Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə194/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   207

421

 

 



vardır. Bu klonlar gilələrinin rənginə, çiçəklərinin tipinə və s.görə fərqlənir. 

Erkək  tipli  çiçəklərdən  öz-özünü  tozlayan  çiçəklərə  qədər  və  əksinə 

dəyişkənlik tədricən baş verir. 

Üzümün  yabanı  iki  evli  bitkilərindən  öz-özünü  tozlayan  formaların  əmələ 

gəlməsi (amur üzümündə və s) aralıq keçid formaları ilə bağlıdır. 

Tumurcuq  mutasiyası  nəticəsində  Mürvedr  sortunda  erkəkcikləri  olmayan 

funksional dişi tipli çiçəklərə malik kollar vardır. Çəhrayı Şasla, çəhrayı Muskat 

və  çəhrayı  kişmişi  sortları  tumurcuq  variasiyasının  məhsuludur  və  göründüyü 

kimi ayrıca sort kimi becərilir. 

Ağ  Şasla  və  Ağ  Kokur  sortlarında  yarpaqları  kəskin  dilimli  (Cəfəriyə 

oxşayan)  variasiyalar  əmələ  gəlmişdir.  Bunlardan  Cəfəri  Şasla  ayrıca  sort  kimi 

mövcuddur. 



 

 

Üzüm bitkisinin kütləvi və klon seleksiyası 

 

Yeni sort alınmasına yönəldilən seleksiyadan başqa hərbir təsərrüfatda yerinə 

yetirilən kütləvi seleksiya vardır. Kütləvi seleksiya aşağıdakı məqsədlərlə həyata 

keçirilir. 

1.Əkin  materialı  tədarük  etmək  üçün  ən  yaxşı  zoğ  və  kolların  seçilməsi;  2. 

Mövcud  üzümlüklərdə  az  məhsuldar  və  qeyri-məhsuldar  kolların  ləğv  edilməsi, 

yaxud  dəyişdirilməsi  məqsədilə  onların  aşkar  edilməsi;  3.  Hər  hansı  qiymətli 

əlaməti  ilə  fərqlənən  zoğ  və  kolların  seçilməsi  və  çoxaldılması  ilə  sortların 

məhsuldarlığının və onların keyfiyyətinin artırılması. 

―Mədəni  bitkilərin  seçilməsinin  və  becərilməsinin  beynəlxalq  kodeksi‖nin 

təlimatına uyğun olaraq vegetativ yolla çoxaldılan və irsiyyət etibarilə eyni olan, 

lakin başlanğıc sortdan (valideyn) fərqlənən fərdlər klon adlanır. Klon seleksiyası 

sort  daxilində  təsərrüfat  cəhətdən  qiymətli  əlamətləri  ilə  fərqlənən  ayrı-ayrı 

bitkilərin seçilməsi, öyrənilməsi və çoxaldılmasından ibarətdir. 

Vegetativ  üsulla  çoxaldılan  bitkilərlə  ―Klon‖  anlayışı  ilk  dəfə  1912-ci  ildə 

Şull  tərəfindən  verilmiş,  Y.A.Dembkovski  və  D.İ.Viktorov  tərəfindən  inkişaf 

etdirilmişdir. 

Bir  qədər  sonra  sovet  alimləri  A.M.Neqrul,  Y.H.Sinskaya,  M.Y.Lobaşev  və 

başqa  etmişlər  ki,  Klon  bir  bitkinin  və  onun  bir  hissəsinin  vegetativ  nəslidir. 

Bununla  onlar  dəqiqləşdirirlər  ki,  Klonun  bitkiləri  əvvəlcə  yekcinsdirlər 

(oxşardırlar,  lakin  dəyişən  mühit  şəraitinin  təsiri  altında  onlarda  sortların 

klonlarına çevrilə bilən mutasiya əmələ gəlir. 

Bitkilərdə  vegetativ  dəyişkənlik  təbii  və  süni  amillərlə  bağlıdır.  Təbii  halda 

tumurcuq  mutasiyası  təsadüfən  baş  verir.  Bir  sıra  ölkələrin  seleksionerləri 




422

 

 



üzümçülükdə son vaxtlar Klon seleksiyasında süni mutakenezdən istifadə edirlər. 

Süni  mutakenezdə  bitkinin  vegetativ  orqanları  v  şüalarla  şüalandırılır,  yaxud 

başqa fiziki və kimyəvi mutagenlərlə işlənilir. 

Klon  seleksiyası  yüksək  məhsuldarlığı,  çox  şəkər  toplamaq  enerjisi  və 

əlverişsiz  mühitə  davamlı  olan  kol  və  zoğların  seçilməsi  yolu  ilə  mövcud 

üzümlüklərin  sort  tərkibinin  yaxşılaşdırılmasına  imkan  verir.  Məqsəddən  asılı 

olaraq  Klon  seleksiyası  kütləvi  və  fərdi  ola  bilər.  Kütləvi  seleksiya  yuxarıda 

göstərildiyi kimi istehsalat xarakteri daşıyır. 

Üzümün xarakterindən asılı olaraq (bir neçə standart sortun, az məhsullu və 

xəstə  kolların  olması  və  s)  kollarda  qeydiyyat  etiket  asmaqla  aparılır.  Əgər 

seleksiya  təmiz  sortlu  üzümlükdə  aparılırsa  və  xəstə,  eləcə  də  qeyri-məhsuldar 

kollar azdırsa, onda etiket həmin kolardan asılıdır. Çubuq tədarükü zamanı həmin 

kollardan  əkin  materialı  tədarük  edilmir.  Qeydiyyat  və  uçot  işlərində 

göstərilməlidir ki, sahədə nişanlanmış neçə tənək vardır və hər tənəkdən təqribən 

neçə çubuq tədarük etmək olar. 

 

 



 

 

 



Kütləvi seleksiya üzrə qeydlər cədvəl formasında aparılır (cədvəl №). 

 

-



 

ci ildə aparılacaq kütləvi seleksiyanın planı 

 

Seleksiya aparılana qədər 

 doldurulur 

 

 

Seleksiya aparıldıqdan sonra 

doldurulur 


423

 

 



 

Kütləvi  seleksiya  üzrə  aparılan  işlərin  planı  ilkin  sənəd  kimi  təsərrüfatda 

saxlanmalıdır. Belə ki, həmin nişanlanmış tənəklərdən alınan çubuqlar seleksiya 

materialı hesab edilir. 

Üzümlüklərdə  aparılan  seleksiya  işlərinin  yekunlaşdıraraq  yekun  cədvəli  iki 

nüsxədən ibarət olmalıdır (cədvəl ) 

 

Üzümlükdə aparılan kütləvi seleksiya işlərinin yekun cədvəli 

 

 

S

ahə



nin 

adı 


 

nömrə



si

 

S



ahə

, ha


 

Cəmi 


O cümlədən sortlar üzrə 

Nişan


lanmış

 

kol



 

Ç

ubuq 



təda

rük 


etm

ək olar


 

Təbri


zi 

Bayan


şirə 

Rkasi


teli 

Mədr


əsə 

Ağ 


şanı 

kol


 

çubuq


 

kol


 

çubuq


 

kol


 

çubuq


 

kol


 

çubuq


 

kol


 

çubuq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Seleksiyanın  yekun  cədvəli  iki  nüsxədən  ibarət  olmalıdır  və  təsərrüfatın 

rəhbəri, eləcə də baş aqronom tərəfindən təsdiq edilməlidir. Rayon təşkilatları da 

S

ah



ənin adı, ya

xud, kva


rt

all


ıq 

nömr


əsi, S

eleksiya


 a

pa

r.ta



rix

 

 

S

ah

ə, ha



-la

 

S



ah

əd

ə 



olan sor

tl

arın 



adlar

ı 

S



or

t t


ərkibini

n t


əqr

ibi


 f

aizi


 

Ayr


ı-

ayr


ı sortla

r üz


 qe


y

d ne


 

apa



rılır

 

H R sort üz



 se


çil

mi

ş mi



qda

rı 


koll

arın


 

T

əda



rük 

edil


ən ç

ubuq


 

Ç

ubuq t



əda

rük e


dil

əc

ək 



koll

arın 


işar

ə 

edil



m

ə 

qa



yd

ası


 

 

 



 

 

 



 

 

 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə