Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə49/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   207

 

103 


eral 

maddələ


.322 


.77

2.25



6.1


60 

.692  205 

2.0 

0.0 


Azo

tlu 


maddələ

2



.247 

5

.45



5

.586 



3

6.2


40 

2

3.81



2

5.0 



1

4.0 


Tani


n  

 



8

.526 


 

1

3.86



1



2.4 

1

7.2 



Züla

1



.264 

4

.45



5

03.3



30 

2

40.



092 

1

58.4



41 

4

00.



9

6.4 



3

13.


Yağ  




1

.531 



9

6.4 


Uçu



cu 

turşular 





1



9.6 



 

 

 



 

 

 




104

 

 



buşe,  Qame  freo,  Qran  nuar).  Gilə  yetişdikcə  rəngverici  maddələr  çoxalır. 

Gilədə  su  azaldığına  görə  şirənin  qatılığı  artır.  Nişasta  ancaq  daraqda  və  gilə 

saplağında olur. 

Dördüncü fazanın sonunda ümumi turşuluq zəif artdığı halda, beşinci fazanın 

ortalarından  etibarən  azalmağa  başlayır.  Eyni  zamanda  dabbaq  madddələri  də 

azalmağa  başlayır.  Zülallar  və  azotlu  maddələr  isə  artmağa  başlayır.  Suyun 

azalması  hesabına  şəkər  məhlulunun  qatılığı  artır.  Nişasta  daraq  və  gilə 

saplağında  qalır.Yetişmə  davam  etdikcə  həmin  orqanlarda  nişasta  azalır  və 

fazanın sonuna yaxın yox olur. 

Toxum  yetişməyə  başlayır,  onun  toxumalarında  su  azalır.  Toxum  qabığında 

tanin  artır.  Toxum  boruları  fəaliyyətdən  düşür  və  hava  ilə  dolur.  Endosperm 

bərkiyir və toxum qəhvəyi rəng alır. Toxumun dimdiyi odunlaşır. Toxum rüşeymi 

embrional  inkişafını  başa  vurur.  Bundan  sonra  toxumun  yetişməsi  başa  çatır  və 

cücərməyə hazır olur. 

Beşinci fazada aşağıdakı bioloji məqamlar qeyd edilməlidir: 

1)

 



Gilələr  yetişir:  bu  vaxt  giləyə  yarpaqlardan  şəkər  axır,  köklərdən  isə 

kalium gəlir. 

2)

 

Zoğlar  yetişir:  Toxumaların  hüceyrələrində  diferensasiya  başa  çatır,  bu 



vəziyyətdə  nişasta  formasında  ehtiyat  qida  maddələri  toplanır,  su  azalır  və 

müdafiə  maddələri  yaranır.  İkinci  meristem  əmələ  gəlir  ki,  onlar  mantar  qatını 

əmələ gətirir. 

3)

 



Gözcükdə tumurcuqlar diferensasiya edir. Gözcük orqanlarının hamısında 

inkişaf başa çatır. 

Hüceyrə qatının radial istiqamətdə sıxılması nəticəsində gilənin qabığı incəlir 

və  şəffaflaşır.  Fazanın  əvvəlində  çox  elastik  olan  qabıq,  fazanın  sonunda 

elastikliyini itirir. Isti və quru havada elastiklik daha çox itirilir. Buna görədir ki, 

yağışlı  havada  gilənin  qabığı  partlayır.  Bəzi  sortlarda  bu  vəziyyət  qaha  qabarıq 

şəkildə üzə çıxır ( Bayanşirə, Macar muskatı, Jemçuq saba, Qaraburnu). Gilənin 

kənarında (qabığın altı) ələkli borular fəaliyyətdən qalır və hava ilə dolur. 

Beşinci fazanın sonunda zoğların böyümə sürətinin zəiflədiyi anda və zoğlar 

ümumi uzunluğunun yarısına qədər yetişdikdə onların ucunun vurulması vaxtının 

çatdığını  göstərir.  Zoğun  aşağı  yarpaqları  qocaldığına  və  salxımları 

kölgələndiklərinə görə onların qoparılması zəruriyyəti yaranır. 

Bunlarla  yanaşı  fazanın  normal  başa  çatması  üçün  üzümlükdə  görüləsi  iºlər 

elə  diqqətlə  yerinə  yetirilməlidir  ki,  cavan  yarpaqlar  assimilyasiya  qabiliyyətini 

müəyyən müddət saxlaya bilsin.  

Beşinci fazanın axırından etibarən tənəyin yarpaqlarında payız rəngi başlayır.  

Gilənin  yetişməsi  üçün  optimal  temperatura  28-32

0

C  hesab  edilir.14-16



0

C-

dən aşağı və 40



0

C-dən yuxarı temperaturda gilələrdə yetişmə yavaş gedir. Gilənin 




105

 

 



yetişməyə başlamasından fizioloji yetişməyə qədər 1048-1644

0

C tələb olunur. Bu 



fazada  bütün  aqrotexniki  tədbirlər  gilənin  yaxşı  yetişməsinə  və  şəkərin  çox 

toplanmasina yönəldilməlidir. Gilədə şəkər hər bir emal məhsulunun tələb etdiyi 

kondisiyaya  çatmalıdır.  Gilənin  kimyəvi  tərkibinə  nəzarət  ciddiyyətlə 

izlənməlidir.  Fazanın  sonuna  yaxın  torpağın  tipindən,  su  keçirmə  və  su  tutumu 

qabiliyyətindən və alınan məhsulun istifadə istiqamətindən asıılı olaraq suvarma 

dayandırılır. Dəmyə şəraitində yağışdan sonra torpaq  yumşaldırmalıdır, kollarda 

axırıncı  yaşıl  əməliyyat  aparılmalıdır.  Üzümlükdə  aprobasiya,  kütləvi  və  klon 

seleksiyası aparılmalı və məhsuldarlıq müəyyən edilməlidir. 



Altıncı  faza-  yarpaqların  tökülməsi  fizioloji  yetişmənin  əvvəlindən  başlayır. 

Burada  zoğların  yetişmə  intensivliyi  davam  edir.  Bu  fazada  tənəkdə  üzvi 

maddələrin sintezi fəal sürətlə davam edir, bu maddələr zoğlarda yetişmənin başa 

çatmasına  kömək  edir.  Bundan  başqa  kök,  ştamb,  qollar  və  zoğlarda  ehtiyat 

halında nişasta toplanır. Həmin orqanlarda nisaşta nə qədər çox toplanarsa , bir o 

qədər də tənəyin qışa davamlılığı artar. Yaxşı  yetişmiş zoğdan keyfiyyətli calaq 

və əkin materialı əldə edilir. Calaq və əkin mateialı tədarükünün ən yaxşı vaxtı bu 

vaxtdır.  Bu  məqamda  zoğlardakı  qida  maddələri  hələ  çoxillik  hissələrə  axıb 

getməmiş olur. Fazaya başlanğıcın dəqiq vaxtı müəyyən deyil. Bunun üçün 3 üsul 

mövcuddur: 1) orqanoleptiki,2) anatomik və 3) kimyəvi. 



Orqanoleptiki üsulla yetişmiş gilənin keyfiyyəti dad və duyğu o0rqanları ilə 

yoxlanır.  Fizioloji  yetişmiş  gilələr  saplaqdan  asanlıqla  ayrılır.  Gilə  ayrıldıqdan 

sonra saplaqda fırça şəkilli borular qalır. Gilənin qabığı şəffaflaşır, ləti yumşaq və 

şirəli  olur.  Toxum  bərkiyir  və  qəhvəyi  rəng  alır.  Fizioloji  yetişmənin 

başlanğıcında giləyə şəkər daxil olur və gilə saplağında nişasta yox olur. 

Anotomok  üsül-  daraq  və  gilə  saplağında  nişasta  zərrəciklərinin  tədqiqinə 

əsaslanır. Gilə saplağının eninə nazik kəsiyi yod məhlulu ilə işlənir və mikroskop 

altında  baxılır.  Nişasta  dənələri  yodun  təsirindən  tünd  göy  rəng  alır.  Bir  qayda 

olaraq fizioloji yetişmənin başlanğıcında toxumalarda çox cüzi miqdarda nişasta 

zərrəcikləri olur. 

Kimyəvi  üsul  gilə  şirəsində  şəkər  və  turşuluğun  təyininə  əsaslanır.  Gilədə 

şəkər  beşinci  faza  boyu  artmaqda  davam  edir.  Fazanın  sonunda  gilədə  şəkərin 

toplanma sürəti azalır, fizioloji yetişmə başladıqda isə tamamilə dayanır. Gilədə 

şəkərlərin miqdarı müəyyən müddət bir səviyyədə qalır. Sonralar gilənin yetişib 

ötməsi  başladıqda  şirənin  qatılığı  artır.  Şirənin  qatılığı  gilədən  suyun 

buxarlanması hesabına baş verir.  

Ümumi şəkər və turşuluq getdikcə azalır. Burada mütləq şəkər və nisbi şəkər 

məsələsinə  aydınlıq  gətirilməlidir.  Yuxarıda  qeyd  edildiyi  kimi  fizioloji 

yetişmədə  giləyə  şəkər  axımı  dayanır.  Şəkər  axımı  dayanana  qədər  olan  şəkər 

mütləq şəkərdən və tutaq ki, 20 q/100sm

3

 təşkil edir. Bir müddətdən sonra şirədə 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə