Prof. ġərifov Famil Həsən



Yüklə 4.4 Mb.

səhifə188/207
tarix30.04.2018
ölçüsü4.4 Mb.
növüDərs
1   ...   184   185   186   187   188   189   190   191   ...   207

409

 

 



Hələ  qədim  insanlar  qidalanmada  istifadə  etdikləri  bəzi  bitkilərin  yaxşı 

məhsuldar  olmasını  görmüş  və  onların  ən  yaxşılarını  seçib  becərməyə 

başlamışlar.  Sonralar  qonşu  tayfalar  satın  alma  və  mübadilə  yolu  ilə  məhsuldar 

bitkiləri  öz  olduqları  yerə  gətirmiş,  beləliklə  də  onların  geniş  miqyasda 

yayılmasına nail olmuşlar. 

Məlumdur  ki,  bizim  eramızdan  əvvəl  VI-VII  əsrlərdə  qədim  insanın 

introduksiya  fəaliyyəti  nəticəsində  Orta  Asiya  və  Zaqafqaziya  respublikalarında 

ərzaq məhsulları verən bitkilər mədəni şəkildə geniş miqyasda becərilmişdir. 

Bitkilərin  introduksiya  edilməsi  XVI  əsrin  axırlarına  qədər  kortəbii  xarakter 

daşımışdır, belə ki, bitkilərin bir yerdən başqa yerə aparılması ticarət əlaqələri və 

yeni ölkələrin kəşfi ilə əlaqədar olmuşdur. Sonrakı əsrlərdə, eləcə də XIX əsrdə 

bitkilərin  introduksiya  edilməsi  elmi  şəkildə  sübut  edilmişdir.  Ç.  Darvinin 

―Növlərin  mənşəyi‖  və  ―Heyvanlar  və  bitkilərin  ev  şəraitində  dəyişməsi‖  adlı 

əsərində  göstərmişdir  ki,  eyni  cinsin  müxtəlif  növləri  həm  şimalda,  həm  də 

cənubda, yəni-tamamilə müxtəlif iqlim şəraitində bitir. 

Ölkəmizin  müxtəlif  rayonlarında  üzümün  yerli  sortları  həm  yerli  yabanı 

üzümlərin  seçilməsi,  həm  də  gətirilmə  sortları  hesabına  formalaşmışdır.  Orta 

Asiya və Zaqafqaziya respublikalarının üzümlüklərinin bir qismi Xəzər dənizinin 

cənub sahil ölkələrindən gətirilmişdir. 

Krıma,  Moldaviyaya,  Ukraynanın  cənub  hissəsinə  və  şimali  Qafqaza  üzüm 

sortlarının  bir  qismi  Yunanıstandan,  Türkiyədən  və  başqa  ölkələrdən 

gətirilmişdir.  Həştərxanda  ilk  üzümlüklər  XVII  əsrdə  əsasən  Fransa  sortları 

hesabına salınmışdır. 

Ukraynanın  Zakarpatiyanın  üzümçülük  rayonlarında  üzüm  sortları  əsasən 

Macarıstandan gətirilmişdir.  

XIX  əsrin  20-ci  illərində  başlayaraq  Rusiyada  üzüm  sortlarının  öyrənilməsi 

ilə  üzümçülük  və  şərabçılıq  üzrə  təcrübə  məktəbi  olan  ―  Maqaraç‖  məşğul 

olmuşdur.  XX  əsrin  əvvəllərində  isə  üzüm  sortlarının  introduksiyası  və 

öyrənilməsi  ilə  Odessada  məşğul  olmuşlar.  Bu  əsrin  30-cu  illərində  başlayaraq 

üzümçülük  rayonlarının  sort  tərkibi  bir  sistem  şəkilində  öyrənilməyə 

başlanmışdır.  

Gələcəkdə  sənaye  üzümçülüklərini  sort  tərkibini  artırmaq  məqsədilə 

introduksiya  üzrə  tədqiqatları  genişləndirmək  lazımdır.  Belə  ki,  Ukraynanın, 

Moldaviyanın,  Gürcüstanın  və  Qubanın  üzümçülüklərində  yüksəkkeyfiyyətli 

süfrə  üzüm  sortları  azlıq  edir.  Orta  Asiya  respublikalarında  isə  texniki  üzüm 

sortları  çatışmır.  Yüksək  məhsuldar  yeni  və  introduksiya  edilmiş  sortların 

standarta  daxil  edilməsi  üzümçülüyün  rentabellik  səviyəsinin  artmasına  səbəb 

olur, üzüm və şərab məhsullarının keyfiyyəti yaxşılaşır. 

Introduksiya-üzümçülüklərin  sort  tərkibinin  yaxşılaşdırılmasında  yoxlanıl  -



410

 

 



mış və etibarlı üsuldur. 

Bizim  ölkəmizin  başqa  ölkələrlə  beynəlxalq  əlaqələrinin  genişlənməsi  ilə 

əlaqədar olaraq elmi-istehsalat sahəsində əməkdaşlıq artır. Bütün bunlar ölkəmizə 

bir  sıra  qiymətli  üzüm  sortlarının  gətirilməsinə  səbəb  olmuşdur.  Introduksiya 

edilmiş  hər  bir  üzüm  sort  üzümlük  kolleksiyasında  aqrobioloji  və  təsərrüfat-

texnoloji cəhətdən dərindən öyrənldikdən və müsbət nəticə əldə edildikdən sonra 

istehsalata  göndərilir.  Bütün  bunlar  hər  bir  rayonu  torpaq-iqlim  şəraiti  ilə 

müqayisə edilməlidir. 

Üzüm  sortlarının  amperoqrafiq  kolleksiyalarda  öyrənilməsinin  nəticə  ilə 

həmin  sortların  məhsuldarlığı  və  məhsulun  keyfiyyəti  haqqında  ilkin  məlumat 

əldə edilir. Öz bioloji xüsusiyyətləri ilə kolleksiya yerləşən rayonun torpaq-iqlim 

şəraitində  uyğun  gələn  üzümsortlarının  əkin  materiallarının  tədarük  edib  dövlət 

sort-sınağı  stansiyasına  verilir.  Sortların  yaxşılaşdırılması  məsələsini  dəyişmək 

məqsədilə introduksiya yeni sortların yaradılması ilə əlaqələndirilməlidir.  

Bitkilərin introduksiya edilməsi nəzəriyyəsi ilk dəfə 1885-ci ildə İsveç alimi 

A.  Dekandol  tərəfindən  işlənmişdir.  Xarici  şəraiti  və  keoloji  tarixi  nəzərdə 

almaqla,  A.  Dekandol  bitkilərin  Yer  kürəsində  yayılma  qanunauyğunluqlarını 

öyrənmiş və beləliklə də, bitki coğrafiyanın əsasına qoymuşdur. A. Dekandolun 

bitkilərin introduksiya nəzəriyyəsi məşhur sovet  alimi, kenektiki və seleksioneri 

H. I. Vavilov tərəfindən daha da inkişaf etdirilmişdir. 

Bitkilərin  introduksiya  olmasının  faydalılığı  bir  sıra  səbəblərdən  asılıdır. 

Birinci, ölkəmizdə və xaricdə üzümün seleksiyası haqqında elmi informasiyanın 

səviyyəsindən,  ikinci,  gətirilmiş  üzüm  sortlarının  bioloji  xüsusiyyətlərinin  yerli 

torpaq-iqlim  şəraitinə  uyğunluğunun  təhlilindən  və  bu  təhlilin  lazımi  yerlərə 

çatdırılma operativliyindən. 

Introduksiya  olunan  sortlardan  ən  böyük  tələbkarlıq  onlardan  ibarətdir  ki,  o 

gəldiyi  yerin  mühit  şəraitin  də  tez  uyğunlaşsın.  Mühit  şəraitinə  uyğunlaşmasına 

gorə  üzüm  sortlarını  şərti  olaraq  iki  qrupa  bölmək  olar  :  1.  mühit  şəraitinə  tez 

uyğunlaşan.  2.  mühit  şəraitinə  gec  uyğunlaşan  və  yaxud  tamamilə 

uyğunlaşmayan.  Birinci  qrupa  Rkasiteli  və  Saperavi  sortlarını  misal  göstərmək 

olar.  Bu  sortlar  Zaqafqaziyanın  başqa  respublikalarında,  Şimali  Qafqazda, 

Ukraynada.  Moldaviyada,  Krımda  və  bir  sıra  xarici  ölkələrdə-Bolqarıstanda, 

Yuqoslaviyada, Macarıstanda və s. öz vətənində olduğu kimi məhsul verir. Ona 

görə də sortun mühitə uyğunlaşma qabiliyyəti haqqında məlumatın  əvvəllərində 

əldə edilməsi introduksiya işində böyük əhəmiyyətə malikdir.  Ikinci qrupa Orta 

Asiya  üzüm  sortlarını  aid  etmək  olar.  Onlar  istiyə  çox  tələbkardıq  və  üzüm 

veketasiya  dövrünə  malikdir.  Bu  sortlar  yuxarıda  göstərilən  respublikalarda  öz 

vətənində olduğu kimi böyüyüb məhsul vermir. 



Yeni sortların yaradılması 




Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   207


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə