Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə185/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   207

403

 

 



Payızqabağı  sağlam,  güclü,  yüksək  məhsuldar,  sorta  məxsus  tipik  inkişaflı 

kollar yağlı boyalarla nişanlanır. 

Klonun  başlanğıcının  sübut  edilməsi  və  təkrar  çubuq  tədarükü  məqsədi  ilə 

başlanğıc  ana  kolun  yerləşdiyi  yer  cərgə  və  kol  qeydə  alınmalıdır.  Sortlar  qeyd 

olunan kitabın sadələşdirilməsi məqsədi ilə daimi olaraq klonlar qeyd olunmalıdır. 

Seçmə  əgər  bir  neçə  illər  davam  etdirilirsə  klonlar  hər  il  nömrələnməlidir. 

Nömrələnmə  vahiddən  başlanır.  Nömrələr  seçmə  aparılan  ildən  ya  əvvəl,  ya  da 

sonra  göstərilir,  məsələn,  2010  –  5,  2010  -8  və  yaxud  5-  2010,  8-2010. 

Nömrələnmənin belə aparılmasına görə bir çox ildən sonra müəyyən etmək olar 

ki,  seçmə  nə  vaxt  başlanıb  və  hansı  şəraitdə.  Klonların  çoxaldılmasına  qədər 

onların miqdarı azalır. Qeyd olunmuş ana kolların kəsilməsinə çubuqların əkinə 

hazırlandığı vaxtı başlanır. 

Neon calaqlarının sınagında köklərin miqdarına və qaynağın əmələ gəlməsinə 

görə  calaqlar  arasında  fərq  müşahidə  edilir.  Bir  qayda  olaraq  inkişafa  gec 

başlayan  klonlar  gələcəkdə  az  məhsuldar  olur.  Kombinasiyalarda  6  –dan  az  kol 

böyüdükdə  o  kombinasiyalar  sınaqdan  çıxarılır.Digər  calaqaltı  kollarla  və 

klonlarla qohumluq sonrakı illərdə yoxlanmalıdır. Hər kombinasiyada 1000 calaq 

götürülən hallarda 5% fərqə yol verilir. 

Hər  klondan  6  və  daha  çox  kol  götürülür.  Birinci  ildən  etibarən  klon 

əkinlərində  kolların  sağlamlığı  və  böyümə  enerjisi  yoxlanır.  5  il  məhsul 

verdikdən sonra klonların sınağı dayandırılır. 

Seçmə sortların yaradılmasında aşağıdakılara nail olunur: 

1)

 

irsiyyəti  möhkəmləşdirilmiş  klonlardan  təşkil  edilmiş  üzümlükdə 



irsi 

əlamət olaraq məhsuldarlığın möhkəmləndirilməsi

2)

 

sağlam və güclü kolların alınması; 



3)

 

kolların məhsuldarlığının bərabər və sabit olması; 



4)

 

torpaq və iqlim şəraitinə yaxşı uyğunlaşması; 



5)

 

calaqaltı və calaqüstü arasında yaxşı qohumluq



6)

 

iqlim şıltaqlığına (şaxta və quraqlıq ) yüksək davamlılıq; 



7)

 

zərərvericılərə qarşı yüksək davamlılıq; 



8)

 

davamlı tullantıların alınması imkanları. 



 

 

 



Üzüm bitkisində hibridləşmə, cinsi hibridləşmə 

 

Cinsi  hibridləşmə.  Cinsi  hibridləşmə  eyni  zamanda  süni  tozlandırma  da 

adlanır.  Tozlandırmadan  öncə  perqament  kağızı  və  yaxud  ona  bənzər  kağızdan 




404

 

 



kisələr  (izolyator)  hazırlanır.  Kisələr  pambıq  parçadan  da  hazırlana  bilər  .Çiçək 

qrupu izolyatorda olduqda ora kənar tozcuqlar düşmür və təbii tozlanma getmir. 

İzolyator üçün 22 25 sm ölçüdə kağız vərəqlər hazırlanır və onlar əvvəlcədən 

hazırlanmış  ağac  qəliblərə  (qəilbin  ucu  sivri  olmalıdır)  və  yaxud  diametri  6  cm 

olan  butılkalara  geydirilir.  Kisələr  hər  iki  tərəfindən  kleylənir,  qəlibə 

geydirilərkən bir tərəfi isladılır. Kisə qəlibə geydirilərkən onun yaş tərəfindən əl 

ilə qəliblər sivri tərəfinə sıxılır. Sonra kisənin iki tərəfi uzunluğu 28 -20 sm olan 

iplə qəlibin sivri ucuna bağlanır. Bu hissə qəlibin aşağı tərəfi hesab edilir. 

 Ana  kolların  seçilməsi.Çarpazlaşdırma  planına  uyğun  olaraq  çiçəklənməyə 

qədər  üzümlükdə  inkişafına  və  fizioloji  vəziyyətinə  görə  ana  kollar  seçilərək 

nişanlanır. Ana kolun güclü inkişafı və yaxşı vəziyyəti hibrid nəslin irsiyyətinin 

yaxşılaşdırılması üçün əlverişli hesab edilən şəraitlərdən hesab edilir. 

Fillokseraya  davamlı  calaqaltılara  çalınmış  kollarda  calaqaltından  çıxan 

zoğlar  vaxtaşırı  qoparılmalıdır.Əks  təqdirdə  sonrakı  nəsildə  onların  mənfi  təsiri 

görünə bilər. 

Calaq  üzümçülük  zonasında  bu  məqsədlə  öz  kökü  olan  üzümlüklərdən 

istifadə  edilməsi  daha  əlverişli  olardı,  bu  şərtlə  ki,  həmin  üzümlükdə  kollar 

yüksək  qida  mühitində  və  yüksək  aqrozonda  becərilsin.  Belə  şəraitdə  öz  kökü 

üstündə  olan  ana  orqanizm  güclü  boyu  və  inkişafı  gələcək  rüşeymdə  irsiyyətin 

formalaşmasına müsbət təsir göstərə bilir. 

Beləliklə,  irsiyyətin  idarə  olunması  üzrə  işlər  arzu  olunan  əlamət  və 

xüsusiyyətlərin  irsiyyətə  keçirilməsi  üçün  valideyn  kolların  çarpazlaşmaya 

hazırlaşmasından başlayır.Mühitin mənfi amilləri (yabanı calaqaltı, qidanın azlığı, 

nəmliyin  azlığı  və  yaxud  artıqlığı,  xəstəlik  və  zərərvericilərlə  zədələnmə) 

formalaşmaqda  olan  hibrid  orqanizmin  təbiətinin  dəyişməsinin  təsirli 

səbəblərindən hesab edilir. 

Çiçək qrupunun axtalanması və izolə edilməsi. Çarpazlaşmanın (hibridləşmə) 

mahiyyəti ondan ibarətdir ki, ana sortdan olan kolda çiçək qrupundakı çiçəklərdə 

maqqaş  vasitəsi  ilə  çiçək  tacı,  erkəkcik  saplağı  tozcu  ğu  ilə  birlikdə  qoparılır. 

Axtalamaq üçün ən  yaxşı  inkişaflı çiçək qrupları seçilir. Öz erkəkcik  tozcuqları 

ilə  tozlanmaq  imkanından  məhrum  etmək  üçün  çiçəkləməyə  2-3  gün  qalmış 

axtalama işinə başlamaq lazımdır.Erkən aparılan axtalama (çiçəkləməyə 4-5 gün 

qalmış) çiçəkləmənin və mayalanmanın normal gedişini pozur, gilənin miqdarı və 

onlarda hibrid toxumların faizi azalır. 

Axtalama  gec  aparıldıqda  (kütləvi  çiçəkləmədə)  hələ  çiçək  tacını  atmamış 

çiçəklərdə  öz-özünə  tozlanma  gedə  bilər.  Axtalamanın  optimal  vaxtı  tək-tək 

çiçəklərdə  çiçək  tacının  düşməsi  ilə  müəyyən  edilir.  Bundan  başqa  qönçənin 

ağzındakı qəhvəyi rəng açılaraq sarıyaçalan və yaxud boz rəng alır. Axtalamadan 

əvvəl  hər  bir  çiçək  qrupunda  seyrəldilmə  aparılır,  yəni  xırda  qönçələr  və  açmış 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə