Prof. ġərifov Famil Həsən



Yüklə 4.4 Mb.

səhifə205/207
tarix30.04.2018
ölçüsü4.4 Mb.
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   207
: book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi

447

 

 



Şevka və s. birbaşa hasiledicilər çox azdır.  

 MÜSTƏQĠL DÖVLƏTLƏR BĠRLĠYĠ ÖLKƏLƏRĠN ÜZÜMÇÜLÜYÜ 



Ukrayna.  Üzümçülüklə  ən  çox  məşğul  olan  vilayətlər  Odessa,  Nikolayev, 

Xerson, Zaporojye, Krım, Vinnitski və Zakarpatiyadır. Üzümlüklərin sahəsi 300 

min hektara yaxındır. 

Təbii  şəraiti  üzüm  üçün  əlverişlidir.  Əsas  üzümçülük  rayonlarının  iqlimi 

quraq, yayı isti, cənub rayonlarında yağmurlar azdır (350mm). Qışı kifayət qədər 

sərtdir,  mənfi  -32°  C-ə  qədər  düşür.  Tez  payız,  gec  yaz  şaxtaları  tez-tez  olur. 

Vegetasiya  dövründə  fəal  temperaturların  miqdarı  3300°  təşkil  edir.  Şimal 

rayonlarında bu göstərici 2400-2600-dir. 

Cənub  gillicəli  və  yüngül  gillicəli  qara  torpaqlar  Odessa,  Nikolayev,  tünd–

şabalıdı  torpaqlar  isə  Xersonun  yaxınlığındadır.  Odessada  fəaliyyət  göstərən 

V.Y.Tairov adına Ukrayna Üzümçülük və Şərabçılıq İnstitutu torpaqda nəmliyin 

toplanması  və  qorunub  saxlanması,  eləcə  də  kolların  torpağa  basdırılması  üzrə 

apardıqları  kompleks  aqrotədbirlər  dəmyə  üzümçülüyün  inkişafında  xüsusi 

əhəmiyyət kəsb etmişdir. 

Ukraynada üzümçülüyün əsas istiqaməti bərk və çərəz süfrə şərabları, şampan 

və  konyak  şərab  materialları  istehsalı  üçün  texniki  və  təzə  halda  istifadə  üçün 

süfrə üzümlərinin becərilməsindən ibarətdir. Sort tərkibi çox müxtəlifdir. Texniki 

sortlardan  Plavay,  Aliqote,  Sereksiya,  Kaberne-  Sovinyon,  Lidiya  və  s.  Süfrə 

üzümlərindən Şasla, Senso, Alimşak, Çauş, Portugizer və Hamburq muskatı geniş 

yayılmışdır. 

Krımın  üzümlükləri  əsasən  öz  kökü  üstündədir.  Ən  yaxşı  və  keyfiyətli 

üzümçülük  Cənubi  Krım  rayonudur.  Cənubi  Krımın  əhəngli  və  şiferli 

torpaqlarından  Ağ  muskat,  Çəhrayı  muskat,  Muskadel  və  boz  Pinodan  yüksək 

keyfiyyətli və məşhur çərəz və Krasnıy kamen şərabları alınır. 

Yeni sortların öyrənilməsi və aqrotexniki tədbirlərin işlənib hazırlanmasın -da 

o  vaxtkı  Ümumittifaq  Üzümçülük  və  Şərabçılıq  İnstitutu  ―Maqaraç‖ın  böyük 

xidmətləri olmuşdur.  

Odessa vilayətində Rislinq, Kaberne-Sovinyon, qara Pino sortlarından yüksək 

keyfiyyətli süfrə şərabları və Şampan materialı alınır. 

Xerson  vilayətində  iri  massivli  üzümlüklər  aşağı  Dneprin  qumsal 

torpaqlarında yerləşir (Kaxovka,Siryupin və b.). 

Moldova.  İri  və  köhnə  üzümçülük  rayonlarından  biridir  və  sənaye 

şərabçılığının  iri  miqyaslı  bazası  hesab  edilir.  Təbii  şərait  üzümçülük  üçün 

əlverişlidir.  Ölkənin  iqlimi  ümumən  istidir,  cənub  rayonlarında  bir  qədər 

quraqlıqdır.Moldovada 

üzümçülükdən 

gələn 


gəlir 

bütövlükdə 

kənd 

təsərrüfatından gələn gəlirin 25-30% -ni, ölkə gəlirinin isə 40%-ni təşkil edir. 



Kişinyovun  özündə  müsbət  temperaturların  yekunu  3100-dür.  Mütləq 


448

 

 



minimum  -26

0

,  yağıntıların  miqdarı  450  mm-dir.  Əsas  üzümçülük  rayonlarında 



torpaq  örtüyü  gillicəli,  qumsal  və  qumlu  qara  torpaqlardır.  Üzümlüklər  əsasən 

calaq  əkin  materialı  ilə  salınır.  Filloksera  ilə  yanaşı  tor  gənəciyi,  üzüm  salxım 

yarpaqbükəni,  xəstəliklərdən  isə  mildiu,  oidium,  xloroz  və  eska  üzüm  bitkisinə 

ziyan vurur. 

Üzümlüklərdə  aqrotexniki  kompleksə  aşağıdakılar  daxildir:  torpaqda 

nəmliyin  toplanması  və  saxlanması  məqsədilə  torpaqbecərmə  işləri,  eroziyaya 

qarşı  mübarizə,  qarın  yığılması  və  qar  sularının  qorunub  saxlanması,  kolları 

torpağa basdırmaqla onların şaxtadan mühafizəsi və s. 

Moldova  üzümçülüyünün  xarakterik  xüsusiyyətlərindən  biri  üzümlüklərinin 

çox hissəsi yerləşən yamaclardan istifadə edilməsidir. Üzümlüklərinin yalnız 3-4 

min hektarı  suvarılır.  Xəstəlik və zərərvericilərə  qarşı kompleks davamlı  sortlar 

yaradılması üzrə elmi - tədqiqat müəssisələrində işlər aparılır. 

Ekolji  –coğrafi  şəraitə  görə  ölkə  ərazisi  4  kənd  təsərrüfatı  zonasına  bölünür: 

Şimal,  mərkəzi  (kodr),  cənub  və  cənub-  şərqi.  Sənaye  üzümçülüyü  əsasən 

mərkəzi  (üzümlüklərin  44, 4 %-i) və cənub (47,3 %), əsas süfrə üzümləri-Şasla 

qrup  (26,2  %),  Jemçuk  saba  (15,2%),  Üzümlüklər  kraliçası  (14%),n  Hamburq 

muskatı (10,8 %), Maqarac tezyetişəni və Kardinal ( 16 % ). Şaxtaya, xəstəlik və 

zərərvericilərə qarşı nisbətən davamlı, eyni zamanda geniş yayılmaqda olan yeni 

süfrə  üzümləri  də  geniş  yayılmaqdadır:  Moldova,  Ağ  Sruçenski,  Dekabr, 

Kutuzov, Vierul-59, Liana, Bənövşəyi tezyetişən, Odessa tezyetişəni və s. 

Aparıcı  texniki  sortlar-Rkasiteli  (15,7%),Kaberne  (13,5%),  Aliqote  (13,3%), 

Ağ Fetyaska (9,8 %), Sovinyon (7,3 %), Merlo (5,9%), Pino qrupu. 



Rusiya  federasiyası.  Üzümlüklərinin  99%-i  Şimali  Qafqaz  ekoloji-coğrafi 

regiyonunda  yerləşir.  Onun  ərazisi  4  zonaya  bölünür:  Qara  dəniz,  dağətəyi, 

mərkəzi  və  şimali.  İnzibati  bölgüyə  görə  sənaye  üzümçülüyü  Dağıstan  Muxtar 

Respublikasında,  Krosnadar  diyarında,  Çeçen-İnquş  Muxtar  Respublikasında, 

Rostov  vilayəti,  Stavropol  diyarı,  Kabordin-  Balkar  və  Şimali  Osetiya  Muxtar 

Respublikaları. Qışda torpağa basdırılan üzümlükləri ümumi üzümlüklərin 45 %-i 

təşkil edir. 

Şimali  Qafqazda  nəmlik  az  olduğundan  onların  bir  qismi  suvarılandır.  İllik 

atmosfer  çoküntülərinin  miqdarı  300-500  mm-dir.  Krasnodar  diyarı  əlvrişli 

torpaq-iqlim  şəraiti  olduğuna  görə  əsas  sənaye  üzümçülüyü  zonası  hesab  edilir. 

Burada üzümlüklərin  basdırılmayan,basdırılan və  yarımbasdırılan olmasına görə 

üzümlüklırin becərilməsində kollara verilən formaların seçilməsində və becərmə 

texnologiyasına diferensial yanaşılır. Rostov vilayətinin əsas üzümcülük rayonları 

Don  çayının  sağ  sahili,  Simlyanski,  Razdorski,  Konstantinovski,  Novoçerkasski 

və Aksayski rayonları hesab edilir. Vilayətdə əsasən yerli üzüm sortları becərilir. 

Pleçistik, Qara Simlyanski, Qızılı Krasnostop, Şampançik, Puxlyakovski, Dolqıy 





Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə