Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə54/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   207

116

 

 



yüksək  enerjili  olmalıdır.  Həmin  ilin  sentyabrında  cari  ildə  əkilən  üzümlükdə 

zoğlar  2-3  metr  böyüdü.  Söz  yox  ki,  birilllik  zoğ  yalnız  istiqamətli  becərmə 

nəticəsində belə güclü böyüyə bilər.  

Həmin ildə yaz şaxtaları digər kənd təsərrüfatı bitkilərinə xüsusilə kartofa və 

faraş əkilmiş şitillərə xeyli ziyan vurmuşdur. 

Oduncağın yetişmə dərəcəsindən ( nişastanın toplanması və su saxlaması ) və 

üzüm sortunun qış istirahətinin mərhələsindən asılı olaraq üzüm bitkisi -10-20ºC 

şaxtaya tab  gətirə bilər,  məsələn, avropa sortlarından Rislinq  və Kerner  şaxtaya 

daha davamlı hesab edilir. 

Oduncağın  şaxtaya  davamlılığı  aşağıdakı  səbəblərə  görə  mühit  şəraitindən 

asılıdır. Yayın axırında günlər qısaldığından və temperaturun aşağı düşməsindən 

kolda böyümə dayanır və istirahət  dövrü başlayır. Bu məqamda tənəkdə  nişasta 

yığılır.  Nişastanın  maksimal  dərəcədə  toplanması  yarpağın  tökülmə  vaxtına 

düşür.Müsbət 5ºC-dən aşağı düşən temperaturun təsiri altında tənəkdə toplanmış 

nişastanın bir qismi şəkərə çevrilir. Maksimal dərəcədə toplanan nişasta dekabr, 

yanvar  aylarında  maksimal  dərəcədə  şəkərə  çevrilir.  Bu  proses  tənəyin 

möhkəmlənməsi  və  yaxud  qısa  uyğunlaşması  kimi  başa  düşülməlidir.  Qışın 

başlanğıcında  nişastanın  şəkərə  çevrilməsi  nəticəsində  hüceyrə  şirəsinin  qatılığı 

artır və onun donma dərəcəsini aşağı salır. Bu qayda ilə üzüm bitkisinin şaxtaya 

davamlılığı  artır.  Dekabr-yanvar  aylarında  üzüm  bitkisinin  şaxtaya  davamlılığı 

digər  vaxtlara  nisbətən  daha  üstün  olur.  Bu  vaxt  temperaturun  aşağı  düşməsi 

nişastanın şəkərə çevrilməsi  prosesini  sürətləndirir. Ancaq temperatur qalxdıqda 

şəkər  yenidən  nişastaya  çevrilir.Şəkərin  nişastaya  çevrildiyi  vaxtlarda,  xüsusilə 

fevralın  axırları,  martın  əvvəllərində  temperaturun  aşağı  düşməsinə  üzüm 

bitkisinin  reaksiyası  passivləşir.  Bu  nöqteyi  nəzərdən  fevral  ayının  axırlarından 

sonra baş verən şaxtalar üzüm bitkisinə daha çox ziyan vurur. 

Şaxtaya  davamlı  sortların  oduncağı  yaxşı  yetişir.  Qış  şaxtalarından  üzüm 

bitkisi  daha  çox  ziyan  çəkir.  Bu  baxımdan  onun  ayrı-ayrı  orqanlarının  şaxtaya 

davamlılığını əvvəlcədən bilməli və qabaqlayıcı tədbirlər görülməlidir. 

Tənəyin şaxtaya ən davamsız, yeni əmələ gəlmiş yaşıl orqanları -2ºC-də, kök 

sistemi  isə  -5-7ºC-də  zədələnir.  -10-15ºC  şaxtalar  uzun  müddət  davam  etdikdə 

avropa-asiya üzümlərinin əsas tumurcuqları zədələnir. Qərbi Avropa üzümlərinin 

əsas tumurcuqları  bir qədər aşağı  temperaturda (-18º C-ə qədər ) məhv olur. 20 

gün  davam  edən  -14-15ºC  şaxtada  Qaraburnu,  Muskatlar  və  Şasla  üzüm 

sortlarının  əsas  tumurcuqları  tamamilə  məhv  olur.  Professor  A.M.Neqrulun 

məlumatına  görə  Qərbi  Avropa  üzümlərinin  əsas  tumurcuqları  yaxşı  yetişmiş 

olsalar  -18ºC  temperaturda  qısa  müddətli  şaxtalara  dözə  bilir.  Lakin  həmin 

şaxtalar  uzun  müddət  davam  etdikdə  onlar  da  zədələnir.  -18ºC  temperaturda 

tənəkdə birillik orqanlar tamamilə məhv olur. -20ºC –də çoxillik qollarla birlikdə 



117

 

 



birillik zoğlar məhv olur. -24-26ºC-də yerüstü hissə tamamilə məhv olur. 

Qış şaxtalarının tənəyə vurduğu zədə 4 qrupa bölünür: 

1 qrupda ancaq əsas tumurcuqlar zədələnir və burada xüsusi kəsmə aparılmır. 

2  qrup  zədələnmədə  birillik  zoğlar  zədələnir  və  burada  xüsusi  kəsmə 

aparılaraq birillik zoğların hamısı kəsilir. 

3  qrup  zədələnmədə  çoxillik  qollar  da  daxil  olmaqla  yuxarıdakı  hissələrin 

hamısı məhv olur. 

4 qrup zədələnmədə ştamb da daxil olmaqla bütün yerüstü hissə məhv olur. 

Bütün  qrup zədələnmələrdə tənəyə dəymiş zədə  dəqiqləşdirilməli  və onların 

bərpası  barədə  qərar  qəbul  edilməlidir.  Yuxarıda  qeyd  etdik  ki,  1  qrup 

zədələnmədə  yalnız  əsas  tumurcuq  məhv  olur,  ancaq  əvəzedici  tumurcuqlar 

salamat  qalmış  olur.  Bu  halda  kolda  xüsusi  kəsmə  tədbiq  olunur.  Əsas 

tumurcuqların  şaxtadan  zədələnməsi  quru  budamadan  əvvəl  və  yaxud  sonra 

olmasından asılı olmayaraq tənək ümumi prinsip əsasında kəsilməlidir. 

Burada  bir  cəhətə  xüsusi  fikir  verilməlidir.  Bəzi  sortlarda  əvəzedici 

tumurcuqlar  az  barlı  olur.  Şərq  ekoloji-coğrafi  qrupa  mənsub  olan  sortlarda 

əvəzedici  tumurcuqlar  az  məhsuldar  olur.  Məsələn,  Tayfilər,  Parkent,  Nimrəng, 

Təbrizi, Qara keçiəmcəyi və s. çox az hallarda əlavə zoğlarda salxım olur. Əgər 

şaxtadan  zədələnmə  bu  sortlarda  baş  verirsə  onda  2-ci  veqetasiya  fazasının 

əvvəlində,  yəni  yaşıl  zoğlar  əmələ  gəldikdə  onların  bir  qismi 

qoparilmalıdir.Ancaq Qərbi Avropa və Qara dəniz hövzəsi ətrafı üzüm sortlarının 

çox  qismində,  şərq  ekoloji-coğrafi  qruplu  sortların  az  qismində  əvəzedici 

tumurcuqlar barlı olur.Qərbi Avropa sortlarından Pinolar, Şardone, Alikant, Petit 

verdo,  Qara  dəniz  hövzəsi  ətrafı  sortlardan  Rkasiteli,  Mtsvane,  Aleksandronli, 

Şərq ekoloji-coğrafi qruplu üzümlərdən Bayanşirəni göstərmək olar. 

Şimali  Amerika  –  Labruska  mənşəli  üzümlərdən  İzabella,  Lidiya,  Noa, 

Zeybellər bu qəbildəndir. 

İkinci  qrup  zədələnmədə  kolun  hansı  hissəsində  yerləşməsindən  asılı 

olmayaraq birillik zoğların hamısı kəsilir. Çoxillik və qısa qollardan çıxan haramı 

zoğlar  diqqətdə  saxlanılır,  belə  ki,  xüsusi  ilə  cavan  tənəklərdə  (  3-4  yaşından 

yuxarı) çoxlu miqdarda haramı zoğlar əmələ gəlir, onların miqdarı kola verilmiş 

formaya  müvafiq  olaraq  nizamlanır  və  cəhd  göstərilir  ki,  saxlanmış  zoğlar  həm 

formanın tələbini ödəsin, həm də veqetasiyanin sonuna yaxşı yetişmiş olsun. 

Üçüncü qrup zədələnmədə ştambdan  yuxarı nə varsa hamısı  kəsilib  atılır və 

ştambdan  çıxan  haramı  zoğlara  diqqət  yetirilir.  Burada  diqqət  kolda  itmiş 

formanın  bərpasına  yönəldilir.  Haramı  zoğlar  nizamlanır  və  veqetasiya  boyu 

onlara  qulluq  edilir.  Burada  itmiş  forma  adi  üsulla  gec  bərpa  oluna  bilər. 

Təsərrüfatda  ən  çox  bu  üsuldan  istifadə  edilir.  Ancaq  haramı  zoğların  güclü 

enerjisindən istifadə edərək bic zoğları hesabına itmiş forma sürətli üsulla bərpa 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə