Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə191/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   207

415

 

 



qoparmaq  lazımdır.  Erkəkciklərin  qoparılması  çiçəyin  axtalanması  adlanır. 

Axtalanma zamanı çiçəyin tacı da götürülür. Bu əməliyyat çiçəkləməyə 5-6 gün 

qalmış  aparılır.  Axtalanmada  maqqaşdan  istifadə  edilir.  Çiçək  tacı  maqqaşla 

ehtiyatla  götürülür.  əgər  erkəkcik  saplağı  qısadırsa,onda  ancaq  tozcuq  kisəsi 

götürülür, yaxud sap uzundursa onda toz kisəciyi saplaqla birlikdə götürülür.  

-

 



ci ildə hibridləşmə planı 

 

S

ıra 



№ 

Çarpaz 


tozlanmanın 

məqsədi 


Ana bitki (sort) 

və onun 


xüsusiyyətləri 

Ata bitki 

(sort) və onun 

xüsusiyyətləri 

Tozlamaq 

uçun 


olanlaşdırılmış 

çiçək qrupları 

Gilənin 


toxumsuzluğu 

Xarakterik 

muskat 

ətirli, 


məhsuldsr, 

nəqliyyata 

və 

saxlanmağa 



davamlı 

İsgəndəriyyə 

muskatı 

Toxumsuz,  iri 

giləli, 

yüksək 


keyfiyyətli 

və 


nəqliyyata 

davamlı  Kişmişi 

Xişray 

90 


 

Çiçək  qrupundakı  çiçəklərin  yalnız  40-50  faizində  axtalanma  aparılır, 

axtalanmamış  çiçəklər  qoparılır.  Çiçəklər  axtalandıqdan  conra  onlar  polietilen 

pərdədən  olan  torbaya  salınır  və  çiçəkləri  izolə  edilir.  Funksional  dişi  tipli 

çişəklərdə axtalanma aparılmır, buna baxmayaraq onlar da izolə edilir.  

Çiçəklərdə  axtalanmanın  vaxtı  çiçəkləmənin  vaxtı  ilə  müəyyən  edilir. 

Erkəkcik tozcuqlarını dişiciyin ağızına axtalanmadan 3-5 gün sonra, ən dəqiqi isə 

dişicik  ağızcığında  kiçik  damcı  (  şirə)  göründükdə  çatdırırlar.  İşi  bir  qədər 

asanlaşdıqmaq məqsədilə erkəkcik tozcuqlarını bir neçə gün əvvəl tədarük etmək 

olar. Erkək çiçək qrupları tədarük edilir və yarımqaranlıq sərin zirzəmidə sərilir. 

Erkəkcik kisəsi saplaqdan qopduqda və toz kisəciyi partladıqda həmin tozcuqları 

sınaq şüşəsinə yığıb onları yenə də sərin yerdə müvəqqəti saxlayırlar.  

Əgər ana bitki ilə ata bitkini çiçəkləmələri eyni vaxta düşərsə, onda erkəkcik 

tozcuqlarını  tədarük  etmək  lazım  deyil.  Ümumiyyətlə,  normal  şəraitdə  erkəkcik 

tozcuqlarını bir qədər saxlamaq olar. 

Ana bitkinin çiçəklərini tozlamaq üçün kənar tozcuqlar düşməsin deyə torba 

bir  yerindən  kəsilir,  erkəkcik  tozcuğu  hopdurulmuş  fırça,  yaxud  pambıq 

ehtiyyatla  çiçəyin  üstünə  sürtülür.  Həmin  dəqiqədə  izolə  torbasının  kəsilən  yeri 

tutulur. Çiçəklərin hamısı eyni vaxtda açılmadığına görə bu işi 2-3 gündən sonra 

yenə də təkrar etmək lazımdır. 




416

 

 



Ata  bitkinin  erkəkcik  tozcuğunu  qəbul  etmək  istəyən  dişiciklər  üçün  toz 

qarışığından  istifadə  olunmalıdır,  yaxud  dişiciyin  ömrünün  son  günlərində  və 

saatlarında tozcuq vermək lazımdır. Çünki canlı bir varlıq olub məhv olmazdan 

əvvəl nəsil vermək hər bir canlıya məxsusdur. 

Çiçəklərdə  mayalanma  getdikdə  və  gilələr  böyüyüb  noxud  boyda  olduqda 

perqament kağızdan və polietilendən olan tənzif torba ilə əvəz olunur.  



Toxumların tədarükü, saxlanması, səpinə hazırlanması və toxmacarlara 

qulluq  edilməsi.  Gilələr  fizioloji  yetişdikdə  yığılır.  Salxımlar  tənzif  torbalarla 

birlikdə  dərilib,  quru  və  sərin  otaqda,  tavandan,  yaxud  digər  münasib  yerlərdən 

asılır.  Burada  məqsəd  toxumları  da  fizioloji  yetişdirməkdən  ibarətdir.  Qışda 

toxumlar  gilədən  çıxarılır,  yuyulub  sərilir  və  azca  qurudulur.  Sonra  isə  nəm 

qumda  saxlanır.  Səpinə  qədər  toxumları  gilədə  də  saxlamaq  olar.  Bu  halda 

toxumları 4-6 sutka ərzində suda islatmaq lazımdır. Suda isladılmış toxumlar 1-2 

ay  müddətində  əvvəlcədən  cücərdilir,  yaxud  açıq  qruntda  cərgə  ilə  səpilir. 

Cərgəarası  20-35  sm,  toxumlar  arası  6-8  sm,  dərinliyi  isə  3-4  sm  olmalıdır. 

Toxumlar  səpildikdən  sonra  ləkin  üstü  mulçalanır  ki,  qaysaq  əmələ  gəlməsin. 

Toxmacarlara  qulluq  işləri  kök  sisteminin  yaxşı  inkişafını,  zoğların  normal 

böyüməsini və yetişməsini təmin etməlidir. 

Toxum  cavan  tənəkdən  götürüldükdə  onlardan  alınan  toxmacarlar  mühit 

şəraitinə  çox  həssas  olur  və  lazım  olan  xüsusiyyətləri  onda  aşılamaq  asanlaşır. 

Toxumun  səpilmə  və  toxmacarların  yenicə  əmələ  gəlməyə  başladığı  fazaları 

nizamlamaqla  alınmış  yeni  üzüm  sortunun  vegetasiya  fazalarını  az  da  olsa 

qısaltmaq mümkündür. 

İrsi  xüsusiyyətindən  və  becərilmə  şəraitindən  asılı  olaraq  toxmacarlarda 

birinci ili çiçək topalarının əsası qoyulmağa başlayır. Mərhələlərdə yaşlı tənəklərə 

calamaqla, intensiv formalardan, kəsmələrdən, yaşıl əməliyyatlardan və s. istifadə 

edərək toxmacarın məhsula düşməsini tezləşdirmək olar. 

Toxmacarların bir yerindən çıxarılıb başqa yerdə əkilməsi və onda qısa kəsmə 

tətbiq edilməsi bitkinin məhsula düşməsini ləngidir. 

Seleksiya  toxmacarları  əkilən  tinglikdə  torpağın  becərilmə  işləri  son  dərəcə 

diqqətlə  aparılmalıdır.  Burada  mexanikləşmə  işləri  nə  qədər  artırılsa  da  hələ  əl 

işlərinə çox ehtiyac vardır. 

Becərmənin  birinci  ilindən  başlayaraq  tarla  şəraitində  seleksiya  tapşırığına 

uyğun  oalraq  lazımı  təsərrüfat  və  bioloji  əlamətli  toxmacarlar  seçilir  və  onlar 

üzərində ilkin müşahidələr aparılır. Burada tumurcuqların açılma vaxtı, zoğların 

yetişməsinin başlanğıc və sonu, çiçək tipləri və s. qeyd edilir. 

Toxmacarların  ümumi  vəziyyəti  diqqətlə  yoxlandıqdan  sonra  xəstə,alabəzək 

yarpaqları  və  inkişafdan  qalanları  məhv  olunur.  Şaxtaya  davamlı  tənəklərin 

alınması  üçün  böyüməni  tez  başa  vuran  və  tumurcuqları  gec  açan  toxmacarlar 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə