Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə206/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   207

449

 

 



(Ağ  kokur),  Narodnıy(Ağ  muskat).  Illik  temperaturların  yekunu  3300°,  mütləq 

minimum- 28

0

 - dir. 


Stavropol  diyarı  Kuma  və  Terek  çayları  əhatəsi  və  səhra  üzümçülük 

zonalarından  ibarətdir.  Levekum  üzümçülük  rayonu  kontinental  iqlimi  ilə 

fərqlənir. 

Üzümçülüyün əsas istiqaməti çərəz şərablar, süfrə şərabları və konyak şərab 

materialıdır.  Becərilən  əsas  üzüm  sortları  Asıl  qara,  Boz  pino,  Macar  muskatı, 

Rkasiteli  və  b.  Süfrə  üzümləri  isə  Ağ  Xəlili,  Şasla,  Hüseyni,  Nimrəng,  Çöhrayı 

Tayfi  hesab  edilir.  ―Mineral  suları‖  qrup  rayonlarında  vaxtaşırı  dolu  düşür. 

Üzümlükləri  suvarılandır,  qışda  üzümçülükləri  torpağa  basdırılır.  Üzümçülüyün 

əsas  istiqaməti  şampan  şərabı  və  konyak  materialı  istehsalıdır.  Əsas  sortları 

Silvaner,  Rislinq,  Saperavi,  Aliqotedir.  Dağıstan  Muxtar  Respublikasının 

üzümçülüyü  çox  qədimdir.  İqlimi  mülayim-isti,  quraq  və  kontinentaldır.  Fəal 

temperatur  4000  °  C-dir.  Mütləq  minimum  15°C-dir.  Yağıntılar  367  mm-dir. 

Respublikada çoxlu yerli və Zaqafqaziyadan gətirilmiş sortlar becərilir. Dağıstan 

mürəkkəb oroqratik şəraitdə yerləşdiyinə görə müxtəlif ekoloji şəraitli makro və 

mikro  zonalardan  ibarətdir.  Bu  baxımdan  Dağıstanda  üzüm  basdırılan  və 

basdırılmayan, suvarılan və suvarılmayan, calaqla və calaqsız formada becərilir . 

Əsas üzüm massivləri Xəzər dənizisah illəri və Terek çayı boyuncadır.  

Keyfiyyətli süfrə şərabları Dərbənd rayonunda Kaberne–Sovinyon sortundan 

alınır.  Bu  rayon  yumşaq  mülayim  iqlimlidir.  Üzümçülüyün  əsas  istiqaməti 

şərabçılıq və süfrə üzümçülüyüdür. 

Süfrə üzümlərindən Ağadayı saxlanmağa və daşınmağa davamlı olduğundan 

ondan geniş istifadə olunur. Rusiya Federasiyasının iri sənaye üzmçülüyü hesab 

edilən  regionlardan  biri  Çeçen-İnquş  Muxtar  Respublikasıdır.Üzümlüklərin 

hamısı  qışda  torpağa  basdırılır.  Bu  nöqteyi-nəzərdən  kollar  ştambsızdır. 

Respublika  üzümçülüyünün  aktual  məsələlərindən  biri  üzümlüklərdə  alaqlara 

qarşı mübarizədir. Respublikanın hər yerində filloksera yayılmasına baxmayaraq 

Rkasiteli  kimi  nisbətən  fillokseraya  davamlı  sortlardan  geniş  istifadə  olunur. 

Ancaq filloksera  yayılmağa davam  etdiyinə görə calaq üzümçülüyünə keçilməsi 

prioritetlik təşkil edir. 

Mədəni  üzümün  mənşəyi,  sortlarının  formalaşması  və  şərabçılığın 

texnologiyasına  görə  Don  üzümçülüyünün  özünə  məxsusluğu  vardır. 

Üzümlükləri  Rostov  vilayətinin  ərazisindədir.  Bu  yerlər  Rusiya  Fedarasiyasının 

ən şimal sərhəddi hesab edilir. Don üzümlükləri Don çayının sahillərində qumsal 

və  qumsal  –çınqıllı  torpaqlarda  yerləşir.  Üzümlüklər  ən  çox  Simliyanski, 

Konstantinovski və Aksay rayonlarında geniş yayılıb. Don iqlimi isti yayı və sərt 

qışı  ilə  xarakteririzə  olduğuna  görə  üzümlüklər  suvarılan  və  basdırılandır.  Ən 

geniş yayılan üzüm sortları: Plavay, Puxlyakovski, Ağ Kokur, Qızılı Krasnostop, 



450

 

 



Simlyan  Krasnotopu,  Pleçistik,  Bulanıy.  Göstərilən  aborigen  sortlarından  başqa 

introduksiya  olunmuş  sortlar  da  becərilir:  Rislinq,  Aliqote,  Semilyon,  Kaberne, 

Saperavi. Son illərdə Y.J.Potapenko adına Ümümrusiya elmi-tədqiqat üzümçülük 

və  şərabçılıq  institutunun  seleksiya  sortlarında  Tezyetişən  bənövşəyi,  Şimal 

Saperavisi,  Stepnyak,  Vidvijenets  becərilməyə  başlanmışdır.  Yüksək 

keyfiyyətindən başqa bu sortlar eyni  zamanda şaxtaya və  göbələk xəstəliklərinə 

nisbətən davamlıdırlar. 

Azərbaycan 

Respublikası. 

Dünya 


üzümçülük 

və 


şərabçılığında 

özünəməxsusluğu  ilə  fərqlənən  respublikadır.  Onun  cənubda  yerləşməsi,dağ-

düzən oroqrafiyalı yerlərinin movcudluğu, ayrı-ayrı rayonlarının müxtəlif torpaq- 

iqlim şəraitinə malik olması, bütün müddətlərdə yetişən üzüm sortlarının olması, 

yüksək  keyfiyyətli  süfrə,  bərk  və  çərəz  şərablarının,  şampan  şərab  materialının, 

eləcə  də  uzun  müddətdə  saxlana  bilən  və  nəqliyyata  davamlı  süfrə  üzümlərinin 

istehsalı üçün olduqca təminatlıdır. 

Azərbaycan  üzümçülüyünün  qədim  tarixi  vardır.  Hər  bir  rayonun  özünün 

yerli sortları vardır. Vaxtı ilə bu sortlar 400-dən çox olmuşdur və onların mənşəyi 

yabani üzmlərdir. 

İllik  fəal  temperaturun  miqdarı  3500-4000

0

C,  vegetasiya  müddəti  (180-  200 



gün)  ən  gec  yetişən  üzüm  sortlarının  normal  yetişməsini  təmin  edir.  Üzümün 

yetişmə fazasında yüksək temperaturun olması gilədə yüksək şəkər toplanmasını 

təmin edir. 

Tarixi mənbələrdən eləcə də Qazaxda, Üzərliktəpədə, Mingəçevirdə və başqa 

yerlərdə  aparılan  arxeolji  qazıntılardan  məlumdur  ki,  Azərbaycan  hələ  tunc 

dövründə  (bizim  eradan  əvvəl  II  əsr)  mədəni  üzümçülüklə  məşğul  olmuşdur. 

Ağdam  yaxınlığında  Üzərliktəpədə  aparılan  qazıntılar  xırda  giləli  üzümlərin 

qalıqları  ilə  yanaşı  iri  giləli  üzümlərin  də  olması  faktını  ortalığa  çıxardı.  Bu 

faktlar və Orta Asiyada aparılan qazıntılardan məlum olur ki, iri giləli üzümlərin 

tarixi daha əvvəldir. 

Azərbaycanda üzüm  sortlarının təkamülü prosesi olduqca mürəkkəbdir.Yerli 

sortların təkamülü hər bir rayonda xalq seleksiyası ilə bağlıdır.  

Respublikada  sənaye  üzümçülüyü  aşağıdakı  zonalarda  cəmləşmişdir.Qazax-

Gəncə,  Şirvan,  Mil-Qarabağ,  Dağlıq  Qarabağ,  Lənkaran  –  Astara,  Naxçıvan, 

Şəki-  Zaqatala,  Quba  Xaçmaz,  Muğan-Sayan  zonalarındadır.  Qazax–Gəncə 

bölgəsində  sənaye  üzümçülüyü  digər  bölgələrə  nisbətən  daha  irəli  olmuşdur. 

Hazırda bu qabaqcıllıq yenədə özünü saxlamaqdadır. Burada bütün müddətlərdə 

yetişən  və  bütün  istifadə  istiqamətlərinin  tələblərinə  cavab  verən  üzüm  sortları 

müvəffəqiyyətlə  becərilir.  Burada  becərilən  Təbrizi  üzüm  sortu  həm  müalicəvi 

olduğundan,  həm  də  yerli  əhali  tərəfindən  qiymətli  hesab  edildiyindən  onun 

əkinləri ildən-ilə genişləndirilir. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə