Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə200/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   207

436

 

 



Burada: C- kükürdün miqdarı, kq, 

A-Havada kükürd qazının %-lə miqdarı; 

B- yükdən azad fəza, m3 

V- 1 kq qaz əmələ gətirən kükürd qazının əmələ gətirdiyi fəza ( 0 dərəcədə bu 

fəza 0,346 m3 , otaq temperaturunda isə 0, 376 m3 ), m3 

Q- qutuların əmələ gətirdiyi partiyanın miqdarı ; 

D-  qutuların  əmələ  gətirdiyi  hər  partiya  üçün  (bir  partiya  100  ədəd  qutudur) 

lazım olan kükürd anhidridi. 

Saxlanmağa  qoyulan  üzüm  sağlamdırsa  demək  olar  ki,  kamera 

qazkeçirməyən hesab edilməsinə baxmayaraq qazın müəyyən qədər hərəkət sürəti 

olur.  Qutular  arası  boşluqda  qazın  hərəkət  sürəti  0,25  m/san.  Bir  partiya  qutu 

üçün  0,45  kq  kükürd  tələb  olunur.  Saxlanma  şəraiti  nisbətən  pis  olduqda 

kükürdün  miqdarı  0,7-0,9  kq-a  çatdırıla  bilər.  Kamerada  hər  ventilyatorun 

qabağında qazın hərəkəti üçün keçid qoyulur.  

Qutular hava axımına paralel qoyulmalıdır və onların arasında 2-4 sm məsafə 

saxlanır. Ventilyatorlar güclü olmalıdır. 

Kükürd qazı  ilə fumiqasiyanın  təsiri uzun müddətdə olmur. Ağac kəpəyi ilə 

qablaşdırıldıqda  və  yaxud  təcili  olaraq  məhsulun  daşınmasında  fumiqasiya 

aparmaq  mümkün  olmur.  Belə  hallarda  kalium  bi-sulfid  yaxud  matrium  bi-

sulfiddən istifadə olunur. Qutuda nəmlik az olduqda kükürd qazı tədricəm əmələ 

gəlir  və  aşağı  kosentrasiyada  uzun  müddət  təsirini  saxlayır.  Yüksək  nəmlikdə 

kükürd qazı sürətlə əmələ gəlir və üzümü tezliklə xarab edir.  

Hazırda qutuda üzüm qablaşdırarkən ağac kəpəyindən istifadə olunmur. Hər 

üzüm qutusuna 5 qr bi-sulfid atılır.  

Kükürd  qazının  üzüm  tərəfindən  udulmasının  müxtəlif  şərtləri  vardır.  Sort, 

gilənin yetişmə dərəcəsi, qazın sıxlığı və hərəkətinin davamlılığı bu şərtlərdəndir.  

Üzüm  sortları  kükürd  qazını  udma  qabiliyyətinə  görə  bib-birindən 

fərqlənirlər.  Alman  alimləri  müəyyən  etmişlər  ki,  kükürd  qazının  eyni  sıxlığı 

fonunda  Ağ  oval  kişmişi  sortunun  30  dəq  ərzində  aldığı  kükürd  qazı  60  dəq. 

ərzində  Qro  Qiyom  sortunun  aldığı  kükürd  qazına  bərabərdir.  Ağ  oval  kişmişi 

sortu 0,003 % kükürd qazı aldıqda keyfiyyətini  itirir. Digər sortlar üçün kükürd 

qazı norması belədir:  

Malağa - 0, 0018% , Emperor -0 0014%, İsgəndəriyyə muskatı- 0,0026%. 

Bu  məsələni  öyrənən  tədqiqatçılar  müəyyən  etmişlər  ki,  eyni  sortda  kükürd 

qazının  təsiri  üzümlüyün  yerləşdiyi  yerdən  və  ilin  meteoroloji  şəraitindən  də 

asılıdır. Pis yetişən gilə yetişmişə nisbətən kükürd qazını tez qəbul edir. Müəyyən 

etmişlər ki, İsgəndəriyyə muskatının məhsulu 27,18 və 13 % şəkərlilikdə müvafiq 

olaraq  0,0043,  0,0077  və  0,0262  %  kükürd  qazı  alır.  Yetişib  ötmüş  üzüm  də 

saxlanarkən  yüksək  keyfiyyətini  saxlaya  bilmir.  Bu  baxımdan  belə  üzümün 



437

 

 



fumiqasiyasında istifadə olunan kükürd qazının sıxlığı artıq olmalıdır. Şəkəri az 

olan üzüm az sıxlığı olan kükürd qazı tələb edir.  

Eyni  sıxlıqda  qaz  mühitində  istiliyi  çox  olan  (+220  C)  üzüm  +40  olan 

üzümdən qazı çox udur. Temperaturu 240 C olan Malaqa sortu temperaturu 90 C 

olan məhsuldan 3 dəfə artıq miqdarda qaz udur. 

Kükürd  qazının  konsentrasiyası  artdıqca  və  fumiqasiya  davamlı  olduqca 

üzümün  qaz  udması  çoxalır.  Qazın  sıxlığı  həm  qəbul  edilmiş  normaya  uyğun 

olmalı  (  birinci  fumiqasiyada  0,5%),  həm  də  kamera  üzrə  o  bərabər 

paylanmalıdır.  Bu  səbəbdən  də  fumiqasiyanın  müddəti  20  dəqiqə  qəbul 

edilmişdir.  

Yadda saxlamaq lazımdır ki, kükürd qazının təsirindən üzümdə zədələnmələr 

də  baş  verir.  Bəzən  gilənin  rəngində,  xüsusilə  gilənin  saplağa  birləşdiyi  yerdə 

rəng  kəskin  dəyişir.  Salxım  qutuya  qablaşdırıldıqda  kütləvi  olmasa  da  az 

miqdarda  gilənin  saplağa  birləşdiyi  yerdə  çatlama  baş  verir.  Çatlamış  hissə 

kükürd  qazını  çox  udur.  Eləcə  də  qaz  saplaqdan  giləyə  daxil  olur.  Gilənin  rəng 

dəyişən hissəsində toxumalar quruyur və gilə deformasiyaya uğrayır. 

Gilə saplağı ətrafından başlanan rəng dəyişməsi tədricən gilənin ucuna doğru 

hərəkət edir. Qırmızı rəngli gilələrin rəngində açıqlıq və solğunluq görünür. Qara 

rəngli  gilələrdə  rənglər  göy-qaradan  qırmızımtıl  göyə  qədər  dəyişir.  Ağ  giləli 

sortlarda isə gilədə kül rəngli fonda əvvəlcə saralma gedir, otaq temperaturunda 

isə  2  gündən  sonra  qonurlaşma  baş  verir.  Rəngin  dəyişməsi  çox  vaxt  gilədə 

xoşagəlməz dadla müşahidə olunur. Yenidən fumiqasiya aparıldıqda gilə kükürd 

dadır. Rəng dəyişikliyi baş verən üzümdə bişirilmiş üzüm dadı olur. 

Saxlanmanın digər şəraitləri əlverişli olduqda aşağı temperaturda üzümü uzun 

müddət saxlamaq olur. əksər üzüm sortlarının gilələri yaxşı yetişdikdə -3,9 0 C-ə 

qədər  onları  saxlamaq  mümkündür.  Salxım  saplağında  şəkər  az  olduğundan 

göstərilən temperatura dözmür. Ancaq üzüm saxlanmasının aşağı temperaturunu -

1,90 C qəbul etmək lazımdır.  

Saxlayıcıda havanın nisbi nəmliyi  yüksək olmalıdır. Nisbi nəmliyi eyni olan 

isti  havanın  tərkibində nəmlik  soyuq havaya nisbətən çox olur. Temperaturu 24 

0C  havada  nəmlik  80%-dirsə  +20  C-də  nəmlik  xeyli  aşağı  olur.  Saxlayıcıda 

havanın  nisbi nəmliyi  artdıqca buxarın təzyiqi artır və üzümdə su buxarlanması 

azalır.  Buna  görə  də  üzüm  saxlayıcılarında  nisbi  nəmliyin  87-92%  olması 

məsləhət görülür.  

Əgər  saxlayıcıda  0  dərəcədə  havanın  nisbi  nəmliyinin  88%  həddində 

saxlanması lazım gəlirsə onda oradakı havanın temperaturu -1,670C olmalıdır.  

Dünyanın  üzümçülük rayonlarında dad etibarilə ən keyfiyyətli  üzüm  sortları 

çox incədirlər və onların saxlanması  o qədər də  sadə deyildir. Bir qayda olaraq 

tez və orta müddətdə yetişən üzümlər ( onların saxlanma qabiliyyəti yüksək olsa 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə