Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə35/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   207

 

73 


diferensasiyası  iyun  ayının  birinci  yarısından  başlayır.  Vegetasiyanın  sonuna  əsas 

tumurcuqdan  bir,  iki,  bəzən  də  üçüncü  çiçək  qrupunu  görmək  olar.  Hələ  rüşeym  ikən 

çiçək  qrupunun  yan  budaqlarının  ucunda  çiçəyin  özünün  başlanğıcı  qoyulur.  İlk 

vaxtlarda budaqlanmalar geniş girdə formalı təpəciklər şəklində olur 

Çiçək qrupunun və çiçəyin ayrı-ayrı hissələri qısa inkişaf vaxtında çoxsaylı fizioloji 

funksiyalar yerinə yetirir. Bu baxımdan onların anatomik quruluşu da müxtəlifdir. 

Çiçək qrupunun oxu anatomik quruluş etibarı ilə cavan zoğa oxşayır. Epidermisdə 

ağızcıqlar az olur. 

Zoğ  boyüməyə  başlayarkən  çiçək  qrupları  örtücü  yarpaqla  qorunur.  Onlar 

epidermislə örtülü olur və onun altında parenxim hüceyrələrinin zəif diferensə olunmuş 

qatı yeləşir. V.Viniferada çiçəklərin inkişafı başa çatdıqda beş üzvlü quruluşa malik olur 

və  aşağıdakılardan  ibarətdir:  kasacıq,  tac,  erkəkcik,  toz  kisəsi  və  dişicik.  Kasacıq  zəif 

inkişaflı  olub  beş  kasa  yarpağından  ibarətdir.  Tac  da  beş  ləçəkdən  ibarətdir.  Avropa 

üzümlərinin çiçəyində beş bəzən çox erkəkcik olur. Toz kisəsi iki yuvalıdır, yetişdikdə 

onlar uzununa partlayır və iki yuva əmələ gətirir. Hər yuvada iki toz kisəsi olur. 

Dişicik  yumurtalıqdan,  sütuncuqdan  və  ağızcıqdan  ibarətdir.  Yumurtalığın  da  iki 

yuvası vardır, hər yuvada iki yumurta vardır. Ona görə də gilə tam  yetişdikdə əksərən 

onda  dörd  toxum  olur.  Gilədə  əgər  toxum  azdırsa  deməli  normal  mayalanma 

getməmişdir. 

Yaşıl  zoğlar  15-20  sm  uzunluğuna  çatdıqda  çiçək  qrupu  görünməyə  başlayır 

(L.M.Maltabar və b.). Onu demək yerinə düşər ki, zoğ yeni göründükdə də çiçək qrupu 

görünür.  Bu  vaxt  bitki  qida  çatışmazlığından  çiçək  qrupunu  itirə  bilər  (çiçək  qrupu 

quruya bilər ). Çiçək qrupunun böyüməsi tezliklə başa çatır və respublikamız şəraitində 

mayın 20-ilə iyunun 10-u arasında çiçəkləmə başa çatır. Çiçək qrupunun rüşeym halında 

əmələ gəlməsi ilə çiçəkləmə arasında bir il vaxt keçir. 

Barlı  tumurcuğun  vəziyyətindən  asılı  olaraq  çiçək  qrupunun  sonrakı  inkişafı 

müəyyənləşir.  Bir  qayda  olaraq  tumurcuqda  əsası  qoyulan  iki  çiçək  qurupundan 

birincisi  bir  qədər  iri  olur.  Bu  vəziyyət  salxım  formalaşanda  da  eyni  qaydada  davam 

edir.  Bu  baxımdan  əvəzedici  çilikdə  olan  salxımlar  digər  salxımlara  nisbətən  iri  və 

keyfiyyətli olur. Kolun qida maddələri ilə normal və fasiləsiz təminatı salxımın iriliyinə 

və  ondakı  proseslərin  normal  gedişatına  əsas  yaradır.  İki  koldan  birində  çiçək 

qruplarının yarısı seyrəldikdə salxımlar iri olacaq, onda çiçəkləmə və gilələrin yetişməsi 

tezləşəcək. 

Bu  məsələ  süfrə  üzümlərinə  daha  xarakterikdir.  Süfrə  sortlarında  iri  salxımlı,  iri 

giləli,  gözəl  rəngli,  eləcə  də  lazımı  konsistensiyalı  ləti  olan  məhsul  alınmasında  çiçək 

qruplarında  seyrəldilmə  aparılması  həmişə  müsbət  nəticələr  vermişdir.  Bundan  başqa 

C.Uinklerin fikrincə çiçək qrupunun özündə seyrəldilmə ilə yanaşı hələ çiçəklənmədən 

xeyli qabaq bütöv çiçək qruplarının kəsilib atılması həmişə uğur gətirmişdir. 

Çiçəklərin  inkişaf  surətinə  temperaturun  əhəmiyyəti  böyükdür.  Eyni  sortdan  olan 

müxtəlif  sahələrdə  çiçəkləmənin  vaxtında  fərq  olur.  Səthi  tez  qızan  üzümlükdə 

çiçəkləmə tez və qısa müddətli olur. Divaryanı üzümlükdə də çiçəkləmə tez başlayır. 

Avropa  üzümlərində  çiçəklər  xırda,  yaşılımtıl  və  əksərən  öz-özünü  tozlayan  olur, 

yəni bir çiçəkdə həm erkəkcik, həm də dişicik olur. Öz-özünü tozlayan çiçəklərin ayrı-

ayrı  orqanları  aşağıda  təsvir  olunur.  Kasacıq  beş  ədəd  kasa  yarpağından  ibarətdir  və 

bunlar qönçələri qoruyur. Zoğda çiçək qrupları göründükdən sonra böyümənin sonrakı 



 

74 


mərhələlərində kasa yarpaqları inkişafdan qalır. 

Tac  beş  ədəd  ləçəkdən  ibarətdir.  Anomal  çiçəklərdə  ləçək  3-9  arasında  olur. 

Ləçəklər yuxarı kənarları ilə möhkəm yapışdığına görə onun açılması digər çiçəklərdə 

olduğu  kimi  deyildir.  Çiçəkləmə  vaxtı  tac  çiçək  yatağından  ayrılır  və  qapaq  şəklində 

düşür. 

Erkəkcik  tozcuqları  hazırlayır.  Erkəkciklər  ləçəklərin  qarşısında  yerləşir.  Onların 



sayı ləçəklərin sayına bərabərdir. Hər bir erkəkcik sapdan və onun başında yerləşən toz 

kisəciyindən ibarətdir. Erkəkcik sapının vəzifəsi toz kisəsinə dayaq qurub onu dişiciyin 

ağızcığı  səviyyəsində  saxlamaqdır.  Erkəkcik  tozcuğun  orqanları  haqqında  yuxarıda 

məlumat verilmişdir. 

Erkəkcik  sapları  arasında  kasa  yarpağı  üzərində  nektar  vəzi  yerləşir.  Əksər 

bitkilərdə bu vəzlər ətirli nektar şirəsi hazırlayır ki, bir çox həşəratları özünə cəlb etsin. 

V.Viniferanın  əksər  sortlarında  nektar  vəzləri  öz  funksiyasını  lazımınca  yerinə  yetirə 

bilmir.  Buna  görə  də  çox  vaxt  həşəratlar  çiçəklərə  qonmur.  Bu  baxımdan  hər  hansı 

təsirlə olur-olsun kolda zəif titrəyişlər tozlanma əməliyyatına yardımcı ola bilir. 

Dişicik- çiçəyin dişi orqanıdır. Dişiciyin aşağı hissəsi genişlənmiş vəziyyətdədir və 

yumurtalıq  adlanır.  Yumurtalığın  iki  yuvasının  hər  birində  iki  yumurtacıq  olur. 

Yumurtacıqda  yumurta  hüceyrəsi  olan  rüşeym  kisəsi  yerləşir.  Mayalanmadan  sonra 

yumurta hüceyrəsi toxuma çevrilir. 

Yumurta sutuncuğunun  yuxarı  genişlənmiş hissəsi  ağızcıq  adlanır. Çiçək açdıqdan 

dərhal  sonra  ağızcıqda şirin  yapışqanlı maddə əmələ  gəlir ki, həmin maddə ora düşən 

erkəkcik  tozcuğunu  tutub  saxlayır.  Bu  maddə  erkəkcik  tozcuğunun  cücərməsini  və 

nəticədə  toz  borusunun  əmələ  gəlməsi  üçün  qida  mühiti  hesab  edilir.  Yumurtalığın 

xarici qlafı perikarpiya, yaxud meyvə yanlığı adlanan ətli qatla örtülüdür. 

Avropa  üzümlərinin  bəzi  sortlarında  çiçəklər  funksional  dişi  və  yaxud  erkək  tipli 

olur.  Amerika  üzümlərində  sortların  əksəriyyətində  çiçəklər  bu  tipli  olur.  Avropa 

üzümləri  qədimdən  becərildiyindən  çiçəyi  nöqsanlı  hesab  edilən  üzümlər  çıxdaş 

edilmişdir.  Amerika  üzümlərinin  becərilmə  tarixi  çox  da  uzun  olmadığından  hələ 

onların sırasında çiçəyi nöqsanlı üzümlər qalmaqdadır. 

Amerika  üzümləri  öyrənilərkən  onların  arasında  yəni  həqiqi  erkək  tipli  və  həqiqi 

dişi  çiçəklər  arasında  keçid  formalı  çiçəklərə  rast  gəlinmişdir.  Dişi  orqanı  tamamilə 

olmayan  və  yaxud  onun  əvəzinə  kiçik  qabarcığı  olan  nektarlardan  ibarət  çiçəklər. 

Onlarda  erkəkciklər  yaxşı  inkişaf  edib,  erkəkcik  tozcuqları  yüksək  cücərmə 

qabiliyyətlidir. Bir çox sortların çiçəkləri bu cürdür və calaqaltı kimi istifadə olunurlar. 

Məsələn: Ripariya x Rupestris 3309, 3306, 3309, 101-14 və s. bu sortların giləsi olmur. 

Erkəkcik əlamətlərini itirən və güclü inkişaflı dişiciyi olan və erkəkciyi zəif inkişaf edən 

çiçəklər: burada erkəkcik saplağı xeyli aşağı əyilmiş olur. Belə çiçəklərdə tozcuqlar pis 

formalaşmış  olur.  Belə  çiçəklərdə  tozcuqlar  pis  formalaşmış  olur.  Şəkər  və  aqar-aqar 

məhlulunda cücərmir. 

Avropa üzümlərində çiçəklərin  keçid  formaları  olmur. Aparılan müşahidələrə  görə 

Qara korinka sortunun çiçəyində dişi orqanlar funksiyasızdır (fəaliyyətsizdir). Erkəkcik 

tozcuqları güclü inkişaflıdır və yaxşı cücərti verir. Lakin təsadüfü hallarda toxumu olur. 

Yumurtalığı partenokarpik formalaşmışdır, yəni, mayalanmadan meyvə və toxum verir. 

Ağ kişmişi, Qara kişmişi və Perlet sortlarında da çiçəyin dişi orqanları nöqsanlıdır. 

 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə