Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə195/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   207

424

 

 



bu qayda üzrə cədvəl üzrə cədvəl tərtib edir, ancaq birinci qrafada sahənin adı və 

nömrəsi əvəzinə təsərrüfatın adı göstərilir. 

Kütləvi seleksiya kolların müsbət və mənfi əlamətlərinə görə aparılır. Bu işi 

asanlaşdırmaq üçün ilk növbədə morfoloji əlamətlərini tez büruzə verən tənəkləri 

nişanlanmalıdır. Sonrakı ildə bu məsələ ilə daha dəqiq məşğul olunur. 

İri  giləlilik istiqamətində geniş  miqyasda iş  aparmaq olar. Bu  eyni  zamanda 

yüksək  məhsuldarlıq  əlamətidir.  Yaxşı  göstəricilərə  malik  kollar  2-3  il 

müddətində  eyni  etiket  və  nişanla  qeyd  olunur.  Kütləvi  seleksiya  üzrə  işlər 

yekunlaşdıqda  mənfi  və  müsbət  əlamətli  tənəklər  sortlar  üzrə  yekunlaşdırılır  və 

akt  tərtib  edilir.  Bu  və  ya  digər  qiymətli  təsərrüfat  əlamətinin  irsi  dəyişkənliyi 

sübut  edildikdən  sonra  ən  yaxşə  tənək  və  zoğların  seçilməsində  fərdi  Klon 

seleksiyası aparılır. Fərdi seleksiya aşağıdakı istiqamətlərdə aparıla bilər: yüksək 

və  sabit  məhsuldarlıq,  yüksək  şəkərlilik,  iri  giləlilik,  fillokseraya  ,  şaxtaya  və 

xəstəliklərə davamlılıq, tez və gec yetişkənlik və s. 

Fərdi  seleksiya  nəticəsində  seçilmiş  bitkilər  nömrələnir  və  azı  10  çubuq 

götürüb  klonların  ilkin  sınağı  sahəsində  əkilməlidir.  Onlar  3  il  normal  məhsul 

verdiyi  vaxt  ilkin  sortöyrənmənin  metodikası  üzrə  öyrənildikdən  sonra  elit 

klonlar  ayrılıb  konkurs  sınağına  göndərilir.  Bu  sınaq  zamanı  daha  qiymətli 

klonlar  ayrılır  ki,  bunlar  super-elit  adlanır.  Onlar  sürətlə  çoxaldılıb  dövlət  və 

istehsalat sort sınağına verilir. 

Kütləvi  və  Klon  seleksiya  üzümlüklərin  aprobasiyasından  başlanır. 

―Aprobasiya‖  sözü  latınca  bəyənmək,  qəbul  etmək  deməkdir.  Aprobasiya  ilə 

üzümlüklərdə aqrotexnikanın vəziyyəti və sort tərkibi müəyyən edilir, məqsəd isə 

sağlam və təmiz sortlu əkin materialı əldə etməkdən ibarətdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



425

 

 



 

 

 



 

 

 




426

 

 



SÜFRƏ ÜZÜMÇÜLÜYÜ 

 

Keçən  əsrin  axırlarında  və  XXI  əsrin  ilk  illərində  dünyada  süfrə  üzümü 



istehsalına görə Çin birinci yerdə olmuşdur ( 19,5 mln.sentner), sonra Türkiyə ( 

14.3  mln.  sentner),  ABŞ  (7,9  mln.sentnet),  İtaliya  (7,2  mln.  sentner),  Braziliya 

(3,5  mln.  sentner),  Almaniya  (  3,0  mln.  sentner),  İspaniya  (2,8  mln.  sentner), 

Mərakeş (2,7 mln. sentner) və Fransa (2,3 mln. sentner) gəlir. 

Beynəlxalq  təyinetmələrə  görə  təzə  halda  yeyilməsi  nəzərdə  tutulan  və  bu 

məqsədlə xüsusi becərilmiş üzümdür. Salxım və gilənin xarici görkəminə, eləcə 

də gilənin dad keyfiyyətinə görə süfrə üzümünə xüsusi tələbat vardır. Bu barədə 

ən çox işlənən bir xalq deyimi vardır «üzümü əvvəlcə gözlə yeyirlər».  

Istehsalın  həcminə  və  tələbatına  görə  aşağıdakı  göstəriciləri  əsas  götürmək 

lazımdır:  

-salxım və gilələr iri ölçülü olmaqla yanaşı gözəl görkəmə malik olmalıdır; 

-quruluşu  etibarilə  salxımlar  orta  sıxlıqda  olmaqla  qabqarıldıqda  qutuda 

sərbəst yerləşdirilməlidir; 

-gilələrin ləti ətli və bərk olmalıdır, şirəli də ola bilər, ancaq sulu olmamalıdır; 

-uzaq  məsafəyə  göndərilməsi  nəzərdə  tutulan  üzümlərin  əsas  göstəricisi 

nəqliyyata(  daşınmağa)  davamlılıq  və  gilənin  saplağa  birləşməsi  möhkəm 

olmalıdır; 

-qışa saxlanması nəzərdə tutulan üzümün yüksək saxlanma qabiliyyəti olmalı 

və soyuducuda yaxşı qalmalıdır. 

Bütün bu tələblərlə yanaşı gilənin yüksək dad keyfiyyəti də olmalıdır.  

Bilavasitə koldan dərməklə üzümün istifadə müddətinin uzadılması məqsədilə 

üzümlükdə  ən  tez  yetişəndən  ən  gec  yetişənə  qədər  üzüm  sortları  yerləşdirmək 

lazımdır (―şirin konveyer‖in tələblərinə uyğun olaraq). 

Süfrə  üzümlərində  toxumun  olmaması  və  yaxud  az  olması,  eləcə  də  muskat 

ətrinin olması arzu olunan keyfiyyət əlamətləridir. Süfrə üzümü yerində istifadə, 

üzüm istehsal olunmayan yerlərə aparmaq və qışda saxlayıcılarda saxlamaq üçün 

nəzərdə tutulur. 

Uzun  müddət  əhalinin  təzə  üzümlə  təmin  edilməsi  üçün  aşağıdakılar  həyata 

keçirilməlidir: 

1.birbaşa koldan dərməklə üzümün istifadə müddətinin uzadılması məqsədilə 

süfrə üzümlərinin müxtəlif ekoloji şəraitdə yerləşdirilməsi

2.qış vaxtı soyuducularda saxlanan üzümün miqdarının artırılması; 

3.üzümün  örtülü  qruntda  becərilməsinin  genişləndirilməsi.  Bu  üsul  təzə 

üzümlə köhnə üzüm arasındakı boşluğu doldurur. 

Bu məsələlərin  etibarlı və keyfiyyətli  həlli  yalnız süfrə üzümü  istehsal edən 

ixtisaslaşmış təsərrüfatların yaradılması ilə həyata keçirilə bilər. 




427

 

 



Texniki  sortlarla  müqayisədə  süfrə  üzümləri  daha  yüksək  dad  keyfiyyətinə 

malikdir.  Bu  səbəbdən  də  onlar  xüsusi  qrupa  ayrılır.  Ancaq,  bu  heç  də  demək 

deyildir  ki,  texniki  sortlar  təzə  halda  istifadə  olunmur.  Azərbaycanın  Bayanşirə 

sortu, Avropanın Hamburq muskatı və Gürcüstanın Rkasiteli sortu texniki hesab 

edildiklərinə  baxmayaraq  təzə  halda  çox  ləzzətlə  yeyilir.  Bu  baxımdan  dünya 

üzümçülüyündə süfrə üzümlərinin daha çox istehsalı priolitetlik təşkil edir. Təzə 

üzüm  ən  çox  ərəb  ğlkələrində  istifadə  edilir.  Suriya  və  İordaniyada  ildə  adam 

başına  40  kq,  Bolqarıstan,  Kipr,  Yunanıstan,  Türkiyə  və  bir  sıra  yaxın  Şərq  və 

Orta  Asiya  respublikalarında  adam  başına  düşən  üzüm  15-30  kq  arasındadır. 

İsraildə  bu  rəqəm  10-15  kq,  İtaliya,  İspaniya,  Portuqaliya,  Argentina  Serbiya, 

Rumıniya  Almaniya,  Fransada  5-10  kq-dır.  Respublikamızda  2  milyon  tondan 

çox  üzüm  istehsal  olunan  illərdə  yalnız  300000  ton  Rusiyanın  iri  sənaye 

mərkəzlərinə  göndərilirdi.  Bu  illərdə  respublikamızda  adam  başına  istehsal 

olunan süfrə üzümü 50-60 kq təşkil edirdi.  

Bəzi  ölkələrdə  təzə  üzümə  olan  tələbat  qurudulmuş  üzüm  hesabına  ödənir. 

Belə ölkələrə İspaniya, Yunanıstan, Türkiyə, İngiltərə, ABŞ daxildir.  

Süfrə  üzümünə  olan  tələblər  Salxım  və  gilə  iri  olmaqla  yanaşı  onlar  xoşa 

gələn  olmalıdır.  Öz  quruluşuna  görə  salxımlar  orta  sıxlıqda  olmalıdır  ki, 

qablaşdırılan  qablarda  gilələr  sərbəst  yerləşə  bilsinlər.  Konsistensiyasına  görə 

gilənin ləti ətli və bərk olmalıdır.  

Uzaq  məsafəyə  göndərilməsi  nəzərdə  tutulan  süfrə  üzümləri  daşınmaya 

davamlı və gilələr gilə saplağına möhkəm birləşmiş olmalıdır. Məhsulu saxlamaq 

üçün  nəzərdə  tutulan  üzümlərin  yaxşı  saxlanma  qabiliyyəti  olmalıdır.  Bütün  bu 

göstəricilər  gilənin  yüksək  dad  keyfiyyəti  ilə  müşaiyət  olunmalıdır.  Bilavasitə 

koldan  dərməklə  bazara  təzə  üzümün  çıxarılması  işinin  təşkili  üçün  ultra-tez 

yetişəndən  ən  gec  yetişənə  qədər  sortlar  seçilməlidir.  Yaxşı  olar  ki,  süfrə 

üzümündə toxum olmasın və muskat ətrinə malik olsun. 

Süfrə üzümlərinin bir neçə istifadə istiqaməti vardır - istehsal olunduğu yerdə 

istifadə  olunması,  üzüm  becərilməyən  regionlara  aparmaq  üçün,  qışda 

saxlayıcılarda saxlamaq üçün.  

Uzun müddət əhalini təzə üzümlə təmin etmək üçün aşağıdakı məsələləri həll 

etmək lazımdır: 

1.Aşağıda  göstərilənlərlə  koldan  üzüm  dərilməsi  müddətini  auzattmaq 

mümkündür. 

1.  süfrə  üzüm  sortlarını  müxtəlif  torpaq-iqlim  şəraitində  yerləşdirməli  (bu 

coğrafi təbii konveyer adlanır); 

2. bir təsərrüfatda müxtəlif vaxtlarda yetişən sortların yerləşdirilməsi; 

3. qış saxlayıcılarında saxlanan üzümün miqdarının artırılması; 

4. örtülü qruntda üzümlüklərin sahəsinin genişləndirilməsi, bu tədbirlə köhnə 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə