Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə199/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   195   196   197   198   199   200   201   202   ...   207

434

 

 



mənbələrinə görə qutunun içərisinə kağız sərilməlidir. Moldova mənbələrində isə 

yuxarıda göstərildiyi kimi qutunun taxtasının içəri tərəfi sığallı olmalıdır və kağız 

qoyulmur. Belə qutularda 7-10 kq məhsul yerləşir. 

Qablaşdırma  zamanı  salxımın  qutuya  qoyulma  vəziyyəti  -  N.Nedelçev  və 

M.Kondarevin (Bolqar) yazdığına görə salxım saplağı yuxarıda (üstdə) olmalıdır. 

Moldova  mənbələrində  isə  saplaq  içəridə  olmalıdır.  Hər  iki  üsulun  müsbət  və 

mənfi  tərəfləri  vardır.  Saplaq  yuxarıda  olduqda  qutudan  üzüm  götürmək 

asanlaşır,  ancaq  görkəm  bir  qədər  pisləşir.  Saplaq  içəridə  olduqda  görkəm 

yaxşılaşır,  salxımın  götürülməsi  çətinləşir.  Salxım  götürmək  lazım  gəldikdə 

mütləq gilədən tutulmalıdır. Bu vəziyyətdə gilədəki mum qatı silinir.  

Məhsul  eksporta  getdikdə  müqavilə  şərtlərinə  görə  qutunun  yalnız  yan 

divarlarında kağız olmalıdır, ancaq qutunun üstü açıq olmalıdır ki, məhsul tez və 

yaxşı  görünsün.  Moldova  təcrübələrində  isə  qutuda  məhsulun  üstü  kağızla 

örtülməlidir.  

Hər qutunun  yuxarı sol küncünə standart ölçüdə yarlıq yapışdırılır. Yarlıqda 

olan  yazının  hərflərinin  uzunluğu  1  sm-dən  çox  olmamalıdır.  Sağ  tərəf  yuxarı 

küncdə isə qutudakı məhsulun çəkisi göstərilməlidir.  

Son  vaxtlar  müasir  qablaşdırma  texnologiyalarına  əsasən  xüsusi  maşınlar 

vardır  ki,  (İtaliya,  Fransa)  onlar  nazik  kartondan  2  kq-lıq  qutular  hazırlayır  və 

məhsulu özü qablaşdırır (İtaliyada hətta 1 salxım ayrıca qablaşdırılır).  

Süfrə üzümlərinin saxlanması - üzümün saxlanma müddətinə sortun saxlanma 

qabiliyyətindən başqa onun becərildiyi mühit və ilin meteoroloji şəraitinin, eləcə 

də  aqrotexnikanın  təsiri  vardır.  Müxtəlif  zonaların  kompleks  şəraitindən  bu 

məqsəd  üçün  ən  ümdəsi  istilikdir.  Istilik  rejimi  artdıqca  üzümün  saxlanma 

müddətinə müsbət təsir göstərir. Dağlıq və dağətəyi yerlərdə tərkibində humusun 

miqdarı 1,2-1,5%, hava və su keçirmə qabiliyyəti yaxşı olan torpaqlarda becərilən 

üzümlərin saxlanma qabiliyyəti yüksək olur. əksinə humusla zəngin olan düzənlik 

torpaqlarda  becərilən  üzümlərin  saxlanması  o  qədər  də  faydalı  olmur.  Süni 

suvarmalar  artıqlıq  təşkil  edən  yerlərdə  üzümün  saxlanma  qabiliyyəti  çox  pis 

olur. Yığım qabağı suvarmalar saxlamanın keyfiyyətinə daha mənfi təsir göstərir.  

Normal  yükü  olan  salxımlar  daha  keyfiyyətlə  saxlanır.  Tənəyin  yükün 

aqroqaydalarda  göstərildiyindən  20-25%  az  götürülməsi  üzümün  saxlanma 

qabiliyyətinə  müsbət  təsir  göstərir.  Salxımın  kolda  yerləşmə  zonasının  da 

məhsulun saxlanmasına əhəmiyyətli dərəcədə təsiri vardır. Torpaq səthində 30-60 

sm  məsafə  bu  məqsəd  üçün  optimal  hesab  edilir  və  bu  zonada  gilədə  şəkər 

yüksək  olur,  salxım  və  gilələr  gözəl  xarici  görkəm  kəsb  edir  və  uzun  müdddət 

saxlana bilir. 

Üzüm saxlanan kameralar  yerləşən binalar işıqlı, geniş olmalı və binada toz 

olmamalıdır. Saxlanılan məhsulun miqdarından asılı olaraq binanın uzunluğu 100 



435

 

 



m-ə qədər, eni 8 m və hündürlüyü 4 m olmalıdır. Binanın döşəməsi beton qatı ilə 

örtülməlidir. 

 Soyuducu  kameralar  məhsul  yığımına  1-1,5  ay  qalmış  təmir  olunmalı  və 

təmizlənərək  dezinfeksiya  olunmalıdır.  Döşəmə  əhəngli  su  ilə  diqqətlə 

yuyulmalıdır. Bina və kamera havalandırılır və qurudulur. Kif göbələklərini məhv 

etmək üçün kamera natrium-oksidofenol ―preparat- 5‖ adlanan dezinfeksiya edici 

maddə ilə işlənməlidir.  

Üzüm  qoyulmazdan  15  gün  qabaq  kamera  təzə  sönmüş  əhənglə 

ağardılmalıdır. Əhəngə mis kuporosu əlavə edilməlidir ( 1,5 kq əhəngə 100-200 

qr  mis  kuporosu  əlavə  edib  10  l  suda  həll  edilməlidir).  Kamerada  olan 

avadanlıqlar  10%  -li  formalinlə  silinməlidir.axırıncı  hazırlıq  işlərindən  biri  də 

saxlayıcının  kükürd  anhdridi  ilə  tüstüləndirilməsidir.  Saxlayıcının  hər  kub  metr 

sahəsi  üçün  50  qr  əzilmiş  kükürd  işlənməlidir.  Müxtəlif  üsullarla  dezinfeksiya 

edilmiş  otaqlar  və  yaxud  bina  24-28  saat  müddətində  qapı  və  pəncərələri 

germetik  bağlanmalıdır.  Sonra  kamera  havalandırılmalıdır,  kükürd  iyi 

olmamalıdır. Bundan sonra soyuducu işə salınır və kamerada temperatur +3-40C-

yə çartdırılır. 

Saxlayıcıya gətirilən üzüm əvvəlcə kameranın az soyudulan şöbəsinə (5-80C) 

qoyulur  və  kifayət  qədər  havalandırılır.  Bu  şöbədə  üzüm  8-10  saat  müddətində 

qalır.  Birdən-birə  çox  aşağı  temperaturda  saxlansa  gilələr  tərləyə  bilər. 

Sərinləşdirici  kameradan  (  az  soyudulan  şöbədən)  üzüm  çıxarılaraq  daimi 

saxlanma kamerasına keçirilir. Burada temperatur +4 dərəcə olmalıdır.  

Kükürd  anhidridi  ilə  dezinfeksiyanın  faydası  odur  ki,  o,  göbələklərin 

fəaliyyətini dayandırır və yaxud onları məhv edir. Hər şeydən əvvəl boz çürümə 

(Botrutis  sinerea)xəstəliyindən  qoruyur.  Fumiqasiya  mikroorqanizmləri  və 

sporları  öldürür.  əgər  üzüm  saxlayıcıya  gətirilənə  qədər  mikroorqanizmlərlə  və 

sporlarla  sirayətlənibsə,  onda  dezinfeksiyanın  təsiri  az  olacaqdır.  Kükürd 

anhidridi  adi  kükürdün  yandırılmasından  əldə  olunur.  Adi  temperaturda  və 

atmosfer təzyiqində qaz şəklində olan kükürd anhidridi havadan 2,2 dəfə ağırdır. 

Qaz rəngsizdir, çox kəskin iyi olduğundan göz, burunu qıcıqlandırır. Uzun illərdir 

ki,  kükürd  qazı  yeyinti  sənayesində  istifadə  edilir.  Quru  meyvə  istehsalında  da 

kükürd qazından geniş istifadə olunur.  

Qablaşdırma məqsədilə  fumiqasiya işin sonunda  aparılır. Əgər bu əməliyyat 

günün  əvvəlində  aparılsa  gün  ərzində  orada  aparılan  işlərə  maneçilik  törədilə 

bilər. Əlverişli şəraitdə 20 dəqiqə ərzində havada 0,5% kükürd anhidridi olsa qutu 

materialının, taxtanın, üzümün və onların tutduğu fəzanın qəbul etdiyi (udduğu) 

kükürd anhidridi aşağıdakı düsturla hesablanır: 

C= + Qx D 

 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə