Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə47/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   207

 

98 


onlar tənəyə artıq yük olmağa aşlayır. Zoğun orta hissəsindəki yarpaqların assımilyasiya 

fəaliyyəti  bu  fazada  maksimuma  çatır,  bunun  nəticəsində  fotosintez  güclənir  və 

assimilyantlar çox toplanır.  

Plastik  maddələrin  köklərə  axımının  artması  ilə  əlaqədar  olaraq  onlarda  uducd 

köklərin  miqdarı  çoxalır.  Fazanın  ortasında  və  axırlarında  sortdan  asılı  olaraq  yaşıl 

zoğlarda yetişmə başlayır və qışa hazırlığın əsası qoyulur. Bu vaxt ştambda və çoxillik 

hissələrdə əmələ gələn fellogen sonradan mantar qatı əmələ gətirir. Mantar qatı əmələ 

gəldikdə qabıq hissələri əmələ gəlməyə başlayır.  

Yuxarıda  qeyd  etdiyimiz  kimi  fazanın  ortalarından  etibarən  zoğların  böyüməsi 

zəifləyir.  Bu  səbəbdən  də  onların  ucu  az  əyilir,  elə  bil  ki,  qarmaq  düzəlmək  üzrədir, 

yarpaqlar  kiçilir,  buğumaraları  qısalır.  Qışlayan  gözcüyün  həcmi  böyüyür.  Bu  vaxt 

onlarda  embrional  çiçək  qruplarının  böyüməsi  intensivləşir.  Çiçək  qruplarının 

formalaşmasının  müvəffəqiyyətli  olması  üçün  hələ  fazanın  əvvəlində  zoğların 

böyüməsi,  yarpaq  səthinin  böyüməsi  və  assimilyasiya  fəaliyyətinin  güclənməsi  üçün 

kollara əlverişli şərait yaradılmalıdır. Formanın axırlarında zoğun uzunu boyu qışlayan 

gözcüklərdə çiçək qrupları artıq əmələ gəlmiş olur.  

Zoğun  yetişməsinə  xarici  şəraitin  də  böyük  təsiri  vardır.  Digər  əlverişli  amillərlə 

yanaşı temperatur şəraitinin optimallığı və intensiv ( fotoperiodizm) işılanma da zoğun 

yetişməsinə təsir göstərir. Zoğun yetişməsinə optimal nəmlik və normal qida şəraitinin 

əhəmiyyətli  dərəcədə  təsiri  vardır.  Mineral  kübrələr  verildikdə  daha  yaxşı  nəticələr 

alınır. Bu fazada kalium kübrəsi zoğun və gilənin yetişməsini sürətləndirir. Azot kübrəsi 

isə  bu  prosesi  ləngidir.  Bir  qayda  olaraq  yumurtalıqların  və  giləciklərin  bir  qismi 

böyüməkdən  dayanır,  belə  gilələr  sarımtıl  yaşıl  rəng  alır  və  3-4  mm-ə  çatdıqda  onlar 

tökülür. Bu hal salxımda gilənin az və yaxud çox olmasını müəyyən edir. Onların çox 

və yaxud az olması salxımın sıx və seyrəkliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.  

Dörduncü  fazanın  əvəllində  əmələ  gəlmiş  gilələr  ölçü  etibarı  ilə  artır  və  xlorofilin 

artmasına görə tünd-yaşıl rəng alır. Bu fazada xlorofil tədriclə zülali maddələr və taninlə 

toxumalardan ətrafa toplanır. Adətən yumurtacıqların və gilələrin bir hissəsi demək olar 

ki, böyüməkdən qalır. Yuxarıda deyildiyi kimi belə gilələr tökülür. 

 Çiçəklərin  və  gilələrin  tökülməsi  aşağıdakı  kimi  sistemləsdirilmişdir:  Metreoloji 

səbəb, patoloji səbəb, üzvi səbəb və fizioloji səbəb. 

Meteoroloji səbəb çiçəkləmə vaxtı temperatur optimaldan aşağı düşdükdə, yağış və 

dolu yağdıqda, quru isti küləklər əsdikdə əsasən çiçəklər, müəyyən miqdarda da gilələr 

tökülür. Bunların bir qisminin mənfi təsirini azaltmağın yolları mövcuddur. 

Məsələn  temperaturun  kəskin  aşağı  düşmısini  tüstü  əmələ  gətirməklə,  küləyin 

təsirini meşə zolağı salmaqla azaltmaq mümkündür. Ancaq yağış və dolununu qarşısını 

almaq mümkün deyildir.  



Patoloji səbəb- Məlum xəstəliklərdən hər biri çiçəyi və giləni tökə bilib. Çiçəkləmə 

vaxtı hava şəraitinin əlıverişsizliyindən və xəstəliklərə qarşı, xüsusilə mildiu xəstəliyinə 

qarşı  mübarizənin  aparılmamasından  çiçəklə  və  gilələr  tökülür.  Xəstəliklərə  qarşı 

aqrotexniki  və  kimyəvi  mübarizə  üculları  mövcuddur.  ən  yaxşı  nəticə  profilaktiki 

mübarizədə alınır. 

Üzvi  səbəb-  Üzüm  bitkisində  müxtəlif  tipli  çiçəklər  olur.  Erkək  tipli  çiçəklərdə 

dişicik  olmadığından onların hamısı  tökülür.  Dişi tipli çiçəklərin erkəkcikləri  sterildir. 

Onlar  mayalanma  prosesində  iştirak  etmir.  Kənar  tozcuq  olmadıqda  onlar  mayalanmır 



 

99 


və tökülür. 

Fizioloji səbəb- Üzüm bitkisində vegetativ və generativ orqanlar arasında asılılığın 

pozulan  halları  olur.  Bu  hal  aradan  qaldırıldıqda  çiçəklər  az  tökülür.  Kol  çox  güclü 

olduqda  və  onun  yükü  az  olduqda,  kol  zəif  olduqda  və  yaxud  normal  güclü  olduqda, 

kolda yük gücünə uyğun olmadıqda çiçəklər və mayalanmış yumurtalıqlar tökülür.  

Çiçək  və  gilənin  tökülmə  səbəblərini  təhlil  edərək  belə  nəticəyə  gəlmək  olur  ki, 

meteoroloji səbəbdən başqa digər səbəblərin qarşısını almaq mümkündür. 

Dördüncü  fazada  gilələr  böyüdükcə  onların  səthindəki  ağızcıqların  miqdarı  azalır. 

Gilələr 4-5 mm-ə çatdıqda bütün ağızcıqlar deformasiya edir. 

Bu vaxt ağızcıqlar ancaq gilə saplağında qalır. Bu baxımdan formalaşmış gilələrin 

mildiu  xəstəliyinə  tutulma  ehtimalı  azalır.  Gilələrdə  ağızcıqlar  deformasiyaya 

uğradıqdan  sonra  onlarda  fotosintez  zəifləyir.  Fazanın  sonunda  gilədə  xlorofil  və 

nişastanın miqdarı xeyli azalır, şəkər isə çoxalmağa başlayır. Fazanın ortalarında gilədə 

böyümə  maksimum  həddə  çatır,  sonra  da  böyümənin  sutkalıq  artımı  müşahidə  edilir, 

fazanın  sonunda  isə  dayanır.  Gilələrin  həcminin  artması  üçün  temperaturdan  başqa 

rütubətin də rolu vardır. Fazanın sonuna yaxın gilədə suyun miqdarı artmağa başlayır.  

Gilələr  özünün  böyüməsinə  və  tənəffüsünə  sərf  olunan  üzvi  maddələrin  beşdə  biri 

qədər  karbon  assimilyasiya  edir.  Gilədə  ağızcıqların  deformasiyası  ilə  əlaqədar  olaraq 

karbon azalır. Bununla da gilə böyüdükcə artan nişasta indi azalmağa başlayır. Fazanın 

sonunda gilədə xlorofil və nişastanın miqdarı cüzi həddə enir. Fazanın sonunda gilədə 

taninin də miqdarı xeyli azalır. 

Fazanın əvvəlində 1 kq üzümdə şəkərin miqdarı 5-6 qram olursa, sonuna yaxın 10-

15 qrama çatır. Gilə böyüdükcə onda şəkərin miqdarı artaraq 30-40 qrama şatır ( 1 kq-

da). Fazanın ikinci yarısında şəkər artımı dəyişməz qalır və bu vəziyyət fazanın sonuna 

qədər davam edir. 

Dördüncü fazada aqrotexnika üçün aşağıdakı bioloji mərhələlər qeyd edilməlidir: 

 



faza başladıqdan 40-45 gün sonra gilədə ağızcıqların itməsi və xəstəliyin ancaq 

yastıqcıqdan  keçməsi  ehtimalı  mildiu  xəstəliyinə  qarşı  mübarizə  üsulu  və  vaxtını 

müəyyən  edir.  Gilələrin  qabığının  və  toxumalarının  incəliyi  xəstəliklərə  qarşı 

mübarizəni çox diqqətli aparmağı tələb edir

 

zoğların böyüməsi və bununla əlaqədar olaraq böyük  yarpaq kütləsinin inkişafı 



faza  dövründə  assimilyatların  normal  toplanmasını,  zoğların  yetişməsini,  gilələrin 

sürətli böyüməsini təmin edən aqrotexniki tədbirlər görülməsini tələb edir. 

 

tumurcuqlarda çiçək qrupunun əsası qoyulduğu vaxtda kolda zoğun qidalanması 



və  böyüməsi,  eləcə  də  gilələrin  böyüməsini  təmin  etmək  məqsədi  ilə  müvafiq 

aqrotexniki tədbirlər vaxtında və düzgün yerinə yetirilməlidir. 

 Mülayim  isti  iqlim  şəraitində  dördüncü  faza  1,5-  2  ay  davam  edir.  Fazaların 

içərisində ikinci və dördüncü fazalar ən uzun müddətlidir. Ancaq üzüm sortlarından və 

hava  şəraitindən  asılı  olaraq  dördüncü  faza  kəskin  fərqlidir.  Ayrı-ayrı  sortların  tələb 

etdiyi fəal temperaturun miqdarı da fərqlidir. 

Bir-birindən  kəskin  fərqlənən  iki  sortun  timsalında  bu  məsələni  belə  izah  edərdik: 

Son illərdə (2005) Respublikamıza Fransadan gətirilmiş Prima sortu ilə yerli Bayanşirə 

sortu təqribən eyni vaxtda çiçəklədiklərinə baxmayaraq onların tam yetişməsi arasında 

böyük fərq vardır. Respublikanın Qərb bölgəsi şəraitində Prima sortu texniki (yeyilmə) 

yetişkənliyə  iyunun  ikinci  dekadasında,  tam  yetişməyə  iyulun  birinci  dekadasında, 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə