Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə192/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   207

417

 

 



seçilməlidir. 

Çiçəkləmə  başladıqda  erkək  tipli  və  funksioanal  dişi  tipli  çiçəyi  olan 

toxmacarlar  məhv  edilir.  Becərilmiş  toxmacarlardan  şaxtaya  davamlı  sortlar 

alınması  planlaşdırılıbsa,  onda  həmin  toxmacarlardan  qələm  götürüb  amur 

üzümünə  calamaq  lazımdır.  Bu  calaqaltı  həmin  toxmacarın  şaxtaya  davamlılıq 

qabiliyyətini artırır. 

Mildiu və oidium xəstəliyinə davamlı Muskat sortu yaratmaq vəzifəsi qarşıya 

qoyulduqda, onda həmin sortların hər hansı xəstəliyə davamlı Amerika tənəkləri 

ilə  cütləşdirilməsindən  başqa,  alınmış  toxmacarlar  xəstəliklərə  davamlı 

calaqaltılar üzərində tərbiyə edilməlidir. Bu cür istiqamətli tərbiyə ilə tez yetişən, 

yüksək  məhsuldar,  digər  əlamətvə  xüsusiyyətləri  özündə  cəmləşdirən  sortlar 

almaq mümkündür. Bəzən elə olur ki, uzaq növarası hibridləşmədə toxmacarlarda 

məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması  lazım  gəlir.  Bu  halda  hər  hansı  bir 

keyfiyyətli  Avropa  üzümü  həmin  toxmacara  calanır.  Bu  halda  toxmacarların 

toxumaları  yüksək  keyfiyyətli  üzümün  verdiyi  qida  maddələri  hesabına  qurulur 

və nəticədə həmin keyfiyyət xüsusiyyəti calaqaltına-toxmacara keçir. 

Sortun məhsulun keyfiyyət və kəmiyyətinin artırılması məqsədilə toxmacarlar 

məhsula  düşənə  qədər  onların  intensiv  qidalanma  şəraitində  tərbiyələndirilməsi 

vacibdir. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  toxmacarların  məhsula  tez  düşməsini  təmin 

etmək  üçün  tez-tez  onun  yerinin  dəyişdirilməsi  lazım  deyil.  Bu  iş  bir  dəfə 

aparılır-toxmacarların  birinci  ilinin  sonunda  onların  çıxdaşa  layiq  olanların 

müəyyən  edildiyi  vaxt.  Çıxdaşa  layiqlilər  müəyyənləşdirilib  ləğv  edildikdən 

sonra toxmacarlar üzümlükdə qəbul edilmiş qida sahəsinə əkilir. 

Toxmacarlar  yetişən  sahədə  xəstəliklər  olan  dövrdə  yaxud  süni  sürətdə 

xəstəliklərlə  yoluxdurulduqdan  sonra  xəstəliyə  davamlı  və  nisbətən  davamlı 

kollar nişanlanır. 

Hibridləşmə  məhsuldarlığına  və  məhsulun  keyfiyyətinə  məhsulvermə 

dövrünün  birinci  ili  qiymət  vermək  olmaz,  çünki  hələ  salxım  və  gilələr  lazımı 

iriliyə çata bilmir. Sonra kolların qida şəraitu artdıqca, onlar böyüdükcə, salxım 

və gilələr lazımı iriliyə və formaya çatdıqca seçmə işləri davam edir. 

Yeni yaradılmış sortlar gələcəkdə vegetativ üsulla çoxaldılır. Yadda saxlamaq 

lazımdır  ki,  heç  də  çubuqların  hamısı  yeni  sortun  xüsusiyyətlərini  özündə 

cəmləşdirmir.  Ona  görədə  kol  və  çubuqların  seçilməsinə  xüsusi  xüsusi  diqqət 

yetirilməlidir.  Cavan  tənəkdə  nəzərdə  tutulan  irsi  xüsusiyyətlərdən  kənara 

düşmək  halları  olur.  Ona  görə  də  cavan  tənəklərdən  çubuq  tədarük  etdikdə  son 

dərəcə  diqqətli  olmaq  lazımdır.  Pis  çubuqlar  sortun  xüsusiyyətlərini  pisləşdirir, 

yaxşıları isə yaxşılaşdırır. 

 



418

 

 



Vegetativ hibridləĢmə 

 

İ.V.Miçurin  təliminə  əsasən  yeni  sortlar  alınmasında  mentor  (tərbiyəçi) 



üsulundan  istifadə  edilə  bilər.  Bu  məqsədlə  mərhələcə  cavan  orqanizm  yaşlıya, 

yaxud əksinə calanır.Calaqaltı ilə calaqüstünün qarşılıqlı təsiri nəticəsində onların 

hər  ikisinin  hüceyrə  və  toxumalarında  müəyyən  dəyişkənlik  əmələ  gəlir.  Bu 

dəyişkənlik gələcək bitkidə müxtəlif bioloji dəyişkənliklə biruzə verir. 

Mentor üsulu hibrid çubuqlara onların tədarük edildiyi vaxtdan əkilib məhsul 

verənə  qədər  təsir  göstərir.  İ.V.Miçurin  göstərir  ki,  bitki  məhsula  düşdükdə 

müəyyən irsiyyət daşıyır, bu irsi dəyişkənlik bitkinin məhsula qədərki yaşlarından 

indi daha möhkəm olur. 

Orqanizm  cavan  olduqda  maddələr  mübadiləsinin  təsiri  altında  daha  tez 

dəyişir. 

Çoxillik  təcrübələrlə  müəyyən  edilmişdir  ki,  Avropa  sortları  amerikan 

tənəklərinə,  yaxud  Avropa  sortları  Avropa  sortlarına  Avropa  sortlarına 

calandıqda mərhələcə- qoca qələmlərdən alınan bitki calaqaltının calaqüstünə və 

əksinə calaqüstünün calaqaltına təsirindən sortun əlamətləri dəyişir. Calağın təsiri 

altında calaqüstündə kolun  ümumi  vəziyyəti dəyişmədən tək tək tumurcuqkarda 

dəyişkənlik 

əmələ 

gəlir. 


Sortun 

keyfiyyətini 

dəyişmək-tərbiyəçinin 

xüsusiyyətlərini  ona  vermək  üçün  komponentlərdən  birini  irsiyyəti  laxlamış 

(zəifləmiş)  olmalıdır.  Əgər  calaqüstü  rüşeym  tumurcuğu  vəziyyətində  calanırsa, 

hibridə calaqaltının təsiri daha  çox olur.Hibridin yaşı  artdıqca calaqaltının təsiri 

azalır. 

Üzümçülükdə seleksionerin qarşıya qoyduğu vəzifədən aslılı olaraq müxtəlif 

hibrid  toxmacarından  istifadə  edilə  bilər,  calaq  isə  komponentlərin  müxtəlif 

yaşlarında aparıla bilər. 

―Tərbiyəçinin‖  düzgün  seçilməsi  ilə  vegetativ  hibridləşmədə  gözlənilən 

nəticəni əldə etmək mümkündür. Mentoru düzgün seçmədikdə hətta ən qiymətli 

hibrid belə yaxşı nəticə vermir.  

Üzümçülükdə  vegetativ  hibridlər  alınmasında  müxtəlif  calaq  üsullarından 

istifadə  etmək  olar.  Vegetativ  hibridləşmədə  mentorun  təsirinin  güclü  olmasl 

planlaşdırılıbsa  onda  calaqüstü  rüşeym  halında  ikən  götürülməlidir.  Belə  calaq 

aparmaq  üçün  calaqaltı  yaşıl  olmalı  və  calaqüstü  isə  cücərmiş  toxum(toxumun 

bərk qabığı götürülür). Bu zaman calaqaltının qabığını aralayıb cücərmiş toxumu 

onun içinə qoyurlar. Cücərmiş toxumun yaxşı böyüməsi üçün orada əlverişli qida 

və  nəmlik  şəraiti  olmalıdır.  Mentorun  calaqüstünə  təsirini  gücləndirmək 

məqsədilə yaşıl calaqdan göz calağından da istifadə edilə bilər. 

 

Üzümçülükdə sortların öyrənilməsi və sort sınağı 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə