Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə187/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   207

407

 

 



 Tozlama  üsulları  müxtəlif  olur.  Bu  məqsədlə  incə  tükləri  olan  rəsm 

fırçasından  istifadə  etmək  olar.Tozlamaya  başladıqda  izolyatorun  ağzı 

açılır,oradan pambıq çıxarılır, fırça ilə tozcuqlar götürülür və izolyatorun yuxarı 

hissəsində  yerləşdirilir,  şəhadət  barmağı  ilə  fırçaya  zərbə  endirilir  və  tozcuqlar 

axtalanmış  çiçəklərin  üstünə  tökülür.  Sonra  izolyatora  borucuq  şəklində 

perqament  kağızından  bir  yarlıq  qoyulur.  Yazlıqda  adi  karandaşla  ana  və  ata 

sortların  adı  və  axtalama  tarixi  göstərilir.  Sonra  izolyator  yenidən  pambıqla 

əvvəlki  kimi  bağlanır.  Tozlama  1-2  gündən  bir  ağızcıqda  məhlul  zərrəciyi 

göründükdə iki –üç dəfə təkrar olunur. 

Əvvəlcədən  hazırlanmış  erkəkcik  tozcuqları  olmadıqda  ata  bitkidən 

götürülmüş  və  çiçəkləri  açılmış  çiçək  qrupları  bütövlükdə  izolyatorun  içinə 

yerləşdirilə  bilər.  Təzə  yığılmış  tozcuqlarla  aparılan  tozlama  bir  neçə  sutka 

saxlanmış tozcuqlara nisbətən həmişə yaxşı nəticə vermişdir. 

S.A.Melnikə görə funksional dişi tipli çiçəyi olan sortlarda əlavə süni tozlama 

həmişə yaxşı nəticə vermişdir. 

Çiçəkləmənin  tezləşdirilməsi  və  ləngidilməsi.  Seleksiya  tapçırığına  əsasən 

tozlanmaya bəzən müxtəlif vaxtlarda yetişən sortlar cəlb edilir. Əgər ana sort ata 

sortlar cəlb edilir. Əgər ana sort ata sortdan tez çiçəkləyirsə onda seleksioner ana 

sortun  çiçəkləməsini  ləngitməlidir,  əksinə  ata  sort  ana  sortdan  tez  çiçək  ləyirsə 

onda ata sortun çiçəkləməsi ləngidilməlidir. 

Qışda  üzümlükləri  basdırılan  rayonlarda  tənəyin  torpaqdan  çıxarılması 

ləhgidilməlidir.  Qışda  üzümlükləri  basdırılmayan  rayonlarda  kolların  gec 

kəsilməsi,bic zoğlardan kötük saxlanması və fevralda və martın əvvəllərində quru 

budama  aparılmlş  tənəklərin  bütün  yerüstü  hissələri  əhənglə  ağardıldıqda  bitki 

gec  oyanır  və  çiçəkləmə  də  buna  görə  ləngiyir.Zoğun  yuxarı  hissələrində,  bic 

zoğlarında  və  qışlayan  tumurcuqlar  oyandıqda  müəyyən  müddətə  çiçəkləmə 

ləngiyir. 

Istixanalarda  becərilən  kollarda  xeyli  tez  başlayır.  Izabella  və  fillokseraya 

davamlı calaqaltılarda, eləcə də yabanı üzümlərdə çiçəkləmə tez başlayır. 

 Ata bitkilərin çiçəkləməsinin tezəşdirilməsi mümkün olmadıqda bu çiçəkləri 

daha isti rayonlardan gətirmək olar. 

 Tozlamanın  baĢ  tutması  və  onun  aradan  qaldırılması.  Fillokseraya, 

mildiuma  və  şaxtaya  qarşı  davamlı  keyfiyyətli  texniki  və  calaqaltı  sortların 

yaradılmasında  uzaq  cinslərarası  hibridləşmədən  istifadə  edilə  bilər.  Avropa-

Asiya  növləri  ilə  hobridləşmədə  fillokseraya  və  mildiuma  davamlı  cinslərdən 

Vitis  rotundifoliya,  Vitis  ampelopsis  və  Vitis  partenosissus  kimi  cinslərin 

nümayəndələrindən  və  digər  davamlı,  ancaq  hələ  hibridləşmədə  istifadə 

edilməmiş formalardan istifadə edilməsi müvəffəqiyyətli ola bilər. 

Üzümçü- seleksionerlərdə ən çox maraq yaradan fillokseraya tam davamlı və 



408

 

 



nisbətən keyfiyyəttli meyvəsi olan Vitis rotundifoliyadır. 

 Əvvəllər bu növün nümayəndələri ilə, eləcə də Ampelopsis və Partenosisus 

cinslərinin Vitis vivifera ilə cinsi hibridləşməsi üzrə edilən cəhdlər 

müvəffəqiyyətli olmamışdır. 

Xaricdə göstərilən növlərlə ana bitki qismində götürülən vitis vinifera 

arasında ilk hibridlər olunmuşdur. Ancaq o hibridlər barsız olduğuna görə 

praktiki əhəmiyyət daşımamışdır. 

Ukrayna elmi- tədqiqat üzümçülük və şərabçılıq institutunda 

Vitis,Ampelopsis və Partenopsissus cinsləri arasında aparılan cinsi və vegetativ 

hibridləşmələrdə də müsbət nəticə olunmamışdır.Bunlar arasında aparılan 

calaqdan alınan bitkilər 3-5 il yaşadıqdan sonra calaq yerində hər iki komponent 

qurumağa başlamışdır. 

Bu vaxta qədər aparılan təcrübələrin müvəffəqiyyətsizliklərinə baxmayaraq 

bu sahədə uğur qazanılması üçüçn imkanlar hələ tükənməmişdir. Üzüm bitkisinin 

uzaq qohumları arasında hibridləşmənin uyarsızlığını aradan qaldırmaq məqsədi 

ilə J.V Miçurin və digər seleksionerlərin işləyib hazırladığı üsullardan istifadə 

edilməlidir. Əslində bu üsullar meyvə bitkiləri üçün işlənmişdir, ancaq 

üzümçülükdə bu istifadə edilə bilər. 

Hibridləşmədə uyarsızlığın aradan qaldırılması məqsədi ilə aşağıda göstərilən 

mübarizə üsullarından istifadə etmək olar: 

1)

 

cavan hibrid bitkilərin birinci çiçəkləməsində hibridləşmənin 



aparılması; 

2)

 



vegetativ yaxınlaşdırma; 

3)

 



aralıq üsulu; 

4)

 



toz qarışığı ilə tozlandırma; 

5)

 



ata formanın dişiciyinin ağızcığının ana formada dişiciyiyi 

sütunducuğuna calanması; 

6)

 

ata formanın tozcuqlarının ana forma çiçəklərinin ağızcığında 



cücərdilməsi; 

7)

 



yaşlı çiçəklərin tozlandırılması; 

8)

 



hibrid toxumlarının çıxarılıb növbəti səpinə qədər saxlanması. 

 

Üzüm sortlarının introduksiya edilməsi 

 

Introduksiya- əvvəllər heç vaxt üzüm bitkisi və yaxud onun ayrı-ayrı sortları 

bitməyən  və  becərilməyən  ölkə  və  vilayətlərə  həmin  bitkinin  növ  və  sortlarının 

gətirilməsi deməkdir. Introduksiya ilə bu və ya digər ölkə və rayonun sort fondu 

artırılır.  Çox  qiymətli  mövcud  və  yeni  yaradılmış  üzüm  sortlarının  sürətlə 

yayılmasında introduksiyanın böyük əhəmiyyəti vardır. 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə