Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə203/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   207

443

 

 



―Sofern‖  markalı  şərablar  müəyyən  sortların  məhsuludur  və  adları  göstərilən 

yerlərdəndir.  Nəsildən  nəsilə  bir  ənənə  formalaşmışdır  ki,  bu  və  ya  digər  üzüm 

sortu həmişə eyni məkanda əkilir və ondan həmişə iki adda şərab istehsal olunur. 

Bu  cür  şərabların  istehsalı  ümumi  şərabların  cəmi  7%  -i  təşkil  edir  və  Fransa 

şərabçılıq kodeksinin tələblərinə uyğun olaraq buraxılır. 

Ucqar şimal departamentlərdən başqa üzüm Fransanın hər yerində becərilir .  

Fransa üzümlükləri regiyonun iqlim şərait ,sort fondu , aqro-texniki tədbirlər 

və şərabın keyfiyyət xüsusiyyətlərinə görə dörd böyük qrupa bölünür:  

ŞƏRQ- Şampan, Elzas,Burqundiya və s. 

 QƏRB- Luara və Şaranta çaylarının vadiləri. 

 CƏNUB- QƏRB- Bordo əyaləti, Dardoniya və Haronno çay vadiləri. 

 CƏNUB- Rona çayının vadisi, Pravaus,Langedok,Rusilyon, Konyak. 

Bu  zonalar  iqlim  şəraiti,sortları,becərmə  texnalogiyasının  xüsusiyyətlərini  , 

üzümlüklərin məhsuldarlığı və istehsal olunan şərabın keyfiyyəti ilə bir-birindən 

kəskin fəqlənir. 

TÜRKĠYƏ. Qurudulmuş üzümün açıq rəngi və yüksək keyfiyyəti ilə dünya 

bazarında xüsusi yer qazanmışdır. Üzümlüklərin sahəsinə görə dünyada dördüncü 

yerdə durur (800 min hektara yaxın ).Ümumi üzüm məhsulu istehsalı 3,7 milyon 

ton,  kişmiş  istehsalı  1,2  milyon  tondur.  Türkiyənin  bütün  zonalarında  üzüm 

becərilir.Üzümlüklər  əsasən  Anadolunun  cənub-şərqində,  mərkəzi  rayonlarında 

,Mərmərə  dənizi  sahillərində  və  Anadolunun  şimal-şərqində  cəmləşmişdir. 

Türkiyənin  və  Asiyanın  bir  çox  ölkələrinin  üzümçülüyünün  xarakterik  cəhəti 

süfrə  üzümçülüyü  və  kişmiş  istehsalı  üzrə  ixtisaslaşmasıdır.  Qurudulmuş  üzüm 

istehsalı ən çox İzmir və Manisadır. Süfrə üzümləri yerli tələbat və eksport üçün 

nəzərdə tutulur.Dini ənənələrə görə ölkədə şərab istehsalı çox məhduddur. Buna 

baxmayaraq hər il 210 min hektolitr şərab istehsal olunur. 

Üzümlüklərin  sahəsinin  genişləndirilməsində  son  vaxtlar  irəliləyiş  hiss 

olunmur.  Ancaq  bu  geriliyin  aradan  qaldırılması  sahəsində  dövlət  səviyyəsində 

fikirlər  söylənir.  Xüsusilə  dünyanın  kişmiş  bazarında  Kaliforniya,Avstraliya  və 

Yunanıstanla  rəqabətdə  çox  geri  qalmamaq  üçün  bu  sahənin  inkişaf  etdirilməsi 

prioritetlik təşkil edir. 

Ağ  giləli  üzüm  sortlarından  ən  yaxşı  yayılanları  Kleret,  Şardone,  Rislinq, 

Semilyon, Bəylərə, Vasilak, Əmir, Həsəndədə, Qalacıq, Rumini göstərmək olar. 

Qırmızı  giləlilərdən  qara  Pino,  Alakapaçı,  Papazqarası,  Kuntra,  Qarala-xna, 

Karinyan,  Qalkapaça,  Kaberne-Sovinyon,  Alikant  buşe,  Bozkərə,  Dimrit  və 

başqaları becərilir. 

Əsas kişmiş sortlarından Ağ oval kişmişi və Ağ girdə kişmişidir. Üzümlükləri 

basdırılmır.  Becərmə  sistemi  əsasən  sərilən  dayaqsızdır.  Üzümlüklərin  böyük 

əksəriyyəti  aqrotexniki  səviyyəsi  aşağı  olan  xırda  üzümlüklərdən  ibarətdir.Bu 




444

 

 



səbəbdən üzümlüklərin məhsuldarlığı hektardan 4-5 tondur. 

AMERĠKA  BĠRLƏġMĠġ  ġTATLARI. Dünyada mövcud üzüm  növlərinin 

70%-  nin  vətəni  Şimali  Amerika  hesab  edilir.Yüksək  dağ  zirvələrini  çıxmaqla 

Amerika Birləşmiş Ştatlarının hər bir rayonunun üzüm növü vardır. Hətta Cənub 

- Qərbin səhra rayonlarında kiçik çaylar boyunca V.Arizonika , V.Berlandiyeri və 

V. Kalifornika bitir. Misisipi və onun qolları boyunca yerli üzüm sortları bolluğu 

və müxtəlifliyi ilə fərqlənir. Amerika qitəsində üzümlüklərin sahəsinə və məhsul 

istehsalına  (  5120  min  ton  )  görə  ABŞ  birinci  yerdə  durur  (342  min  ha). 

Qurudulmuş üzüm istehsalına görə dünya ölkələri arasında ABŞ liderdir. Sənaye 

üzümlüklərinin  çox  hissəsi  Nyu  –  York,  Vaşinqton,  Miçiqan  və  Pensilvaniya 

Ştatlarındadır.  Ölkədə  ümumi  məhsul  istehsalının  99  %  -  i  bu  dörd  ştatdadır. 

Arizona,  Ohayo,  Arkanzas,  Şimali  Karolina,  Corciya,  Cənubi  Korolina  və 

Missuri Ştatlarında da üzümlüklər vardır, ancaq azlıq təşkil edir.  

Ölkə  üzrə  üzümlüklərin  orta  məhsuldarlığı  hektardan  150-160  sentnerdir. 

Belə yüksək göstərici bir tərəfdən əlverişli torpaq-iqlim şəraiti, digər tərəfdən isə 

üzümçülüyün  yüksək  dərəcədə  ixtisaslaşması  və  sənayeləşdirilməsi  ilə  bağlıdır. 

Kaliforniya  Ştatı  ABŞ-ın  Sakit  okean  sahillərində  yerləşir  və  yumşaq  subtropik 

iqlimə  malikdir.  Fəal  temperaturun  miqdarına,  vegetasiya  müddətinin  davam 

etmə müddətinə, isti yayı və yağmursuz payızına görə Özbəkistana çox yaxındır. 

Fərq ondadır ki, Özbəkistanda şaxtalar olduğuna görə qışda üzüm bitkisi torpağa 

basdırılır.  

Kaliforniyanın  sənaye üzümlüklərində 30 sort becərilir. Kişmiş-moüz qruplu 

üzüm  sortlarından  Tompson  sidles  (Ağ  oval  kişmiş)  ölkə  üzrə  qurudulmuş 

üzümün 95 %-i verir. Kaliforniya ştatı ilə həmsərhəd olan Arizona yeganə ştatdır 

ki,Vitis  vinifera  becərilir.  Bütün  məsələlərinə  görə  Kaliforniya  Kontrastlar 

ölkəsidir.  Burada  dəniz  səviyyəsindən  84  m  aşağı  və  4,4min  m.  dəniz 

səviyyəsindən yuxarı (Uitni dağı). Çox isti səhralar dəniz iqlimli rayonlarla əvəz 

olunan  yerlər.  Sənaye  üzümlükləri  dəniz  səviyyəsindən  60  m  aşağı  (Koaçella 

vadisi) və dəniz səviyyəsindən 120 m yüksəkliklərdə (Onens vadisi ) rast gəlinir. 



RUMĠNĠYA.  İqlimi  orta  kontinentaldır,  yəni  qışı  soyuq,  yayı  istidir.  Bəzi 

rayonlarda  üzüm  bitkisi  qışda  torpağa  basdırılır.  Şərablar  bir-birində  böyük 

amplituda  ilə  fərqlənir.  Mərkəzi  Avropa  üzümlərindən  hazırlanmış,  birbaşa 

hasiledicilər,  ən  yaxşı  keyfiyyətli  üzümlüklərin  sahəsi  390  min  hektardır. 

Üzümçülüyü öz başlanğıcını bizim eradan bir neçə yüz il əvvəldən başlayır. İqlim 

və  torpaq  şəraiti  çox  müxtəlifdir  və  üzüm  üçün  əlverişlidir.  Ancaq  qış  şaxtaları 

tez  payız,  gec  yaz  şaxtaları  üzüm  üçün  təhlükə  yaradır.  Filloksera  geniş 

yayılmışdır,  ona  görə  də  Avropa-Asiya  üzümləri  fillokseraya  davamlı 

calaqaltılara  calanır.  Bəzi  rayonlarda  üzümlüklər  öz  kökü  üstündə  becərilir. 

Göbələk xəstəliklərindən mildiu və oidium geniş yayılmışdır.  




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə