Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə197/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   207

430

 

 



2005-ci  ildə  Fransadan  gətirdiyimiz  Prima  sortu  Gəncə  və  Gəncə  ətrafında 

iyun  ayının  axırlarında  yetişir.  Bu  baxımdan  bilavasitə  koldan  dərməklə  «şirin 

konveyer»  in  vaxtını  uzatmaq olur. Xırda təsərrüfatlarda və xırda üzümlüklərdə 

«şirin konveyer» in tam tələbatını ödəmək olmur.  

Süfrə üzümçülüyü üzrə ixtisaslaşdırılmış iri təsərrüfatlarda bir problemin həlli 

mümkündür.  «Şirin  konveyer»  in  təşkili  üçün  əvvəlcə  orada  əkiləcək  sortların 

siyahısı  tutulur.  Üzümlük  salınanda  siyahı  əsasında  sortlar  yerləşdirilir. 

Üzümlükdə sortların qruplar üzrə yerləşdirilməsi vacib hesab edilə bilməz. 

Yetişmə  müddətinə  görə  sortlar  ardıcıllıqla  düzülə  bilər  və  yaxud  kənardan 

diqqəti  cəlb  etməsin  deyə  ultra-tez  yetişənlər  üzümlüyün  ortalarında  da 

yerləşdirilə  bilər.  Üzümlükdə  8  yetişmə  müddətinə  aid  sortların  hamısından 

götürülə bilər. Ultra-tez yetişəndən çox gec yetişənə qədər qrupların hamısından 

sort  əldə  edildikdən  sonra  «şirin  konveyer»  in  məqsədini  daşıyan  üzümlüyün 

salınmasına başlamaq olar. 

Ultra-tez yetişəndən (Ağ Xəlili, Çiləyi, Madlen Anjevin, Jemcuq sabo, Prima) 

hazırda  respublikamızda  Ağ  Xəlili,  Prima  vardır.  Ağ  Xəlili  həyətyanı 

üzümlüklərdə  ta  qədimdən  becərilir  və  heç  vaxt  bu  sortdan  üzümlük  olmayıb. 

Prima  respublikanın  3-5  təsərrüfatında  hərəsində  5-10  hektar  üzümlük  vardır. 

Primanın  geniş  yayılması  üçün  bu  yaxşı  başlanğıcdır.  Heç  vaxt  iyun  ayında 

respublikamızın özündə istehsal olunan üzüm bazara ıxarılmamışdır. 

 Respublikamızda ən gec yetişən yerli üzüm sortlarından Hazarı və Kal üzüm 

olub.  Hazırda  onların  harada  mövcudluğu  məlum  deyildir.  Hər  iki  sort  Ağdam 

rayonu və onun ətrafında intişar tapmışdır. Vaxtı ilə Ağdamda dekabr ayında qarı 

silkələyib Kal üzümü yığardılar.  

Xəzəri  sortunun  çiçəkləri  funksional  dişi  tiplidir.  Onun  Kal  üzümlə  birlikdə 

əkilməsi məsləhətdir. Yaxşı olar ki, onla cərgəaşırı yerləşdirilsin. Məhsul yığımı 

vaxtı  sortların  yetişməsi  ardıcıllığına  əməl  olunmalıdır.  İlk  sortun  yetişməsi  ilə 

axırıncı sortun yetişməsi (həm də yığılması) arasında respublikamız şəraitində 5-

5,5 ay vaxt keçir. Deməli, bilavasitə koldan dərməklə bazara məhsul çıxarılması 

qeyd  etdiyimiz  qədər  vaxt  keçir.  Ən  gec  yetişən  sortu  respublikamız  şəraitində 

dekabrın  ortalarına  qədər  kolda  saxlamaq  mümkündür.  Yuxarıda  qeyd  etdik  ki, 

Kal  üzüm  Ağdamda  yanvar  ayına  qədər  saxlana  bilir.  Bilavasitə  koldan 

dərilmənin müddətini 6 aya çatdırmaq mümkündür. 

Saxlayıcılarda-xüsusilə  soyuducu  saxlayıcılarda  üzümü  may  ayına  qədər 

saxlamaq  olur.  Keyfiyyətli  süfrə  üzümü  sortları  nə  qədər  diqqət  tələb  edirsə, 

saxlamaq  ondan  da  çox  diqqət  tələb  edir.  Respublikamızda  təzə  üzümün 

saxlanmasında  xalqın  müəyyən  təcrübəsi  olmuşdur.  Xalq  təzə  üzümü  Novruz 

bayramına qədər saxlamışdır. Ancaq son 30-40 il ərzində iri həcmli saxlayıcılarda 

keyfiyyətsiz  üzüm  saxlanmışdır.  Bu  keyfiyyətsizliyin  əsasını  saxlayıcıya 



431

 

 



keyfiyyətsiz  üzüm  qoyulması  və  saxlanma  rejiminə  riayət  olunmaması  təşkil 

etmişdir. 

Ümumiyyətlə  süfrə  üzümü  istiqamətli  becərilməlidir.  Saxlamaq  məqsədi  ilə 

becərilən üzüm qabaqcadan planlaşdırılmalıdır.  

Süfrə üzümünün yığılması və daşınması. Daşınma və saxlanma vaxtı üzümün 

davamlılığının  artırılmasında  yığım  vaxtının  və  texnikasının  böyük  əhəmiyyəti 

vardır.  Dumanlı  havada  və  şeh  düşən  vaxtı  süfrə  üzümünü  yığmaq  olmaz.  Yaş 

yığılan üzümün saxlanma qabiliyyəti çox pis olur. Çox isti havada da saxlamaq 

məqsədi ilə süfrə üzümü yığılmamalıdır. Belə şərairdə gilənin qabığından su çox 

buxarlanır.  

Gilənin suyu çox buxarlandırmaması üçün yığılmış üzüm ( yığıldığı qablarda) 

çeşidləmə  məntəqəsinə  aparılana  qədər  üzümlükdə  kolun  kölgəsində 

saxlanmalıdır.  Yığım  zamanı  ağ  giləli  üzümlərlə  rəngli  giləlilər  bir  qaba 

yığılmamalı və qablaşdırılmamalıdır.  

Salxımlar  qayçı  ilə  kəsilməlidir  və  əl  giləyə  toxunmamalıdır.  Əl  giləyə 

toxunduqda  üzərindəki  mum  təbəqəsi  silinir.  Bu  halda  həm  gilənin  görkəmi 

dəyişir,  həm  də  zərərli  mikroorqanizmlərdən  qorunma  ehtimalı  azalır.  Salxımın 

kəsilməsi və onun qutuya qoyulması zamanı kəskin hərəkətə yol vermək olmaz. 

Bəzi  sortlarda  (məs,  İtaliya  muskatı,  Rişbaba,  Katta-Kurqan)  salxım  saplağı  və 

darağı  o  qədər  kövrək  olur  ki,  salxım  əldə  ikən  qəflətən  onun  vəziyyəti 

dəyişdikdə  müəyyən  hissəsindən  qırıla  bilir.  Salxım  koldan  ayrılarkən  vəziyyəti 

dəyişmədən və giləyə toxunmamaq şərtilə qutuya qoyulmalıdır. 

 Texniki  sortlarda  olduğu  kimi  süfrə  üzümlərində  də  gilənin  yetişməsi 

müxtəlif üsullarla müəyyən edilir:  

1)kimyəvi  üsulda  gilədə şəkərin maksimum  həddə çatması,  sərbəst  turşunun 

olmaması, qlükoza və fruktozanın nisbətinin bərabərləşməsi təyin edilir.  

2)sitokimyəvi üsulla gilə saplağında nişastanın olub-olmaması yoxlanılır. Bu 

məqsədlə saplağın giləyə birləşən yerində- fırçada nişastanın olmasını yoxlamaq 

üçün ora 2-3 faizli yod məhsulu tökülür. əgər həmin hissə tünd-göy rəng alırsa, 

deməli yetişmə hələ davam edir, boz rəng yetişmənin dayandığını göztərir. 

3)orqanoleptiki  üsulda  salxım  və  gilənin  xarici  görüşü,  rəngi,  yumşalması, 

dad və ətri qiymətləndirilir. Əvvəlki vəziyyətlə müqayisədə gilə yumşalmış olur. 

Gilədə şəkər və turşuluq ahəngdar olur. 

Suvarılan  rayonlarda  yığıma  2-3,  bəzi  hallarda  4  həftə  qalmış  üzümlüyün 

suvarılması  dayandırılmalıdır.  Suvarmadan  sonra  gilədə  suyun  miqdarı  artır, 

daşınma  və  saxlanma  qabiliyyəti  azalır.  Yığım  vaxtı  yağış  yağarsa,  yığım 

dayandırılmalı  və  2-3  gün  sonra  yığım  davam  etdirilməlidir.  Yerli  bazarda 

realizəsi nəzərdə tutulan süfrə üzümləri yeyilmə yetişkənliyinə çatdıqda yığılır.  

Bir qayda olaraq növbər üzüm bazarda baha qiymətə satılır. Bəzən tələsikliyə 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə