Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə59/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   207

127

 

 



Dünyada  belə  yerlər  çoxdur.  Ancaq  ultra-bənövşəyi  şüaların  ən  çox  olduğu 

məkan  Krımın  cənub  hissəsidir.  Burada  dörd  tərəfdən  üzümlüklərə  ultra-

bənövşəyi şüalar daxil olur (üç tərəfdən Krımın amfiteatrı, bir tərəfdən isə Qara 

dəniz). 


Respublikamızda  Böyük  Qafqaz  və  Kiçik  Qafqazın  yamacları  və  ətəkləri 

keyfiyyətli şərabçılıq üçün çox əlverişlidir. 200 ilə yaxındır ki, bu yerlərdə sənaye 

üzümçülüyü  müvəffəqiyyətlə  inkişaf  etdirilir.  Bir  problem  qalır  ki,  bu  yerlərin 

təbii  şəraitinə  uyğun  sortların  seçilməsində  müəyyən  tamamlama  işləri 

aparılmalıdır.  Kiçik  Qafqazın  ətəklərinin  şampan  şərab  materialı  və  süfrə 

şərabları üçün yararlı olması bəllidir. Ancaq muskat üzümlərinin bu yerlər üçün 

yararlığı barədə tədqiqat işlərinin aparılmasına böyük ehtiyac vardır. 

Vegetasiya fazalarına günəş şüası çox güclü təsir göstərir (günəş şüası istilik 

yaratdığına görə). 

Aydın, buludsuz və isti hava gilənin yetişməsini tezləşdirdiyi kimi oduncağın 

da  yetişməsini  yaxşılaşdırır.  İnterkalyar  mərhələdə  işıq  zoğun  böyüməsini 

ləngidir.  Şüanın  təsiri  altında  hüceyrənin  diferensləşməsi  hesabına  zoğda  eninə 

böyümə baş verir. 

İşığın təsiri altında zoğ antosianla daha intensiv rəng alır.  

Yarpaq ayasının böyüməsi işıqdan asılıdır. İşıq olmadıqda yarpaq ayası kiçik 

qalır, saplaq isə xeyli uzanmış olur. 

İşığın olmaması gilənin böyüməsinə təsir etmir, ancaq xlorofili itirir və muma 

çalan ağ rəng alır, havadan CO

2

 assimilyasiya etməsi dayanır. 



Mülayim  temperaturda  məhsulun  keyfiyyətinə  işıq  müsbət  təsir  göstərir. 

Yaxşı işıqlanan salxımlar daha yaxşı görkəm alır və keyfiyyətinə görə daha yaxşı 

məhsul  verir.  Buna  görədir  ki,  mədəni  becərilən  üzümlüklərdə  bir  çox  tədbirlər 

kola yaxşı işıq düşməsinə yönəldilir. 

Dağ  və  dağətəyi  rayonlarda  üzüm  bitkisinə  işığın  yaxşı  düşməsi  üçün 

yamaclar  seçilməlidir.  Cənub,  cənub-şərq  və  cənub-qərb  yamaclarda  düzən 

yerlərə nisbətən işıq yaxşı düşür. Prof. P. T. Bolqarev belə hesab edir ki, düzən 

yerlərə nisbətən mailliyi 20-25° olan yamaclarda şüa 20-25 % artıq düşür. 

 

Havanın karbon qazı 

 

Üzüm  bitkisinin  üzvü  maddələri  əsasən  karbohidratları  və  zülalı  maddələri 



birləşdirən  karbonlu  birləşmələrdir.  Bitkilər  karbon  qazından  fotosintez 

prosesində  istifadə  edir.  Ona  görə  də  karbon  qazı  da  ekoloji  amil  kimi 

qiymətləndirilir.  Havada  0,  03%  olan  karbon  qazının  üzümlükdə  həmişə  bu 

səviyyədə olması üzümçüləri düşündürən məsələdir. 

Günəş  şüasının  təsirindən  xlorofildəki  karbon  qazı  oksigenə  və  karbona 



128

 

 



parçalanır. Karbon qazı su ilə birləşərək şəkərə və yaxud nişastaya çevrilir. 

Yayda  günorta  vaxtı  küləksiz  havada  üzümlükdə  karbon  qazının  miqdarı  0, 

03%-dən,  0,  02%  -ə  enir.  Üzümlükdə  karbon  qazının  mənbəyini  artırmaq  üçün 

mikrobioloji  proseslərin  gücləndirilməsi  lazım  gəlir.  Torpaqdan  ayrılan  karbon 

qazı  yarpaqların  ətrafına  toplanır  və  assimilyasiyaya  şərait  yaradır.  İri  su 

hövzələrinin,  dənizlərin,çayların,  göllərin  sahillərində  yerləşən  üzümlüklər 

karbon qazı ilə yaxşı təmin edilir (külək karbon qazını sahilə qovur) 

Havada karbon qazının çox olmasının fotosintez prosesinə təsiri təcrübələrlə 

öyrənilmişdir və məlum olmuşdur ki, havada karbon qazının miqdarı 3 %-ə qədər 

olduqda  onun  fotosintezə  təsiri  çoxalır,  lakin  3%-dən  çox  olduqda  onun  mənfi 

təsiri  müşahidə  edilir.  Məşhur  tərəvəzçi  alim  Edelşteynə  görə  torpaq  15  sm 

dərinlikdə  yumşaldıqda  karbon  qazı  6  sm  dərin  yumşaldığından  1,3-2  dəfə  çox 

əmələ  gəlir.  Üzümlükdə  CO

2

  ehtiyatını  artırmaq  üçün  torpağa  kifayət  qədər 



çürümüş peyin və kompost verilməlidir. Torpaq tez-tez yumşaldılmalıdır. 

Havanın oksigeni bitkinin tənəffüsü üçün lazımdır. Bitkinin oksigenə ən çox 

tələbatı intensiv böyümə vaxtı, məsələn boy konusunda hüceyrələrin bölünməsi, 

kambinin fəaliyyətində və  kallyusun əmələ gəlməsində müşahidə edilir. Havada 

oksigenin  miqdarı  bitkinin  tam  tələbatı  qədərdir.  Bundan  başqa  fotosintez 

prosesində ayrılan oksigen tənəffüsə sərf olunandan çoxdur. 

Üzüm  bitkisinin  qaz  mübadiləsi  asanlıqla  gedir,  oksigen  çatışmazlığı  az 

hallarda, məs: calağın stratifikasiyasında müşahidə edilə bilər. 

Kök  sistemi  üçün  oksigenin  əhəmiyyəti  böyükdür,  torpaq  mühitində  onun 

miqdarı  azdır.  Torpaq  səthindən  aşağıya  endikcə  onun  miqdarı  azalır.  Üzvi 

maddələrlə zəngin torpaqlarda oksigen çatışmazlığı köklərin budaqlanmasına və 

qələmlərin  kök  verməsinə  mənfi  təsir  göstərir.  Bu  anaerob  prosesinin 

oksidləşməmiş məhsullarının yığılıb qalması ilə izah olunur. 

Üzümlükdə havada karbon qazının artırılması üçün dövri olaraq torpağa üzvi 

gübrələr  verilməli  və  üzümlük  torpağı  siderat  altında  saxlanmalıdır.  Torpağa 

verilmiş üzvi gübrələr və torpağın altına çevrilmiş siderat otları mikroorqanizmlər 

vasitəsi  ilə tədricən parçalanaraq karbon qazı,  su və mineral  maddələrə çevrilir. 

Su, mineral maddələr və karbon qazının bir qismi yenidən bitki tərəfindən istifadə 

olunur  və  torpaq  becərilərkən  karbon  qazının  bir  qismi  ayrılıb  havaya  uçaraq 

havanın aşağı təbəqəsini karbon qazı ilə zənginləşdirir. 

 

Torpaq və qida maddələri 

 

Ekoloji ami kimi torpaq üzüm bitkisi üçün çox əhəmiyyətlidir. Üzüm bitkisi 

torpaq şəraitinə yüksək tələbkarlıq göstərmir, ancaq bununla belə müvafiq torpaq-

iqlim  şəraiti  torpağın  fiziki-kimyəvi  xüsusiyyətləri  ilə  birlikdə  üzüm  bitkisinin 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə