Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə196/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   207

428

 

 



üzümlə təzə üzüm arasındakı (may-iyun ayları) boşluğu doldurmaq mümkündür. 

Bu məsələlərin təminatlı və keyfiyyətli həlli üçün süfrə üzümü istehsalı üzrə 

ixtisaslaşdırılmış  təsərrüfatın  olması  vacibdir,  yəni  üzümlərinin  becərilməsindən 

onların  daşınması;  müvəqqəti  və  qış  saxlayıcıları  bir  təsərrüfatın  nəzdində 

olmalıdır. 

Süfrə üzümü istehsalı ilə məşğul olan ölkələrin çoxillik təcrübələri göstərir ki, 

süfrə üzümçülüyü o vaxt rentabelli ola bilər ki, bu sahə üzrə bütün strukturların 

işi əlaqəli surətdə təşkil olunsun. 

Keyfiyyətli  süfrə  üzümçülüyü  üçün  məlum  parametrlərdən  başqa  illik  fəal 

temperaturun  miqdarı  3500  0C-dən  çox  və  vegetasiya  müddəti  150  gündən  çox 

olmalıdır. 

Süfrə  üzümü  sortları  üçün  yer  seçəndə  yüksək  istiliyin  relyefin  və  uyğun 

torpaq  tipinin  olması  diqqət  mərkəzində  saxlanmalıdır.  Ən  yaxşı  keyfiyyət 

yüksək  istiliyi,  yüngül  və  yaxşı  havalanan,  sukeçirən,  humusu  nisbətən  az  olan 

torpaqlarda  (1,2-1,5%)  alınır.  Humusu  çox  olan  və  nəmliyi  normadan  artıq  olan 

torpaqlar  üzümün  daşınmaya  və  saxlanmağa  davamlılığını  azaldır.  Süfrə 

sortlarından  olan  üzümlüklərə  digər  üzümlüklər  üçün  normal  hesab  edilən  azot 

dozası  azaldılmalıdır.  Suvarılan  şəraitdə  suvarma  qaydalarına  ciddiriayət 

olunmalıdır:  yetişmənin  başlanğıcında  və  gedişində  torpağın  çox  nəm  olmasına 

yol  verilməməlidir  və  məhsul  yığımına  azı  15-20  gün  qalmış  suvarma 

dayandırılmalıdır.  Əks  halda  məhsulun  daşınmağa  və  saxlanmağa  davamlılığı 

azalır. 


Süfrə üzümünün əmtəə keyfiyyəti kolların becərilmə sistemlərindən də xeyli 

dərəcədə asılıdır. Ən  yaxşı salxımlar şpaler sistemində alınır. Üfüqi  şpaler daha 

əlverişli  sayılır,  çünki,  burada  fitoiqlim  əlverişlidir.  Bu  o  deməkdir  ki,  salxım 

ağırlaşdıqca  yarpaq  və  zoğ  kütləsindən  aralanır  və  daha  yaxşı  havalı  mühitə 

düşür.  

Üfüqi və dimdikli şpaler ən çox isti yerlərdə - yaxın Şərqdə, Orta Asiyada və 

respublikamızda  isə  Aran  və  Muğanda  əlverişli  hesab  edilə  bilər. 

Respublikamızın Qərb zonasında becərmə sisteminin bu elementi əlverişli hesab 

edilə  bilməz.  Şaquli  şpalerdə  isə  torpaq  səthindən  30-60  sm  məsafədə  salxımın 

formalaşması  və  onların  əmtəə  keyfiyyətinin  yaxşılaşması  üçün  əlverişli  şərait 

hesab edilir. 

Süfrə  üzümünün  əmtəəlik  keyfiyyəti  kolda  saxlanan  gözcüyün  (qış 

budamasından  sonra)  və  salxımın  miqdarı  ilə  müəyyən  olunur.  Süfrə  üzümü 

becərilməsinin  daha  bir  diferensiallığı  odur  ki,  salxımların  sıx  olması  onların 

keyfiyyət  göstəricilərindən  birinin  mənfi  olmasını  göstərir.  Sıx  salxımda  gilələr 

bir-birini  sıxır  və  xarakterik  formasını  itirir,  bundan  başqa  gilələr  arasında  zibil 

toplanıb qalır.  



429

 

 



Üzümçülük elmində bu nöqsanın aradan qaldırılması yolları mövcuddur. Belə 

sortlarda  hələ  qönçə  ikən  ayrı-ayrı  qönçələr  yox,  bütöv  zingilələr  və  yaxud 

salxımın  müəyyən  hissələri  kəsilir.  Qönçə  və  çiçək  vaxtı  bu  işin  aparılması 

mümkün  olmadıqda  gilə  və  zingilələr  qoparılır.  Gilələr  normal  iriliyə  çatdıqda 

onların seyrəldilməsi çətinlik törədir. Hətta belə hallara da rast gəlinir ki, məhsul 

yığımında  saxlamaq  üçün  qutulara  qablaşdırılan  sıx  salxımlarda  gilələr 

seyrəldilir.  Çox  seyrək  salxımlarda  da  əmtəə  görkəmi  olmur.  Belə  salxımı 

sıxlaşdırmağın  tutarlı  vasitəsi  yoxdur.  Yalnız  eksperiment  yolu  ilə  müəyyən 

etmək  olar  ki,  quru  budama  zamanı  bar  barmağının  optimal  uzunluğu  və  kolda 

salxımın optimal miqdarı müəyyən edilsin. Ümumiyyətlə çox seyrək salxımların 

ticarət şəbəkəsinə çıxarılması məqbul sayılmır.  

Süfrə üzümü sortlarının kolları əsasən güclü olduğuna görə onlara geniş qida 

sahəsi  və  güclü  formalar  verilməlidir.  Yaşıl  əməliyyat  daha  diqqətlə 

aparılmalıdır.  Şpalerdə  sıxlıq  şəraitində  gilələr  və  bütövlükdə  salxımlar kölgədə 

qalmamalıdır ki, onlar həm havalansınlar və günəş şüasından normal istifadə edə 

bilsinlər.  Kurortların  ətrafında  yerləşən  üzümlüklərdə  süfrə  sortları  üstünlük 

təşkil etməlidir.  

Süfrə  üzümçülüyündə  şirin  konveyer  ifadəsi  ilk  dəfə  bizim  tərəfimizdən 

işlədilmişdir.  Bu  başqa  sözlə  «üzüm  konveyeri»  adlanır.  Bu  məvhum  öz 

mənasına  görə  il  boyu  əhalinin  təzə  üzümlə  fasiləsiz  olaraq  təmin  olunması 

deməkdir. 

Dünyada mövcud olan süfrə üzüm sortları müxtəlif vaxtlarda yetişir. Müxtəlif 

vaxtlarda  yetişmə  məsələsini  üzümçü  alimlər  ampeloqrafik  baxımdan 

sistemləşdirərək onları qruplara bölmüşlər. XIX əsrin axırlarında məşhur fransız 

ampeloqrafı Pyulo üzüm sortlarını yetişmə müddətlərinə görə 5 qrupa bölmüşdür. 

Bu  bölgü  Şasla  sortunun  yetişmə  vaxtına  əsaslanmışdır.  Şasla  tez  yetişən 

sonrtdur.  Dünyada  üzümçülər  və  üzümçü  seleksionerlər  tərəfindən  çoxlu 

miqdarda sortlar aşkar edilmiş və yaradılmışdır. Bu çoxluq Pyulonun qruplaşması 

çərçivəsinə  sığmadığından  M.A.Lazarevski  XX  əsrin  40-cı  illərində  üzüm 

sortlarını  yetişmə  vaxtına  görə  7  qrupa  bölmüşdür.  Bu  sahədə  qruplaşmalar 

təkmilləşdirilərək  XX  əsrin  70-80-ci  illərində  prof.  K.V.Smirnov  o  sortların 

içərisindən 8-ci qrupu formalaşdırmışdır.  

Respublikamızda  bütün  qruplara  aid  sortlar  həmişə  olmuşdur.  XX  əsr  boyu 

Azərbaycanda ultra-tez yetişən sort Ağ Xəlili hesab edilmişdir. Ancaq bütöv XX 

əsr boyu keçmişdə Ümumittifaq Elmi-tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu 

«Maqaraç»  yeni  üzüm  sortları  yaradılması  sahəsində  çox  böyük  işlər  görərək 

yeni-yeni sortlar faratmışdır. Bunların içərisində Ağ Xəlili sortundan 4-5 gün tez 

yetişən  sortlar  olmuşdur.  Ancaq  respublikamızda  bu  sortlardan  əldə 

olunmadığından tezyetişkənlik üzrə Ağ Xəlili həmişə lider olmuşdur.  



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə