Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə44/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   207

 

92 


hər şey optimaldırsa və şirə hərəkətinin sonuna bu işin qurtarması proqnozlaşdırılsa ya 

işçi qüvvəsi artırılmalıdır və yaxud mövsümi olaraq iş vaxtı uzadılmalıdır. 

Ancaq  müəyyən  səbəbdən  tumurcuqların  şişməsinə  qədər  bağlanma  işi 

qurtarmayıbsa onda müvəqqəti olaraq bu iş dayandırılmalıdır ki, zoğlar əmələ gəlsin, bir 

qədər möhkəmlənsin (bərkisin). Birinci yaşıl bağlama ilə birlikdə aparılmalıdır. Yadda 

saxlamaq  lazımdır  ki,  bir  vaxtda  iki  iş  növü  yerinə  yetirilir.  Bu  işin  əmək  haqqısı  və 

yüksək diqqət tələb etməsi nəzərə alınmalıdır.  

İkinci  faza  gözcüklərin  şişməsi  ilə  başlayır.  Gözcüklər  şişir,  həcmcə  böyüyür, 

pulcuqlar aralanır, sıx tükcüklər arasından böyüməkdə olan müxtəlif rəngli tacı görünür. 

Gözcüyün  açılma  sürəti  də  temperaturdan  asılıdır.  Temperatur  4-5  gün  müddətində 

ardıcıl  olaraq  hər  gün  11-12

0

C  olduqda  koldakı  gözcüklər  təxminən  bərabər  açır.  Bir 



kolda 3-5 gözcükdə bu mənzərə müşahidə edildikdə bu fazanın başlanğıcı hesab edilir. 

Gözcüklərin  şişməsi  ayrı-ayrı  tumurcuqların  hüceyrə  və  toxumalarının  turqor 

vəziyyəti alması hesabına baş verir. Eyni zamanda tənəffüs güclənir. Tumurcuqlara su 

axımı  onların  həyat  fəaliyyətini  artırır.  Bu  vaxt  tumurcuqlarda  boy  stimulyatorlarının 

miqdarı, ferment və hormonların fəallığı artır. 

Tumurcuqların açılma vaxtı onların embrional inkişafından da asılıdır. Tumurcuq nə 

qədər yaxşı inkişaflı olsa bir o qədər də böyüməyə tez başlayır. 

Tumurcuqların açılması çox məhsuldar dövrdür, belə ki, onlar açılmağa başladıqda 

çiçək qrupu axırıncı diferensasiya-formalaşma mərhələsini keçirir. Tumurcuqların eyni 

vaxtda sürətlə açması torpaqda və tənəkdə nəmliyin normal olmasından da asılıdır. Ona 

görə də 1-ci faza qurtaran kimi üzümlük suvarılmalıdır.  

Faza  müddətində  yarpaq,  zoğ,  çiçək  qrupu,  bığcıq  və  biclər  sürətlə  böyüyür. 

Formanın sonuna yaxın zoğların böyümə sürəti maksimuma çatır, yəni sutkada 8-10sm-

ə çatır.30

0

C temperaturda zoğların sutkalıq artımı maksimuma çatır. 



Ikinci fazanın başlanğıcında tənəyin şaxtaya davamlılığı xeyli azalır. Yuxarıda qeyd 

etmişdik ki, +2

0

C-dən aşağı temperaturda cavan yarpaq, zoğ və yetişmiş gilə zədələnir. 



Ilk  yazda  havanın  belə  soyuması  respublika  ərazisində  vaxtaşırı  baş  verir.  2004-cü  il 

aprel  ayının  4-dən  5-ə  kecən  gecə  Gəncədə  -5

0

C  şaxta  olmuş  və  yeni  salınan 



üzümlüklərdə  kollara  müəyyən  qədər  ziyan  dəymişdir.  Yeni  salınan  üzümlüyü  xüsusi 

olaraq vurğuladıq, ona görə ki, şpalerdəki üzümlüyə o qədər ziyan dəyməmişdir. eBlə 

yerlərdə  tumurcuqların  açılmasını  iki  üsulla  ləngitmək  mümkündür:  1)  sortların 

seçilməsi,2) gözcüklərin açılmasını ləngidən tədbirlərin görülməsi. 

Yaşıl  zoğlarda  yarpaq,  çiçək  qrupu  və  bığcıq  əmələ  gəlir.  İlk  vaxtlar  təpəcik 

şəklində  görünən  çiçək  topası  getdikcə  böyüyür,  seyrəlir  və  salxımın  formasına 

yaxınlaşır.  Zoğlar  yeni  əmələ  gəldikdə  1,2  və  3-  cü  buğum  araları  çox  qısa  olur, 

getdikcə  onlar  uzanır  və  sorta  məxsus  ölçüyə  çatır.  Buğum  aralarında  bir  də  zoğlarda 

böyümə zəiflədikdə qısalma gedir. Bu vəziyyət yarpaqlarda da müşahidə edilir. Belə ki, 

3-4-cü  buğuma  qədər  yarpaqlar  xırda  olur,  sonra  isə  böyüməyə  başlayır.18-19-cu 

buğumlarda,  respublikamız  şəraitində  hətta  25-30-cu  buğumlarda  yarpaqlar  sorta 

məxsus irilikdə olur. Zoğun ucuna doğru onlar yenidən kiçilməyə başlayır. Ona görə də 

üzüm sortları təyin və təsvir olunduqda orta yarpaqlardan istifadə edilməlidir. 

Tənək  torpağın  altında  (qışda  üzümlükləri  basdırılan  yerlərdə)  qaldıqda  və  onlara 

dəmir kuporosu məhlulu çiləndikdə gözcüklərin açılması ləngiyir. 2-ci fazada zoğların 

və  çiçək  qrupunun  böyüməsində  kolda  morfoloji  və  fizioloji  dəyişikliklər  baş  verir. 




 

93 


Yaşıl  zoğların,  yarpaqların,  çiçək  qruplarının,  bığcıq  və  biclərin  böyüməsində  ciddi 

dəyişikliklər baş verir. 2-ci fazanın başlanğıcına yaxın köklər böyüməyə başlayır, uzun 

köklərin ucunda uducu zona əmələ gəlir və budaqlanma nəticəsində çox kiçik kökcüklər 

görünməyə başlayır. Fazanın axırına yaxın kiçik kökcüklərin sayı artır.  

2-ci  fazanın  başlanğıcında  hələ  ―ağlama‖  müşahidə  edilməkdədir,  ancaq  yarpaqlar 

əmələ  gəldikcə  və  böyüdükcə  şirə  axımı  dayanır.  Fasiləsiz  olaraq  transpirasiyanın 

gücləməsi  nəticəsində  borularda  əks  təzyiq  əmələ  gəlir.  Uzun  müddətli  yağmurlar 

olduqda  və  yağış  yağdıqda  təzyiq  azalır.  Havada  və  torpaqda  yüksək  nəmlik  olduqda 

―ağlama‖  zəif  də  olsa  davam  edir  və  cavan  yaşıl  zoğlarda  açıq  sarı  rəngli  vəzciklər 

(kauçuka bənzər) görünməyə başlayır.  

2-ci faza müddətində kolun bütün orqanları öz funksiyasını yüksək dərəcədə yerinə 

yetirir:  fotosintez,  transpirasiya,  müxtəlif  üzvi  birləşmələrin  sintezi,  qidalanma  və 

maddələrin yerdəyişmələri.  

Üzüm  kolunun  orqanlarının  formalaşmasına  çoxlu  miqdarda  qida  maddələri  sərf 

olunur. Bu vaxtda kolun çoxillik hissələrində ehtiyat qida maddələri xeyli azalır. Çiçək 

qruplarında çoxlu miqdarda şəkər toplanır. 

Fazanın sonunda və yaxud çiçəkləmənin başlanğıcında zoğlarda böyümə maksimum 

həddə  çatır.  Ümumiyyətlə,  illik  yaşıl  kütlənin  60%-i  bu  fazada  əmələ  gəlir.  Zoğun 

böyümə dinamikası koordinat oxlarında əyri ilə göstərilsə onun maksimum nöqtəsi 2-ci 

fazanın  sonuna,  çiçəkləmənin  əvvəlinə  və  yaxud  çiçəkləmə  vaxtına  düşə  bilər.  Zoğun 

böyümə intensivliyi sutka ərzində gecəyə nisbətən gündüz ( saat12-16 arası) daha artıq 

olur.  Bunun  səbəbi  gecə  saatlarında  temperaturun  nisbətən  aşağı  olmasıdır.  Fazanın 

sonunda  zoğun  böyümə  intensivliyində  gecə  ilə  gündüzün  müqayisəsində  vəziyyət 

gecənin xeyrinə dəyişə bilər. Bu halda işıq amilinə nisbətən temperatur amili daha üstün 

əhəmiyyət  kəsb  edir.  Zoğların  böyümə  intensivliyində  sort  məsələsi  xüsusi  əhəmiyyət 

kəsb  etmir.  Burada  temperatur  rejimini  üstünlüyü  daha  açıq  şəkildə  özünü  göstərir. 

Zoğun  normal  böyüməsi  üçün  25-30

0

C  optimal  hesab  edilir.  Zoğun  böyümə 



intensivliyinə onun kök sisteminə yaxınlığı da təsir göstərir. Zoğ torpağa nə qədər yaxın 

olsa bir o qədər də onun böyümə intensivliyi artıq olar. 

Zoğların  böyümə  intensivliyinə  polyarlığın  da  əhəmiyyəti  vardır.  Bar  barmağının 

aşağı  hissəsindəki  zoğlar  daha  intensiv  böyüyür.  Zoğun  intensiv  böyüməsində 

calaqaltının da müəyyən qədər əhəmiyyəti vardır. Güclü böyüyən calaqaltılara calanmış 

kollarda  zoğlar  intensiv  böyüyür.  Bic  zoğlarının  böyüməsi  onların  yerləşmə  yerindən 

asılıdır.  əsas  zoğun  aşağısından  yuxarı  3-5-ci  buğumlardakı  bic  zoğları  digərlərinə 

nisbətən  daha  intensiv  böyüyən  olur.  Bu  fazada  çiçək  qrupları  tam  formalaşır,  zoğun 

uzunu boyu yarpaq qoltuğunda tezyetişən bic tumurcuqları və qışlayan gözcüklər əmələ 

gəlir.  zoğun  aşağı  buğumlarındakı  tumurcuqlar  qida  azlığından  zəif  inkişaflı  olur. 

Onların formalaşması fazanın başlanğıcına düşür, bu vaxtlar yarpaqlar hələ oz optimal 

iriliyinə çatmadığından onların fotosintez fəaliyyəti də lazımi həddə olmur. Ən inkişaflı 

tumurcuqlar  zoğun  intensiv  böyüyən  vaxtlarında  olur  (zoğun  orta  hissəsi).  Zoğun 

intensiv  böyüyən  vaxtlarındakı  yarpaqlar  maksimum  iriliyə  çatdıqda  onların  fəaliyyəti 

də yüksək olur.  

Cavan zoğlarda çiçək qruplarının görünməsi yaşıl əməliyyatın başlanmasını göstərir. 

Zoğlar  40-50  sm-ə  çatdıqda  onlar  bağlamalıdır.  Ancaq  əvvəlcə  artıq  zoğlar  (lazımsız) 

qoparıldıqdan  sonra  bağlama  aparılmalıdır.  Ikinci  fazanın  sonunda  kambi  qatının 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə