Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə193/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   207

419

 

 



 

Hər  hansı  seleksiya  işinin  axırıncı  mərhələsi  sort  sınağı  sahəsində  qiymətli 

nömrələrin  hibrid  və  ya  formaların  öyrənilməsi  və  onların  sınaqdan 

keçirilməsidir.  Bir  bitkidən  daha  çox  əkin  materialı  əldə  etmək  üçün  sürətlə 

çoxalma  üsullarının  birindən  istifadə  olunur  (yetişmiş  və  yaşıl  qələmlərdən 

istifadə: çin basması və calaq) 

Sortsınağı  sahədə  hər  forma  və  hibriddən  azı  30  kol  əkilməlidir.  Əlbəttə, 

kolların miqdarı nə qədər çox olsa, bir o qədər alınan nəticələr etibarlı olar. 

Sortsınağında gələcək sortların öyrənilmə proqramı müxtəlifdir. 

Vegetativ hibridləşmə yolu ilə yeni sort aldıqda onların ilkin öyrənilməsi ana 

kolda-  toxmacarlarda  üç  il  müddətində  aparılır.  Əgər  onlardan  müsbət  nəticələr 

alınarsa,onda  onlardan  çubuq  tədarük  edib  tink  yetişdirilir,  həmin  tinklərdən 

sortuöyrənmə üzümlüyü salınır. 

Yeni sortların alınma üsulundan asılı olmayaraq onlar təcrübə müəssisələrinin 

xüsusi  sahələrində  öyrənilir.  Yeni  alınmış  forma  və  sortlarla  yanaşı 

rayonlaşdırılmış  sortlarda  əkilir  (müqayisə  məqsədilə).  Bütün  uçot  növləri, 

təyinetmələr,təhlillər və müşahidələr kolların hamısında aparılır. 

Sortların öyrənilməsində ―SSRİ Ampeloqrafiyasında‖ göstərilən metodikadan 

istifadə edilməlidir. Hər bir sortun aqrobiolji və təsərrüfat-texnoloji xüsusiyyətləri 

müəyyənlənləşdirilir. Aqrobioji xüsusiyyətlərdən aşağıdakılar öyrənilir: 

1.Vegetasiya  dövründə  ilin  metereoloji  şəraiti  ilə  əlaqədar  olaraq  kolların 

böyümə xarakteri;2. Kolun böyümə gücü və birillik zoğların  yetişməsi; 3.Kolun 

məhsuldarlıq göstəriciləri; 4.Kolların xəstəlik və zərərvericilərə tutulma dərəcəsi 

və onların əlverişsiz mühit şəraitinə davamlılığı. 

Sortların  təsərrüfat-texnoloji  xüsusiyyətlərindən  aşağıdakılar  öyrənilir:  1. 

Üzümün  yetişmə  dinamikasına  nəzarət  edilməsi:  2.Mexaniki  təhlillə  üzümün 

mexaniki  tərkibinin  öyrənilməsi;  3.Şərab  və  başqa  məmulat  (kompot,  mürəbbə, 

şirə, təzə üzüm və s.) nümunələrinin hazırlanması və onların dequstasiyası. 

Hər  bir  təyinetmənin,  uçot  növünün,  təhlilin  və  müşahidənin  aparılmasında 

mövcud müasir üsullardan istifadə edilməlidir. 

Ən  yaxşı  əlamət  və  keyfiyyət  göstəriciləri  ilə  fərqlənən  sortlar  dövlət 

sortsınağı  sahələrində  yoxlanmalıdır.Dövlət  sortsınağı  sahəsindəki  işlərin 

sortöyrənmədən  fərqi  ondadır  ki,  burada  kolların  miqdarı  çox  götürülür  (hər 

sortdan  azı  100-120  kol)  Bundan  başqa,  burada  təkrarlar  olur.  Sortsınağı  sahəsi 

xüsusi  təlimat  əsasında  təşkil  edilməlidir.  Sortsınağı  işlər  kollar  məhsula 

düşdükdən  sonra  üç  il  müddətində  aparılmalıdır.Sortsınağından  sonra  sortların 

rayonlaşdırılması  məsləhət  görülür.  Sortsınağında  yoxlanılan  hər  bir  sort  üçün 

rayon  və  həmin  rayonda  o  sortun  tutacağı  sahə  göstərilir.  Deməli  sortsınağı 

sahələrinin  vəzifəsi  sahələrinin  vəzifəsi  standart  sortların  tərkibinin 



420

 

 



yaxşılaşdırılması,  yeni  rayonlar  üçün  sortların  seçilməsi  və  yeni  sortların 

rayonlaşdırılmasından ibarətdir. 

Sortsınağı  sahənin  ayrı-ayrı  bölmələri  olmalıdır  (xırda  sortsınağl  sahələri) 

Onların hər birində ayrıca təsərrüfat tapşırığı həll olunur. Sortsınağı hər bir sort 

özünə  uyğun  sortla  müqayisəli  şəkildə  öyrənilir.  Məsələn,  yeni  Şampan  sortları 

standart şampan sortları ilə, şərab sortları standart şərab sortları ilə, süfrə sortları 

yetişmə  müddətlərinə  görə  və  s.öyrənilir.  Sortsınağı  sahəsində  ən  qabaqcıl 

təsərrüfatın tətbiq etdiyi aqrofana əsaslanmaq lazımdır. 

Sortöyrənmənin  yuxarıda  göstərilən  sxemi  nə  qədər  dəqiq  və  əsaslı  olsa  da 

onların  bir  nöqsanı  vardır.  Bu  nöqsan  ondan  ibarətdir  ki,  sortöyrənmə 

proqramının  yerinə  yetirilməsinə  çox  vaxt  tələb  olunur.  Sortöyrənmənin  və 

sortsınağının müəyyən müddəti əkin materialı becərilməsinə və kolların məhsula 

düşməsinə  qədər  olan  vaxta  sərf  olunur.  Bu  müddəti  azaltmaq  məqsədilə 

seleksiya işində sürətli çoxaltma üsullarından istifadə mövcuddur. Bunlardan biri 

iki  dəfə  calaq  (yenidən  calaq)  aparılmasıdır.  Bu  üsulda  kollar  calaqdan  sonrakı 

ikinci  ildə  məhsula  düşür.  Həmin  ili  hər  bir  koldan  10-15  ədəd  qələm  tədarük 

etmək  olar.  Hazırda  üzümçüseleksionerlərin  əldə  etdikləri  nailiyyətlərlə  yanaşı 

seleksiya sahəsində bir sıra məsələlər indi də həll olunmamış qalır. Belə ki, yeni 

yaradılmış  sortlar  həm  indiki,  həm  də  iki  üç  il  əvvəlin  tələbatına  cavab 

verməlidir.  Bundan  başqa,  yeni  yaradılan  sortlar  geniş  şəkildə  uyğunlaşma 

uyğunlaşma qabiliyyətinə malik olmalıdır.  

Üzüm  bitkisində  vegetativ  dəyiĢkənlik. İstehsalat şəraitində üzüm bitkisini 

çoxaltdıqda  bəzən  köhnə  üzüm  sortlarının  da  çoxaldılmasına  rast  gəlinir 

(aqrobioloji  xüsusiyyətlər  bu  sortlarda  stabildir-  tez  dəyişmir)  Ağ  kişmişi,  Qara 

pino,  Ağ  Muskat,  Bayan  şirə,  Mədrəsə,  Təbrizi  və  s.  bir  neçə  yüz  ildir  ki, 

becərilir.  Bunlar  üzümçülükdə  ―qoca‖  sortlar  adlanır.  Vaxt  keçdikcə  bunlarda 

müəyyən dəyişikliklər əmələ gəlmişdir (tumurcuq mutasiyası) Bu dəyişkənliklər 

mühit  şəraitinin  təsiri  altında  bitki  orqanizminin  vegetativ  hüceyrələrində  baş 

vermişdir və haçalanma xarakteri daşıyır. 

Çoxillik  bitkilərdə  vegetativ  hüceyrələrdə  baş  verən  dəyişkənliklər  ildən-ilə 

toplanaraq  ayrı-ayrı  hüceyrələrdə  və  orqanlarda  müxtəlif  keyfiyyətlilik  kəsb 

etməsi ilə nəticələnir. 

Orqanizmin  dəyişkənliyə  uğramış  hissəsindəki  tumurcuqda  və  ondan  əmələ 

gələn zoğda tumurcuq mutasiyası baş verir. 

Bu  isə  yeni  keyfiyyət  üzə  çıxarır  və  nəslə  keçirir.  Ona  görə  də  sortun  yaşı 

çoxaldıqca onun klonlarının da miqdarı artır 

Üzüm  bitkisində  çoxlu  miqdarda  tumurcuq  dəyişkənliyi  ilə  əlaqədar  olaraq 

eyni  sortun  bir-birindən  kəskin  fərqlənən  aqrobioloji  xüsusiyyətləri  meydana 

çıxmışdır.  Məsələn,  Dağıstan  sortu  olan  Gülabinin  çoxlu  miqdarda  klonları 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə