Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə46/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   207

 

96 


tökülür. 

Çıçəkləmə  və  mayalanmanın  normal  getməsi  üçün  tümperaturun  əlverişli 

olmasından başqa nəmliyin də normal olması vacib şərtdir. Çiçəkləmə vaxtı nəmlik çox 

olduqda  dişiciyin  ağzındakı  nektar  şirəsi  yuyulur.  Botanikadan  məlumdur  ki,  nektar 

şərəsi dişiciyin ağızcığına düşən erkəkcik tozcuğunu tutub saxlayır və onun cücərməsinə 

əlverişli mühit şəraiti yaradır.  

Çiçəkləməyə  qədər  və  yaxud  çiçəkləmə  vaxtı  funksional  çiçəyə  malik  üzüm 

sortlarında  süni  tozlama  aparmaq  üçün  erkək  tipli  çiçəklər  tədarük  edilməlidir.  Hal-

hazırda üzümlüklərimizdə funksional çiçəyə malik qiymətli üzüm sortları olduğuna görə 

ya  onların  yanında  tozlayıcı  sortlar  əkilməlidir,  ya  da  erkək  tipli  çiçəklərlə 

tozlanmalıdır. Süni tozlanma ilə həmin üzüm sortlarının (Ağ şanı, Tavkveri, Nimrəng, 

Xəzəri, Xatuni, Çauş və s.) məhsuldarlığını 90-99% artırmaq olur. Süni tozlama 3 dəfə 

(25%,50%, 75% çiçəklər açılanda) səhərlər aparmaq lazımdır.  

Üzümlüklərdə  çiçəkləmə  vaxtını  düzgün  təyin  etmək  lazımdır  ki,  bəzi  tədbirlərin 

təqvim  müddəti  onunla  uzlaşdırılsın.  Çiçəkləmənin  vaxtını  daha  dəqiq  bilmək  üçün 

ayrı-ayrı  sortlarda  müşahidə  aparıb  əmələ  gəlmiş  yarpaqların  sayı  nüəyyənləşdirilsin. 

Müəyyən edilmişdir ki, Qazax-Gəncə bölgəsində Təbrizi sortunda 14-16, Bolqarda 14-

16,  Rkasitelidə  14-15,  Bayanşırədə  14-15  yarpaq  əmələ  gəldikdə  çiçəkləmə  başlayır. 

Bundan  başqa  çiçəkləmənin  vaxtını  qönçənin  ucunda  rəngin  dəyişməsi  ilə  də  təyin 

etmək mümkündür. Çiçəkləməyə yaxın qönçənin uc tərəfindəki yaşıl fonlu qəhvəyirəng 

(tacin  rəngi)  açılaraq  yaşıl  fonlu  sarıya  çalır.  (F.H.Şəruifov).  Ancaq  yarpağın  sayına 

görə çiçəkləmə vaxtının təyini daha dəqiqdir. 

Çiçəkləmə  vaxtı  havanın  gündəlik  temperaturu  diqqətlə  izlənməlidir.  Bunun  üçün 

hava  haqqında  proqnoz  əldə  edilməli  və  ona  müvafiq  olaraq  fəalliyyət  qurulmalıdır. 

Əgər  temperaturun  15

0

C-dən  aşağıya  düşməsi  gözlənilirsə  onda  tüstü  əmələ  gətirən 



peyin  komalarından və  yaxud tüstüləndirici  şaşkilərdən istifadə edilməlidir. Bir hektar 

üzümlük  sahəsində  40-60  peyin  koması  düzəldilməlidir.  Peyin  komasının  eni  1,5-2 

metr, hündürlüyü  1metr  olmalıdır. Peyin  tüstüsü  havanın  temperaturunu 2-3

0

C qaldıra 



bilir. 

Aşağı temperaturda tozcuqlar zəif inkişaf edir və yaxud sterillik xüsusiyyəti qazanır. 

Ona  görə  də  çiçəkləmənin  əvvəlindən  tozcuqların  fertilliyi  (  həyat  qabiliyyəti)  üzrə 

müşahidələr aparılmalıdır. Səhər saat 10-11 arasında üzümlükdə salxımlar kağız üzərinə 

silkələnir və tozcuqlar yığılır. Tozcuqlar əşya şüşəsi üzərindəki 1 damla şəkər məhlulu 

üzərinə  qoyulur  (  qlükoza  şəkəri  daha  yaxşıdır).  Onun  üstü  örtücü  şüşə  ilə  örtülür  və 

Petr kasasına qoyulur və üstü süzgəc kağızla örtülür. 10-12 saatdan sonra əşya şüşəsinə 

mikroskop  altında  baxılır.  Tozcuqların  70-80%  cücərməsi  normal  hesab  edilir.Əgər 

cücərmə 20% və ondan az olarsa bu tozcuqlar tozlama üçün yararlı hesab edilmir. 

Kütləvi  çiçəkləmədən  sonra  mayalanmanın  necə  getməsini  yoxlamaq  üçün 

üzümlüyə  baxış  keçirilir.  Əsasən  çiçəklərdə  dişiciyin  ağızsığının  vəziyyətinə  baxılır. 

əgər  çiçəklərdə  dişiciyin  ağızcığının  rəngi  qonurlaşıbsa  deməli  mayalanma 

müvəffəqiyyətli  olmuşdur.  Ağızcıq  müəyyən  müddət  təravətli  qalırsa  və  orada  xırda 

məhlul  damcısı  görünürsə,  deməli  hər  hansı  səbəbdən  mayalanma  getmir.  Bu  halda 

təcili olaraq çiçəklər mayalandırılmalıdır. 

Salxımda  gilənin  az  olmasının  bir  çox  səbəbləri  vardır.  Onlardan  ən  başlıcası 

çiçəkdə tozlanmanın və mayalanmanın pis getməsidir. Qida maddələrinin çatışmazlığı, 



 

97 


çiçəyin quruluşundakı çatışmazlıq, uyğun tozlayıcının olmaması, eləcə də bəzi sortların 

çiçəklərini  (Hamburq  muskatı,  Rişbaba,  Ağ  Hüseyni,  Isgəndəryyə  Muskatı,  Kardinal, 

Saperavi,Senso və s.) çox tökməyə meyilli olması kimi bioloji xüsusiyyətə malik olması 

da vacib səbəblərdəndir. Çiçəyin tökülməsinin əsas səbəbləri sonrakı bir mövzuda izah 

ediləcəkdir. 

Çiçəklərin çox tökülməsinin əsas səbəblərindən biri də yaşıl amaliyyatın vaxtında və 

keyfiyyətlə  aparılmamasıdır.  Bir  çox  üzüm  sortlarında  zoğların  ucnun  qoparılması 

əməliyyatının  çiçəklərin  tökülməsinə  təsiri  vardır.  Ancaq  meteoroloji  səbəbin 

nizamlanması və yaxud ona qarşı mübarizə bir qədər çətinlik törədir. 

Dördüncü  fazanın  əvvəlində  mayalanmış  yumurtalıqlar  böyüməyə  başlayır  və  bir 

qədər  sonra  giləyə  çevrilir.  Mayalanmış  yumurtalıqların  tez  böyüməsi  üçün  plastik  və 

fizioloji  fəal  maddələrin  axımı  sürətlənməlidir.  bndan  başqa,  onların  böyüməsi  üçün 

yüksək temperatur, yaxşı işıqlanma və normal yarpaq səthi lazımdır. 

C.Uinkler gilənin böyüməsini üç dövrə bölür. Bir çox çəyirdəkli meyvə bitkilərində 

və  toxumlu  üzüm  sortlarında  birinci  dövrdə  gilə  həcmcə  tez  böyüyür,  toxum 

embrionunun  böyüməsi  sürətlənir,  gilənin  böyüməsi  yavaşıyır.  Üçüncü  dövrdə  gilənin 

böyüməsi yenidən sürətlənir. 

Üzüm  bitkisinin  fiziologiyası  öyrənilərkən  salxım  və  giləyə  böyük  diqqət 

yetirilmişdir.  Gilə  yeganə  orqandır  ki,  onun  təsərrüfat  əhəmiyyəti  vardır.  Onun 

tərkibindəki  şəkər  və  digər  qida  maddələri  imkan  verir  ki,  o  təzə  halda  yeyilsin  və 

sənayedə  emal  olunsun.  Bir  çox  yüzilliklər  ərzində  emprik  müşahidələr  əsasında 

üzümün  keyfiyyəti  üzrə  anlayış  formalaşmışdır.  Başqa  bir  kənd  təsərrüfatı  bitkisi 

yoxdur ki, onun keyfiyyəti haqqında bu qədər məlumat əldə edilmiş olsun. 

Dördüncü  fazanın  əvvəlinə  mayalanmış  ymurtaləqlar  böyüməyə  başlayır  və  bir 

qədər  sonra  giləyə  çevrilir.mayalanmış  yumurtalıqların  tez  böyüməsi  üçün  plastik  və 

fizioloji  fəal  maddələrin  axımı  sürətlənməlidir.  Bundan  başqa  onların  böyüməsi  üçün 

yüksək temperatur, yaxşı işıqlanma və normal yarpaq səthi lazımdır. 

Dördüncü  fazada  zoğlarda,  gilələrdə  və  yarpaqlarda  bir  sıra  morfoloji  və  fizioloi 

dəyişkənliklər baş verir. Zoğların böyüməsi zəifləyir. Bığcığın qarmağı  get-gedə açılır 

və  fazanın  sonunda  tamamilə  dayanır.  Bu  fazada  əmələ  gələn  yarpaqlar  əvvəlki 

fazalarda  əmələ  gələn  yarpaqlardan  kiçik  olur.  Eyni  zamanda  yarpaqlar  sorta  məvsus 

əlamətlərini  də  lazımınca  saxlamır.  Qışlayan  gözcüklər  tədricən  həcmini  böyüdür.  Bu 

vaxt  onlarda  çiçək  topalarının  diferensasiyası  (formalaşması)  gedir.  Bunun  üçün  hələ 

tənəyə  cavan  yarpaqlar  lazım  olduğundan  bu  fazada  da  üzümlüyə  qulluq  işləri  davam 

etdirilməlidir ki, mümkün qədər zoğlarda böyümə tez dayanmasın ki, cavan yarpaqların 

fotosintetik gücündən bitki istifadə edə bilsin.  

Dördüncü fazada kambi qatının fəallığı untensivləşdiyindən zoğlarda eninə böyümə 

artır, yəni, zoğların diametri böyüyür. 

Zoğlarda oduncaqlaşma prosesi əsasən hüceyrə qlafının qalınlaşması nəticəsində baş 

verir.  Qalınlaşma  hüceyrələrdən  alınan  sədəf  maddələrinin:  liqnin,  hemüsellüloza, 

mineral maddələr və s. hesabına gedir. Bu vaxt hüceyrələrin qlafında, rpotoplazmasında 

və digər hissələrində su azalır, hüceyrə şirəsinin qatılığı artır (osmos təzyiqinin artması 

nəticəsində)  və  müxtəlif  müqavimət  göstərici  maddələr  əmələ  gətirir.  Bu  proses 

hüceyrədə nişastanın artması ilə əlaqədardır. 

Zoğların  əsasındakı  yarpaqlar  qocalır,  saralır  və  fəaliyyəti  zəifləyir,  daha  doğrusu 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə