Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.

səhifə58/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   207

124

 

 



təbiəti  etibarı  ilə  çoxlu  quru  maddə  toplamaq  qabiliyyəti  olmur.  Aqronomik 

nöqteyi-nəzərdən  quraqlığa  davamlılıq  quraq  ərazidə  bitkinin  böyük  kütlə 

toplamaq  qabiliyyətidir.  Göstərilən  mənalardan  ən  çox  əhəmiyyət  daşıyan 

üçüncüdür. 

Hər  bir  quraqlığa  davamlı  bitkidə  aşağıda  göstərilən  3  xüsusiyyət 

həmahənglik təşkil etməlidir: 

1)

 

hüceyrənin susuzluğa davamlılığı: 



2)

 

yüksək temperatura davamlılığı: 



3)

 

torpaqdakı duzlara davamlılığı: 



Quraqlıq  illərdə  az  nəmlikdə  kolun  böyüməsi  zəifləyir,  məhsuldarlıq  azalır, 

yarpaq səthi kəskin kiçilir, gilənin həcmi və çəkisi xeyli azalır, salxımın xarakteri 

zəifləyir. Kolda tipik salxımların miqdarı azalır, bəzən də heç olmur. 

Quraq rayonlarda quraqlığa qarşı mübarizə tədbirlərini 3 qrupa bölmək olar: 

1)

 

sortların seçilməsi: 



2)

 

bitkiyə aqrotexniki tədbirlərlə təsir göstərilməsi: 



3)

 

 aqrotexniki tədbirlərlə üzüm bitkisinin yerləşdiyi mühit şəraitinə təsir 



göstərilməsi: 

Üzüm  bitkisinin  quraqlığa  davamlılığı  hələ  lazımınca  öyrənilməmişdir. 

Quraqlığa  davamlı  sortların  seçilməsində  buxarlanma  vasitəsilə  suyu  qoruyub 

saxlama qabiliyyətinin öyrənilməsi məsələsi hələ həll olunmamış qalır. 

Aqrotexniki tədbirlərlə bitkiyə təsir edilməsi aşağıdakılardan ibarətdir: 

1.

 



Əkin üçün normal tinqlər seçilməlidir. 

2.

 



Tinglər  keçən  ilin  yay  və  erkən  payızında  aparılmış  dərin  şuma 

əkilməlidir. 

3.

 

Mümkün qədər erkən əkin aparılmalıdır. 



4.

 

Tənəyin  yükü  hər  rayon  və  sahə  üçün  qəbul  edilmiş  normada 



qoyulmalıdır. 

5.

 



Artıq zoğların vaxtında və diqqətlə qoparılması. 

6.

 



Üzümlüyün salınmasında bitkilər optimal qida sahəsində əkilməlidir. 

7.

 



Tinqlər dərin əkilməlidir. 

 

 



 

 

ĠĢıq 

Bütün  veqetasiya müddətində üzüm  bitkisinin  günəş şüasına ehtiyacı  vardır. 

İşıq çatışmazlığında zoğlar çılpaqlaşır, yarpaqlar tədricən saralır və tökülür, eləcə 

də çiçək qrupları və çiçəklər tökülür.  

Ekoloji  amil  kimi  işiq  fotosintez,  transpirasiya  və  böyümə  kimi  proseslərdə 




125

 

 



mühüm rol oynayır.  

Üzüm işıq sevən bitkidir, ancaq yaxşı işiqlanan şəraitdə o yaxşı bitir. Zoğ və 

yarpaqların  böyüməsinə,  tumurcuqda  çiçək  qrupunun  əmələ  gəlməsinə  və 

ümumən  məhsuldarlığın  artırılmasına  işığın  təsiri  böyükdür.  Fotosintez,  şəkərin 

toplanması,  aromatik  maddələrin  və  rəngverici  maddələrin  mövcudluğu  işıqsız 

mümkün  deyildir.  Birbaşa  işıq  düşən  gilələr  kölgədəki  gilələrdən  tez  yetişir  və 

rəngli olur. 

Bu  və  ya  digər  predmetin  və  yaxud  özünün  kölgəsində  qalan  zoğların 

məhsuldarlığı kəskin azalır. Gilənin  yetişməsi üçün şərait o  yerdə  yaxşı olur ki, 

orada  günəş  şüalanması  (insolyasiya)  uzunmüddətlidir.  Buludsuz  günlər  buna 

misal ola bilər. 

Bitkidə sintez mənbəyi yalnız işıqdır.Günəş şüalarının bitkiyə verdiyi istiliyi 

başqa  istilik  mənbələri  hesabına  yaratmaq  mümkündür,  ancaq  günəş  şüasının 

bitkiyə  təbii  təsirini  süni  işıqlar  verə  bilmir.  Günəş  işığının  və  onun  şüa 

enerjisinin tükənməzliyi ilk baxışda elə təsəffür vardır ki, bitkidə işıq çatışmazlığı 

ola  bilməz.  Lakin  heç  də  belə  deyildir.  Üzümlüklərdə  bəzən  qeyri  münasib 

becərmə  sistemləri  tədbiq  olunur  ki,  burada  tənək  günəş  şüasından  lazımınca 

istifadə edə bilmir. 

Üzüm bitkisi subtropik və mülayim iqlimli zonaların kölgəli meşə bitkisidir. 

Günəş şüasının üzüm bitkisinin yarpağına və yaşıl zoğuna təsiri digər orqanlarına 

nisbətən daha çoxdur. Yarpaq və zoğlar işıq tərəfə istiqamətlənir və yuxarı səthi 

perpendikulyar  olmaqla  işığa  tərəf  çevrilir.  Onların  forması  və  rəngi  işığın 

intensivliyindən asılı olaraq dəyişir. 

İşıq üçqat əhəmiyyətlidir: 

1.İşıqlı  dövrün  sutkalıq  davamiyyəti  qaranlıq  dövrünün  davam  etmə 

müddətinə nisbətən zoğların böyümə sürətinə əhəmiyyətli dərəcədə təsirlidir. Bu 

sürət 13 saatdan çox işıqlı müddətin artması ilə böyüyür. İyun və iyul aylarında 

işıqlı  müddət  16  saatdan  çox  olduqda  zoğun  uzununa  böyüməsi  intensivləşir. 

Yayın  axırında  azalan  fotoperiodluq  yüksək  temperaturun  müşayiəti  ilə  zoğun 

uzununa böyüməsini ləngidir və dayandırır. Fotoperiodluğun azalması 12°C –dən 

aşağı  gecə  temperaturları  ilə  müşaiyət  olunduqda  zoğun  böyüməsində  ləngimə 

baş vermir. 

2.Müəyyən işıqlanma intensivliyi yarpaqda fotosintez maksimal getməsi üçün 

mütləq  şəraitdir.  Aydın  yay  günlərində  işıqlanma  istiliyi  100 000  lyuksdan  çox 

olur.  Ancaq  digər  şəraitlərlə  yanaşı  məsələn,  yarpağın  əlverişli  temperaturu  və 

normal suyu şəraitində işıq intensivliyi 30 000 lyuksda da assimilyasiya optimal 

olur. İşıq intensivliyi hətta buludlu havada da 30000 lyuksa çata bilir. Ancaq belə 

nəticə  çıxarmaq  düzgün  olmazdı  ki,  üzüm  bitkisinin  yaxşı  inkişafı  üçün  tam 

günəşli işıq lazım deyildir. Burada iki vəziyyəti nəzərə almaq lazımdır. 



126

 

 



Bir  tərəfdən  tək  bir  yarpaq  assimilyasiya  fəaliyyətini  30 000  lyuksda  apara 

bilir,  ancaq  koldan  kənarda  işığın  intensivliyi  göstəriləndən  çox  olmalıdır  ki, 

kolun daxilində göstərilən intensivlik qərar tutsun. 

Digər  tərəfdən  isə  fotosintezin  maksimum  məhsuldarlığı  (şəkər  sintezi)  ilə 

yanaşı yarpağın optimal temperaturu da lazımdır. 

3.Günəş şüasının istilik təsiri işıq enerjisinin torpağın səthində və yarpaqlarda 

istilik  enerjisinə  çevrilməsi  ilə  ifadə  olunur.  Küləksiz  günəşli  havada  kənarlara 

nisbətən cərgə aralarında istilik çox ola bilir, torpaq səthindən uzaqlaşdıqca istilik 

azalır. 

Günəş şüası ilə işıqlanan yarpaq küləksiz havaya nisbətən daha isti olur. 

Prof. N. Nedelçev və M. Kondarevin məsləhətinə görə üzüm bitkisinin işığa 

tələbatı  X  ×  H  ×  10

6

  düsturu  ilə  hesablanan  heliotermik  üsula  əsaslanır.  Bu 



düsturda X–bioloji sıfırdan yuxarı vegetasiya dövründə orta sutkalıq temperatur; 

H–vegetasiya  dövründə  günəş  şüalanmasının  dəvam  etmə  müddətidir.  Şimal  en 

dairəsindən asılı olaraq H dəyişir. 

Öz  təbiəti  etibarı  ilə  üzüm  bitkisi  günəş  şüasını  udmaq  üçün  yaxşı 

uyğunlaşmışdır.  Ancaq  bununla  belə  üzüm  bitkisinin  yaxşı  işıqlanması  üçün 

üzümçü  bir  çox  əlavə  tədbirlərdən  istifadə  etməlidir,  yəni  görüləcək  bütün 

aqrotexniki  tədbirlər  günəş  şüasından  bitkinin  yaxşı  istifadə  etməsinə 

yönəldilməlidir. 

Ona  görə  də  üzümlüklər  üçün  yaxşı  işıqlanan  yerlər  seçilməli,  həm  də 

üzümlükdə  kollara  verilən  qida  sahəsi  düzgün  əsaslandırılmalıdır.  Şpaler 

sistemində zoğları şaquli və üfuqi bağlamaq lazımdır. Ən yaxşısı isə onlar tək-tək 

bağlanmalıdır. Üzümlükdə cərgələrin istiqamətinin şimaldan cənuba götürülməsi 

daha faydalıdır.  

Müxtəlif  dalğalı  günəş  şüalarının  üzüm  bitkisinə  təsiri  eyni  deyildir.  Günəş 

şüalarından  ancaq  ikisinin:  ultra-bənövşəyi  və  infra-qırmızı  şüaların  üzüm 

bitkisinə  təsiri  öyrənilmişdir.  Bunlardan  birincisi  göy-bənövşəyi  və  yaxud  qısa 

dalğalı şüalar adlanır.  

Yer  qabığında  bunların  varlığı  eyni  deyildir.  Belə  ki,  dəniz  səviyyəsindən 

yuxarı  qalxdıqca  ultra-bənövşəyi  şüalar  çoxalır.  İnfra-qırmızı  şüalar  isə  aran 

yerlərində çoxdur. Bunlardan birincisi üzüm bitkisində zoğların və gilənin yaxşı 

yetişməsinə,  gilədə  şəkərin  çox  toplanmasını  təmin  edir.  İnfra-qırmızı  şüalar 

kolun güclü böyüməsinə və məhsulun çox olmasına təsir edir. 

Dəniz səviyyəsindən yuxarı qalxdıqca ultra-bənövşəyi şüalar çoxalır. Bundan 

başqa  meşə  və  su  hövzələri  yanında  ultra-bənövşəyi  şüalar  çox  olur.  Bu  şüalar 

şəraba incəlik, rəng, ətir və ümumilikdə buket bəxş edir. Bu baxımdan dünyada 

keyfiyyətli  şərablar  dəniz  səviyyəsindən  yüksəkliklərdə,  daha  doğrusu  dağ 

yamaclarında meşə  yanında, iri su hövzələri ətraında olan üzümlüklərdən alınır. 





Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   207


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə