Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə52/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   207

112

 

 



gəlmək olur ki, hər bir ekoloji amil çox vacibdir, hətta həlledicidir, ancaq onların 

bir – biri ilə əlaqəsi və bir – birinə təsirini də qiymətləndirmək lazımdır. 

 Yaxşı  keyfiyyətli  yüksək  məhsul  alınması  üçün  mühitin  ayrı  –  ayrı  amilləri 

öyrənilir  və  onların  mövcudluq  qanunauyğunluğundan  üzüm  bitkisinin  xeyrinə 

istifadə edilir. 

 Üzüm  bitkisi  xarici  mühit  amillərinin  təsirindən  və  becərmə  tədbirlərinin 

təsirindən  dəyişən  və  bu  təsirlərə  tezliklə  öz  münasibətini  bildirən  bitkilər 

qrupuna daxildir. Bir çox hallarda məhsulun keyfiyyəti o dərəcədə dəyişir ki, bu 

dəyişkənlik üzümçülüyün ixtisaslaşdırılmasının seçilməsinə gətirib çıxarır ki, bu 

da  emal  məhsullarının  tipinin  və  markasının  müəyyən  edilməsini  tələb  edir. 

Bitkiyə əsaslı təsir edən mühit elementləri ekoloji amillər adlanır. 

 Geniş  mənada  mühit  təzahürləri  və  enerjinin  canlı  orqanizmə  təsiri  başa 

düşülməlidir.  Bitki  orqanizminə  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  mühit 

elementlərinə  havanın  və  torpağın  temperaturu,  torpaqda  və  havada  olan  su 

(nəmlik), havanın hərəkəti, tüstü qazları, qrunt sularının duzluluğu, təbii və suni 

radiasiya daxildir. 

 Mühit anlayışından  yaşayış şəraiti anlayışını vacib həyat amillərini (işıq, su, 

istilik, hava, torpaq ) fərqləndirmək lazımdır. Mənşə və fəaliyyət xarakterinə görə 

ekoloji amillər abiotik ( qeyri – üzvi və cansız mühit ) canlı orqanizmlərin təsiri 

ilə bağlı olan amillərdən ibarətdir. 

 Abiotik amillərə aiddir: 

İqlim amilləri – işıq, temperatur, nəmlik, atmosfer törəmələri

torpaq-  qrunt  amilləri  və  yaxud  edafik  amillər  (  torpağın  mexaniki  və 

kimyəvi, onların fiziki xüsusiyyətləri və.s.) 

topoqrafik ( oroqrafik ) – relyef şəraiti. 

Biotik amillər qrupuna daxildir: 

Fitogen  –  birgə  yaşayan  bitkilərin  bilavasitə  (  mexaniki  əlaqə,  simbioz, 

parazit xarakterli ), eləcə də dolayı ( bitiş yerinin dəyişməsi ) təsiri. 

 Zoogen – heyvanların təsiri və onların bitkiləri zədələməsi. 

 Amillərin  bu  cür  təsnifatına  vahid,  bir  –  birinə  qarşılıqlı  təsir  kimi 

baxılmalıdır,  onların  təsirinə  bir  –birindən  təcrid  olunmuş  şəkildə  baxmaq 

olmaz.Amillərdən  birinin  bitkiyə  təsiri  ekoloji  fondan,  yəni  digər  amillərin 

ifadəsindən çox asılıdır.  

 Ekoloji  amillərdən  başqa  bitkilər  antropoqen-insan  fəaliyyəti  ilə  bağlı 

amillərin  təsirinə  də  məruz  qalır.  Ekoloji  amillərin  dəyişməsinə  texnoloji 

tədbirlərin  də  təsiri  vardır:  cərgələrin  istiqamı,  əkin  sxemi,  becərilmə  sistemi, 

kolların  kəsilməsi  və  formalaşdırılması.  Bütün  bunlar  bu  və  ya  digər  ölçüdə 

aqrobiosenozu təmsil edən üzümlüyün fitoiqlimini təyin edir. 

 



113

 

 



Temperaturun üzüm bitkisinə təsiri. 

 Üzüm  bitkisi  istilik  sevəndir.  İstiliyə  tələbkarlığı  müsbət  8-10º  C 

temperaturada  oyanması  ilə  müəyyən  olunur.  Üzüm  bitkisi  üçün  temperatur 

şəraiti günəş şüasının torpağı və havanı isitməsi ilə nizamlanır.Gündüzlər günəş 

şüaları  tənəyin  yerüstü  orqanlarını  və  torpağı  qızdırır.  Eyni  zamanda  gecələr 

tənəyin orqanlarından və torpaq səthindən istilik çıxır və onlar soyuyur. Gecələr 

torpağın soyuması gündüzlər isə qızması istilik balansıdır. Tənəyə istiliyin daxil 

olması  və  ondan  xaric  olmasında  verilən  formaların,  xüsusilə  onun  ştambının 

hündürlüyünün təsiri vardır. 

 İstilik  şəraiti  rütübətlə  bağlıdır.  Bulud,  duman  və  yağışlar  bitkidə  istiliyi 

azaldır.  Transpirasiya  isə  yaşıl  hissələrdə  temperaturu  azaldır.  Buxarlanma 

nəticəsində, xüsusilə küləkli havalarda torpağın səthi sərin olur. 

 Beləliklə, üzüm bitkisinin yaşamasında istilik rejimi daxil olan və xaric olan 

istilik  balansıdır.  Mühitin  temperaturu  torpağın  istilik  saxlama  və  və  istilik 

keçirməsi ilə əlaqədardır. 

 Su hövzələrinin böyük  miqdarda istilik  saxlaması  temperaturu nizanlayır.Su 

hövzələri  yaxınlığındakı  üzümlüklərdə  yazda  temperaturun  kəskin  azalması, 

qışda ciddi soyuma müşahidə olunur,  yayda temperatur təqribən  eyni  səviyyədə 

qalır (kəskin artmır ). 

 Vitis  vinifera  növünə  daxil  olan  üzümlər  təbiəti  etibarı  ilə  istilik  sevəndir, 

yəni  +8  C-dən  aşağı  temperaturda  istirahət  fazasında  olur.  Bundan  başqa  bu 

üzümlərin böyük əksəriyyəti uzun veqetasiya müddətinə malikdir. 

 Yüksək  və  keyfiyyətli  məhsul  yayı  isti  olan  və  qışı  mülayim  olan  illərdə 

alınır.  Əksinə,qışı  sərt  və  yayı  sərin  illərdə  üzümlük  az  və  aşağı  keyfiyyətli 

məhsul  verir.  Belə  hallarda  üzümlükdə  xüsusi  aqrotədbirlərin  görülməsi  lazım 

gəlir. 


 Temperatur  şəraitinin  veqetasiya  fazalarının  keçməsinə  təsiri  böyükdür. 

Yazda  havanın  orta  sutkalıq  temperaturu  10-12º  C  olduqda  tumurcuqların 

açılması  sürətlənir,  sonralar  artması  isə  (28-30º  C)  zoğların  güclü  böyüməsinə 

səbəb  olur.  Müsbət  40º  C  –də  zoğların  böyüməsi  zəifləyir,  ondan  yuxarı 

temperaturda isə yaşıl orqanlarda qarsalanma baş verir. İkinci fazanın sonunda və 

üçüncü fazada 25-35º C optimal temperatur hesab olunur. 

 Üzüm bitkisinin istiliyə tələbkarlığını göstərən bioloji sıfır və fəal temperatur 

anlayışları vardır.Müsbət 8-10 ºC temperatur bioloji sıfır adlanır. Şaxtaya davamlı 

amur üzümlərində bioloji sıfır müsbət 6-7º C-dir. Göstərilən rəqəm nə qədər aşağı 

olsa  bir  o  qədər  sortun  şaxtaya  davamlılığını  göstərir.  +  10º  C  –dən  yuxarı 

temperaturların  yekunu  fəal  temperaturun  cəmini  verir.  Bu  baxımdan  hər  bir 

üzüm  sortunun  özünəməxsus  tələb  etdiyi  fəal  temperatur  vardır.  Bundan  başqa 

üzümçülüyün  inkişaf  etdirilməsində  ayrı-ayrı  rayon  və  zonalarda  fəal 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə