Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə202/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   207

441

 

 



Dünyada  illik  üzüm  istehsalı  57-62  milyon  tondur.  Bundan  Avropa  qitəsinə 

40 milyon tona yaxın, Amerika qitəsinə 9,2 milyon ton, Asiya qitəsinə 6,4 milyon 

ton düşür. 

Dünyada  ən  böyük  şərab  istehsalçısı  İtaliya  (  ildə  70-80  milyon  h)  və 

Fransadır (ildə 70-85 milyon h) onun dalınca Argentina gəlir (27 milyon h)  

Dünyada illik istehsal olunan şərabın (341milyon h ) 80 % -i (270 milyon h) 

Avropanın payına düşür.  

Süfrə üzümü istehsalının 67%- i Avropanın (9,6 milyon ton) , 1 milyon tonu 

Asiyanın, 1,5 milyon tonu Amerikanın, 0,3 milyon tonu Afrikanın üzərinə düşür. 

Ən  çox  süfrə  üzümü  istehsal  edən  ölkələr  İtalia,  İspaniya,  Türkiyə,  ABŞ  və 

Bolqarıstandır. Hər il dünya bazarına təzə üzüm  eksport edən İtalia ( 336  - 337 

min ton), Bolqarıstan (100-130 min ton), İspaniyadır (90 - 140 min ton ). 

Üzüm istehsalında kişmiş və moüz xüsusi çəkiyə malikdir. Ən çox kişmiş və 

moüz  istehsalçıları  Yunanıstan  və  ABŞ  –dır  (1ildə  100-  110  min  ton).  Bundan 

sonra Türkiyə -70 min ton, İran, Avstraliya, Suriya və başqa ölkələrdir.  

Üzüm istehsalında hektardan orta məhsuldarlıq ən çox ABŞ- da (153 s / ha) 

və Avstraliyadır ( 100 s / ha ). 

Üzüm  məhsuldarlığının  illər  üzrə  dəyişməsi  müəyyən  dərəcədə  ekoloji 

amillərdən asılıdır. Söz yox ki ,iqlim şəraitinin də bu işdə əhəmiyyəti az deyildir. 

Ekoloji  şərait  uyğun  olaraq  üzümün  becərilmə  üsullarının  seçilməsi,  yüksək 

məhsuldar  sortların  seçilməsi,  üzümlükdə  seyrəkliyə  qarşı  mübarizə  üsullarının 

təkmilləşdirilməsi  və  üzüm  bitkisinin  istismar  müddətinə  və  onun 

məhsuldarlığının  artırılmasına  təsir  edən  əsas  amildir.  Bu  məsələlərin 

müvəffəqiyyətli həlli üçün elmi – texniki tərəqqinin son naliyyətlərinə əsaslanan 

intensiv  amillər  ön  plana  keçirilməlidir.  Dünyanın  əsas  üzümçülük  ölkələrinin 

üzümçülüyünün xarakterizəsini aşağıdakı kimi təqdim edirik. 



ĠSPANĠYA  .  Üzümlükləri  hər  bir  əyalətin  əsasən  dağ  yamaclarında  və 

vadilərində yerləşir. Üzümlüklərin ümumi sahəsi 1,7 milyon hektardan bir qədər 

azdır, illik şərab istehsalı 20,3 milyon , qurudulmuş üzüm 11250 ton, süfrə üzümü 

hektardan140 min tona qədərdir. 

Ispaniya dünyada şərab istehsalına görə üçüncü, moüz istehsalına görə altıncı 

və süfrə üzümü istehsalına görə səkkizinci yeri tutur.  

Ispaniyanın  iqlimi,  xüsusilə  şərqində  və  cənubunda  üzüm  üçün  olduqca 

əlverişlidir.  Mərkəzi  və  şimal  vilayətləri  az  yararlıdır.  İllik  atmosfer 

çöküntülərinin miqdarı aralıq dənizi sahillərində 300-600 mm-dir. Üzümlüklərin 

əksər hissəsi filloksera ilə sirayətləndiyinə görə fillokseraya davamlı calaqaltılara 

calanmışdır.  Öz  kökü  üstündə  olan  üzümlüklər  Valensiya  və  Alikantdadır. 

Göbələk  xəstəliklərindən  mildiu  və  oidium  geniş  yayılmışdır.  Üzümlüklərinin 

dörddə bir hissəsi Barselona əyalətində cəmləşmişdir. 



442

 

 



Mərkəzi  İspaniyada,  Madriddən  cənubda  ağ  şərablar  və  eksport  üçün 

qatılaşdırılmış üzüm şirəsi istehsal olunur. Bundan başqa Almeriya,Valensiya və 

Alikantda  əsasən  süfrə  üzümləri  becərilir  .Oqanez  İngiltərəyə  eksport  olunur. 

Qurudulmuş  üzüm  əsasən  bütöv  salxım  halında  Malaqa,  Qrenada,  Kordovı  və 

Valensiyadan daşınır.  

 

Ġtaliya . Dünyanın nəhəng üzümçülük və şərabçılıq ölkəsidir. Üzü mlüklərin 

sahəsinə görə İspaniyadan sonra ikinci yerdə dayanır. Üzüm məhsulu istehsalına 

gərə dünyada birinci yeri, şərab istehsalına görə Fransadan sonra ikinci yerdədir. 

İtaliya  üzümçülüyünün  xarakterik  cəhəti  onun  iki  tipdə  olmasıdır: 

ixtisaslaşdırılmış  və  qarışıq  .  Birinci  tipdə  təsərrüfatlar  yalnız  üzümçülük  üzrə 

ixtisaslaşmışdır.  İkinci  tipdə  qarışıq  əkmələrdir,  yəni  təsərrüfatda  üzümlüklərlə 

yanaşı  meyvə  bağlar  və  sitrus  əkinləri  mövcuddur.  Ölkə  daxilində  süfrə  üzümü 

geniş  miqyasda  istehsal  və  istehlak  olunur,  yalnız  bir  hissəsi  digər  ölkələrə 

eksport olunur. Süfrə üzümünün bir qismi qurudulmağa gedir. Qurudulmuş üzüm 

moüzdən, kişmişdən və korinkadan ibarətdir (3 milyon ton). Ancaq ölkədə sənaye 

qurutma yox dərəcəsindədir. 

Məşhur İtalia şərabları Pyemont, Venesiya və Toskana əyalətlərində istehsal 

olunur.  Ən  yaxşı  şərab  Pyemontoda  Barolo  üzümlüklərində  becərilən  Nebbiola 

üzümündən  alınır.  Bu  vilayətdə  məşhur  Barbaresko,  Barbera,  Qrinolino  və 

Freziya şərablarıda alınır. Venesiyanın ən yaxşı Şərabı Zoavdır (ağ şərab ).  

Mərkəzi  və  şimal  rayonlarının  münbit  torpaqlarında  kollara  yüksək  ştamblı 

güclü  formalar verilir.  İsti və bir qədər quraq rayonlarda kolların  gücü nisbətən 

zəif olan yerlərdə onlara xırda kol formaları, az qida sahəsi verilir və əsasən qısa 

budama  tədbiq  olunur.  Siciliyada,  Sardiniyada,  Kalabrin  və  Anulində  xırda  kol 

forması verilən üzümlüklərdə dayaq qurulmur. Belə üzümlüklər kolda iki gözdən 

ibarət  bir-iki  çilik  saxlanır.  Bu  cür  formalar  əsasən  texniki  sortlarda  tədbiq 

olunur. 

FRANSA  .  Belə  hesab  edilir  ki,  finikalılar  üzümü  cənubi  Fransaya  yəni 

eradan  əvvəl  600-cü  ildə  gətirmişlər.  1876-cı  ildə  gətirmişlər.  1876-cı  ildə 

Fransada üzümlüklərin sahəsi 2,3 milyon hektar olmuşdur. Sonralar 20 il ərzində 

bu üzümlüklərin 2 milyon hektarını filloksera məhv etmişdir. Bir çox üzümlüklər 

calaq  tinglərlə  bərpa  olunsa  da  üzümlüklərin  sahəsi  əvvəlki  səviyyədən  xeyli 

aşağıdır. Hazırda Fransada üzümlüklərin sahəsi 1,1 milyon hektar ətrafındadır. 

Böyük  miqdar  şərab  istehsalına  baxmayaraq  Fransa  hər  il  2,6  milyon  h/l 

xaricdən  gətirir,  2,0  milyon  h/l  eksport  edir.  Bir  çox  yüzilliklər  ərzində  üzüm 

sortlarının Fransada ərazinin torpaq-iqlim şəraitinə uyğun seçilməsi prinsipi artıq 

sabitləşmişdir.  Bir  çox  şərablar  üçün  rayonun  adının  verilməsi  sanki  qanuni  hal 

almışdır.  Şərabla  səriştəsi  olan  hər  bir  adam  bilir  ki,―Burqund  ‖,  ―Şampan‖  və 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə