Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə43/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   207

 

90 


həmin  yaralar bir müddət  yaşara-yaşara qalacaqdır. Şirə hərəkəti torpağın  temperaturu 

ilə  birbaşa  əlaqəlidir.  Isti  hava  tənəyin  yerüstü  və  yeraltı  hissələrini  kifayət  qədər 

qızdırdıqda  kökün  sorma  qüvvəsinin  təsiri  altında  şirə  oduncağın  boruları  ilə  sürətlə 

qalxaraq yaralardan axmağa başlayır.  

Normal  inkişaflı  tənəyin  kök  sistemi  1,5  paskal  və  daha  çox  atmosfer  təzyiqi 

yaradır.  K.Stoyev  yazır  ki,  köhnə  məlumatlara  görə  torpağın  temperaturu  10 

0

C-ə 


çatdıqda  şirə  hərəkəti  başlayır.  Ancaq  son  müşahidələr  göstərir  ki,  şirə  hərəkətinin 

başlanğıcı  təkcə  temperaturla  yox,  calaqaltından  da  asılıdır.  Məsələn,  V.Ripariyaya 

calanmış  kolda  ağlama  14

0

C-də  başlayır.  V.Berlandiyeriyə  calanmış  kollarda  şirə 



hərəkəti  7-9

0

C-də  V.Viniferada  isə  8-9



0

C-də  başlayır.  Ancaq  Amur  üzümlərində  bu 

rəqəm 6

0

C-dir. 



Tənəyin yaralarından axan şirənin sürətini (şirə axımının intensiv vaxtında) adi lupa 

ilə müşahidə etmək olar. Şirə axımının intensiv vaxtında zoğun ucu kəsilib suya qoyulsa 

onun  axımının  dayandığını  görmək  olar.  Bu  fazada  kök  sistemindəki  əmici  tellər 

kəsildikdə də şirə hərəkəti dayanar. Bu onu göstərir ki, tənəyin həyatında əmici tellərin 

rolu böyükdür.  

―  Ağlama‖  vaxtı  havanın  temperaturu  kəskin  azalarsa(  0

0

C-dən  aşağı)  kök  sistemi 



yerləşən zonada temperatur həmin dərəcəyə çatana qədər şirə hərəkəti davam edir. Bu 

vaxt yaralardan axan şirə donur və buz bağlayır.  

K.  Stoyevə  görə  Rupestris  dyu  Lo  calaqaltına  çalanmış  Muskat  çevren  sortunda  ‖ 

ağlama― Şasla x Berlandiyeri 41B calaqaltından 2-3 gün tez başlayır. Öz kökü üstündə 

olan həmin sortda 18 gün gec başlayır.  

Kök  sistemi  torpaq  səthinə  yaxın  olan  kollarda  ―ağlama‖  erkən,  şaxtaya  davamlı 

sortlarda  birinci  faza  aşağı  temperaturda  başlayır.  Şirə  hərəkətinin  başlanmasına 

temperaturdan başqa torpağın nəmliyinin də təsiri vardır. Quraq illərdə şirə hərəkəti zəif 

ola  bilər  və  yaxud  tamamilə  olmaz.  Belə  hallara  təcrübədə  biz  dəfələrlə  rast  gəlmişik. 

Payızda  və  qışda  suvarılmayan  üzümlükdə,  eyni  zamanda  qışı  quraq  olan  ildə  birinci 

faza müşahidə olunmamışdır. 

Məlumdur  ki,  məhsul  yığımından  dərhal  sonra  üzümlük  suvarılmalıdır.  Bəzən 

məhsul  yığımından  sonra  üzümlüyün  suvarılması  unudulur  və  eyni  zamanda  qeyd 

etdiyimiz hallar baş verir və bu hal üzüm bitkisinin böyüməsinə və məhsul verməsinə 

təsir göstərir .  

Meteoroloji şəraitdən, sortdan və torpağın nəmliyindən asılı olaraq birinci faza 9-50 

gün davam edə bilər. Elə vaxtlar olur ki, şirə hərəkəti başladıqda temperatur optimaldan 

aşağı  düşür,  onda  şirə  axımı  azalır  və  yaxud  dayanır.  Azalma  və  dayanma  müəyyən 

müddət  çəkir.  Başqa  halların  da  baş  verməsini  müşahidə  etmişik.  Birinci  faza 

müddətində şirə axımı iki dəfə başlamış və iki dəfə də dayanmışdır. Başqa bir misal. Bu 

faza  üçün  optimal  temperatur  olduqda  şirə  axımı  başladıqdan  sonra  temperatur  aşağı 

düşmüş, tumurcuqlar açana qədər bu proses gizli getmişdir. Bu halda fazanın  müddəti 

1,5  ay  qədər  davam  edir.  Bəzi  məlumatlara  görə  bu  müddət  53-57  gün,  hətta  66  gün 

çəkə bilər (K.Stoyev).  

Belə hallar da olur ki, şirə hərəkətinin başlanğıcından temperatur hər gün yüksəlmiş 

və ―ağlama‖ müddəti  cəmi 9 gün çəkmişdir. Normal  hava şəraitində və  nəmlikdə şirə 

əvvəlcə zəif, getdikcə artmaqda davam edir, müddət başa çatdıqda birdən-birə dayanır. 

Ancaq  tənəkdəki  yaraların  səthi  hər  gün  təzələndikdə  şir  hərəkətinin  müddəti  uzana 




 

91 


bilər. Bu məsələ yalnız tədqiqat işlərində aparıla biər. 

Axan  şirənin  miqdarı  kolun  gücündən  və  kök  sistemindəki  əmici  tellərin  inkişafı 

səviyyəsindən  çox  asılıdır.  Amerika  mənşəli  üzümlərdən  axan  şirə  Avropa 

üzümlərindən  çox  olur.  Müxtəlif  şəraitdə  müxtəlif  tədqiqatçıların  məlumatına  görə 

müxtəlif  üzüm  sortlarında  axan  şirə  eyni  miqdarda  deyildir.  Bir  çox  şəraitlərdən  asılı 

olaraq bir koldan 0,2-6 litr şirə axa bilər.  

N.Nedelçev  və  M.Kondarevin  (1959)  məlumatına  görə  çox  güclü  bir  kol  20,5  litr 

şirə  axıtması  müşahidə  olunmuşdur.  Adi  qaydada  bir  kolun  maksimum  şirə  axıtması 

bilinmir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  maksimum  həddi  bilmək  üçün  kolun  yarası 

mütamadi olaraq təzələnməlidir.  

―Ağlama‖dan  alınan  məhlulun  xüsusi  çəkisi  təmiz  suya  yaxındır  (1,0007).  Gecə 

axan şirənin xüsusi çəkisi gündüzdəkindən çox olur. Bu onu göstərir ki, üzvi və mineral 

maddələr  gecə  şirəsində  çox  olur.  Şirənin  tərkibini  müəyyən  hissəsi  üzvi  və  mineral 

maddələrdən ibarətdir. 1l şirədə 2 qrama qədər quru maddə olur. Bunun 2/3 hissəsi üzvi 

maddələr,  1/3  hissəsi  isə  mineral  maddələrdir.  Üzvi  maddələrin  yarısı  şəkərin  payına 

düşür. Şəkərdən başqa amin turşuları, üzvi turşular və s. də vardır. 

T.  Y.Çkuaseliyə  görə  (K.Stoyev)  mineral  məddələrdən  şirədə  barium,  titan, 

alüminium,  maqnezium,  natrium,  silkonium,  xrom,  nikel,  bismut,  molibden,  mis, 

marqans və stronsium  vardır. Bunlardan başqa Ca,Mg, Si,  Al,Sn,B,V,Pb,Mo kationları 

da vardır. Sonralar  L.İ.Biblina müəyyən etmişdir ki,  torpağın  tipindən asılı  olmayaraq 

şirədə  Ca  və  Mg  miqdarı  sabit  qalır.  Müəllifin  fikrinə  görə  bu  maddələr  bufer  rolunu 

oynayır və nizamlayıcı funksiyası vardır. Şirə hərəkəti zamanı azot və fosforun miqdarı 

dəyişir. Mineral qidalanma rejimində Ca və Mg miqdarını dəyişmir. 

P.Q.Tavadzeyə  görə  şirədə  mineral  məddələrin  miqdarı  fazalar  üzrə  eyni  olmur. 

Onların  maksimal  miqdarı  çiçəkləmə  və  mayalandıqdan  böyüməyə  başladığı  vaxtında 

müşahidə  edilir.  Şirənin  reaksiyası  zəif  turşdur.  Bir  litr  şirədə  0,020-0,025qr  turşular 

olur ki, bunları da şərab turşusu ilə ifadə etdikdə, pH 6,8-ə bərabərdir. 

Yaz  şirə  hərəkəti  müddətində  köklərin  torpaqdan  suyu  necə  alması  məsələsi  son 

vaxtlara qədər aydınlaşırılmamış qalırdı. Torpaqdan su ancaq kök tükcükləri vasitəsilə 

alınır. Şirə hərəkətinə az qalmış xırda kökcüklər əmələ gəlməyə başlayır, ancaq onların 

böyüməyə başlaması tumurcuqların açılmasının başlanğıcına təsadüf edir. 

Ancaq  rus  tədqiqatçılarına  görə  şirə  hərəkəti  xırda  kökçüklərin  əmələ  gəlməsinə 

qədər  başlayır.  Bu  onu  göstərir  ki,  bitki  suyu  təkcə  kök  tükcükləri  ilə  deyil,  həm  də 

köhnə kök ucluqları ilə də ala bilir.  

Bütün bunlar göstərir ki, tənəkdən şirə axması onun özünə ziyandır, yəni şirə axımı 

ilə  çoxlu  miqdarda  su  və  qida  maddələri  itirir.  Axan  şirənin  miqdarını  azaltmaq  üçün 

quru  budama  şirə  hərəkətinə  azı  15-20  gün  qalmış  qurtarmalıdır  ki,  yaralar  bir  qədər 

köhnəlmiş olsun. Çünki, təzə yaradan çox su axır. 

Quru  bağlama  şirə  hərəkəti  müddətində  qurtarmalıdır,  çünki  bu  müddətdə  bitkinin 

orqanları elastiki olur, onları istənilən bucaq altında əyib bağlamaq mümkün olur. Şirə 

hərəkətindən əvvəl də tənəyin orqanlarını əyib bağlamaq olur, ancaq bağlamanın sürəti 

və çevikliyi xeyli azalır. 

Bağlama  işinin  mütəşəkkil  keçirilməsi  üçün  işin  təşkilati  tərəfləri  diqqətdə 

saxlanmalıdır.  Bağlama  materialı,  şpalerin  təmiri  və  işçi  qüvvəsi  sahəyə  görə 

hesablanmalıdır.  Hava  haqqında  proqnoz  da  əldə  əsas  olmalıdır.  əgər  bağlanma  üçün 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə