432
yol verilir və yetişməmiş üzüm bazara çıxarılır. Bu məsələ üzrə standartın
tələblərinə baxılmalı, yaxşı olardı ki, hər qrup sort və yaxud hər sort üçün ayrıca
standart qəbul edilsin.
Orta vaxtda yetişən sortlar çoxdur və onlar bütün göstəricilərinə görə üstünlük
təşkil edir. Ancaq mövsümün ortasında yetişdiklərinə görə ucuz qiymətə satılır.
Bəzi sahibkarlar həmin üzümlərin realizəsini ləngidirlər ki, bir qədər baha
qiymətə sata bilsinlər. Bu halda gilə yetişib ötür və keyfiyyəti aşağı düşür. Yəni
həm rəng tündləşir, həm gilənin ləti yumşalır, həm də turşuluğun azaldığına görə
dadın ahəngdarlığı pozulur.
Gilənin yetişməsi, onda şəkərin artması, turşuluğun azalması, rəngin inkişafı,
lətin sorta məxsus quruluşunun və dadının yaxşılaşması deməkdir. Bu
dəyişikliklər salxım kolun üstündə olduğu müddətdə baş verir (əlbəttə müəyyən
vaxta qədər). Adi şəraitdə kolda yük normal olduqda sadalanan göstəricilər
yaxşılığa doğru gedir. Ancaq yuxarıda qeyd edildiyi kimi tam yetişmə mərhələsi
ötdükdə ümumi keyfiyyəti təşkil edən elementlər də pisləşir.
Bu məsələ üzrə ABŞ üzümçüsü C.Uinkler yazır ki, yetişmənin optimal
mərhələsinin təyini çətindir, ancaq çox vacibdir. Həlledici rol alıcının tələbatının
ödənilməsidir. Ikinci tələbat birinci ilə sıx əlaqədardır, yəni üzümün keyfiyyəti
yaxşı olduqda üzüm mövsümünün əvvəlindən və sonundan asılı olaraq həmişə
yüksək qiymətə satıla bilər. Üçüncü şərt üzüm və bazar haqqında gündəlik
informasiyadır. Bazarda üzüm var ya yox, haradan hansı sort gətirilib, keyfiyyəti
və bazar qiyməti haqqında əldə məlumat olduqda sahibkar öz işini asanlıqla
tənzimləyə bilir.
Tənək üzərində salxım bir qədər az olduqda gilələr təqribən bərabər ölçüdə
olur və eyni vaxtda da yetişir. Ancaq yük bir qədər artıq olduqda gilələr eyni
vaxtda yetişmir, bu baxımdan məhsul seçmə ilə 2,3 və hətta 4 dəfəyə yığıla bilər.
Seçmə ilə yığımda əsas diqqət gilənin xarici görünüşünə, rənginə, darağın və
saplağın vəziyyətinə, eləcə də dadına yönəldilməlidir. Saxlamaq üçün üzüm o
vaxt yığılmalıdır ki, onun tərkibində qlükoza və fruktozanın nisbəti 1:1 olsun. Bu
məsələdə ümumi şəkər və turşuluğun dad nisbəti gözlənilməlidir, yəni, şəkər
turşuluqdan 2 dəfə çox olmalıdır.
Üzüm çox incə meyvədir. Qablaşdırma və daşınma zamanı tələb olunur ki,
ona çox ehtiyatla yanaşılsın. Eksporta göndərilməsi nəzərdə tutulan təzə üzüm
BDC 2463-1956 standartın tələblərinə uiyğun olmalıdır.
Gilənin vəziyyəti və yetişkənliyi- əla növə daxil edilənlərin giləsi tam
yetişmiş, təravətli, təmiz, normal inkişaflı, eyni irilikdə, gilə saplağına möhkəm
bərkimiş, yığım vaxtı zədələnməmiş, sağlam qabıqlı, üzərində yaxşı mum qatı
olmalıdır. Xırda gilələr ehtiyatla kəsilib atılmalıdır.
Mexaniki zədələnmə, xəstəlik və zərərvericilərlə zədələnməsi. Mexaniki
433
zədəsi olan, mildiu, oidiumla və zərərvericilərlə sirayətlənmiş gilələri olan
salxımları əla və birinci növə daxil etmək olmaz.
Gilənin dadı - yaxşı yetişməyən gilələr bir qayda olaraq salxımın
qurtaracağında yerləşir. Əgər ucdakı gilələrin dadı qənaətbəxşdirsə, deməli bütöv
salxım yararlıdır. Ancaq əksər hallarda tez-tez üzüm yediyinə görə üzüm yığan
adamın dadbilmə qabiliyyəti korlaşdığından o gilənin rənginə, vəziyyətinə və
daraq saplağının vəziyyətinə diqqət yetirməlidir.
Yadda saxlamaq lazımdır ki, salxımda çiçək və gilələrin seyrəldilməsi yerdə
qalanların daha görkəmli olmasını və bərabər yetişməsini təmin edir. Salxımın
seyrəldilməsinin ləngidilməsi qalan gilələrin rənginin yaxşılaşmasına səbəb olur.
Koldan salxım dərilərkən əllə saplaqdan tutmalı və əldə ikən partlamış,
çürümüş, eləcə də eybəcər gilələr qayçı ilə kəsilməlidir. Gilədən mum qatı
silindikdə elə bil cilalanmış görkəm alır, daha doğrusu gilə adi rəngini itirir.
Salxım təmizləndikdə daha çox iş növü yerinə yrtirmək olar. Bilmək lazımdır ki,
bu iş növləri əlavə xərc tələəb edir. Məhsul yığımı gilənin tam yetişməsi
məqamında başlamalıdır, yəni gilədə şəkər azı 15 % olmalıdır. Bu göstərici
saxlanmaq üçün nəzərdə tutulanüzümlərə aiddir. Yerli istifadədə olan ən tez və
tez yetişən üzümlərdə (növbər məhsul) 12-13 % şəkərlə yığmaq olar.
Üzümün qablaşdırılması - qablaşdırma dedikdə qablaşdırılan yer, müxtəlif tip
qutular və salxımların qablaşdırılması üsulları nəzərdə tutulur. Süfrə üzümü
qablaşdırılan yer işin asan yerinə yetirilməsi üçün əlverişli olmalıdır. Bundan
başqa qablaşdırma aparılan yer üzüm üçün əlverişsiz havalı olmamalıdır. Bu
əməliyyatın üzümlükdə aparılması da o qədər çətinlik törətmir. Üzümlükdə
qablaşdırma zamanı salxımlar qutulara qablaşdırılır və birbaşa satış yerinə
aparılır. Üzümü yığan adam salxımı dərir, əlində təmizləyitr və qutulara yığır.
Üzümü yığan adam eyni zamanda qablaşdırmanı da bacarmalıdır. Üzümü yığan
və eyni zamanda qablaşdıran adamın işinə nəzarət şətindir, bu baxımdan da bəzən
qutularda xoşa gəlməyən salxımlar olur.
Salxım və gilələr sağlam olduqda qablaşdırma işi birbaşa üzümlükdə
aparılırsa daha asan və əlverişli olur. Salxımların çevrilməsi mənfi nəticə verən
Rişbaba, Olivet və İtaliya kimi üzümlərdə qablaşdırma işi üzümlükdə aparılsa
daha əlverişli hesab edilir. Yol kənarında və vaqona yüklənən yerdə təcrübəli
qablaşdırıcının olması vacibdir. O pis salxımları götürür və qutuların hamısına
yaxşı xarici görkəm verir.
Üzüm qablaşdırılan qutular quru, təmiz, möhkəm və iç tərəfi sığallı olmalıdır.
Dəmir yolu və digər növ nəqliyyat vasitələri ilə uzaq məsafəyə göndərilən qutular
standart qutulardır və onun ölçüləri aşağıdakı kimidir: uzunu 49 sm, eni 31 cm,
hündürlüyü 14 sm. Qutunun taxtaları bir-birindən 1 sm aralı olmalıdır ki,
havalanma yaxşı getsin. Salxımların qablaşdırılması məsələsində Bolqar