Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə41/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   207

 

85 


Pantoten turşusu 

78 


25-50 

Nikotin turşusu 

170-330 

140-260 


Inozit 

 

22-73 



Biotin  

 

0,01-0,6 



Foliyev turşusu 

4,2- 10.2 

2-5 

 

 



0°  C-dən  bir  az  yuxarı  temperaturda  saxlanmış  zədəsiz  təzə  gilədə  B  qrupu 

vitaminlər  nisbətən  stabil  olur.  0°  C-dən  aşağı  temperaturda  saxlanmış  üzümdə 

vitaminlər hər ay azalmağa doğru gedir. Riboflavin və foliyev turşuları şirə sıxılan kimi 

işığın  təsirindən  yox olur. Üzüm  qaranlıq konteynerlərdə saxlandıqda vitaminlər  yaxşı 

saxlanır.  Şirə  bentonitlə  duruldulduqda  tiamin  və  riboflavin  çox  itir.  Piridoksin, 

Pantoten  və  Nikotin  turşuları  (vitaminləri  )  parçalanmır.  Onlara  işıq  təsir  etmir. 

Qıcqırma zamanı biotinin miqdarı azalır, şirə qızdırılanda isə inozit parçalanır. Üzümdə 

askorbin turşusu az olur, ancaq onu ölçmək mümkün olur. Bir çox ölkələrdə müəyyən 

edilmişdir ki, 100 qram təzə üzümdə 1-12,5 mq askorbin turşusu olur.  

 



 

86 


Üzüm bitkisinin ontogenezi 

Bir  fərdin  inkişafı  onun  ontogenez  yaş  dövrüdür,  yəni  toxumun  cücərməsindən  və 

yaxud tingin sahəyə əkilməsindən qocalıb məhv olmasına qədər olan dövrüdür. Yabanı 

halda üzüm bitkisinin ontogenezi 500 ilə qədər, mədəni halda az, 80-100 ildir. Mədəni 

üzümün həyat tərzi pozulur, hər il onun yerüstü orqanlarında çoxlu miqdarda zədə-yara 

əmələ gətirilir (bir ildə üzüm bitkisi bir neçə dəfə budanır.) Başqa bir vasitə ilə də onun 

sərbəst  (təbii)  həyat  tərzi  pozulur.  Bu  vasitə  onun  orqanlarının  müxtəlif  vəziyyətlərdə 

əyilib bağlanmasıdır. Orqanlar əyilib bağlandıqda onlara gedən su və qida maddələrinin 

təbii axarı pozulur. Ən nəhayət mədəni üzüm insanlar tərəfindən istismar olunur. 

Yabanı üzümdə belə hallar olmadığından onlar uzun müddət yaşayır. 

Üzüm  bitkisinin  filogenezi  insan  tarixindən  də  qədimdir.  Dəqiq  yaşı  bilinməsə  də 

onun hansı tarixi inkişaf mərhələlərindən keçməsi haqqında müəyyən təsəvvür vardır. 

Becərilən  üzüm  bitkisinə  edilən  qulluq  işlərinin  səviyyəsindən  asılı  olaraq  onların 

yuxarıda  göstərilən  yaş  dövrü  xeyli  artıb  azala  bilər.  Calaqla  becərilən  tənəklərin  yaş 

dövrü daha qısa olur. 

Üzüm  bitkisi  məhsula  erkən  düşür  və  hər  il  sabit  məhsul  vermə  qabiliyyətinə 

malikdir. Toxumdan əmələ gələn tənək 5-7-ci ili, vegetativ üsulla artırıldıqda isə 3-5-ci 

ilində  məhsula  düşür.  Bu  üzümçülük  üzrə  mövcud  ədəbiyyatın  verdiyi  məlumatdır. 

Ancaq  bizim  tədqiqatlarımızda  bu  illər  bir  qədər  qabağa  düşmüşdür.  Bu  illər 

qabaqlamaq üçün son dərəcə yüksək aqrofon lazımdır. Belə arqofonu yaratmaqla üzüm 

bitkisinin daha nələrə qadir olduğunu aşkar etmişik. 

Böyük  bir  tarixi  dövrdə  onun  böyüməsi  və  inkişafı  ahəngdar  morfoloji 

dəyişkənliklər,  bioloji  xüsusiyyətlər  və  fizioloji  funksiyalar  kimi  bioloji  qanunlar 

əsasında qurulmuşdur. 

Üzüm  bitkisinin  həyatında  böyük  və  kiçik  yaş  dövrləri  vardır.  Böyük  yaş  dövrü 

üzüm bitkisinin ontogenezini təşkil edir. Kiçik yaş dövrü illik yaş dövrüdur. Böyük yaş 

dövründə toxumun becərilməsindən, vegetativ yolla isə tumurcuğun açılmasından məhv 

olmasına qədər bitki keçirdiyi yaş mərhələləri müəyyən qədər irsi dəyişlənliklərə məruz 

qalır.  Özlüyündə  bu  dəyişkənliklər  bitki  orqanizmində  morfolofi  və  fizioloji 

dəyişkınliklər yaratmışdır. 

Prof.  K  .V.  Smirnov  üzüm  bitkisinin  ontogenezini  4  yaşmərhələsinə  bölür: 

embrional , gənclik , məhsuldar və quruma. 



Birinci mərhələ-embrional. Toxumdan əmələ gələn bitki erkəkcik və dişiciyin cinsi 

hüceyrələrinin görüşməsindən alınan ziqotadan rüşeym formalaşır və nəhayət  yetişmiş 

toxumdan  başlanğıc  götürür.  Toxum  torpaqda  və  yaxud  hər  hansı  mühitdə  cücərərək 

gələcək  bitkini  verir.  Bununla  da  birinci  yaş  mərhələsi  başa  çatır.  Vegetativ  yolla 

artırılan bitkidə embrional  yaş dövrü  yarpaq qoltuğunda tumurcuq qabarcığı (təpəciyi) 

əmələ  gəldikdən  onun  cücərməsinə  (oyanmasına)  qədər  olan  müddəti  əhatə  edir.  Bu 

üsul  birinciyə  nisbətən  sürətli  olur.  Əslində  bu  üsulda  bitki  (orqanizm)  alınmasına  bir 

ildən bir qədər az vaxt tələb olunur, yəni may ayında əmələ gələn tumurcuq növbəti ildə 

aprelin sonunda və yaxud mayın birinci dekadasında oyanıb zoğ verir. Başqa hal da ola 

bilir, yəni may ayında əmələ gələn tumurcuq 5-10 gündən sonra oyana bilir.  



İkinci mərhələ-gənclik. Toxumlarda ilk həqiqi yarpağın əmələ gəlməsi və bitkinin 

bütün  orqanlarının  intensiv  böyüməsi  ilə  başlayır.  Bu  mərhələ  kök  sisteminin  fəal 

inkişafı  və  bitki  orqanlarında  çoxlu  miqdarda  üzvi  maddələrin  toplanması  müşahidə 



 

87 


edilir. Ikinci mərhədə baş verən güclü keyfiyyət çevrilmələri əsasında növbəti mərhələ 

qərar  tutur.  Gənclik  mərhələsində  bitki  xarici  mühit  şəraitinə  çox  həssas  olduğundan 

güclü  qidalanmaya  və  suya  ehtiyacı  olur.  Bu  baxımdan  bütün  arqotexniki  tədbirlər 

bitkinin yerüstü və yeraltı orqanlarının güclü böyüdülməsinə yönədilməlidir.  

Adi üsulla torpağa səpilən toxum 3-5-ci ili, şərq sortları isə 4-7-ci ili meyvə verməyə 

başlayır. Vegetativ yolla artırılan bitkilərdə bu müddət az olur. Bu müddəti toxumlarda 

qida mühitini yaxşılaşdırmaqla hələ filqə yarpağı fazasında yaşlı tənəyə calaq etməklə, 

üzümçülükdə  məlum  Kuzmin  üsullarından  istifadə  etməklə  qısaltmaq  mümkündür. 

Vegetativ  yolla  artırılan  bitkilərin  məhsula  düşməsini  tezləşdirmək  məqsədi  ilə  qida 

mühitinin  yaxşılaşdırılması  və  aqrofonun  yüksəldilməsi  üsullarından  istifadə 

edilməlidir. 

Məhsula düşməklə bitki ikinci yaş mərhələsini başa vurmuş olur. 



Üçüncü  mərhələ-uzun  müddətli  olub  ,böyümə  və  generativ  proseslərin  harmonik 

qurulması yeraltı və yerüstü hissələrin maksimum həddə çatması və bol məhsuldarlığa 

çatması  ilə  xarakterizə  olunur.  Üçüncü  yaş  mərhələsinin  müddəti  çox  şərtlərlə 

müəyyənləşir.  Buraya  torpaq  iqlim  şəraiti,  qida  və  nəmliklə  təmin  olunma  dərəcəsi, 

aqrofon, eləcə də bitkinin səriştəli budanması və hər il verilən yük daxildir.  

 Göstərilənlərin hər bir bitkinin həyatında müstəsna rolu vardır. Göstərilən şərtlərin 

hamısı yerində olub, yalnız budamanın səriştəsizliyi bitkinin ömrünü çox qısaldır. 

Üzüm bitkisi ilaşırı məhsuldarlığa meyilli deyildir, ancaq torpaqda qida çatışmazlığı 

və normadan artıq yük bu xoşagəlməz halı ortaya qoya bilər. Çox güclü tənəklər uzun 

ömürlü olur, 40-50 il respublikamız şəraitində daha çox məhsul verə bilir. 



Dördüncü mərhələ-quruma. Bu mərhələdə qocalmanın əlamətləri müşahidə edilir. 

Orqanizm öz əsas fizioloji-bioloji funksiyasını-yeni nəsil vermək qabiliyyətini itirməyə 

başladıqda  qocalma  baş  verir.  Qocalmanın  ümumi  bioloji  əsasları  ondan  ibarətdir  ki, 

zülal  və  nuklein  turşularının  funksiyasının  müxtəlif  formalarda  pozulmasından  irəli 

gəlir. Qocalma zoların uc hissələrindən, kökdən uzaqda yerləşən budaqlardan başlayır. 

Qocalma prosesi bitkinin kök sistemi iə yerüstü hissəsi arasındakı qarşılıqlı əlaqəsinin 

daimi  olaraq  pisləşməsində  ifadə  olunur.  Ontogenezin  başlanğıcında  kök  sistemi  ilə 

fotosintez  gedən  orqanlar  arasında  qarşılıqlı  əlaqə  gücləndiyi  halda  qocalığa  doğru 

azalır. 

Kolun ən çox ömürlü orqanları kök sistemi ilə ştambdır. Bu orqanlar vasitəsilə üzüm 

kolunu cavanlaşdırmaq və bərpa etmək mümkün olur. Çoxillik qollarda qocalma sürətli 

olduğundan onların təzələnməsi lazım gəlir. Kolun həyat fəaliyyətinin və böyüməsinin 

bərpa  edilməsi  məqsədilə  qocalmış  və  zədələnmiş  çoxillik  qollar  kəsilməlidir.  Kolun 

çoxillik  hissələrində  yaranın-zədənin  çoxluğu  qocalmanı  tezləşdirir.  Prof. 

H.V.Kolesnikə  görə  üzüm  bitkisinin,  eləcə  də  digər  meyvə  bitkiləri  və  kolların  həyat 

tsiklində  yaş  dövrləri  vardır:  böyümə,  inkişaf,tam  məhsul  vermə  və  reproduktiv 

fəaliyyət.  Bunlardan  böyümə  ən  qısa,  tam  məhsul  vermə  ən  uzun  dövrdür.  Kolun 

böyümə  dövründən  asılı  olaraq  budamanın  xarakterləri  dəyişir.  Kolun  ilk  illərində 

kəsmə formalaşma məqsədini daşıyırsa, 3-cü yaş dövründə- tam məhsul vermədə kəsmə 

vegetativ  və  generativ  orqanlar  arasındakı  asılılığı  nizamlayır.  Bu  yaş  dövründə  eyni 

zamanda  vegetativ  orqanların  fəzada  yerləşdirilməsi  diqqət  çəkən  məsələ  kimi  qəbul 

edilir. 


Tənəyin  illik  inkişaf  tsikli  (kiçik  yaş  dövrü)  2  dövrə  bölünür:  1.  Nisbi  sükunət 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə