Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə51/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   207

109

 

 



müşahidə 

məntəqəsi 

ba

şlangıc


 

son


 

ba

şlangıc



 

son


 

ba

şlangıc



 

son


 

ba

şlanğıc



 

son


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Elmi istehsalat üzümlüklərinin hər bir sort və variantında fazaların başlanğıc 

və  sonu  haqqında  ilkin  məlumatlar  (rəqəmlər)  tarla  jurnalında  qeyd  edilməlidir. 

Qeydlərin  götürülməsi  prof.  M.A.Lazarevskinin  məlum  metodikasına 

əsaslanmalıdır. 

Şirə  hərəkətinin,  tumurcuqların  açılmağa  və  çiçkləməyə  başlamasını 

müşahidə  etmək  üçün  kollara  günaşırı  baxış  keçirilməlidir.  Gilənin  yetişməyə 

başlamasının  və  tam  yetişməsinin,  eləcə  də  yarpaqların  tökülməsinin  başıanğıcı 

beş gündən bir müşahidə edilməlidir. Bu məsələlər bəzən çətinlik törətdikdə altı 

fazanın yalnız başlanğıcı qeyd edilə bilər. 

Hər  hansı  fazanın  başlanğıcını  qeyd  etmək  üçün  həmin  sortdan  və  yaxud 

variantdan  olan  tənəklərin  5%-də  müvafiq  əlamətlər  müşahidə  edilməlidir. 

Məsələn gözcüklərin açılmasının başlanğıcını qeyd etmək üçün 100 tənəkdən 5- 

də  gözcüklər  açılmış  olmalıdır.  Həmin  fazanın  kütləvi  gedişində  50  tənəkdə 

gözcüklər açılmış olmalıdır.  

Vegetasiyanın  hər  bir  fazasında  ən  vacib  bioloji  mərhələlər  qeyd  edilir. 

Bunlar həmin fazaya uyğun aqrotexnikanın yerinə yetirilməsində vacib şərt kimi 

qiymətləndirilir.  Məsələn,  birinci  fazada  şirə  hərəkətinin  başlanğıc  və  kütləvi 

keçməsinin  qeydiyyatından  başqa,  tənəyin  orqanlarının  nə  vaxt  elastiki  olması 

qeyd  edilməlidir  ki,  həmin  vaxt  quru  bağlama  aparmaq  mümkün  olsun. 

Gözcüklərin  şişməsi  və  zoğların  böyüməyə  başlaması  tənəyin  şaxtaya  ən 

davamsız vaxtı hesab edilir. Bu vaxt  yaz şaxtaları gözlənilən  yerlərdə mübarizə 

işinin təşkili tələb olunur.  

Müşahidə vaxtı cavan zoğlarda çiçək qruplarının görünməsi tənəkdə barlı və 

barsız zoğların nizamlanması vaxtını xəbər verir. Qabığın oduncaqdan ayrılması 

həlqələmənin və göz calağının vaxtını göstərir. Yaşıl zoğların növbəti məftillərə 

çatması yaşıl bağlamaların vaxtını göstərir.  

Yaşıl zoğlarda böyümə dinamikası ( hər 5-10 gündən bir zoğun uzunluğnun 

ölçülməsi) fenoloji müşahidələrə daxildir. 

Fenoloji  müşahidələr  aparılarkən  xəstəlik  və  zərərvericilərin  üzə  cıxması 

vaxtı, bu və ya digər sahədə onların inkişafı qeyd edilməlidir. Bunlar gələcəkdə 

xəstəlik və zərərvericilərlə mübarizə işlərini müvəffəqiyyətlə təşkil etməyə imkan 

verir. 



110

 

 



Fenoloji 

müşahidələrin 

orta 

çoxillik 



məlumatlarının 

təsərrüfatda 

dəqiqləşdirilmiş aqrotexniki planların tutlmasında əhəmiyyəti vardır.  

Iqlimin  öyrənilməsi  üzrə  əldə  olunan  çoxillik  məlumatlar  əsasında  fenoloji 

xəritələr  tərtib  olunur.  Xəritədə  orta  fenotarixləri  olan  yerlər  (məntəqələr) 

göstərilir. Bəzən xəritədə həmin yerlər düz xətlə birləşdirilir və bu izofen adlanır. 

Hər  vegetasiya  dövrünün  sonunda  fenoloji  müşahidələrin  yekunu  təhlil 

olunur.  Hər  fazanın  davametmə  müddəti  və  bütövlükdə  vegetasiya  müddəti 

hesablanır.  Vegetasiya  müddəti  gözcüklərin  açılmağa  başlamasından  gilələrin 

tam yetişməsinə qədər olan günləri əhatə edir. 

Fenoloji  müşahidələrin  çoxillik  uçot  işlərinin  təhlili  vegetasiya  fazalarının 

keçməsində  bəzi  qanunauyğunluqların  üzə  çıxarılmasını  təmin  edir.  Məs.  yaz 

gecikdikdə  və  havalar  tez  isindikdə  birinci  fazaya  kütləvi  keçid  olur.  Bu  halda 

birinci fazaya keçid müxtəlif sortlar arasında fərqi azaldır. Yaz erkən gəldikdə və 

temperatur tədriclə qalxdıqda birinci fazaya keçid müxtəlif sortlar arasında fərqi 

artırır.  Tumurcuqların  açılmağa  başlaması  və  bu  fazaya  kütləvi  keçiddən  digər 

fazalar  da  asılıdır.  Müxtəlif  sortlarda  gözcüklərin  açılmasının  başlanğıcında  15-

20 günə qədər fərq olur, ən böyük fərq beşinci fazada özünü göstərir. 

 

 



111

 

 



Üzüm bitkisi becərilməsinin ekoloji Ģəraiti. 

 

Üzüm bitkisi xarici mühit amillərinin bilavasitə təsiri altında bitir və məhsul 

verir. Onun ayrı-ayrı mühit amillərinə reaksiyası, eləcə də, mühit amillərinin ayrı-

ayrı elementlərinin üzüm bitkisinə təsiri öyrənilmədən onun elmli idarə olunması 

mümkün deyildir. 

 Üzümlüyün  özünün  keyfiyyətini  təyin  edən  təbii  amillərə  iqlimi,  torpağı  və 

üzümlüyün  yerləşdiyi  yer  daxil  edilir.  Üzüm  bitkisinin  yerləşdiyi  yer  dedikdə 

onun bitdiyi torpaq və torpağın özündə və üzərindəki mikroiqlim nəzərdə tutulur. 

Mikroiqlim və torpaq məhsulun miqdar və keyfiyyətinə,eləcə də üzümdən alınan 

şərabın  keyfiyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.Mikroiqlim  birinci 

növbədə məhsuldarlığa  və şirənin  tərkibinə təsir göstərir. Torpaq və mikroiqlim 

əlaqəli şəkildə şərabın istiqamətini və çoxcəhətli xarakterini müəyyən edir. 

 Mikroiqlim  və  torpaqdan  ibarət  olan  yerləşmə  yeri  sortların  seçilməsini, 

kolların formalaşdırılmasını və torpağa qulluğun üsullarını müəyyən edir. 

 Üzüm  bitkisinin  ekologiyasının  (ekos  -  xarici  ,  lokos  -  elm  deməkdir) 

öyrənilməsinin 

aqrotexniki 

tədbirlərin 

səmərəli 

tədbiqində, 

sortların 

rayonlaşdırılması məsələlərinin düzgün həllində və yeni sort yaradılması məqsədi 

ilə aparılan seleksiya işlərində böyük əhəmiyyəti vardır. 

Yabanı halda üzüm bitkisi meşə şəraitində mülayim iqlim zonasında bitir. Bu 

şərait onun inkişafında (filogenez inkişaf dedikdə üzüm bitkisinin ilk dəfə əmələ 

gəldiyi vaxtdan bəri olan dövrü əhatə edir) əsas morfoloji əlamətlərini və fizioloji 

xüsusiyyətlərini  meydana  çıxarır.  Ancaq  mədəni  üzümün  müasir  arealında  ayrı-

ayrı  rayonların  təbii  iqlim  şəraiti  üzüm  bitkisinin  tələbatına  uyğun  gəlmir.Belə 

uyğunsuzluq olan yerlərdə aqrotexniki tədbirlərlə mühit şəraitini üzüm bitkisinin 

tələb  etdiyi  səviyyəyə  çatdırırlar.  Qışda  üzüm  bitkisinin  torpağa  basdırılması, 

quraq  olan  yerlərdə  üzümlüyün  suvarılması,  şimalda  üzüm  bitkisinin  istixanada 

becərilməsi və.s. 

 Üzüm bitkisinin müvəffəqiyyətli becərilməsi xarici mühitin iki qrup amilləri 

ilə müəyyən edilir; 1. İqlim və torpağın elementlərinin daxil olduğu mühit şəraiti 

– havanın temperaturu, günəşin işıqlandırması, yağıntılar, eləcə də torpağın fiziki 

və  kimyəvi  xüsusiyyətləri.  2.  Üzüm  bitkisinə  və  torpağa  təsir  edən  sistemlər  – 

torpağın  becərilmə  sistemi,  kübrələrin  verilməsi,  bitkilərə  verilən  qida  sahəsi, 

calaqaltı, kəsmə və formalaşdırma və.s. İkinci qrup amillər üzüm bitkisinin iqlim 

şəraiti və bioloji xüsusiyyətləri ilə əlaqədardır. 

 Bundan  başqa,  üzüm  bitkisinin  mühit  şəraitinə,  mühit  şəraitinin  üzüm 

bitkisinin  quruluşuna  və  fizioloji  funksiyasına  təsir  edən  kompleks  amillərə 

baxarkən əsas ekoloji amillərin onun böyüməsinə, inkişafına və məhsuldarlığına, 

məhsulun  keyfiyyət  və  kəmiyyətinə  təsirini  qiymətləndirərkən  belə  nəticəyə 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə