Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə45/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   207

 

94 


formalaşmasının  fəallığı  artdıığından  oduncaqdan  o  asanlıqla  ayrılır.  Bu  vaxt  zoğda 

həlqələmə aparmaq olar. İkinci fazanın sonunda təqribi məhsuldarlığı hesablamaq olar. 

İkinci faza dövründə aqrotexnika üçün vacib olan aşağıdakı bioloji mərhələləri qeyd 

etmək  olar:  zoğda  birinci  çiçək  qrupunun  görünməsi  haramı  zoğların  vurulmasının 

vaxtını  göstərir.  Yaşıl  zoğda  çiçək  qrupu  əvəzinə  (birinci  simpodial  budaqlanmada) 

bığcıq  görünürsə,  həmin  zoğun  barsız  olacağı  şübhəsizdir.  Barlı  və  barsız  zoğlar  bir-

birindən seçildikdə haramı zoğların ikinci dəfə vurulmasının vaxtını göstərir.  

Ikinci  fazada üzümlükdə torpağa qulluq işləri: suvarma, xəstəlik və zərərvericilərə 

qarşı  mübarizə  tədbirləri  həyata  keçirilməlidir.  Çiçəkləməyə  az  qalmış  zoğların  ucu 

qoparılmalıdır. Bu fazada və sonrakı fazalarda aparılan yaşıl əməliyyatdan ayrıca bəhs 

ediləcəkdir.  

Üçüncü  faza  çiçək  topasında  2-3qönçənin  açılması  ilə  başlayır.  Davam  etmə 

müddətinə görə fazaların ən qısa müddətlisidir. Üzümlükdə çiçəkləmə bərabər  getmir. 

Nəinki müxtəlif sortlarda, həm də eyni kolda çiçəkləmə eyni vaxtda getmir. Bir kolda 

çiçəkləmənin  başlanğıcı  gözcüklərin  açılmasından  asılıdır.  Gözcüklər  nə  qədər  tez 

oyansa çiçəklər də o qədər tez açılar. Çiçəkləmənin başlanmasına temperaturun böyük 

təsiri  vardır.  Bir  çox  tədqiqatçılara  görə  gözcüklərin  açılmağa  başlamasından 

çiçəkləməyə  qədər  təqribən  400

0

C  fəal  temperatur  tələb  olunur.  Göstərilən  miqdar 



temperatur toplanması çıçəkləmənin vaxtını göstərir.  

Temperatur  artdıqca  çiçəkləmə  də  yaxınlaşır.  Bunu  onda  görmək  olur  ki,  torpağa 

yaxın  çiçək  qruplarında  və  basmalarda  çıçəkləmə  tez  başlayır.  Temperatur  nə  qədər 

yüksək  olursa  olsun  yenə  də  çiçəklərin  hamısı  eyni  vaxtda  açmır.  Bir  çiçək  topasında 

çiçəkləmə 4-9 gün çəkir. Bir sortdan olan üzümlükdə əlverişli iqlim şəraitində 8-14 gün, 

müxtəlif  sortdan  olan  və  müxtəlif  torpaq  səthində  bitən  üzümlükdə  çiçəkləmə  22  gün 

çəkir.  Çiçəkləmə  nə  qədər  gec  başlasa  bir  o  qədər  də  intensiv  gedir.  Gün  ərzində 

çiçəkləmə aşağıdakı kimi olur. Çiçəklər səhər tezdən (6-7 arasında) açılır və saat 11-ə 

yaxın  azalır.  Az  sonra  tamamilə  dayanır.  Çiçəyin  ömrü  dişiciyin  ömrü  ilə  ölçülür. 

Erkəkciyin ömrü 5 gün, dişiciyin ömrü 7 gündür. Deməli 1 çiçəyin ömrü 7 gündür. 

Çiçəkləmə əvvəlcə yavaş,3-4-cü gündən etibarən sürətlənir və kütləvi xarakter alır. 

Bu  baxımdan  çiçəkləmə  fazası  başlanğıc,  kütləvi  və  azalmaqdan  ibarət 

yarımmərhələlərə  bölünür  buna  görə  süni  tozlama  da  üç  mərhələdə  aparılır:  çiçəklər 

25%, 50% və 75% açanda tozlama aparılır. 

Çiçəkləmənin  və  mayalanmanın  fiziologiyası  bir  çox  alimlər  tərəfindən 

öyrənilmişdir  (  bir  çox  bitkilərdə).  Ancaq  üzüm  bitkisinin  müxtəlif  tip  çiçəklərinin 

kimyəvi təhlili haqqında bu məlumatlar azdır.  

R.A.Kozmanın (Bolqar) məlumatlarına görə çiçəkləmə vaxtı çiçək qrupunda 81,19 - 

85,20 % su olur. Anamologiyaya uğramış çiçəklərdə su daha çox olur. NPK-nın miqdarı 

müxtəlif cins çiçəklərdə müxtəlifdir.  

Üzüm çiçəyində amin turşularının 15 növü aşkar edilmişdir. Ancaq çiçəyin tipindən 

asılı olaraq onların miqdarı dəyişir.  

Mayalanma nöqteyi-nəzərindən ağızcıq sapının və sütuncuq kanalının ötürücü kanal 

toxumalarının  fizioloji  amil  kimi  fiziki-kimyəvi  və  biokimyəvi  xüsusiyyətlərinin 

əhəmiyyəti qeyd edilməlidir. Ağızcıq tükcüyünün tərkibində dabbaq maddələri olduğu 

halda sütuncuq kanalı saplarında bu maddələr yoxdur.  

Erkəkcik tozcuğunun pH(6,8-7,5) ağızcığın pH-dan (5,5-6,5) çoxdur . 



 

95 


Alçaq  ştamblı  kollarda  çiçəkləmə  tez  başlayır,  xırda  çiçək  qruplarına  nisbətən  iri 

çiçək qruplarında da çiçəkləmə tez başlayır. 

Çiçəkləmənin başlanğıcında çiçəklərin 4-5 %-i, kütləvi çıçəkləmədə 60-75%-i açmış 

olur. Çiçəkləmənin başlanğıc və sonu bir qədər ləngimiş olur. 

 Çiçək  tacı  çiçəkdən  düşəndən  dərhal  sonra  erkəkcik  saplağı  yuxarıya  doğru 

dartılaraq  uzanır  və  erkəkcik  tozcuğunu  dişiciyin  ağzcığından  45

0

-li  bucaq  altında 



aralayır. Tac atılan vaxtı və yaxud ondan bir qədər sonra toz kisəsi partlayır. Çiçəkləmə 

prosesi  uzandıqda  (sərin  və  yağışlı  havada  tac  düşən  məqamda  və  yaxud  azca  ondan 

sonra  erkəkcik  tozcuğu  partlayır).  Sürətli  çiçəkləmədə  isə  tac  düşəndən  1-60  dəqiqə 

ərzində bu proses baş verir.  

Erkəkcik saplağı toz kisəsi partlayandan təqribən bir gün sonra soluxur və quruyub 

düşür.  Qönçə  açıldıqdan  az  sonra  dişiciyin  ağızcığında  sekresiya  məhlulu  adlanan  bir 

damcı  toplanır.  Bu  damcının  vəzifəsi  ora  düşən  erkəkcik  tozcuğunu  cücərtməkdən 

ibarətdir. Sekresiya damcısının əmələ gəlməsi çiçəkləmədə olduğu kimi özünə məxsus 

daxili  endogen  ritmə  malikdir.  Bir  qayda  olaraq  sekresiya  məhlulu  erkən  səhər 

saatlarında,  bir  də  axşam  üstü  (saat  17-18-də)  görünməyə  başlayır.  Ağızcıqda  məhlul 

əmələ  gəlməsi  mayalanma  gedənə  qədər  və  yaxud  ağızcıq  qonurlaşana  qədər  davam 

edir.  Çiçəklər  açıldıqdan  10-12  gün  sonra  qocalıb  məhv  olur.  Sekresiya  məhlulunun 

əmələ  gəlməsi  dayandıqdan  sonra  çiçək  saplağında  ayırıcı  hüceyrə  qatı  əmələ  gəlir( 

mayalanmamış çiçəklərdə) və çiçəklər tökülməyə başlayır. 

Üzüm  istixana  şəraitində  becərildikdə  o  qədər  sekresiya  məhlulu  əmələ  gəlir  ki,  o 

ağızcıqdan axmağa başlayır və özü ilə ora düşmüş erkəkcik tozcuğunu da aparır. 

Mayalanma  prosesində  toz  borusunun  əmələ  gəlməsində  sekresiya  məhlulunun 

əhəmiyyəti  bir  çox  tədqiqatçılar  tərəfindən  qeyd  edilmişdir.  Quru  havada  sekresiya 

məhlulu quruyur və erkəkcik tozcuğu boru əmələ gətirə bilmir. Bu məhlulu yalnız öz-

özünü  tozlaya  bilən  və  funksional  dişi  tipli  çiçəklər  ifraz  edə  bilir.  Xarici  və  daxili 

şəraitdən  asılı  olaraq  məhlulun  qatılığı  müxtəlif  ola  bilər.  Məhlulun  olmaması  isə 

çiçəyin  tökülməsi  ilə  nəticələnir.  Funksional  dişi  tipli  çiçəklərin  sekresiya  fəaliyyəti 

daha güclüdür.  

V .Vinifera Silvestrisin (yabanı üzüm) müxtəlif cinsli çiçəkləri və mədəni üzümün 

öz-özünü  tozlayan  bəzi  sortlarında  çiçəkləmə  prosesi  tac  düşmədən  mayalanma  fertil 

tozcuğu olan sortlarda gedir. Funksional dişi tipli çiçəklərdə bu cür mayalanma yalnız 

toxumsuz gilələr verə bilir. Bu cür öz-özünü tozlayan sortlar (məs. Qara medok, Əsgəri, 

Muskat matyaş yanoş) kleystoqamiyaya meyllidirlər. Bəzən xəstə çiçəklərdə də bu cür 

mayalanma gedir. 

Yabanı üzüm küləklə tozlanan (anemofil) bitkidir. Ikicinsli çiçəklərin kasa yarpağı 

zəif  inkişaflıdır,  ləçəkləri  sadə  və  yaşıldır,  çiçəkləmə  vaxtı  çiçəkdən  düşür,  dişicik 

nəzərə  çarpan  rəngli  deyil,  erkəkcik  tozcuqlarının  səthi  hamar  və  qurudur.  Funksional 

dişi tipli çiçəklər küləyin və həşəratın gətirdiyi tozcuqla tozlanır.  

Çiçəklərdə  tozlanma  və  mayalanma  kimi  mürəkkəb  fizioloji  proseslərin  gedişində 

iqlim  şəraitinin,  xüsusilə  temperaturun  olduqca  böyük  əhəmiyyəti  vardır.  15

0



temperaturda  çiçəkləmə  gedir,  ancaq  mayalanma  getmir.  17-19

0

C



 

temperaturda 

mayalanma  gedir,  ancaq  onun  intensivliyi  zəif  olur.  Çiçəkləmə  və  mayalanmanın 

getməsi  üçün  25-35

0

C  optimal  hesab  edilir.  35



0

C-də  çiçəkləmənin  sürəti  artır,  ancaq 

mayalanmanın  keyfiyyəti  azalır.  Bu  halda  çiçəklər  və  mayalanmış  yumurtalıqlar  çox 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə