Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə189/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   207

411

 

 



 

Ölkəmizdə  üzümlükdə  sortöyrənmə  və  seleksiya  ilə  40-dan  artıq  elmi-

tədqiqat  müəssisəsi  məğlub  olub.Yeni  sortların  artırılması  əsasən  aşağıdakı 

yollarla ayrılır. 

1.hibridləşmə  və  seçmə;  2.  təbii  və  süni  mütasiyə  nəticəsində  mutantların 

alınması yolu ilə. 

Üzümlükdə  seleksiya  işində  yeni  sortlar  ən  çox  hibritləşmə  yolu  ilə  alınır. 

Mutant-başlanğıc  sortda  olmayan  bir  və  ya  bir  neçə  əlamətin  olduğu  fərddir. 

Gələcək  sort  nəinki  xəstəlik  və  zərərvericilərə,  şaxtaya  həm  də  gübrələmə, 

suvarma və s. həssas olmalıdır. 

Yeni sortların yaradılmasında ola bilsin sərbəst tozlanma üsulundan ( sərbəst 

tozlanmadan alınan toxumların səpilməsi və sonra onların ən yaxşı toxumlarının 

seçilməsi ), öz-özünə tozlanmadan, sortdaxili tozlanmadan, növarası və növdaxili 

hibridləşmədən  istifadə  edilsin  (  birinci  3  üsul  əsas  üsul  hesab  edilir  və 

perspektivli deyilir) . 

Üzümlükdə növarası hibridləşmənin əsası mədəni Avropa sortlarının 1816-cı 

ildə Şimali Amerika aparılması ilə qoyulmuşdur.  

Vitis  Viniferanın,  Amerika  növlərinin  və  sortlarının  arasında  çarpaz 

tozlanması  Avropada  1882-1883–cü  illərdə  fillokseranın  yayılması  ilə 

başlanmışdır.  Tezliklə  filloksera  Avropanın  yerinə  yayıldıqdan  və  üzümçülükdə 

böhran  yaratdıqdan sonra Avropa sortlarının sərbəst  becərilməsi  mümkün hesab 

edilmədikdən  sonra  növarası  hibridləşmədən  istifadə  olunmağa  başlanmışdır. 

Fellokserayalara  davamlı  calaqaltı  hibridlərin  yaradılmasının  zəruriliyi  Şimali 

Amerikada  bitən,  fillokseraya  davamlı  yabanı  üzümlərin  calaqaltı  kimi  istifadə 

edilməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olmuşdur. Bu məqsədlə fellokseraya 

davamlı  Amerika  növləri  (  Rupariya,  Rupestris,  Berlandiyeri  )  öz  aralarında  və 

Avropa-Asiya  növünün  ayrı-ayrı  sortları  ilə  (  Şasla,  Murverd  və  s.)  çarpaz 

tozlanma  üsulundan  istifadə  edilməyə  başlanmışdır.  Bu  üsulla  Ripariya  X 

Rupestris 3306, 3309 və 101-14; Şasla X Berlandiyeri 41 B, Murverd X Rupestris 

1202  və  s.  alınmışdır.  Bunlara  yanaşı  üzümün  Amerika  növləri  ilə  yüksək 

keyfiyyətli  mədəni  Avropa  sortları  arasında  çarpaz  tozlanma  aparılması  ideyası 

əmələ  gəlmişdir  ki,  burada  məqsəd  başlanğıc  valideyn  cütləri  bütün  əlamətini  ( 

fillokseraya və muldimua davamlılıq və yüksəkkeyfiyyətlilik ) özündə birləşdirən 

formaların  yaradılmasından  ibarət  olmuşdur.  Nəticədə  yuxarıda  göstərilən 

keyfiyyətləri  özündə  birləşdirən  hibritlər-bilavasitə  hasiledicilər  meydana 

çıxmıçdır.  Lakin,  bu  hibridlər  aşağı  keyfiyyətlidir  (  selikli,  Avropa  sortlarına 

məxsus  ətrin  olmaması  və  s.).  Onlarda  yabanı  Amerika  növlərinin  əlamətini 

üstünlük təşkil etmişdir.  

 



412

 

 



Fillokseraya  davamlı,  yüksəkkeyfiyyətli  sortlardan  calaq  əkin  materialının 

olmaması  ölkəmizin  bir  sıra  üzümlük  rayonlarında  həmin  xəstəliyə  davamsız 

sortların yayılmasının əsas səbəblərindən biridir. Hal-hazırda həmin hibridlərdən 

Moldaviyanın  başka  digər  üzümçülük  rayonlarında  sənaye  bağları  yoxdur.  Bəzi 

Amerika  növlərinin  amur  üzüm  ilə  çarpaq  tozlanmasından  (  İ.  V.  Miçurin, 

sonralar isə İ. İ. Tixonov ) şaxtaya davamlı növarası hibrit və sortlar alınmışdır. 

Onlardan Rus Konkordu, Metalliçeski, Buytur, Tixonov uzaq şərqi, Xudyakovski 

N; 1 və s. ni göstərmək olar. 

Amur  və  Amerika  üzümlüklərindən  alınan  hibritlərin  irsi  öyrənilməsi 

göstərmişdir ki, bəzi kombinasiyalarda amur üzümünün, bəzilərində isə Amerika 

üzümlüklərinin  əlamətlərini  üstün  təşkil  edir.  Lakin  başlanğıc  material  kimi 

hibridlər  mərhələli  seleksiya  işində  böyük  əhəmiyyət  kəsb  etmişdir.  Belə  ki, 

yüksəkkeyfiyyətli  Avropa  üzümləri  ilə  aparılan  təkrar  növarası  hibritləşmədən 

tezyetişən bənövşəyi, Şimal Saperasivi, Vıdvijenest və s. kimi heyfiyyətli sortlar 

alınmışdır. 

Müxtəlif ölkələrədə becərilən əksər  yeni  üzüm  sortları  əsasən  Vitis Vinifera 

növünün  daxilində  sortlararası  çarpaz  tozlanmadan  alınmışdır.  Bu  növdaxili 

hibridləşmədir.  

Bu üsulun məhiyyəti ondan ibarətdir ki, Vitin Vinifera növü daxilində lazımi 

valideyn cütlərini seçib onların aparılması çarpaz tozlanma aparılır. Həmin kilələr 

tam yetişdikdən sonra anların hibrit toxumu çıxarılıb səpilir və toxmacarlar alınır. 

Həmin  toxmacarlar  məhcula  düşdükdə  onların  ən  yaxşı  təsərrüfat  əhəmiyyətləri 

seçilir.  

Vitis  Viniferanın  sortları  arasında süni sürətdə çarpaz tozlanmalar XIX əsrin 

ikinci yarısında aparılmışdır. Bu üsul isə Almaniyada Muller Turqau ( Rislinq X 

Silvaner) , Fransada Alikand Buşe ( Pti Buşe X Qrenaş ) alınmışdır.  

Sortlararası  hibritləşmə  Rusiyada  təqribən  100  il  bundan  əvvəl  Nikitski 

Botaniki Bağının direktoru N. A. Qartvis tərəfindən ― Maqaraç ― da aparılmışdır. 

Hal-hazırda  yüksəkkeyfiyyətli  və  məhsuldar  süfrə  və  texniki  üzüm  sortlarının 

alınmasında üzümün seleksiyasında sortarası hibrədləşmə geniş yayılmışdır. 

Sovet hakimiyyəti illərində bu üsulla 200-dən çox üzüm sortu alınmışdır. 

Ümumittifaq  Elmi-tədqiqat  bitkiçilik  institutunun  Orta  Asiya  stasiyasında 

seleksioner  A.  M.  Neqrul  və  M.  S.  Juravel  tərəfindən  yüksək  məhsuldar  Cürə 

üzümü  (  Nimrənk  X  Karmanıy  ),  Ranniy  Vir  (  Çaum  X  Qara  Kişmişi  ) 

Özbəkistan  Muskatı  (  Katta-Kurqan  X  İskəndəriyyə  Muskatı  )  ,  Gözəl  Qara  ( 

Katta-Kurqan X Dodrelyabi ) kimi sortlar alınmışdır. 

Ermənistan Elmi-Tədqiqat Üzümçülük, Şərabçılıq və Meyvəçilik İnstitutunun 

sortlararası  çarpaq  tozlanmadan  çox  qiymətli  süfrə  üzüm  sortları:  Araqatsi  (  Ağ 

Hüseyni X Çəhrayı Kişmişi ) , Armeniya ( Ağ Hüseyni X Qara Sateni ) , Vardeni 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə