər dəyişkənlık 

adlanır  və  bir  kolda  modifikasiyasının,  az  hallarda  mutasiyanın,  toxmacarların 

populyasiyalarında irsi fərqin nəticəsidir. 

2. Mutasiya irsiyyət dəyişkənliyi nəticəsində baş verir. Mutasiya tez-tez baş  

verir,  əksər  vaxtlarda  baş  verən  mutasiya  nəzərə  çarpmır.Gilənin  rəngində 

dəyişkənlik  tez  nəzərə  çarpır.  Bitkinin  dəyişkənliyə  uğramış  hissəsi  mutant 

adlanır. 

Əgər dəyişkənlik (mutasiya) gilənin bir hissəsinə və yaxud bir tərəfinə dəyirsə 

bu sektor xmeri adlanır. 

Əgər  erkən  mərhələdə-yəni  tumurcuqda  embrional  çiçək  qrupu  əmələ 

gəldikdə  mutasiya  başlayırsa  gələcəkdə  həmin  çiçək  qrupundan  əmələ  gələn 

salxımda gilələrin hamısı ana koldakı salxımlardan fərqli olacaqdır. Hər il kolun 

bir və bir neçə zoğunda  və salxımında göstərilən əlamət  artmaqla davam edirsə 

nəticə  də  bütöv  kol  həmin  əlamətin  daşıyıcısına  çevrilir.Beləliklə,  dəyişkənlik 

mutasiya xarakterli olur. 

Oxşar  irsi  dəyişkənliklər  sonrakı  nəsillərdə  davam  edirsə  onda  onları  forma 

kimi qəbul edib onu seleksiya proqramına daxil etmək olar.Bu barədə Vavilovun 

paralel mutasiya qanununda da söhbət açılır. Bu baxımdan V. Viniferanın yaxın 

qohumu  olan  yabanı  amerika  üzümləri  içərisində  köbələk  xəstəliklərinə 

vəzərərvericilərə  davamlı  tiplərin  tapılması  tapılması  vardır.  Çox  yaşlı 

üzümlüklərdə  eyni  sortdan  olan  kolların  içərisində  böyümə  gücünə, 

məhsuldarlığına,  yarpağın  salxımın  və  gilənin  formalarına  və  gilənin  ölçüsünə 

görə bir-birindən kəskin fərqlənən tiplərə rast gəlinir.İlk baxışda onları mutasiya 

adlandırırlar.Ola  bilsin  həqiqətən  onların  bəziləri  mutantdırlar,  ancaq  onların 

diqqətli yoxlanması lazımdır. Mutasiya nəticəsində yeni sort alınır.  



3.Çarpazlaşdırma  müxtəlif  növ  və  sortların  tozcuqları  ilə  tozlanma  və 

mayalanma  prosesidir.Çarpazlaşdırmadan  alınan  nəsildə  yeni  xüsusiyyətləri 

özündə  əks  etdirən  bitkilər  alınır.  Alınan  yeni  nəsildə  sıradan  çıxan  və 

möhkəmlənən  xüsusiyyətlər  ola  bilər.  Çarpaz  tozlanmadan  alınan  toxumdan 

valideynlərin  birinə  az  və  çox  dərəcədə  oxşayan  toxmacar  alınır.Əgər  hər  iki 

valideyn  irsiyyətcə  çox  fərqlidirsə  onda  alınan  toxmacarlar  da  çox  müxtəliflik 

kəsb edəcəklər. 

Çarpaz tozlanmadan alınan toxmacarlar hibrid adlanır. 

 

Seleksiyanın üsulları 

 

Yekun  seçmə  və  klon  seleksiyası.  Üzümçülükdə  seleksiyanın  və  vəzifələri 



402

 

 



üzümün  qiyməti  və  şərabçılıq  keyfiyyətlərinin  yüksəldilməsindən  və  bu 

keyfiyyətin  qorunub  saxlanmasından  ibarətdir.  Seçmə  üsulu  olaraq  üzümlükdə 

sort  üçün  fipik  əlamətləri  və  məhsuldarlığı  olan  kolların  seçilməsi  və  onların 

çoxaldılması qəbul edilir. Bu müsbət istiqamətli seçmədir. 

Əksinə sorta uyğun olmayan kolların seçilməsi və onların üzümlükdən xaric 

edilməsi lazım gəlirsə, bu mənfi istiqamətli seçmədir. 

Müsbət  istiqamətli  seçmə  əldə  olunan  kollar  qələm  və  yaxud  calaqla 

çoxaldılır.  Başlanğıcını  seçmə  yolu  ilə  alınan  kollar  klon  adlanır.  Klon  yolu  ilə 

çoxaldılan bitkilərdə seleksiya işini nəzarətdə saxlamaq mümkündür. 

Üzüm  bitkisinin  optimal  məhsuldarlığı  az  və  çox  dərəcədə  torpaqdan, 

yerləşdiyi yerdən, calaqaltından, eləcə də xəstəliklərdən asılı olaraq dəyişir. 

Bu baxımdan da sonrakı əkinlər və becərmələr əvvəlki torpaq becərmə bitmə, 

şəraitinə oxşar olduqda müsbət nəticə alınır. Birinci klon çoxalmada ana bitkinin 

calaqaltısı  götürülməli.  Bu  məsələ  üzrə  Almaniyada  aparılan  təhlillər 

göstərmişdir  ki,  virus  xəstəlikləri  ilə  yoluxma  kolun  çətirini  (habitus)  və 

məhsuldarlığını  dəyişdirir.  İki  oxşar  sahədə  becərilən  və  yarpaq  qıvrılması 

(virusla  yoluxma)  48  klondan  xəstəliyinə  tutulan  1  kol  1,3  kq,  xəstəliyə 

tutulmayan 47 kol orta hesabla 2,6 kq məhsul vermişdir. Sonrakı iki ildə kollara 

qulluq  işləri  bir  qədər  də  yaxşılaşdırıldıqda  məhsuldarlıq  heç  də  xəstə  tənəyin 

xeyrinə  dəyişməmişdir  (2,5:  3,5  kq).  Buna  görə  də  xəstəliyin  daha  geniş 

yayılmaması 

üçün 


xəstə 

kollar 


üzrə 

mənfi 


istiqamətli 

seçmə 


aparılmalıdır.Xəstəliyə tutulan kolların məhsulu aşağıdakı kimi, onların şərabı da 

zəif olur.Yarpaq qıvrılması xəstəliyinə az tutulan kollar həm də  yüksək qatılıqlı 

şərab  verir.  Kol  xəstəliyə  tutulubsa  seleksiya  işində  məhsulun  kütləsi  həlledici 

amil  ola  bilməz.  Bu  işdə  etibarlı  göstərici  forma  və  inkişafına  görə  sağlam 

yarpaqlar hesab edilməlidir. 

Burqund  üzüm  sortları  qrupunda  girdə  və  bütöv  yarpaqlılıq  sağlamlıq  və 

yüksək məhsuldarlıq əlamətləri hesab edilir. 

Freyburqda  Dövlət  üzümçülük  institutunda  seleksioner  Hauzerin  apardığı 

təctübələr  yarpağın  formasına  görə  Rulendr  ―H  ―  klonu  yüksək  və  sabit 

məhsuldarlığı  ilə  fərqlənmişdir.  Seleksionerlər  Ratter  və  Hofman  yarpağın 

forması və məhsuldarlığı arasındakı asılılığın mövcudluğunu sübut etmişdir.  

 Digər xüsusiyyətlərin, əgər kolun böyümə enerjisində,yarpağın assimilyasiya 

yaradan  səthin  ölçüsündə,  məhsuldarlığında  (salxım  və  gilənin  miqdar  və 

ölçüsündə),eləcə  də  çiçəklərin  tökülməsində  özünü  göstərirsə  onların 

qiymətləndirilməsinə  ehtiyac  vardır  və  bunlar  modifikasiya  və  mutasiya  ilə 

əlaqədardır.  Salxımın  sıxlığı  və  gilənin  qalığının  nazikliyi  gilələrin  tezliklə 

çürüməsinə  gətirib  çıxarır.  Bu  göstəriciyə  görə  seleksioner  seyrək  salxımlı, 

möhkəm qabıqlı və möhkəm daraqlı kollar seçməyə çalışır. 






Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   207


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə