Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə207/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   207

451

 

 



Şirvan  zonası,  xüsusilə  Dağlıq  Şirvan  keyfiyyətli  süfrə  çərəz  və  kaqor  tipli 

şərablar  istehsalı  üçün  olduqca  yararlıdır.  Burada  becərilən  Mədrəsə  və 

Şirvanşahı  üzüm  sortları  klassik  şərablar  istehsalı  üçün  olduqca  yararlıdır. 

Lənkaran-Astara  bölgəsində  becərilən  üzümlər  onların  emal  məhsulları  ancaq 

yerli  istifadə  üçün  xarakterikdir.  Naxçıvan  Muxtar  Respublikası  tarixən  əlvan 

sortlar məskəni hesab edilmişdir. Orada becərilən yerli süfrə üzümləri həm təzə 

halda  yeyilmək,  həm  daşınmaq,  həm  də  qurudulmaq  üçün  yararlıdır.  Xalq 

seleksiyası  nəticəsində  əldə  edilən  iri  giləli  kişmişilərdən  yüksək  keyfiyyətli 

kişmiş alınır. 

Abşeronun  qumlu  və  qumsal  torpaqlarında  və  Xəzri  küləyinin  təsiri  altında 

intişar tapmış Ağ şanı, Qara şanı, Sarıgilə və s. yerli əhalinin ən çox becərdiyi və 

istifadə  etdiyi  çox  keyfiyyətli  üzüm  sortlarıdır.  Abşeron  yarımadasının  iqlimi 

quru  subtropikdir.  Orta  illik  temperatur  14°C,  müsbət  temperaturların  yekunu 

4000°C-dir.  İllik  atmosfer  çöküntüləri  150-250mm  arasındadır.  Abşeron 

yarımadası  klassik  süfrə  üzümçülüyü  zonasıdır.  Üzümlüklər  Samur-Abşeron 

kanalından  suvarılır.  Keçmiş  üzümçülük  savxozları  ləğv  olduqdan  sonra  yeni 

təsərrüfat  strukturları  yarandı  və  onlarda  yerli  sortlarla  yanaşı  Avropa  sortları 

becərilməyə  başladı.  Lənkaran-Astara  bölgəsində  becərilən  üzümlər  və  onların 

emal məhsulları yalnız yerli məqsəd daşıyır.  

Şəki-Zaqatala  bölgəsi  Respublikanın  qərb  hissəsində  Böyük  Qafqaz  sıra 

dağlarının  cənub  ətəklərini  və  xırda  çay  vadilərini  əhatə  edir.  Bölgəyə  Oğuz, 

Qəbələ, Şəki, Balakən, Zaqatala və Qax rayonları daxildir. İqlimi belə xarakterizə 

olunur: orta illik teperatur 10,3° ilə 10,8 °arasında dəyişir. Orta mütləq minimum 

Balakəndə mənfi 10°C, Zaqatalada 11°C. Müsbət temperaturun yekunu Qəbələdə 

3900°C,  Zaqatalada  3600°  C-dir.  Bölgədə  əsasən  gillicəli  tünd  –  boz  podzol 

torpaqlarla  yanaşı  dağ  –meşə  torpaqları  da  üzüm  bitkisi  üçün  yararlıdır.  Bəzi 

xırda  mikrorayonlarda  mənfi  temperaturun  artıqlığından  alınan  şərablar  çox  da 

yüksək  keyfiyyət  kəsb  etmir.  Ayrı-ayrı  mikrorayonlar  az  nəmlik  olan  dəniz 

səviyyəsindən  700,  800-900  m  hündürlüklərdə  Konyak  və  Şampan  şərab 

materialları alına bilər. 

Dağlıq  Qarabağ  zonası  dəniz  səviyyəsindən  320m  ilə  1440m  (Şuşa) 

hündürlükdə  yerləşir.Zonaya  daxil  olan  üzümçülük  rayonları  Xocavənd, 

Xankəndi  və  Ağdərə  qədimdən  üzümçülüklə  məşğul  olmuşlar.  Vilayətin  iqlimi 

çox müxtəlifdir. Şaquli zonallıqdan asılı olaraq temperatur və  yağıntılar dəyişir. 

Aşağı  dağlıq hissədə illik temperatur və  yağıntılar dəyişir. Aşağı  dağlıq  hissədə 

illik temperatur 3000°, dağətəyi və düzən yerlərdə 4000°C-ə qədərdir.  

Respublika  üzümçülük-şərabçılıq  sənayesində  zona  əsasən  tund  rəngli  turş 

süfrə şərabları ilə məşhur olmuşdur. Bununla bərabər kaqor tipli çərəz şərablar və 

Bayanşirə  sortundan  harmonik  təravətli  ağ  şərablar  üçün  şərait  olduqca 



452

 

 



əlverişlidir.  Gürcüstan  Respublikasının  əksər  rayonlarında  üzümçülük  kənd 

təsərrıfatının əsas sahəsidir, çox qədim üzümçülük rayonudur. 

Meşə və ətraflarda çoxlu miqdarda yabani üzümlərdən seçmə yolu ilə 500-ə 

qədər  yerli  sortlar  alınmışdır.  Mikrozonaların  müxtəlifliyi,  torpaq  tiplərinin 

rəngarəngliyi öz izini üzümdə və şərabda qoymuş və onların böyük müxtəlifliyini 

yaratmışdır. 

Mıkrozonalarının  müxtəlifliyi  üzümün  becərilmə  sistemlərinin  və  sort 

müxtəlifliyini  tələb  edir.  Söz  yox  ki,  müxtəlif  torpaq  tiplərində  eyni  keyfiyyətli 

üzüm və onun emal məhsullarını əldə etmək mümkün deyildir. 

Gürcüstanda  sənaye  üzümçülüyü  dəniz  səviyyəsindən  0  metrlə  1200  m 

hündürlükdə  yerləşir.  Ancaq  üzümlüklərin  əsas  massivi  300-600  m  dəniz 

səviyyəsindən  hündürlükdə  yerləşir  və  bu  yerlərdə  orta  və  gec  yetişən  sortlar 

becərilir.  Təbii  şəraiti  üzüm  üçün  olduqca  əlverişlidir.  Qış  şaxtaları  təhlükəli 

təsirə malik deyildir, qışda üzümlükləri basdırılmır. Yağıntıların miqdarı kifayət 

qədərdir,  şərqi  Gürcüstanın  bir  neçə  rayonundan  başqa  heç  yerdə  üzümlüklər 

suvarılmır. 

Üzümçülük  rayonlarında  torpaqlar  çürüntülü-karbonatlı,  skeletli,  60-70  % 

karbonatı  olan  qəhvəyi  meşə  və  allüvial,  mexaniki  tərkibcə  gilli  və  gillicəlidir. 

Üzümlüklərə  göbələk  xəstəlikləri  (mildiu,  oidium,  ağ  və  qara  çürümələr),  eləcə 

də  dolu  çox  ziyan  vurur.  Zərərvericilərdən  filloksera,  salxım  yarpaqbükəni, 

zaqafqaziya mərmər böcəyi  geniş  yayılmışdır. Üzümlüklərin hamısı fillokseraya 

davamlı  calaqaltılara  calanmışdır.  Gürcüstan  üzümlüklərində  kollara  geniş  qida 

sahəsi  verilmir,  1,5-2  m  cərgə  arası,  1,25-1,5m  bitki  arası  məsafə  kimi  qəbul 

edilmişdir. Quru budama vaxtı kolda əvəzedici çilik 2-3 gözdən, bar barmağı 8-

10 gözdən ibarət olur. 

Gürcüstanda  fəaliyyət  göstərən  elmi-  tədqiqat  üzümçülük  və  şərabçılıq 

institutu  və  Sakarya  üzümçülük  və  şərabçılıq  təcrübə  stansiyası  ayrı-ayrı 

üzümçülük rayonları üçün kompleks aqrotexniki tədbirlər işləyib hazırlayır. Yerli 

sortların  seçilməsi  və  öyrənilməsi  üzrə,  eləcə  də  üzümçülüyün  yeni  rayonlarda 

becərilməsi sahəsində elmi müəssisələr xeyli iş görmüşlər. 

Gürcüstan  keyfiyyətli  turş  süfrə  ağ  və  qırmızı  şərablar  istehsal  edir,  bu 

şərablar yerli və ―avropa‖ üsulu adlandırılan texnalogiya ilə hazırlanır. 

Kartli  və  Raça-Leçxumi  rayonlarında  məşhur  Kaxet  və  İmeretiya  şərabları 

hazırlanır. Kaxetiya rayonu Gürcüstanın cənub-qərbində Alazan və İori çaylarının 

vadisində  yerləşir.  Əsas  üzümlükləri  Baş  Qafqaz  və  Kaxet  sıra  dağlarının 

dağətəyi  hissələrində  dəniz  səviyyəsindən  300-700  m  hündürlükdə  yerləşir. 

İqlimi mülayim istidir. İllik atmosfer çöküntülərinin miqdarı 700-800mm-dir. 

İmeretiya  qərbi  Gürcüstanda  Rioni  çayının  orta  axarında  yerləşir.  Sənaye 

üzümlükləri  düzən  və  dağətəyində  100-400m  dəniz  səviyyəsindən  yüksəklikdə 



453

 

 



yerləşir. İqlimi nəm və mülayim istidir. Yağıntıların miqdarı 1200-1500 mm-dir. 

Yerli  sortlardan  Solikouri,  Siska,  Kraxuna,  Kvişxura,  Osxanuri-Sapere,  gəlmə 

sortlardan Qara pino, Aliqote və Şardone becərilir. 

Kartli  Gürcüstanın  mərkəz  hissəsində  Kür  çayının  orta  axarında  yerləşir. 

Üzümlüklərin  çox  hissəsi  dəniz  əviyyəsindən  400-600  m  hündürlükdə  yerləşir. 

İqlimi  mülayim  isti  və  kontinentaldır.  Çinuri,  Qoruli,  Mtsvane,  Aliqote,  Qara 

pino,  Rkasiteli  və  Saperavi  sortları  becərilir.  Raça-Leçxumi  Rioni  və  Tsxeni 

tsxala  çaylarının  yuxarı  axarında  yerləşir.  İqlimi  isti  mülayimdir.  Sənaye 

üzümlükləri  300-600m  hündürlükdə  yerləşir.  Solikouri,  Aleksandrouli, 

Usaxelouri  sortlarından  məşhur  ―№19  Tvişi‖,  ―№20  Xvancxara‖,  ―№21 

Usaxelouri‖şərabları alınır. 

Dənizkənarı  rayonlar  qərbi  Gürcüstanda  Qara  dəniz  sahillərində  yerləşir 

(Acar Muxtar Respublikası, Quriya, Merpeli və Abxaziya Muxtar Respublikası) 

Sənaye üzümçülükləri aşağı təpəlik zonada 300 m-ə qədər hündürlükdə yerləşir. 

Əsas  sortları  Solikouri,  Çxaveri,  Ocaleşi,  Kaçiça,  Avasirxvadır.  Mesxeti  yeni 

üzümçülük  rayonudur  (1950-1960-cı  illər  üçün),  Gürcüstanın  cənub  hissəsində, 

Kür  çayının  yuxarı  axarında  yerləşir.  Əsas  sortları  Çinuri,  Aliqote,  Qoruli 

Mtsvane, Qara pino, Budeşuridir. 



ÖZBƏKĠSTAN.  Orta  Asiyanın  iqlimi  kontinental  və  qurudur.  Yayda 

havanın  temperaturu  50°-ə  çatır,  qışda  şaxtalar  -30°-ə  enir.  Orta  Asiya 

respublikaları yerli şaxtalara malikdir.  

Düzənliklər dəniz səviyyəsindən müxtəlif hündürlüklərdə yerləşir (200-400). 

Akça-Qaya, Sarıqamış və Qagiye dəniz səviyyəsindən 45- 130 m aşağıda yerləşir. 

İlk  vaxtlar  Orta  Asiya  respublikalarında  üzüm  üçün  30-35  sm  dərinliyində  şum 

aparılırdı,  hazırda  şumun  dərinliyi  65-70  sm  götürülür.  Üzümçülüyün  istehsalat 

istiqaməti  və  sort  tərkibi  Özbəkistanda  tarixi,  təbii  və  iqtisadi  təsirlərin  altında 

formalaşmışdır. 

Özbəkistanın  təbii  şəraiti  müxtəlifdir,  sortların  düzgün  seçilməsi  və  səriştəli 

becərmələrlə üzümdən yüksək keyfiyyətli təzə üzüm, bərk çərəz, süfrə və konyak 

şərab materialı, marinad, kompot, şirələr və vakuum-şirə almaq mümkündür.  

Sənaye  üzümlüyünün  mərkəzi  Daşkənd  ətrafındadır.  Burada  eksporta 

göndərilən yüksək keyfiyyətli süfrə üzümləri becərilir: Nimrəng, Çərəz, Hüseyni, 

Parkent,  Sultanin,  Katta-kurqan  və  s.  rayon  və  bir  çox  Avropa  ölkələrinin 

bazarlarına təzə və qurudulmuş üzüm göndərir. 

Respublikada  eyni  zamanda  texniki  sortlar  da  becərilir  və  onlardan  şirə  və 

yüksək keyfiyyətli markalı çərəz şərablar hazırlanır. 

Becərmə sistemində dörd mərtəbəli şaquli şpaler üstünlük təşkil edir. Bir çox 

təsərrüfatlarda kvartal arası və kvartal daxili yollarda üzümdən alleya düzəldilir. 

Daşkənd vilayətində süfrə üzümləri qövsi formalarda becərilir. Kollar çox güclü 



454

 

 



böyüdüyündən onlara çox yük verilir. 

XX  əsrin  əvvəllərindən  ölkədə  şərabçılığın  inkişafı  ilə  bağlı  buraya  bir  çox 

Qafqaz və Avropa sortları gətirilmişdir. Saperavi, Bayanşirə, Morastel, Kaberne, 

Rislinq, Muskatlar və yerli sortlardan isə Soyaki, Obak, Yumalaq, Taqobi, Buaki 

və s. 

Səmərqənd və Buxaranı  birləşdirən Zərəvşan kişmiş  Istehsalı mərkəzi  hesab 



edilir.  Fərqanə  vadisində  üzümçülüyün  əsas  istiqaməti  süfrə  üzümçülüyüdür. 

Burada Hüseyni , Çərəz, Nimrəng, Maska və Tayfi becərilir. 



TÜRKMƏNĠSTAN  respublikasının  üzümlüklərinin  böyük  əksəriyyəti 

Aşxabad vilayətindədir. 

Aşxabad ətrafında isti və quru iqlimə və qaynar küləklərə uyğunlaşan sortlar 

əkilir. Burada ən geniş yayılan üzümlərdən Terbaş və qara üzümdür ki, bunlardan 

yaxşı  çərəz  və  bərk  şərablar  hazırlanır.  Süfrə  üzümlərindən  Ağ  və  qara  xəlili  , 

Hüseyni,  Çərəz və b. becərilir. ―Göy-Təpə‖ adlı kənddə Muskatlar, Saperavi  və 

Rkasiteli sortları becərilir. 

Qərbi  Kopet-Dağ  dərəsində  yabanı  üzüm  olan  böyük  cəngəlliklər  vardır. 

İqliminə  görə  temperaturu  böyük  amplitudalı  kontinental  səhra  iqlimi  hesab 

edilir. 


Havanın  quruluğu,  yayda  və  payızda  yağıntıların  olmaması,  vegetasiya 

müddətinin uzun olması, göbələk xəstəliklərinin və fillokseranın olmaması, relyef 

və torpaq üzüm becərilməsi üçün əlverişli hesab edilir. 

Dövri  olaraq  temperaturun  aşağı  düşməsi  cənub  və  qərb  hissəsindən  başqa 

qalan  rayonlarda  qışda  üzümlüklər  torpağa  basdırılır.  Kopet-Dağ  rayonunda 

üzümlüklər suvarılır, qışda su çatışmazlığına görə (sentyabrın 15-dən martın 15-ə 

qədər).  6000m³  məsrəflə  üzümlük  suvarılır.  Üzümlüklər  əsasən  Aşxabad 

vilayətindədir və üstünlük təşkil edən sortlar Terbaş və Qara üzümdür. Bu üzüm 

sortlarından  xeres  tipli  markalı  bərk  və  çərəz  şərabları,  madera,  portveyn, 

marsala, və yerli ―Terbaş‖, ―Bezmein‖, ―Errikkala‖, ―Yasmansalık‖ adlı şərablar 

hazırlanır.  

TACĠKĠSTAN  əsas  üzümçülük  rayonu  Sır-Darya  çayının  sol  sahil 

düzənliyidir. Üzümlükləri suvarılır və kollar qışda torpağa basdırılır. 

Əsas  istiqamət  Nimrəng,  Hüseyni,  Sultani  kimi  sortlardan  süfrə  üzümü 

istehsal etməkdir. Qurutmaq üçün Ağ kişmişi və Sultanidən istifadə olunur. 

Tacikistan  üzümçülüyü  ilə  Özbəkistan  üzümçülüyünün  oxşar  cəhətləri 

çoxdur. Ancaq süfrə üzümü becərilməsi üzrə ixtisaslaşma burada daha dərindir. 

Üzümçülükdə çardaq sistemi geniş yayılmışdır, Spaler sistemi də tətbiq edilir. 

İqlimi quru və istidir, torpağı açıq boz və qumludur. 

Əsas  sənaye  üzümçülüyü  Sır-darya  çayının  sol  sahili  (350-600m  dəniz 

səviyyəsindən hündürlükdə). Türkmənistan sıra dağlarının şərq və qərb dağətəyi 




455

 

 



və  dağlıq  hissəsini  birləşdirən  Ura-Tyubinski  (600-2000m  dəniz  səviyyəsindən 

yuxarı),  Qissar  vadisinin  düzənlik  və  dağətəyi  rayonları  (700-1600  dəniz 

səviyyəsindən hündürlükdə). Respublikanın ən cənub rayonu Vaxş vadisində də 

üzümlüklər  vardır.  Ura-Tyubinskidə  ―Qançi  ‖  və―Tavikiston‖  adında  markalı 

çərəz şərablar hazırlanır. 

Zərəvşan çayı vadisində Pecikənd zonasında dəniz səviyyəsindən 800-1000m 

hündürlükdə  qurutmaq  üçün  Ağ  və  Qara  kişmişilər,  süfrə  və  çərəz  şərablar 

hazırlamaq üçün Obak və Muskat sortları becərilir. Əsas süfrə üzümləri-Hüseyni 

lyunda,  Nimrəng,  Çöhrayı  Tayfi,  Sultani,  Ağ  çiləyi,  Qara  Qaltaq  hesab  edilir. 

Kişmişi qruplu üzümlərdən ən çox sahəsi olan Qara kişmişi, ən az sahəsi olan Ağ 

kişmişidir. 

Texniki sortlardan Avropa üzümləri və Qara dəniz hövzəsi üzümlərdir. 



QAZAXISTAN  ın  sənaye  üzümlükləri  ən  çox  cənub  və  cənub-şərq 

vilayətləridir.  Burada  fəal  temperaturların  miqdarı  3800-4500°C-ə  çatır  və 

vegetasiya müddəti uzundur. Üzümlüklərin çoxu Alma–Atı, Çimkənd və Cambul, 

az  miqdarda  isə  Taldı-Kurqan  və  Qızıl  orda  vilayətləridir.  Qazaxıstan 

üzümçülüyünün  qədim  tarixinə  baxmayaraq  zəif  inkişafa  malikdir.  Üzümlükləri 

öz  kökü  üstündə  bitəndir.  Burada  Nimrəng,  Hüseyni,  Çərəz  Kulcin  ağ  və 

çöhrayıları, Ağ və Qara kişmişilər, Buaki, Maska sortları becərilir. Qazaxıstanın 

təbii-iqlim şəraiti keyfiyyətl, müxtəlif vaxtlarda yetişən üzümlər üçün əlverişlidir. 

Qazaxıstanda  bu  cür  şəraitə  malik  geniş  ərazilər  vardır.  Fəal  temperaturların 

miqdarı 3800-4500°C-dır. Qışda üzmlükləri torpağa basdırılır. 

Üzümlüklərin  böyük  əksəriyyəti  texniki  sortlar  altındadır.  Texniki  sortların 

çoxu  Qərbi  Avropa,  az  qismi  isə  Qara  dəniz  hövzəsi  üzümlərdir.  Bayanşirə, 

Rkasiteli,  Kaberne-Sovinyon,  Saperavi,  Morastel,  Aleatiko,  Çöhrayı  muskat 

texniki sortlardır. Bunlardan Bayanşirə şərq ekoloji-coğrafi qrupuna mənsubdur. 

Yuxarıda göstərilənlərdən başqa süfrə üzümlərindən aşağıdakıları göstərmək olar: 

Jemçuk  saba,  Ağ  şasla,  Çöhrayı  tayfi,  Terbaş,  Macar  muskatı,  İsgəndəriyyə 

muskatı,  Özbəkistan  muskatı,  Senso,  Ağadayı,  Ranniy  VİRa,  Alma-ata 

tezyetişəni  və  Qaragöz.  Çimkənd  vilayətinin  Kaplanbek  təsərrüfatında  süfrə 

üzümlərinə  geniş  yer  verilmişdir.  Burada  tutumu  3-4  min  ton  olan  üzüm 

saxlayıcısı vardır. 

Respublikada  cəmi  700-800  ha  kişmişi  sortlardan  ibarət  üzümlükləri  vardır, 

məhsul əsasən təzə halda yeyilir. 

Qazaxıstanda  rayonların  hamısının  iqlimi  kontinentaldır,  mütləq  minimum  -

30 və  -40 °C-dir. Payız və  yaz şaxtaları üzümə ziyan vurur. Bu səbəbdən qışda 

üzümlüklər torpağa basdırılır, yazda üzümlüklərdə tüstü yaradılır, üzümlüklərə su 

buraxılır.  Düzən  yerlərdə  üzümlüklər  suvarılır,  dağ  ətəklərində  dəmyə 

üzümçülüyüdür.  



456

 

 



İsti  və  quraq  olan  Sır-dərya  düzənliyində  yağıntıların  miqdarı  300  mm,  fəal 

temperatur  4000°C  olan  yerlərdə  üzümlüklər  suvarılır  və  burada  eksport  üçün 

süfrə üzümləri becərilir. 

QIRĞIZISTAN  da  üzümçülüklər  əsasən  iqlimi  mülayim  olan  şimal 

tərəflərdə becərilir. Üzümlüklərin sahəsi azdır. Üzümçülüyün qədim tarixə malik 

olmasına  baxmayaraq  buranı  yeni  üzümçülük  rayonu  kimi  adlandırmaq  olar. 

Mövcud olan şərab zavodundan başqa yeni tikilən şampan zavodu çox keyfiyyətli 

məhsul buraxır. Çuy və Talas vadiləri üzümçülük üçün perspektivli rayon hesab 

edilir.  Şimali  Qırğızıstanda  iqlim  kontinentaldır.  Vadinin  torpaq  və  iqlimi 

yamacların  yüksəkliyindən  asılı  olaraq  dəyişir.  Burada  vegetasıya  müddəti  185 

gün,  fəal  temperatur  3300°C-dir.Yağıntılar  382  mm-dir.Mütləq  minimum 

38°Cdir. 

Dağ  ətəklərinin  torpağı  tund-şabalıdı,  bir  qədər  aşağılarda  açıq-şabalıdı  və 

boz  torpaqlardır.  Göbələk  xəstəliklərindən  oidiuma  rast  gəlinir.Ciddi 

zərərvericilər olmur. 

Üzüm  üçün  ən  yaxşı  şərait  dağ  ətəklərində  və  Çuy  çayı  hövzəsində  qrunt 

suları  üzdə  olan  (1-2m)  torpaqlardır.  Üzümlüklərin  öz  kökü  üstündə  bitən, 

suvarılan  və  qışda  basdırılandır.  Kollar  şaquli  şpalerdə  və  ştambsız  yelpik 

formalarda becərilir. 

Üzümçülüyün əsas istiqaməti  yerli əhəmiyyət daşıyan və eksport üçün süfrə 

üzümçülüyü,  şampan  şərab  materialı,  eləcə  də  süfrə,  bərk  və  çərəz  şərablar 

istehsalıdır. 

Çuy  vadisinin  aşağı  zonası  orta  və  tezyetişən  üzümlər  (Madlen  Auşevin, 

Şasla, Qara kişmişi və s.) üçün ixtisaslaşdırılır. ªampan materialı üçün Qara pino, 

Şardone,  Rislinq  və  Sereksiya,  süfrə  və  bərk  şərablar  Qara  muskat,  Bənövşəyi 

Muskat,  Furmint,  Aleatiko,  Saperavi  və  s.  becərilir.  Orta  zona  gec  yetişən  süfrə 

üzümləri  (Çöhrayı  Tayfi,  Nimrəng,  Qaraburnu,  Kulcinski)  üçün  ixtisaslaş  -

dırılmışdır. 

Talıs  vadisində  üzümçülüyün  istiqaməti  Çuy  vadisində  olduğu  kimidir. 

Cənubi Qırğızıstanda (Oş vilayəti) üzümçülük Fərqanə vadisinin aşağı hissəsində 

və  dağətəyi  zonalarda  müvəffəqiyyətlə  inkişaf  etdirilir.  Burada  torpaq-iqlim 

şəraiti nəqliyyata davamlı süfrə üzümləri, qurutmaq və çərəz şərablar istehsalına 

çox  yararlıdır.  Dağ  zonasında  yerli  məqsəd  daşıyan  süfrə  üzümləri  becərilməsi, 

şampan şərab materialı və süfrə şərabları üçün perspektivlidir. 

Orta  Asiya  respublikalarında  üzüm  bitkisinin  aqrotexnikasının  özünə 

məxsusluğu aşağıdakılardır: 

1. əksər üzümçülük rayonlarında qışda üzümlüklərin torpağa basdırılması. 

2. vegetasiya dövründə suyun çatışmazlığına görə üzümlüklərin suvarılması. 

Kolların su təminatının yaxşılaşdırılmasına yönəldilən suni suvarma onlara geniş 




457

 

 



qıda sahəsinin verilməsi tələb edilir.  

3. hədsiz buxarlanmanın və buxarlanma nəticəsində ikinci dəfə duzlaşmanın 

qarşısının alınması məqsədi ilə torpağın qorunması. 

4.  əsirlərlə  xalq  seleksiyası  ilə  seçilmiş,  xeyli  müxtəliflik  təşkil  edən,  təzə 

halda istifadə olunan süfrə və qurutmaq üçün yararlı, eyni zamanda güclü yerüstü 

hissəyə  malik  üzümlərin  dünya  üzüm  sortları  fonduna  verilməsi  imkanlarının 

olması. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




458

 

 



Ədəbiyyat 

 

1.



 

Süleymanov C.S., Məmmədov R.Ə.- Üzümçülük, ―Maarif‖ Bakı, 1982 

2.

 

Əfəndiyev M.M.- Azərbaycanda üzümçülük, Azərnəşr, Bakı,  



1973 

3.

 



Pənahov T.M., Səlimov V.S., Zari Ə.M.- Azərbaycanda üzümçülük, Bakı, 

2010 


4.

 

Şərifov F.H.- Üzümçülük, ― Maarif‖ Bakı, 1988 



5.

 

Cəfərov İ.H.- Fitopotologiya, Bakı, ―Şərq-qərb‖, 2012 



6.

 

Hasan Çelik və b. Genel bağçılıq, 



Türkiyə, 1998 

7.

 



Mozer  l.-  Üzümçülükdə  yeni  üsul,  Azərbaycan  Dövlət  nəşriyyatı, 

Bakı,1975 

8.

 

Колесник  Л.В.  Виноградарство-  «Катя  Молдовеняске»  Кишинев, 



1968 

9.

 



Смирнов  К.В.,  Калмыкова  Т.И.,  Г.С.Морозова-  Виноградарство, 

Агропромиздат , Москва, 1987 

10.

 

Недельчев  Н.,  Кондарев  М.-  Виноградарство,  Госиз-во  с-х 



литературы София, 1959 

11.


 

Уинклер А.Дж.- США, издателство «Колос» Москва, 1966 

12.

 

Руководство по виноградарству. Реч. с нем-го Р.В.Фоминой, «Колос» 



Москва, 1981 

13.Негруль А.М.-Виноградарство, госиз-во с-х литературы  

 Москва, 1959 

13.


 

Трошин  Л.П.,  Радчевский  Р.Р.-  Рауонирование  сорта  винограда 

Росии, Краснодар, 2005 

14.


 

Мальтабар Л.М. и др.- Виноградарство Молдавии, издателство Картя 

Молдовеняске» Кишинев, 1968 

15.


 

Квливидзе  Т.  Виноградарство  по  –  новому  Тбилиси.  Акционерное 

общество «Парнавази». Тбилиси: пр. Григор Робакидзе, №7, 1997. 178 с., 

16.Энциклопедия виноградарства- Молдавская Советская энциклопедия. 

Кишинев, Т-1-512с, 1986, Т-2, 504с, Т-3, 548с, 1987 

 

 



 

 

 



 

 

 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə