Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə204/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   207

445

 

 



Üzümlükləri  yamaclarda  və  düzənliklərdə  yerləşir.  Torpaq  eroziyası  iri 

üzümçülük  zonaları  Karpatyanı  ərazilərin  (olşiteniya)  təpəlik  və  cənub 

yamaclarıdı.  Buraya  iki  böyük  üzümçülük  rayonu  daxildir:  Dreqeşan-  burada 

markalı  ağ  şərablar  və  kəmşirin  şərablar  alınır;  Delul  –  Mare  rayonudur  ki, 

burada ağ turş və çərəz şərablar alınır. İkinci böyük üzümçülük zonası Karpatyanı 

ərazilərin vadi və dağ ətəkləridir. Fransilvaniyada (Tırnava) keyfiyyətli ağ turş və 

kəmşirin  şərablar  alınır  (Fetyaska,  Rislinq).  Aşağı  dunayın  qərb  hissəsinin 

düzənliklərində  pino  qruplu  sortlar  və  İtaliya  Rislinqi  becərilir  ki,  bunlardan  da 

yarımşirin çərəz şərablar alınır. 

Süfrə  üzümləri  əsasən  Buxarest  və  Konstannı  rayonlarında  becərilir.  Süfrə 

şərabları  üçün  aşağıdakı  əsas  sortlar  qəbul  edilmişdir:  Qrasa,  Qalbena,  ağ 

Fetyaska,  Qordin,  Musteaza,  Qara  Batuta,  Frankuşa,  Silvaner,  İtaliya  Rislinqi, 

Pino, Aliqote və s. Afuz-Ali (Qaraburnu), Korna nyaqra, Hamburq muskatı və Ağ 

Saşla üzümləri eksport edilir.  

 Böyük sahə üzümləri (100 min ha) birbaşa hasiledicilərdir. 

ARGENTĠNA.  Cənubi  Amerikada  üzümlüklər  ən  çox  iki  yüksək  And 

dağlarının  şərq  və  qərb  tərəflərində  Argentina  və  Çilidə  cəmləşmişdir.  Üzüm 

Argentinaya  ilk  dəfə  1500-cu  ildə  iuzid  dindarları  tərəfindən  gətirilmişdir.  XIX 

əsrə qədər üzümçülük burada ləng inkişaf etdirilmişdir. Üzümlüklər əsasən dəniz 

səviyyəsindən 600-750 m yüksəklikdə And dağlarını əhatə edən Mendosa və San- 

Xuan əyalətlərində, az miqdarda isə Rio- Neqrodadır. And dağlarından axan kiçik 

çaylar  bu  yarımquru  rayonlarda  üzümlüklərin  suvarılmasını  təmin  edir.  İqlimi 

mülayim, sərin qışı, isti və çox isti yayı ilə fərqlənir. Yağıntılar qeyri-bərabərdir. 

Bəzən böyümə dövründə dolu düşür. Üzümlüklərin suvarılması vacibdir. 390 min 

ha  üzümlükləri  vardır.  Şərab  istehsalı  13000  h/l,  süfrə  üzümü  istehsalı  15  min 

ton, qurudulmuş üzüm 6 min tondur. 

Argentina  şərabının  böyük  hissəsi  ölkənin  daxilində  realizə  olunur.  Son 

illərdə  filloksera  zərərvericisi  üzümlüklərə  çox  ziyan  vurmuşdur.  Temperaturun 

çox  yüksəkliyindən  əksər  şərablarda  təbii  turşuluq  azdır.  Az  miqdarda  yaxşı 

şərablar  bir  neçə  yüksək  keyfiyyətli  üzümlərdən  alınır.  Ən  yaxşı  turş  şərablar 

Rio- Neqro əyalətində alınır. Üzüm sortlarının hamısı Avropa mənşəlidir. Malbek 

əsas sort hesab edilir. 

Son  vaxtlarda  ABŞ-a  süfrə  üzümü  eksportu  üzümçülüyün  inkişafında  yeni 

mərhələ kimi qiymətləndirilir. Üzüm əsasən fevralın 15-i və iyunun 1-i arasında 

eksporta  göndərilir. Almeriya, Emperor,  Alfons  Lavale  (Ribye), Tokay,  oval ağ 

kişmişi  xaricə  göndərilən  əsas  süfrə  üzümləri  hesab  edilir.  Bu  sortlara  böyük 

ehtiyac vardır. 



PORTUQALĠYA.  Hələ  1367-ci  ildə  Portuqaliya  İngiltərəyə  Şərab  eksport 

edirdi.  Ölkənin  bütün  guşələrində  üzüm  becərilir.  Üzümlüklərin  sahəsi  320  min 




446

 

 



hektardır. İllik şərab istehsalı 11,5 milyon hektalitrdır. Portuqaliya şərabları tipinə 

və keyfiyyətinə görə kifayət qədər müxtəlifdir. Dünya şöhrəti qazanan portveyn 

şərabçılıq  məhsullarının  əsasını  təşkil  edir.  Şərab  istehsal  edən  rayonlar 

aşağıdakılardır: 

Porto  rayonu  Duero  çayı  vadisinin  yuxarı  hissəsini  özündə  birləşdirir.  Yaxşı 

şərab  yüksəkliklərdə  becərilən,  ən  yaxşı  şərablar  isə  bir  qədər  aşağı  yerlərdə 

becərilən üzümlərdən alınır. Porto rayonu portveyn şərabının vətənidir. Portveyn 

əsasən  Alvarelo,  Bastardo,  Murisko  preto,  Suzao,  Turiqa  sortlarından  alınır. 

Minyu  düzənlik  rayonu  Duero  çayının  şimal  tərəfindədir.  Bu  rayonun  şərabları 

Vinlios  verdas-yaşıl  və  yaxud  cavan  şərablar  adı  ilə  satışa  göndərilir. 

Keyfiyyətinə görə bu şərabları Vila- Realadan şərqə doğru Duero çayı vadisinin 

şərabları ilə müqayisə etmək olmaz.  

Düzənlik  rayonu  Teju  ətrafında  Lissabona  doğru  ərazidə  əsasən  yüngül 

şərablar  istehsal  olunur.  Bu  şərablar  Arinto,  Kastello  və  Donna  branka  üzüm 

sortlarından alınır. Portaleqridən Faruya qədər (Lissabonun cənub – şərqi) uzanan 

cənub  rayonunda  ordinar  şərablar  istehsal  olunur.  Portuqaliya  ildə  1,6  milyon 

hektalitr şərabı eksporta göndərilir, bunun 1/8 portveyn təşkil edir. Artıq bir neçə 

yüz illərdir ki, İngiltərə Portuqaliya şərablarının alıcısıdır.  

Portuqaliya  adası  Madeyra Atlantik  okeanda Pireney  yarımadasının cənub  –

qərbində  yerləşir.  Madeyrada  üzüm  1421-ci  ildən  becərilir.  Əsas  üzümçülük 

rayonu  Madeyranın  cənub  sahillərində  yerləşən  Funşal  və  Kamara-de-Lobos 

şəhərləri  ətrafındadır.  Ən  məşhur  şərab  Malvaziya  Bual,  Malvaziya,  Verdelyo, 

Sersial sortlarından hazırlanır və əsil madeyra hesab edilir. 

Bolqarıstan.  Üzümçülüyü  qədim  vaxtlardan  məlumdur.  Təbii  şəraiti  üzüm 

bitkisi  üçün  çox  əlverişlidir.  İqlimi  mülayim  kontinentaldır.  Uzun  və  isti  yayı 

mülayim soyuq qışı olur. İllik atmosfer çöküntülərinin miqdarı 450-850 mm-dir. 

Torpaqları  qara  və  boz  podzollaşmış  və  qəhvəyidir.  Üzümlüklərin  hamısı 

filloksera  ilə  sirayətlənmişdir.  Üzümlüklər  calaq  tinglərlə  salınır.  Qara  dəniz 

sahillərindən başqa digər yerlərdə qışda üzümlüklər torpağa basdırılır.  

Ölkənin  hər  yerində  üzümlüklər  vardır.  Ən  çox  üzümlüklər  Plovdiv 

rayonunda Stara-Planindən cənubda, Pazarcikdə, Slivenada, Burqasada, Pomorye 

və  Şimali  Bolqarıstanda  Pleven,  Suxondolo,  Qormo-Orexovda  və  Preslavada 

becərilir. Üzümlüklər yamaclarda və düzənliklərdə yerləşir. 

Üzüm məhsulu əsasən şərab və təzə halda yeyilmək üçün istifadə edilir. Hər 

adam  başına  düşən  təzə  üzümə  görə  dünyada  Bolqarıstan  birinci  yerdə  durur. 

Ölkənin  cənubunda  böyük  miqdar  üzümlüklərdə  eksport  üçün  süfrə  üzümü 

istehsal  olunur.  Əsas  süfrə  üzümləri:  Bolqar  (Afuz  Əli,Qaraburnu),  Ağ  Rozaki, 

Qırmızı Rozaki, Çauş və s. 

Şərab hazırlanan üzümlər: Pamid, Qımza, Mavrud, Çerven misket , Dimyat, 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə