Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə53/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   207

114

 

 



temperaturun miqdarına görə üzüm sortlarının seçilməsi qəbul olunmuşdur. 

 Ayrı-ayrı  veqetasiya  fazalarının  normal  keçməsi  üçün  müəyyən  miqdar  fəal 

temperatur tələb olunur. 

 Rayonun  və  ilin  istilik  şəraiti  mütləq  minimum  və  mütləq  maksimum 

göstərilməklə orta aylıq temperetur ilə xarakterizə olunur.  

 Məşhur  iqlimşünas  F.F  Davitayaya  görə  şimal  rayonlarında  müxtəlif 

vaxtlarda  yetişən  üzüm  sortları  üçün  veqetasiya  müddətində  müxtəlif  miqdarda 

fəal  temperatur  tələb  olunur.  Məsələn,  tezyetişən  sortlar  üçün  2500º  C  ,  orta 

yetişənlər üçün 2900 ºC, gec yetişən sortlar üçün 3300º C. 

 Üzüm  bitkisində  yazda  tumurcuqlar  müsbət  10º  C  –də  açılmağa  başlayır, 

payızda da +10º C –də zoğların böyüməsi dayanır. 

 İlk yazda gözcüklər şişən vaxtı temperatur -3-4º C -ə endikdə onlar zədələnir. 

Yeni əmələ gəlmiş cavan zoğlar aşağı temperatura daha həssasdır, o-(-0,6) ºC –də 

yeni əmələ gəlmiş yarpaq , zoğ və çiçək qruplarının toxumaları zədələnir. Yazda 

uzun  müddətli  isti  havalardan  sonra  qəflətən  temperatur  -5-6º  C  -ə  endikdə 

çoxillik hissələrin oduncağı zədələnə bilir. 

 Payızda  tənəyin  yarpaqları  -1-2ºC  temperatura  tab  gətirə  bilir.  Yaxşı 

yetişməmiş  gilələr  -3  C-dən  aşağı  ,  yetişmiş  gilələr  isə  -4ºC-dən  aşağı 

temperaturda zədələnir.Yetişmiş gilələr şaxta ilə zədələndikdə qonur və qırmızıya 

çalan rəng alır və yumşalaraq xoşa gəlməyən dada malik olur. 

 Bioloji  sıfırdan  aşağı  temperaturda  kolda  böyümə  dayanır,  təbəxxür  və 

tənəffüs,  maddələrin  çevrilməsi  və  yerdəyişməsi,  həmçinin  zoğların  yetişməsi 

prosesləri zəifləyir. 

 Aşağı  temperaturun  bitkiyə  təsirində  üç  anlayışı  fərqləndirmək  lazımdır, 

şaxtaya davamlılıq – bitkinin şaxtalara davamlılığı; soyuğa davamlılıq – bitkinin 

aşağı müsbət temperaturaya davamlılığı; qısa davamlılıq – qışın bütün amillərinə 

(gözcüklərin torpağın altında çürüməsi bura daxil deyildir) bitkinin davamlılığı. 

 F.F.Davitaya və başqaları şaxtalı iqlim qurşaqlarını 3 yerə bölür: 1. şaxtaları-

15-16º  C  olan  yerlər,  burada  üzüm  bitkisi  xüsusi  üsulla  şaxtadan  qorunmur;  2. 

şaxtaları -15-16º C –dən aşağı olan  yerlər- burada üzüm kolu torpağa basdırılır; 

3.şaxtaları  -35º  C  dən  aşağı  olan  yerlər-  burada  kollar  xüsusi  üsulla  şaxtadan 

qorunur ( oranjereya ). 

 Yaz  şaxtaları  iki  tipdə  olur  advektiv  və  radiasiya.  Advektiv  şaxtalar  soyuq 

arktik hava axımının daxil olması nəticəsində baş verir və havanın temperaturunu 

gecələr  -6  ºC  endirə  bilir.  Bu  şaxtalar  daha  qorxuludur.  Radiasiya  şaxtaları 

gecələr torpağın soyuması nəticəsində baş verir. Bu şaxtalar yerli xarakter daşıyır 

və qış şaxtalarına nisbətən az soyudur. 

 Qış vaxtı torpağın səthindən yuxarıya qalxdıqca temperatur yüksəlir.Belə ki, 

iki  metr  hündürlükdə  torpağın  səthinə  nisbətən+4  ºC-ə  qədər  temperatur  artıq 



115

 

 



olur. 

 Yaz şaxtalarına qarşı aşağıdakı mübarizə tədbirləri həyata keçirilir:  

1)

 

sortların seçilməsi; 2) aqrotexniki tədbirlərlə bilavasitə tənəyin özünə təsir  



göstərilməsi;  3)  aqrotexniki  tədbirlərlə  tənəyi  əhatə  edən  mühitə  təsir 

göstərilməsi.  

Üzüm  sortlarının  yaz şaxtalarına davamlılığı  eyni  deyildir. Üzüm  sortlarının 

yaz  şaxtalarına  davamlılığı  onların  iki  xüsusiyyətindən  asılıdır  gözcüklərin  gec 

açılması  və  əvəzedici  tumurcuqların  məhsul  verməsi.  Ona  görə  də  yaz  şaxtaları 

təhlükəsi olan yerlərdə gözcükləri gec açan və əvəzedici tumurcuqları məhsuldar 

olan üzüm sortları əkilməlidir. 

 Aqrotexniki  tədbirlərlə  bilavasitə  tənəyi  özünə  aşağıdakı  qaydada  təsir 

göstərilir: gözcüklərin açılmasını ləngitməklə. Bu məqsədlə qişda tənəyin dibinə 

qar-buz  yığılması,  yazda  (1-ci  fazadan  əvvəl  )  tənəyin  yerüstü  hissəsinin 

ağardılması  və  quru  budama  aparılarkən  bic  zoğlarından  kötük  saxlanması.  Bu 

üsulları  tədbiq  etməklə  tənəyin  oyanmasını  bir  həftədən  çox  ləngitmək  oiar.  Bu 

müddətdə də yaz şaxtaları sovuşub getməsə də ciddi təhlükə də gözləmək olmaz. 

Tənəyə  verilən  formalarda  ştambı  qaldırmaqla  da  onun  oyanmasını  ləngitmək 

olar. 

 Tənəyi  əhatə  edən  mühit  şəraitinə  aşağıdakı  üsullarla  təsir  göstərilə  bilər. 



Bunlardan  biri  alaq  otlarının  qalıqlarının  məhv  edilməsi,  üzümlüyün  su  ilə 

basdırılması  və  tüstü  əmələ  gətirilməsi.  Üzümlükdə  tüstü  yaradılması  üçün  bir 

hektarda  40-60  peyin  koması  düzəldilməlidir.  Üzümlükdə  tüstü  yaradılmasında 

tüstüləndirici şaşkilərdən də istifadə edilə bilər. 

 Qışın  başlanğıcında  tənəkdə  su  təqribən  50%  azalır.  Ehtiyat  maddələrin 

tənəffüsə  sərf  olunması  az  miqdarda  olsa  da  davam  edir.  Bu  proses  hətta 

temperatur  0°C-dən  aşağı  düşdükdə  də  davam  edir.  Bu  baxımdan  calaq  üçün 

material  qışın  başlanğıcında  tədarük  edilməlidir.  Azərbaycan  Respublikasının 

ərazisində, xüsusilə Gəncə ətrafında çox az hallarda yaz şaxtaları üzüm bitkisinə 

ziyan vurur. 2004-cü il aprelin 4-dən 5-nə keçən gecə Gəncədə temperatur -5º C-ə 

enmiş və xeyli ziyanla nəticələnmişdir. Gəncə Şərab -2 ASC-nin həmin ildə yeni 

üzümlüyündə belə mənzərə müşahidə edilmişdir. Yeni  əkilmiş tinqlərdə  4-5 sm 

uzunluğunda  olan  cavan  zoğlar  tamamilə  məhv  olmuşdur.  Bu  vəziyyət  çox 

qorxulu hesab edilə bilməz, çünki məhv olan əsas tumurcuqdan çıxan zoğlardır. 

Bir  həftə  keçmiş  əvəzedici  tumurcuqlar  oyanıb  zoğ  verdi.  Böyümə  prosesi  bir 

həftə ləngidi, ancaq yeni zoğlar əsas zoğları əvəz etdi.  

Bu məsələ də bir qanunauyğunluq təhlil edirdi: 

O tinglər ki, zəif idi, onlarda yeni zoğ gec əmələ gəldi və sonrakı mərhələdə 

onlar zəif böyüdü. O tingdə zoğ əmələ gəldi və güclü böyüməyə başladı. Buradan 

bir  daha  belə  nəticəyə  gəlinir  ki,  əkin  materialı  -  istər  ting,  istərsə  də  çubuq 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə