Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə55/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   207

118

 

 



edilə bilər. Hətta 2-ci və 3-cü dərəcəli bic zoğlarından istifadə edərək kolun tam 

formalaşmasını birinci ildə də başa çatdırmaq mümkündür. 

Dördüncü qrup zədələnmədə kolun yerüstü hissəsi tamamilə məhv olur. Onun 

bərpası üçün ştamb kök boğazından 15-sm aşağıdan kəsilir (mişarlanır).Salamat 

qalan  (  zədələnməmiş  )  yeraltı  ştambdan  yazda  çoxlu  miqdarda  haramı  zoğlar 

çıxır.  20-25  sm  böyüdükdən  sonra  onlar  nizamlanır,  yəni  gələcək  ştamb  üçün 

münasib  zoğ  seçilib  saxlanılır.  Bu  cür  haramı  zoğlar  çox  sürətlə  böyüyən  olur. 

Külək və hər hansı mexaniki zədədən onlar tezliklə zədələnə bilir. Bu baxımdan 

onlar  nizamlanarkən  iki  ədədi  saxlanır  və  dayağa  bağlanır.  Onlar  adi  üsulla 

böyüdüldükdə  3-cü  ili  bara  düşür,  ancaq  sürətli  üsulla  2-ci  ili  bara  salmaq 

mümkündür. Bu halda birinci məqsəd kolun itmiş formasının bərpa edilməsidir. 

Çoxillik  təcrübələrimizdə  bu  kimi  hallarda  çox  üzləşmişik.  Yerüstü  hissəsi 

tamamilə  itmiş  kolu  sürətli  üsulla  2-ci  ili  həm  tam  formalaşdırmaq,  həm  də 

məhsula salmaq mümkündür. 

Üzüm  bitkisinin  şaxtaya  davamlılığı  üzrə  aparılan  təcrübələrdə  soyuducu 

kameraya  müxtəlif  növ  və  sortlardan  qoyulan  tənəklərdən  v.vinifera  mənsublu 

sortların  kökləri  -7ºC-də  24  saat  müddətində  məhv  olmuşdur.  Amerikan 

tənəklərin ( Ripariya x Rupestris 3309, 101-14, eləcə də Ripariya ) kökləri daha 

aşağı  temperatura  dözümlü  olmuşdur.  Bir  neçə  avropa  sortlarının  çubuqları  -

20ºC-də  24  saat  müddətində  salamat  qalmışdır.  Söz  yox  ki,  24  saatdan  artıq 

qaldıqda onlar da zədələnmişdir. Ancaq Rislinq sortu həmin müddətdə -22ºC-də 

zədələnməmiş qalmışdır.  

Bu  təcrübədə  avropa  üzümlərinin  kökü  -6ºC-də  məhv  olmuşdur.  Amerikan 

üzümlərinin kökləri -10ºC-də salamat qalmışdır. 

Qış şaxtaları ilə mübarizə tədbirləri 3 qrupa bölünür: 

1)

 



sortların seçilməsi

2)

 



aqrotexniki  tədbirlərlə  üzüm  bitkisinin  bilavasitə  özünə  təsir 

göstərilməsi; 

3)

 

aqrotexniki  tədbirlərlə  üzüm  bitkisinin  yerləşdiyi  mühitə  təsir 



göstərilməsi. 

 Azərbaycanda  qış  şaxtaları  üzüm  bitkisinə  hər  il  ziyan  vurmur.  1972  –ci 

ildən  bəri  cəmi  5-6  dəfə  qış  şaxtaları  üzümlüklərə  müəyyən  qədər  ziyan 

vurmuşdur.  1972  –ci  ildə  dəniz  səviyyəsindən  ən  aşağı  rayon  olan  Kürdəmirdə 

şpalerdə  olan  üzümlüklər  tamamilə  məhv  olmuşdur  (  -30ºC  -ə  qədər  şaxta 

olmuşdur  ).  Kürdəmirdə  şpalerdə  olan  üzümlüklərdən  başqa  o  vaxtlar  səyyari 

becərilən üzümlərə az ziyan dəymişdir. Həmin ili Respublikanın əksər üzümçülük 

rayonlarında  üzümlüklərə  50-60%  ziyan  dəymişdir.  Üzümlüklərdə  becərilən  Ağ 

şam, Bayanşirə, Təbrizi, Keçiəmcəyi, Riş-baba kimi sortlar çox zərər çəkmişdir. 

Rkasiteli, Rislinq, Tavkveri, Şal üzümü, Mədrəsə, Xindqnı kimi sortlar şaxtadan 




119

 

 



az ziyan çəkmişdir. 

 Bu baxımdan şaxta təhlükəsi tez-tez olan ərazilərdə şaxtaya nisbətən davamlı 

sortlara üstünlük verilməlidir. 

 1988-ci  ildə  qış  şaxtaları  üzümlüklərə  xeyli  ziyan  vurmuşdur.  Masallı 

rayonunun  Bakı  –  Lənkəran  yolu  boyunca  əkilən  palıd  ağacından  ibarət  olan 

meşə  zolağı  boyu,  təqribən  25-30  m  enindəki  zolaqda  üzüm  kolları  şaxtadan 

zədələnməmişdir .Deməli, şaxta təhlükəsinin təsirinin azaldılmasında üzümlüklər 

küləkdən qorunan sahələrdə əkilməlidir. Bu yerlərin özündə belə şaxtaya davamlı 

sortlar əkilməlidir. 

 Aqrotexniki  tədbirlərlə  bilavasitə  üzüm  bitkisinin  özünə  təsir  etməklə  onun 

şaxtaya  davamlılığını  artırmaq  mümkündür.  Tənəkdə  oduncağın  yetişməsi 

məqamında  normal  fizioloji  nəmlik  yaratmaqla  assimilyatların  miqdarının 

artırılması bitkinin şaxtaya davamlılığını artırır. 

 Yaşıl zoğların vaxtında və diqqətlə bağlanması yarpaq və zoğlara günəş şüası 

yaxşı  düşməsini  təmin  edir  ki,  bu  da  oduncaqda  assimilyatların  toplanmasını 

artırır.Bic  vurma  və  zoğların  ucunun  vaxtında  vurulması,  xəstəlik  və 

zərərvericilərə  qarşı  mübarizə  tənəkdə  ehtiyat  qida  maddələrinin  artmasına 

kömək edir. 

 Üzüm  bitkisinin  yerləşdiyi  mühit  şəraitinə  aqrotexniki  təsir  edilməsi  onun 

şaxtaya  davamlılığını  və  bilavasitə  şaxtanın  təsirindən  qoruyur.Bu  məqsədlə 

kaliuma üstünlük verməklə üzümlüyə lazımı miqdarda üzvi və mineral kübrələr 

verilməlidir. Müəlliflərin yazdığı kimi mineral kübrələr içərisində azot və fosfora 

üstünlük  verilməsi  bitkinin  şaxtaya  davamlılığının  artırılmasında  xüsusi 

əhəmiyyət kəsb edir. Azot kübrəsinin gec verilməsi və suvarmanın gecikdirilməsi 

kolun əlverişsiz mühit şəraitinə davamlılığını artırır. 

 Qışda  kolların  torpağa  basdırılması  da  onların  şaxtadan  qorunmasını  təmin 

edir. Naxçıvan Muxtar Respublikasında, xüsusilə Sədərək və Şərur rayonlarında 

bəzi illərdə şaxtalar -40ºC -ə endiyinə görə qışda orada kollar torpağa basdırılır. 

Kolun  üstünə  yığılan  torpağın  qalınlığı  gözlənilən  şaxtaların  dərəcəsindən 

asılıdır. Bu məsələ əsasən qabaqcadan verilən proqnozla müəyyən edilir. 

 Belə  yerlərdə  kolların  qışda  torpağa  basdırılması  və  ilk  yazda  açılması  ağır 

əməliyyatdır.  Bu  məqsədlə  payızın  sonunda  kolun  bütün  zoğları  məftildən  azad 

edilib cərgədə ( cərgə arasında yox ) torpağın sətinə uzadılır. İlk yazda torpaqdan 

çıxardıqda  xüsusi  kompessorlarla  kolun  üstündəki  torpaq  sovrulur  və  kol 

torpaqdan azad edilir. Onu qeyd etmək yerində olardı ki, torpağa basdırılmazdan 

əvvəl kolda yüngül kəsmə aparılır. Qəti kəsmə isə torpaqdan çıxarıldıqdan sonra 

aparılır. 

Naxçıvanda ilk  yazda kolların üstü  açılan vaxtı torpaq  çox nəm  olduğundan 

kompressorla torpaq sovrulmur. Açma işi primitiv alətlərlə (bel, yaba, dırmıq və 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə