Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə42/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   207

 

88 


dövrü; 2. Vegetasiya dövrü.  

Nisbi istirahət dövrü passiv, vegetasiya dövrü fəaldır. Nisbi sükunət dövründə üzüm 

bitkisində həyat prosesləri zəif gedir və nəzərə çarpacaq heç bir dəyişkənlik baş vermir. 

Yuxarıda  qeyd  edildiyi  kimi  transpirasiya,  tənəffüs,  maddələrin  çevrilmələri  və 

yerdəyişmələri  davam  edir.  Vegetasiya  dövründə  tənəkdə  nəinki  ayrı-ayrı  fazalarda, 

hətta hər gün dəyişiklik baş verir. Ona görə də vegetasiya dövrü fəal dövr adlanır.  



Nisbi  sükunət  dövrü  3  fazadan  ibarətdir:  1.  Hazırlıq;  2.  Fizioloji  (üzvi)  və  yaxud 

dərin yuxu; 3. Məcburi (qış yuxusu) yuxu. 

Nisbi  istirahətin  hazırlıq  fazasında  birillik  zoğların  uzunu  boyu  yetişmə  qurtarır, 

normal  yetişmiş zoğlar sorta məxsus rəng alır. Zoğun ucunun  yetişməyən hissəsi  yaşıl 

qalır,  qışa  doğru  onlar  bozarır  və  nəhayət  ilk  payız  şaxtalarının  təsirindən  quruyub 

düşür.  Zoğun  özəyində  oduncağın  və  özək  şüalarının  sərhəddində  mantar  qatı  əmələ 

gəlir. Beləliklə, özək oduncaqdan ayrılır, tədricən onun toxumaları ölür.  Əvvəlcə boz, 

sonralar qəhvəyi rəng alır. 

Birillik və çoxillik oduncağın qabığında mantar qatı əmələ gəlir.  

Köklərdə  böyümə  dayanır.  Kök  üsküyünə  qədər  bütün  uzunu  boyu  mantar  qatı 

əmələr  gəlir.  Uducu  zona  və  qurtaracaq  hissəsi  ötürücü  zonaya  çevrilir  və  boz  rəng 

əmələ  gəlir.  Beləliklə,  hazırlıq  fazasında  zoğun  və  kökün  bütün  canlı  hissəsi 

oduncaqlaşdıqdan  sonra  mantar  qatı  ilə  örtülür.  Bu  qat  bitkinin  canlı  toxumalarını 

əlverişsiz mühitin təsirindən qoruyur. 

Fizioloji  istirahət  dövrünə  keçid  vaxtı  sortdan,  rayonun  təbii  və  ilin  meteoroli 

şəraitindən asılıdır. Məsələn, gün ərzində fasiləsiz günəş inolyasiyasiyası (işıqlanması) 

fizioloji  istirahətə  keçidi  ləngidir.  Il  ərzində  əlverişli  iqlim  və  qısa  gün  şəraitində 

fizioloji  istirahət  öz  vaxtında  başlayır.  Fizioloji  istirahət  dövründə  kolun  yuxarı 

hissələrindəki  qida  maddələri  aşağı  hissələrə  doğru,  xüsusən  çoxillik,  o  cümlədən 

çoxillik qollara, ştamba və qola doğru axmağa və ehtiyat halında toplanmağa başlayır. 

Ehtiyat qida maddələri həmin orqanları bir növ soyuqdan qoruyur. Fizioloji istirahət 60-

75  gün  davam  edir  (dekabrın  əvvəli,  yaxud  ortalarına  qədər).  Fizioloji  istirahətin  də 

müddəti sortdan və iqlim şəraitindən asılıdır. Bu dövrdə köklər istirahət etmir. Torpağın 

temperaturu və nəmliyi tənək üçün əlverişli olduqda onun köklərinin hamısı bütün qış 

dövrü  torpaqdan  rütubət  alıb  yeraltı  və  yerüstü  hissələrdən  buxarlanan  suyun  yerini 

ödəyir.  Sükunət  dövründə  tənəkdə  mürəkkəb  fizioloji  proseslər  gedir.  Nişastanın, 

hemisellülozanın  və  karbohidratların  hidrolizi,  transpirasiya,  tənəffüs  və  s.  proseslər 

gedir, ancaq tənəkdəki bu proseslərin sürəti az olur. Deməli, sükunət dövründə tənəkdə 

həyat prosesləri zəif də olsa gedir, ona görə də tənəkdəki ―istirahət‖ sözünün qabağına ― 

nisbi‖ sözü də əlavə edilir. Belə çıxır ki, üzüm bitkisinin istirahəti nisbidir.  

Nisbi  sükunət  dövründə  zoğlarda  gizli  yetişmə,  xüsusilə  tumurcuqlarda  embrional 

inkişaf tamamlanır. Məşhur üzümçü alım İ.N.Kondoya görə qışlayan tumurcuqlarda ən 

uzun  sükunət  dövrü  Bolqar,  Senso,  Rkasiteli,  Kaberne  Sovinyon;  qısa  sükunətli  isə 

Hüseyni, Ağ kişmişi, Fetyaska, Aliqote və s. sortlarda olur.  

Fizioloji sükunət fazasında tənək üçün yaradılan hər hansı süni şəraitdə o oyanmır. 

Buna görə də fizioloji sükunət eyni zamanda ― dərin yuxu‖ adlanır.  

Payızda  torpaqda  nəmlik  azlıq  etdikdə  zoğlarda  əksinə  təzyiq  əmələ  gəlir.  Bunu 

sübut etmək üçün zoğun uc hissəsində təzə kəsik aparıb qabda olan suya qoysaq, həmin 

suyun azaldığını  görərik. Belə vəziyyət  ona  görə  yaranır ki,  yayın axırında və payızın 



 

89 


əvvəlinə  tənək  çoxlu  miqdarda  su  ixrac  edir  (xüsusilə  yığılan  məhsulla  çoxlu  su 

çıxarılır).  Bəzi  tədqiqatların  məlumatına  görə  sutka  ərzində  0,2-2.0  l  su  uda  bilir.  Bu, 

zoğ  daxili  toxumaların  və  əsasən  qolların  oduncaq  borularının  yaratdığı  əks  təzyiq 

nəticəsində baş verir. 

Nisbi sükunət dövrünün hazırlıq fazası Şirvanşahı sortunda 50-54 gün, Bəndidə 62-

64 gün, Təbrizidə 70-72 gün, Ağ şanıda 74-76 gün, Rkasitelidə 80-81 gün davam edir. 

Üzüm bitkisinin müxtəlif həyat şəraitində nisbi sükunət və vegetasiya müddəti dəyişir. 

Fizioloji  istirahət  qurtardıqda  hava  şəraiti  əlverişli  olsa  tumurcuqlar  oyana  bilər. 

Lakin  fizioloji  və  yaxud  üzvi  yuxunun  qurtarması  dekabrın  ortalarına  və  yaxud 

axırlarına  düşür.  Bu  vaxt  hava  şəraiti  əlverişli  olmadığına  görə  bitki  məcburən  yatır, 

daha doğrusu məcburən istirahət etməli olur. Ona görə də tənəyin bu istirahəti məcburi 

yuxu  və  yaxud  qış  yuxusu  adlanır.  Meteoroloji  şəraitin  bu  fazanın  davametmə 

müddətinə təsiri daha çoxdur. Bu faza bilavasitə meteoroloji şəraitin təsiri altında olur. 

Azərbaycan  şəraitində  davamlı  8-10

0

  C  temperatur  olduqda  üçüncü  istirahət  fazası  öz 



vaxtını qurtarır.  

Respublikamız  şəraitində  bu  vəziyyət  adətən  fevral-mart  aylarında  olur. 

Ümumilikdə nisbi istirahət dövrü 4 ay və daha çox davam edir. 

Nisbi istirahət dövründə üzümlükdə aşağıdakı işlər görülməlidir: məhsul yığımından 

dərhal  sonra  üzümlük  suvarılmalıdır  (üzümlük  suvarılandırsa).  Suvarılmayan 

üzümlüklərdə şum aparıldıqda kotanın arxasında kəltən yumşaldan qurğu olmalıdır ki, 

kəltən  əzilsin.  Kollarda  quru  kəsmə  işi  başa  çatmalıdır.  Üzümlükdə  seyrəklik  aradan 

qaldırılmalı,  şpaler  təmir  olunmalı  və  qurulmalıdır.  Tinglik  üçün  material  (çubuq) 

tədarük edilməlidir. 

Payız-qış aylarında cərgədə bitki arası məsafə traktor və əl ilə şumlanır. Son vaxtlar 

bu kimi vacib tədbir mexaniki qüvvə ilə deyil, əl ilə aparılır. Suvarılan və suvarılmayan 

üzümlüklərdə qış belləməsinin texnikası fərqlidir. Suvarılmayan şəraitdə açmaq qaydası 

deyilən  qayda  ilə,  yəni  belləmə  aparılarkən  cərgədə  bitki  aralarında  torpaq  bir  qədər 

kənara qoyulur ki, arxa bənzər şırım açılır ki, yağan yağış və qar suyu torpağa hopsun. 

Xəstəlik  və  zərərvericilərə  qarşı  profilaktiki  mübarizə  məqsədi  ilə  1%-li  DNOK 

məhlulu  ilə  çiləmə  aparılmalıdır.  Yazda  və  yayda  xəstəlik  və  zərərverici  müşahidə 

olunan üzümlüklərdə bu iş daha diqqətlə aparılmalıdır. 

Vegetasiya dövrü 6 inkişaf fazasından ibarətdir. 

1)

 



Şirə  hərəkəti  və  yaxud  ―ağlama‖-  şirə  hərəkətindən  tumurcuqların  şişməsinə 

qədər davam edir. 

2)

 

Tumurcuqların  açılması  və zoğların  əmələ  gəlməsi- tumurcuqların şişməsindən 



çiçəkləməyə qədər; 

3)

 



Çiçəkləmə- çiçəkləmənin əvvəlindən sonunadək; 

4)

 



Gilənin  əmələ  gəlməsi  və  böyüməsi-  gilənin  əmələ  gəlməsindən  yetişmənin 

başlanmasına qədər; 

5)

 

Gilənin yetişməsi- gilənin yetişməyə başlamasından tam yetişməyə qədər



6)

 

Yarpaqların  tökülməsi-  gilənin  tam  yetişməsindən  yarpaqların  tökülməsinə 



qədər. 

Birinci faza tənəkdə birillik və çoxillik hissələrdəki yaraların yaşarması ilə başlayır. 

Yaralardan  intensiv  şirə  axımı  kök  sisteminin  oyanıb  torpaqdan  su  alması  ilə 

əlaqədardır.  Şirə  axımı  başladıqdan  sonra  meteoroloji  şərait  əlverişli  olmazsa  onda 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə